xatir sözü azərbaycan dilində

xatir

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • xatir • 87.9699%
  • Xatir • 12.0301%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
"Kiyevin 1500 illik xatirəsinə" medalı
"Kiyevin 1500 illik xatirəsinə görə" medalı- SSRİ Ali Sovetinin 10 may 1982-ci il tarixli qanununa əsasən təsis edilmiş medal. Rəssam E. Kuddur.
"Leninqradın 250 illik xatirəsinə" medalı
"Leninqradın 250 illik xatirəsinə" medalı- SSRİ Ali Sovetinin 16 may 1957-ci il tarixli qanununa əsasən təsis edilmiş medal. Medalın rəsmlərinin müəllifi — N. A. Sokolov.
"Moskvanın 800 illik xatirəsinə" medalı
"Moskvanın 800 illik xatirəsinə" medalı — 1947-ci ildə təsis olunmuş SSRİ medalı.
"Nizami Gəncəvinin 880 illiyi (1141-2021)" xatirə nişanı
"Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə" medalı
"Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə" medalı — MDB Hökumət Başçıları Şurası yanında beynəlmiləlçi döyüşçülərin işləri üzrə Komitəsinın mükafatı. == Məlumat == 5 may 2013-cü il tarixində MDB Müdafiə Nazirləri Şurası Əfqanıstan Demokratik Respublikasından sovet qoşunlarının çıxarılmasının 21 illik yubileyi ərəfəsində (19 fevral 2014-cü il) "Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə" medalının təsis edilməsi barədə qərar qəbul edir və medal haqqında əsasnaməni və onun təsvirini təsdiq edir. == Təltif qaydası == Medal ilə ƏDR ərazisində 1979–1988-cu illər ərzində SSRİ Silahlı Qüvvələri tərkibində döyüş əməliyyatları veteranlarının və onlara bərabər tutulan şəxslərin təltif edilməsi üçün nəzərdə tutulub. Həmçinin medalla itkin düşmüş döyüşçülərin talelərinin və həlak olanların yerinin və adlarının müəyyən edilməsində, həmçinin veteran hərəkatının fəaliyyətində fəal iştirak edənlər, beynəlmiləlçi döyüşçülərin və onların ailə üzvlərinin sosial, tibbi reabilitasiyası işində fəal iştirak edənlər təltif edilir. Xatirə medalı Əfqanıstan Veteranlar İttifaqına daxil olan ictimai təşkilatların rəhbərlərinin təqdimatı ilə həyata keçirilir.
Atəşkəs və sürgün xatirələri (Ağaoğlu)
Atəşkəs və sürgün xatirələri (türk. Ateşkes ve sürgün hatıraları) — Əhməd bəy Ağaoğlu tərəfindən 1919–1921-ci illərdə Maltada sürgündə olarkən türkcə yazdığı memuar. == Məzmun == Xatirələr 1919–1921-ci illərdə Əhməd bəy Ağaoğlu Maltada sürgündə olarkən qələmə alınıb. Əsər təkcə sürgün həyatının məşəqqətli və sərgüzəştli xatirələri ilə məhdudlaş-mayıb. Burada oxucu Birinci Dünya müharibəsindən sonra Osmanlı imperiyasının çöküşü və Türkiyənin gələcək taleyi, eləcə də bu hadisələrin fonunda Avropada, Rusiyada və Mərkəzi Asiyada cərəyan edən hadisələrlə bağlı Ağaoğlunun fikir və düşüncələri, ideoloji baxışlarında yaranan ziddiyyətli məqamları ilə tanış ola bilər. Xatirələrdə həmçinin, Türkiyənin alçaldıcı sülhə sürüklənməsinə etiraz olaraq Anadoluda vüsət alan Qurtuluş hərəkatı, bu hərəkatda Ağaoğlunun tutduğu mövqe və gördüyü işlər də öz əksini tapıb. "Atəşkəs və sürgün xatirələri" XX əsrin əvvəllərində dünyada cərəyan edən hadisələri öyrənmək baxımından qiymətli mənbə sayıla bilər. == Nəşr və tərcümə == Əsər Dürdanə Ramazanlı tərəfindən Azərbaycan dilinə tərcümə edilib, 2018-ci ildə Bakı Kitab Klubunda 200 səhifədə çap edilib. == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == "Atəşkəs və sürgün xatirələri" ( (az.)). bbclub.az.
Azərbaycan Respublikası Xatirə Kitabı
Azərbaycan Respublikası Xatirə Kitabı — İkinci dünya müharibəsində, müharibədən sonrakı hərbi münaqişələrdə, Əfqanıstan və Qarabağ müharibələrində şəhid olmuş azərbaycanlılarla bağlı yaddaş kitabı. == Kitab haqqında == Kitabda şəhid olmuş şəxslərin soyadı, adı, atasının adı, doğulduğu yer, hərbi xidmətə çağırıldığı hərbi komissarlıq, döyüşdüyü, şəhid olduğu və dəfn edildiyi yerlə bağlı qısa məlumat verilir. Kitabın hər cildində 15-17 min nəfərlə bağlı məlumat yerləşdirilib. Kitab dövlət büdcəsindən maliyyələşdiyi üçün satılmır, kitabda adı olan şəhid ailələrinə pulsuz paylanır.
Azərbaycan Respublikasının xatirə sikkələri
Azərbaycan Respublikasının xatirə sikkələri — Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən buraxılmış xatirə sikkələri
Azərbaycan xilaskarlarının xatirəsinə (film, 1937)
Azərbaycan xilaskarlarının xatirəsinə filmi rejissor Vladimir Yeremeyev tərəfindən 1937-ci ildə çəkilmişdir. Azərfilmdə istehsal edilmişdir. Film Orconikidzenin dəfni günü Bakının mədənlərində, zavodlarında və fabriklərində matəm mitinqlərinə həsr olunmuşdur. == Məzmun == Film Orconikidzenin dəfni günü Bakının mədənlərində, zavodlarında və fabriklərində matəm mitinqlərinə həsr olunmuşdur.
Azərbaycanda ölkə əhəmiyyətli bağ-park, monumental və xatirə abidələrinin siyahısı
Azərbaycanda ölkə əhəmiyyətli bağ-park, monumental və xatirə abidələrinin siyahısı — Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycanda qeydiyyata alınması göstərilmiş ölkə əhəmiyyətli bağ-park, monumental və xatirə abidələrinin siyahısı. Siyahıda ən qədim abidələr XIV əsrə aid Nardarandakı Xan bağı və XVII əsrə aid Gəncədəki Sərdar bağıdır.
Bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri
Bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri — Məhəmməd Əmin Rəsulzadənin Stalin və stalinizm haqqında 1954-cü ildə Türkiyədə çap etdirdiyi seriya məqalələrdən ibarət kitab. Kitab ilk dəfə tarix elmləri doktoru, professor Nəsib Nəsibli tərəfindən nəşr etdirilmişdir. İlk redaktoru akademik Ziya Bünyadov olmuşdur. == Məzmun == Kitab Məhəmməd Əmin Rəsulzadənin Stalin və stalinizm haqqında 1954-cü ildə Türkiyədə çap etdirdiyi seriya məqalələrdən ibarətdir. Burada böyük vətəndaş XX əsrin əvvəllərində çarizmlə mübarizə gedişində Stalinlə bağlı hadisələri xatırlayır, bilavasitə iştirakçısı olduğu hadisələr fonunda Stalinin siyasi portretini yaradır, bu proseslərin xarakterini açır. Müstəqil Azərbaycan Respublikasının işğalından sonra başına gələn sərgüzəştlər, Stalinlə məşhur görüşü incələnir. Azərbaycan tarixi və ictimai fikri üçün son dərəcə maraqlı olan bir sıra mətləblər açılır. Vətən tarixinin çox əhəmiyyətli bu dövrü və Məhəmməd Əmin Rəsulzadənin şəxsiyyəti, eləcə də stalinizmin anatomiyası ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur. == Nəşr == Kitab Nəsib Nəsibli tərəfindən Ziya Bünyadovun redaktorluğu ilə Bakıda ilk dəfə 1991-ci ildə Elm nəşriyyatında çap edilib. 2010-cu ildə Bakıda Qanun nəşriyyatında 132 səhifədə, 500 tirajla 2-ci və 3-cü dəfə isə Seymur Həsənli və Dr.
Birinci Dünya müharibəsi qəhramanlarının xatirəsinə abidə (Rostov-na-Donu)
Birinci Dünya müharibəsi qəhramanlarının xatirəsinə abidə — Naxçıvan-na-Donu şəhərində yerləşən monumental abidələrdən biri. Abidə Birinci Dünya müharibədisi qəhramanların şərəfinə şərəfinə ucaldılmışdır. Abidənin müəllifi Sergey Mixailoviç olmuşdur. Abidə 2014-cü ildə quraşdırılmışdır. Abidə Krasnoarmeyks küçəsi ilə Xalturinski xiyabanının kəsişməsində yerləşir. == Tarixi == 2014-cü ildə Birinci Dünya müharibəsinin yüz illiyi münasibətilə abidə ucaldılması qərara alınır. Bu müharibədə Rusiya imperiyası fəal iştirak etmişdir. Üstəlik əsas cəbhələrdən biri olan şərq cəbhəsinin əsas tərəflərindən biri idi. Rus inqilabının nəticədində vəziyyət getdikcə gərginləşmişdi. Bolşeviklər isə bu müharibəni haqsız hesab edirdilər.
Birinci Dünya müharibəsi qəhrəmanlarının xatirəsinə abidə (Rostov-na-Donu)
Birinci Dünya müharibəsi qəhramanlarının xatirəsinə abidə — Naxçıvan-na-Donu şəhərində yerləşən monumental abidələrdən biri. Abidə Birinci Dünya müharibədisi qəhramanların şərəfinə şərəfinə ucaldılmışdır. Abidənin müəllifi Sergey Mixailoviç olmuşdur. Abidə 2014-cü ildə quraşdırılmışdır. Abidə Krasnoarmeyks küçəsi ilə Xalturinski xiyabanının kəsişməsində yerləşir. == Tarixi == 2014-cü ildə Birinci Dünya müharibəsinin yüz illiyi münasibətilə abidə ucaldılması qərara alınır. Bu müharibədə Rusiya imperiyası fəal iştirak etmişdir. Üstəlik əsas cəbhələrdən biri olan şərq cəbhəsinin əsas tərəflərindən biri idi. Rus inqilabının nəticədində vəziyyət getdikcə gərginləşmişdi. Bolşeviklər isə bu müharibəni haqsız hesab edirdilər.
Biz bu xatirəyə sadiqik (film, 1975)
Biz bu xatirəyə sadiqik qısametrajlı sənədli filmi rejissor Zeynəb Kazımova tərəfindən 1075-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film II Dünya müharibəsinin qəhrəmanlarına ithaf olunmuşdur. == Məzmun == Film II Dünya müharibəsinin qəhrəmanlarına ithaf olunmuşdur.
Böyük Vətən müharibəsi iştirakçılarının xatirə kompleksi (Şuşa)
"Böyük Vətən müharibəsi iştirakçılarının xatirə kompleksi" — Azərbaycanın Şuşa şəhərində, Xəlil Məmmədov küçəsində yerləşən abidə. İkinci Dünya müharibəsinin iştirakçılarına həsr olunmuşdur. Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən sonra pis vəziyyətə düşmüşdür. 2020-ci ilin noyabrında kompleks ərazisi şəhər ilə birlikdə işğaldan azad edilmişdir. Kompleksin bərpa edilməsi planlaşdırılır. == Tarixi == "Böyük Vətən müharibəsi iştirakçılarının xatirə kompleksi" SSRİ hakimiyyəti dövründə salınmışdır və İkinci Dünya müharibəsinin iştirakçılarına həsr olunmuşdur. Kompleksin tərkibində sovet əsgərlərinin barelyefləri, park və "Analar heykəli" daxildir. Şuşa şəhəri 1992-ci ilin mayında Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir və bu zaman kompleks vandalizmə məruz qalmışdır. Kompleksdə olan əsgərlərin barelyefləri güllələnmiş, "Analar heykəli" vandalizmə uğramış, əbədi məşəl söndürülmüşdür. 2020-ci ilin noyabrında kompleks ərazisi şəhər ilə birlikdə işğaldan azad edilmişdir.
Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə həsr olunmuş abidə (Sumqayıt)
Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə həsr olunmuş monument (şəhər sakinləri arasında: "41-45-in abidəsi") — Sumqayıt şəhərində Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə qoyulmuş monumental abidə. 1985-ci ildə V. Nəzirov tərəfindən hazırlanmışdır. Yerli əhəmiyyətli abidədir. Abidə Sumqayıt şəhəri 45-ci məhəllə ilə 4-cü mikrorayonları arasında, Heydər Əliyev prospektində yerləşən parkda qoyulmuşdur. Abidənin ətrafında abadlaşdırılmış kiçik xiyaban mövcuddur.
Dünyanın xatirəsi
Dünya xatirəsi (ing. Memory of the World) — Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO) dünya irsini qoruma proqramı. 1992-ci ildə qurulub. == Proqramın məqsədi == dünya sənədli irsinin qorunması; istifadəçilərin sənədli irsə bərabər imkanlarını təmin etmək; sənədli irsin mövcudluğu və əhəmiyyəti barədə ümumi şüurun yayılması; proqramı tanıtmaq və əsərlərini geniş ictimaiyyətə təqdim etmək.1997-ci ildən bəri proqram çərçivəsində sənədli irs qeydləri (beynəlxalq, regional və milli səviyyədə) aparılır. Abidənin beynəlxalq reyestrə daxil edilməsi proqramın ali rəhbər orqanı olan Beynəlxalq Məşvərət Komitəsi tərəfindən təsdiqlənmək və YUNESKO-nun Baş direktoru tərəfindən təsdiqlənməklə həyata keçirilir.
Dünyanın xatirəsi (Afrika)
Dünyanın xatirəsi Layihəsinin Afrika mirası yerlərinin siyahısı.
Gecə yarısının xatirələri
Gecə yarısının xatirələri (ing. Memories of Midnight) — Sidni Şeldonun 1990-cı ildə yazdığı romandır.
Gəncədə Qafqaz İslam Ordusunun ilk şəhidlərinin xatirəsinə abidə
Gəncədə Qafqaz İslam Ordusunun ilk şəhidlərinin xatirəsinə abidə — Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Qafqaz İslam Ordusunun ilk şəhidlərinin xatirəsinə ucaldılan abidə == Tarixi == Qafqaz İslam Ordusu komandanı Nuru paşanın 1918-ci il mayın 25-də Gəncəyə gəlib. Nuru Paşa Gəncədə mövcud olan təhlükəni aradan qaldırmaq, buradakı düşmənləri tərksilah etmək və azərbaycanlı əhalinin təhlükəsizliyini təmin etməkdən ibarət idi. 1918-ci il iyunun 11-də Qafqaz İslam Ordusunun 13 döyüşçüsü Gəncənin Şah Abbas məscidinin ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. == Məlumat == 2022-ci il 26 iyunda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, qardaş ölkənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Azərbaycan Türk İş Adamları Birliyinin sədri Camal Yanğın, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, deputatlar Pərvin Kərimzadə, Müşfiq Cəfərov, YAP Gəncə şəhər təşkilatının nümayəndəsi, idarə, müəssisə, təşkilat rəhbərləri, din xadimləri və şəhər sakinləri iştirak ediblər. Abidə Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Türkiyənin Azərbaycandakı Səfirliyinin, Türkiyənin Gəncədəki baş konsulluğunun və Azərbaycan Türk İş Adamları Birliyinin təşkilatçılığı inşa edilib. Yeddi metr hündürlüyündə olan abidənin memarı Mustafa Yama, layihə rəhbəri Turqay Əliyevdir.
Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq velotur
Azərbaycan Turu, Tour d'Azerbaïdjan (tələffüzü: Tur dö Azerbaycan) və ya Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq velotur (ing. Heydar Aliyev Anniversary Tour) — "BVİ Avropa Turu" çərçivəsində hər il may ayında Azərbaycanda keçirilən 2.1 çoxmərhələli velosiped yarışı. İştirakçılar hər gün yarışın yeni bir mərhələsinə start verir. Velotur Azərbaycanın 7 regionunda keçirilir və ölkənin paytaxtı olan Bakı şəhərində sona çatır. Veloturun keçirildiyi digər şəhərlər arasında Oğuz, Mingəçevir, Sumqayıt, Şamaxı, İsmayıllı, Qəbələ və Şəki var. 2018-ci ildə keçiriləcək "Azərbaycan Turu" maliyyə səbəblərindən ləğv edilmişdir. Yarış 2019-cu ildə də keçirilməmişdir. == Turlar == === 2012-ci il turu === 2012-ci il Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq velotur 2012-ci ilin may ayının 9-dan 13-nə qədər keçirilmişdir. Bu, ilk "Azərbaycan Turu" olmuşdur. Velotur 2011-ci ildə keçirilmiş "Big Caucasus" (azərb.
Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksi
Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksi – Naxçıvan şəhərində, böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin doğulduğu Əlixan məhəlləsindəki evdə yaradılmış muzey. == Tarixçəsi == Ev muzeyi Azərbaycan hökumətinin 21 iyul, 1981-ci ildə verdiyi "Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında" qərarı ilə yaradılmışdır. Muzeyin açılışı 9 iyun, 1984-cü ildə olmuşdur. Muzey, uzun müddət "Hüseyn Cavidin Ev-Muzeyi" adı altında fəaliyyət göstərmişdir. 2015-ci ildə muzeyin adı dəyişdirilərək "Hüseyn Cavidin Ev-Muzeyi və Xatirə Kompleksi" adlandırılmışdır. == Ekspozisiya == Muzeyin fondunda 9200 eksponat toplanmışdır. Onların arasında Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən fotoşəkillər, əsərlərinin ilk nəşrləri, üzərində müəllifin avtoqrafı olan, 1926-cı ildə nəşr edilmiş "İblis" və 1934-cü ildə çapdan çıxmış "Səyavuş" əsərlərinin nadir nüsxələri, böyük sənətkarın yubileylərinin, müxtəlif teatrlarda tamaşaya qoyulmuş dram əsərlərinin afişa və proqramları, müxtəlif xatirə və ev əşyaları vardır.Hüseyn Cavidin İstanbuldan Qurbanəli Şərifzadəyə göndərdiyi və ədibin yaxın dostu Əziz Şərifin şəxsən üzünü köçürüb muzeyə bağışladığı məktublardan ibarət dəftər, şairin qızı Turan Cavidin hədiyyə etdiyi "Knyaz" əsərinin əlyazması da bu muzeydə nümayiş etdirilməkdədir. Hüseyn Cavidin həyatının Naxçıvan dövrü ilə bağlı sənədlər, muzeyin ekspozisiyasında nümayiş etdirilən qiymətli ləl-cəvahirat əşyalarının əksəriyyəti də Turan Cavidin hədiyyələridir. Turan Cavid eyni zamanda muzeyin yaradılmasında da yaxından iştirak etmişdir.Ekspozisiyada cavidşünasların – Məmməd Cəfər Cəfərov, Abbas Zamanov, Mehdi Məmmədov, Yaşar Qarayev, Rafael Hüseynov, Yavuz Axundlu, İsa Həbibbəyli, Zahid Əkbərov, Əjdər İsmayılov, Hüseyn Həşimli və başqalarının muzeyə bağışladığı kitablar yer almışdır. Muzeyin ekspozisiyasının tematik planını teatrşünas Tamilla Təhmasib tərtib etmişdir.
Koreyanın Xatirə Abidələri
== Koreyanın Müstəqillik Xatirəsi ( Hanqılla: 독립기념관 ) == Cənubi Koreyanın Cheonan şəhərində yerləşən Koreyanın tarixi muzeyidir. Əvvəllər Çində Koreyanın keçici hökumət binası olan bu yer 1945-ci il 15 avqust Yaponiya müstəmləkəçiliyindən azad olduqdan sonra Koreyaya təhvil verilir. Müstəqillik gününün ildönümündə, 1987-ci ildə Muzeyin açılışı olmuşdur. Ümumi sahəsi 23.424 m² olan muzey Cənubi Koreyanın ən böyük sərgi obyektidir. Muzey Yaponiyanın müstəmləkəlik dövrünün azadlıq hərəkatına yönəlmişdir. Bununla bərabər ilk salon olan Milli İrs salonu tarixdən əvvəlki dövrdən Coson sülaləsinə qədər olan dövrə həsr olunmuşdur. Yeddi bağlı sərgi salonu və bir Circle Vision Teatrı vardır. === Tarixi === 5 oktyabr 1982: İstiqlal Hall İnşaatı Təqdimat Komitəsinin yaradılması. 15 Avqust 1983: İstiqlal Salonunun təməlinin qoyulması. 9 May 1986: İstiqlal Zalı Qanuni icrası elan olundu.
Mikayıl Müşfiqin Xatirə Muzeyi
Mikayıl Müşfiqin Xatirə Muzeyi - Mikayıl Müşfiq ocağı 1988-ci ildə, Polis-polkovniki Əbülhəsən Əhmədov, Tofiq Novruzovun, Cabir Novruzun, Aydın Zeynalovun, Nəbi Xəzrinin təşəbbüsü ilə Müşfiqin 80 illik yubileyindən sonra Müşfiq ocağının yaradılması qərarına gələrək, Xızının Sayadlar kəndində yaradılıb. Şairin yaşadığı ev dağıldığı üçün muzey Müşfiqin 80 illik yubileyi çərcivəsində atası Əbdülqədirin bağ yerində salınır. 2004-cü il 15 sentyabr tarixində keçmiş Mədəniyyət naziri Polad Bülbüloğlunun sərəncamı ilə bura dövlət himayəsinə keçərək Mikayıl Müşfiqin Xatirə muzeyi statusunu alıb. == Muzey binası == Muzey binası 1992-ci ildə tikilərək 1 mərtəbədən və 1 otaqdan ibarət olub, 55 kvadrat metr sahəni əhatə edir. Məhz buna görə də Mikayıl Müşfiqin şəxsi əşyalarının bir qismi qohumlarının evində saxlanılır. Muzey Mikayıl Müşfiqin yaradıcılıq və həyatını əks etdirir. Mikayıl Müşfiq muzeyi-“Müşfiq ocağı” Xızının Sayadlar kəndində yerləşir. Muzey statusu alandan sonra 8 nəfər işçi ilə 2006-cı ildən fəaliyyətə başlamışdır. Şair 1937-ci ildə güllələndikdən sonra, onun nəşi dənizə atılır.Şairin büstü muzeyin həyətində qoyulmuşdur. Xatirə Muzeyində isə simvolik məzar qoyularaq, büst hazırlanır.
Molla Pənah Vaqif və Molla Vəli Vidadi xatirə muzeyi
Molla Pənah Vaqif və Molla Vəli Vidadinin xatirə muzeyi — Qazax rayonunda fəaliyyət göstərən muzey. Qazax M.P.Vaqif xatirə Muzeyi 1970-ci il 20 noyabrda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən verilmiş sərəncama əsasən yaradılıb. 1983-cü ildə muzeydə ikinci tərtibat işləri aparılıb. 2002-ci ildə Nazirlər kabinetinin qərarı ilə muzeyin adı dəyişdirilərək M.P.Vaqif və M.V.Vidadinin xatirə muzeyi adlandırılıb. == Tarixi == Məşhur Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin xatirə muzeyi 1970-ci ilin noyabr ayının 20-də açılmışdır. Cəmi on bir otaqdan ibarət muzeyin ekspozisiyası Vaqifin həyat və yaradıcılığına, dövlət fəaliyyətinə, müasirlərinə, tədqiqatçılarına həsr olunmuşdur. 2002-ci il 2 avqustdan Nazirlər Kabinetinin xüsusi qərarı ilə muzeyin adı dəyişdirilərək M.P.Vaqif və M.V.Vidadi xatirə muzeyi adlandırıldı. 1982-ci ildən hər il respublikamızda "Vaqif" poeziya günləri keçirilir. Bu münasibət ilə iyul ayında muzeydə yerli şair və yazıçıların toplantısı keçirilir, yeni çıxan kitablar haqqında müzakirələr gedir. == Muzeyin ekspozisiyası == Muzey 9 ekspozisiya, 1 fond, 1 kabinetdən ibarətdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.35 dəfə / 1 mln.
2009 ••••••••••••• 0.64
2010 •••••••••••••••••••• 1.00
2011 ••••••• 0.34
2012 ••••••••••••• 0.60
2013 •••••• 0.29
2014 •••• 0.17
2015 •••••••••••••• 0.68
2016 ••••••••••• 0.52
2018 •••• 0.15
2019 ••• 0.14
2020 ••• 0.13

xatir sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. İnsanın keçmişdə olmuş bir şeyi yadda saxlama qabiliyyəti; yaddaş, zehin. O əhvalat indi də xatirimdədir. – Xatirində varmı boranlı çağlar? Bürümüşdü bizi zalım qaçaqlar. M.Müşfiq. □ Xatirə düşmək (gəlmək) – yada düşmək, hafizədə, yaddaşda yenidən canlanmaq. Düşəndə xatirimə göylərə çıxar ahim; O mahparə ilə xəlvət etdiyim gecələr. S.Ə.Şirvani. Xatirə gətirmək – yada salmaq, anmaq. Xatirində qalmaq (yaşamaq) – yadında qalmaq, unutmamaq. O gün bizim xatirimizdə əbədi olaraq yaşayacaqdır. M.İbrahimov. Beləliklə, mən tam üç gün Yaqutu görmədim və bu üç gün həyatımın ən uzun günləri olaraq həmişəlik xatirimdə qaldı. Ə.Məmmədxanlı. Xatirində saxlamaq – yadından çıxarmamaq, unutmamaq. Xatirindən çıxmaq – yaddaşdan çıxmaq, unutmaq. Ürəyim təngləşirdi. “Adi həyat” bildiyimiz şəhər yaşayışı, şəhərin yuxusuz gecələri xatirimdən çıxmırdı. T.Ş.Simurq. 2. məc. Könül, ürək, qəlb mənasında. Ey fəqir, ehtiyacını göstər! İstə məndən, nə xatirin istər! M.Ə.Sabir. [Almaz Aftilə:] Sən bilirsən ki, mən sənin xatirini nə qədər istəyirəm. C.Cabbarlı. // məc. Mənlik hissi. □ Xatirinə dəymək (toxunmaq) – mənliyinə, izzəti-nəfsinə toxunmaq. Bu söz Kazımın xatirinə dəyən kimi oldu. Mir Cəlal. …Xatirinə dəyməmək üçün Eldara heç bir söz demirdim. M.Rzaquluzadə. 3. Hörmət, sayğı. Sənin xatirin üçün. O, xatir bilən deyil. □ Xatir saxlamaq – hörmət saxlamaq, sayğı bəsləmək. 4. Xatirinə şəklində – 1) hörmət, sayğı əlaməti olaraq. Mənə elə gəlir dünyada hər şey; Sənin xatirinə yaranıb ancaq. Ə.Kürçaylı. Professorun iştahı güc gətirsə də, Ədhəmin xatirinə özünü saxlaya bildi. B.Bayramov; 2) …naminə, …üçün, …görə, …uğrunda. İndi mən sabahın xatirinə; Onların bu gününü alımmı əllərindən?… Almalıyam… çarə yox! B.Vahabzadə. ◊ Xatiri qalmaq – bir şeydən incimək, könlünə toxunmaq, məyus olmaq, ürəyi incimək. Xatiri olmaq – hörməti olmaq, nüfuzu olmaq, sayılmaq, istənilmək, əzizlənmək. Xatiri … yanında əziz olmaq – hörmət edilmək, əzizlənmək, sayılmaq. …Vətənə qulluq edən qadının xatiri hamının yanında əzizdir. Mir Cəlal. Hələ indi, bu qocalıq günlərində Gülzar xalanın xatiri Mustafa kişinin yanında o qədər əzizdi ki… M.Əlizadə. Xatirini almaq – könlünü almaq, təskin etmək, ürək-dirək vermək. Taybuynuz öküzə heç mahnı oxuyan, xoş dillə onu oxşayan və xatirini alan olmur… F.Köçərli. Xatirini gözləmək (saxlamaq) – hörmətini gözləmək, hörmətini saxlamaq, hörmət etmək, xatirini istəmək. Xatirini istəmək – sayğı, hörmət bəsləmək, əziz saymaq, yanında hörməti olmaq. [Mustafa bəy:] Bilirsən, Mirzə Kərim, mən sənin xatirini çox istəyirəm. Ə.Haqverdiyev. Xatirini qırmaq (sındırmaq) – qəlbinə dəymək, ürəyini sındırmaq. Lələ Lətifin xatirini sındırmayıb gül bağına getdi. “Lətif şah”. Allah xatirinə – yalvarış, xahiş mənasında: sən Allah, Allah eşqinə. [Rəhim:] Ağa, Allah xatirinə mənim munisimi əlimdən alma! N.Vəzirov. [Gövhərin əri camaata:] Allah xatirinə, hər gün iclas çağırın, bəlkə bu arvadın üzünü az görüm. M.İbrahimov.

    Azərbaycan dilinin izahlı lüğəti / xatir

xatir sözünün sinonimləri (yaxın mənalı sözlər)

xatir sözünün rus dilinə tərcüməsi

  • 1 1. память; 2. уважение, угождение;

    Azərbaycanca-rusca lüğət / xatir
  • 2 сущ. 1. память (запас хранимых в сознании впечатлений). Xatirindən çıxarmaq вычеркнуть из памяти, xatirindən silinmək изгладиться из памяти, быть забытым; xatirində qalmaq оставаться в памяти, xatirində saxlamaq держать (сохранить) в памяти 2. перен. душа. Xatirin nə istəyir чего твоя душа желает 3. уважение. Sənin xatirin üçün из-за уважения к тебе (ради тебя) ◊ xatirə gəlir (düşür) помнится, приходит на память, припоминается; xatirinə gətirmək вспоминать, вспомнить; xatirindən çıxarmamaq не забывать, не забыть; xatirinə dəymək kimin обижать, обидеть кого; xatirini saxlamaq уважать; xatiri qalmaq обижаться, обидеться; xatiri əziz olmaq kimin yanında пользоваться уважением у кого; xatiri olmaq пользоваться уважением; xatirini sındırmaq kimin обижать, обидеть кого (причинять, причинить обиду кому), xatirini istəmək kimin испытывать уважение к кому; xatirini gözləmək kimin уважать (стараться ничем не обидеть)

    Azərbaycanca-rusca lüğət / xatir

xatir sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. memory; ~ indən çıxmaq to slip / to escape one’s memory, to pass completely from one’s memory; Əgər xatirimdən çıxmayıbsa... If my memory doesn’t fail me...; ~ini saxlamaq to treat with respect (d.), to be* respectful (to); ~ə dəymək to offend (d.), to wound smb.’s feelings; O, mənim xatirimə dəydi He / She offended me, He / She wounded my feelings; ~ə gətirmək to remember (d.), to recall (d.); ~dən çıxmaq to forget* (d.); ~i olmaq to be* held in respect; ~ini almaq to comfort (d.), to console (d.); 2. (hörmət) respect; for the sake; onun / onların ~inə for his / their sake

    Azərbaycanca-ingiliscə lüğət / xatir

xatir sözünün fransız dilinə tərcüməsi

  • 1 is. ~indən çıxmaq oublier vt ; ~ində qalmaq rester vi (ê) en mémoire ; məc. âme f ; cœur m ; xatirin nə istəyir ce que ton coeur désire ; xatirinə dəymək blesser vt

    Azərbaycanca-fransızca lüğət / xatir

xatir sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. са затӀ рикӀел аламукьунин, рикӀел хуьз хьунин алакьун, хурун зигьин; зигьин; фикир; // xatirə düşmək (gəlmək) рикӀел хтун, фикирдиз хтун, хиялдиз хтун; xatirə gətirmək рикӀел хкун, фикирдиз хкун; xatirində qalmaq (yaşamaq) рикӀел аламукьун, фикирда амукьун, рикӀелай алат твун; xatirində saxlamaq рикӀел хуьн, фикирда хуьн, рикӀелай алуд тавун; xatirindən çıxmaq рикӀелай алатун, фикирдай акъатун; 2. пер. рикӀ; xatirinə dəymək (toxunmaq) хатурда акьун, хатурдихъ галукьун, рикӀ хун; 3. хатур, гьуьрмет; xatir saxlamaq хатур хуьн, гьуьрмет хуьн, гьуьрмет авун; 4. xatirinə хатурдай а) гьуьрметдин лишан яз; б) ...патал, ...килигна; ** xatiri qalmaq хатур амукьун, инжиклу хьун, бейкеф хьун, рикӀик хкӀун, экя хьун; xatiri olmaq хатур хьун, гьуьрмет хьун, нуфуз хьун, кӀани хьун, сейли хьун, гьисаба кьун, кваз кьун, саймишун; xatirini almaq хатурар къахчун, гевилар къахчун, теселли гун, ччан-рикӀ авун, рикӀ-дуркӀун гун; xatirini gözləmək (saxlamaq) хатур хуьн, гьуьрмет хуьн, хатур кӀан хьун, гьуьрмет авун, гьуьрметун; xatirini istəmək хатур кӀан хьун, гьуьрмет авун, сейлидай кьун; xatirini qırmaq (sındırmaq) хатур хун, рикӀик хкӀун, рик хун; Allah xatirinə Аллагьдин хатурдай, Аллагьдин хатур аватӀа, вун-ви Аллагь, ваз Аллагь аватӀа (минетун, хагьишун манада).

    Azərbaycanca-ləzgicə lüğəti / xatir

xatir sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) fikir, zehin, ağıl; 2) könül, qəlb, ürək; 3) hiss, duyğu; 4) hörmət; 5) kef.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

insanın yadda saxlama qabiliyyəti; yaddaş.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"xatir" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xatir nədir? #xatir sözünün mənası #xatir nə deməkdir? #xatir sözünün izahı #xatir sözünün yazılışı #xatir necə yazılır? #xatir sözünün düzgün yazılışı #xatir leksik mənası #xatir sözünün sinonimi #xatir sözünün yaxın mənalı sözlər #xatir sözünün əks mənası #xatir sözünün etimologiyası #xatir sözünün orfoqrafiyası #xatir rusca #xatir inglisça #xatir fransızca #xatir sözünün istifadəsi #sözlük