Xası sözü azərbaycan dilində

Xası

Yazılış

  • Xası • 54.5455%
  • xası • 45.4545%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Könül Xasıyeva
Konül Xasıyeva (17 mart 1968, Şəki) — Azərbaycanın muğam ifaçısı, müğənni, Azərbaycanın Xalq Artisti == Həyatı == Könül Xasıyeva 1968-ci il mart ayının 17-də Şəki şəhərində anadan olmuşdur. Könül Xasıyeva 1975-ci ildə 1-ci sinfinə qədəm qoyur. 1981-ci ildə Azərbaycan Respublikasının 3-cü prezidenti Heydər Əliyevin sərəncamı ilə təşkil olunmuş "Gənclərin ümumrespublika baxış" müsabiqəsinin qalibi olmuşdur. 1981–1986-cı illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində xalq artisti Şövkət Ələkbərovanın tələbəsi olub. 1986–1991-ci illərdə təhsil alıb-məzun olduğu Azərbaycan Dövlət Konservatoriyasında (indiki Musiqi Akademiyası) xalq artisti Arif Babayevin tələbəsi olmuşdur. Könül Xasıyeva 7 may 2012-ci il tarixində Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir. == Karyerası == Səhnəyə 1981-ci ildə Azərbaycan Respublikasının 3-cü prezidenti Heydər Əliyevin sərəncamı ilə təşkil olunmuş "Gənclərin ümumrespublika baxış" müsabiqəsində çıxmış və həmin müsabiqənin qalibi olmuşdur. Azərbaycanın bütün şəhər və rayonlarında, eləcə də Türkiyə, Almaniya, Fransa, İsveçrə, İtaliya, İran, Rusiya və s. kimi ölkələrin şəhərlərində iştirak edib. Dövlət tədbirlərində, ictimai tədbirlərdə, cəbhə və döyüş bölgələrində böyük konsert çıxışları olub.
Nadir Xasıyev
Xasıyev Nadir Şənbə oğlu — Azərbaycan aktyoru. Azərbaycan Respublikasının əməkdar artisti (24.05.2019). == Həyatı == Nadir Xasıyev 1961-ci ildə 24 dekabr tarixinde Ağsu rayonun Bico kəndində ziyalı ailəsində anadan olub. 1984-cü ildə İncəsənət İnstitutunun musiqi komediya aktyoru fakültəsini, 1998-ci ildə isə Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının vokal şöbəsini bitirib. Bir müddət Sumqayıt Dövlət Musiqili Dram Teatrında aktyor işlədikdən sonra 1993-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət olunub. Sumqayıt teatrında səhnə sənətinin sirlərinə vaqif olan, bir sıra maraqlı obrazları ilə özünə tamaşaçı rəğbəti qazanan N.Xasıyev, işgüzarlığı, gərgin əməyi, məlahətli səsi sayəsində musiqili komediya janrının tələblərinə tez alışmış, tearda aparıcı aktyorlar sırasına yüksəlmişdir. N.Xasıyevin "Subaylarınızdan görəsiniz"də Fəqan, "Qızıl toy"da Azər, "50 yaşında cavan"da Qulu, "O olmasın, bu olsun"da Sərvər, "Nəğməli Könül"də Ramazan, "Hərənin öz ulduzu"nda Əlibala, "Səhnədə məhəbbət"də Rüstəm, "Hələlik"də Mürsəl və başqa surətlər özlərinin orijinallığı, məharətli ifası ilə fərqlənir. 1997-ci ildə "Aparıcı səhnə ustası" kateqoriyasına layiq görülüb. == Mükafatları == 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Röyal Xasıyev
Röyal Abuzər oğlu Xasıyev (19 aprel 1993; Şəki rayonu, Azərbaycan — 7 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Röyal Xasıyev 1993-cü il aprelin 19-də Şəki rayonunun İkinci Biləcik kəndində anadan olub. 2011-2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş leytenantı olan Röyal Xasıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Röyal Xasıyev oktyabrın 7-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Şəki rayonunun İkinci Biləcik kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Xasıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Xasıyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Xasıyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Samir Xasıyev
Samir Zirəddin oğlu Xasıyev (23 aprel 1973, Bakı – 17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı. == Həyatı == Şəhid Xasiyev Samir Zirəddin oğlu 20 aprel 1973-cü ildə Bakı şəhərində doğulmuşdur. Əslən Tovuz rayonu Düz Qırıqlı kəndindəndir.1980-cı ildə 82 saylı orta məktəbə getmişdir. 1988-ci ildə ailəsi ilə birlikdə Kirovabada (indiki Gəncə) şəhərinə köçdükləri üçün Samir təhsilini M.Müşfiq adına 14 saylı Beynəlminəl orta məktəbində davam etdirmişdir. Orta məktəbi bitirib, Bakı şəhərinə qayıdır. Əmək fəaliyyətinə 1991-ci ildə "Bakı Soyuducular" zavodunda başlamışdır. Həmin ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin axşam şöbəsinə daxil olmuşdur. Həmin ildə Bakı şəhəri Nərimanov rayonu hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Samir əvvəlcə Dərnəgüldə tikinti batalyonunda xidmət edib. 1992-ci ildə Vətənin çağırışına səs verən Samir könüllü olaraq ön cəbhəyə gedir, Pirəküşküldə, Salyanda qısa təlim keçdikdən sonra Qarabağa, döyüş bölgələrinə yollanır.
Xasıdərə
Xasıdərə — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Xasıdərə Ağsu rayonunun Nuran inzibati ərazi vahidində kənd. Ağsu çayının sahilindədir. Keçmiş adı Qubalı olmuşdur. Oykonim Xası (ŞƏRQa.) və dərə komponentlərindən düzəlib, "Xasıya məxsus dərə" mənasındadır. Kənd yerləşdiyi dərənin adını daşıyır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.10 dəfə / 1 mln.
2004 ••••••••••••••••• 0.34
2009 •••••••• 0.16
2013 ••••••• 0.15
2016 ••••••••••••••••• 0.35
2017 •••••••• 0.16
2018 ••••••••••••••• 0.30
2019 •••••••••••••••••••• 0.42

xası sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

saf, təmiz, xalis, qarışıqsız.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"xası" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xası nədir? #xası sözünün mənası #xası nə deməkdir? #xası sözünün izahı #xası sözünün yazılışı #xası necə yazılır? #xası sözünün düzgün yazılışı #xası leksik mənası #xası sözünün sinonimi #xası sözünün yaxın mənalı sözlər #xası sözünün əks mənası #xası sözünün etimologiyası #xası sözünün orfoqrafiyası #xası rusca #xası inglisça #xası fransızca #xası sözünün istifadəsi #sözlük