xatirələri sözü azərbaycan dilində

xatirələri

Yazılış

  • xatirələri • 99.3167%
  • Xatirələri • 0.5857%
  • XATİRƏLƏRİ • 0.0976%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Gecə yarısının xatirələri
Gecə yarısının xatirələri (ing. Memories of Midnight) — Sidni Şeldonun 1990-cı ildə yazdığı roman.
Ovçunun xatirələri (hekayələr)
Ovçunun xatirələri (rus. Записки охотника) silsiləsindən birinci hekayə- "Xor və Kaliniç" 1847-ci ildə "Sovremennik" jurnalının birinci nömrəsində dərc olunmuşdur. 1848–1851-ci illər arasında İvan Turgenyev bu silsilədən 20 hekayə yazmışdı. Həmin hekayələr 1852-ci ildə Moskvada, ayrıca kitab şəklində buraxılmışdır. Onların bir hissəsinə senzura qadağa qoymuş, əlyazmaları itmişdir. Bu hekayələrdə üsyankar kəndlilərin zülmkar mülkədarları öldürməsi göstərilmişdir. Silsilənin 4 hekayəsi sonradan yazılıb və beləliklə, onların ümumi sayı 25-ə çatıb. "Ovçunun xatirələr"ində Turgenev o dövrün rus həyatının çox mühüm sahəsini- mülkədarla kəndli arasındakı zidiyyətləri təsvir və təndiq etmişdir. Həm məzmun, həm də bədii forma cəhətindən bir-birindən qüvvətli olan bu hekayələrində müəllif dərin müşahidə qabiliyyətinə malik bir realist, cəmiyyətin yaralarını açıb göstərən, cəmiyyəti geri çəkən səbəbləri axtaran sosioloqdur. "Odnodvorets Ovsyanikov" hekayəsində mülkədar Vasili Nikolayiç surəti təhkimçi mülkədarların başqa bir keyfiyyətini büruzə verir.
Qətlin xatirələri (film, 1990)
Qətlin xatirələri (ing. Memories of Murder və ya ing. Passing through Veils) — Nensi Allenin baş rolunu canlandırdığı, Robert Luizin rejissoru, Con Harrisonun isə ssenaristi olduğu 1990-cı il cinayət-döyüş janrında çəkilmiş televiziya filmi. "Qətlin xatirələri" Lifetime telekanalı üçün istehsal edilmiş bir çox orijinal filmlərdən birincisidir və populyarlığına görə sonradan 31 iyul 1990-cı ildə VHS və DVD-də yayımlanmışdır. Filmin ulduzlarından biri də aktrisa Venitidir. Çəkilişlər Britaniya Kolumbiyasında aparılıb. Cennifer (Nensi Allen) amneziyadan o dərəcə əziyyət çəkir ki, hətta öz həyat yoldaşını və qızını tanıya bilmir. Olduqca çaşqın və iztirablı bir şəkildə ümidsizcə həyatını parçalara ayırır və bununla da qaranlıq keçmişindən qalma bəzi qəribə sirlərə rast gəlir. O, keçmişdə həyatına daxil olmuş qadın qatilin onu izləmək və özünü və ailəsini qətlə yetirməklə intiqam almaq niyyətində olduğunu aşkar edir.
Atəşkəs və sürgün xatirələri (Ağaoğlu)
Atəşkəs və sürgün xatirələri (türk. Ateşkes ve sürgün hatıraları) — Əhməd bəy Ağaoğlu tərəfindən 1919–1921-ci illərdə Maltada sürgündə olarkən türkcə yazdığı memuar. == Məzmun == Xatirələr 1919–1921-ci illərdə Əhməd bəy Ağaoğlu Maltada sürgündə olarkən qələmə alınıb. Əsər təkcə sürgün həyatının məşəqqətli və sərgüzəştli xatirələri ilə məhdudlaş-mayıb. Burada oxucu Birinci Dünya müharibəsindən sonra Osmanlı imperiyasının çöküşü və Türkiyənin gələcək taleyi, eləcə də bu hadisələrin fonunda Avropada, Rusiyada və Mərkəzi Asiyada cərəyan edən hadisələrlə bağlı Ağaoğlunun fikir və düşüncələri, ideoloji baxışlarında yaranan ziddiyyətli məqamları ilə tanış ola bilər. Xatirələrdə həmçinin, Türkiyənin alçaldıcı sülhə sürüklənməsinə etiraz olaraq Anadoluda vüsət alan Qurtuluş hərəkatı, bu hərəkatda Ağaoğlunun tutduğu mövqe və gördüyü işlər də öz əksini tapıb. "Atəşkəs və sürgün xatirələri" XX əsrin əvvəllərində dünyada cərəyan edən hadisələri öyrənmək baxımından qiymətli mənbə sayıla bilər. == Nəşr və tərcümə == Əsər Dürdanə Ramazanlı tərəfindən Azərbaycan dilinə tərcümə edilib, 2018-ci ildə Bakı Kitab Klubunda 200 səhifədə çap edilib. == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == "Atəşkəs və sürgün xatirələri" ( (az.)). bbclub.az.
Yay Yəəssüratları Üzərində Qış Xatirələri
Yay təəssüratları üzərində qış xatirələri (rus. Зимние заметки о летних впечатлениях) — Dahi rus yazıçısı Fyodor Dostoyevskinin 1862-ci ildə Avropa səyahəti əsnasındakı təəssüratlarını qələmə aldığı xüsusi qeydlərdən ibarət kitabıdır. İlk dəfə "Vremya" adlı jurnalda məqalə şəklində nəşr olunan bu qeydlər, daha sonra 1863-cü ildə kitablaşdırılmışdır.
Yay təəssüratları üzərində qış xatirələri
Yay təəssüratları üzərində qış xatirələri (rus. Зимние заметки о летних впечатлениях) — Dahi rus yazıçısı Fyodor Dostoyevskinin 1862-ci ildə Avropa səyahəti əsnasındakı təəssüratlarını qələmə aldığı xüsusi qeydlərdən ibarət kitabıdır. İlk dəfə "Vremya" adlı jurnalda məqalə şəklində nəşr olunan bu qeydlər, daha sonra 1863-cü ildə kitablaşdırılmışdır.
Şuşa, Peterburq və Paris xatirələri
Şuşa, Peterburq və Paris xatirələri — türkçülük ideologiyasının banilərindən biri, müsəlman şərqində avropalaşma siyasətinin ən ardıcıl tərəfdarı olan Azərbaycan mütəfəkkiri və ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlunun xatirələrini, yazılarını, Atatürkə məktublarını, eləcə də Ağaoğlular ailəsinə aid nadir fotoşəkillər, sənədləri özündə toplayan kitab. Kitab 2019-cu ildə Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin şərəfinə Dilqəm Əhməd tərəfindən tərtib edilib, Çapar Nəşriyyat evi tərəfindən nəşr olunub. Kitabda Azərbaycan və Türkiyənin böyük mütəfəkkiri, ictimai-siyasi xadim Əhməd bəy Ağaoğlunun xatirələri, yazıları, eləcə də Ağaoğlular ailəsinə aid nadir fotoşəkillər, sənədlər dərc edilib. Kitaba həmçinin Mustafa Kamal Atatürkə yazdığı iki məktubu da əlavə edilib.
Bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri
Bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri — Məhəmməd Əmin Rəsulzadənin Stalin və stalinizm haqqında 1954-cü ildə Türkiyədə çap etdirdiyi seriya məqalələrdən ibarət kitab. Kitab ilk dəfə tarix elmləri doktoru, professor Nəsib Nəsibli tərəfindən nəşr etdirilmişdir. İlk redaktoru akademik Ziya Bünyadov olmuşdur. == Məzmun == Kitab Məhəmməd Əmin Rəsulzadənin Stalin və stalinizm haqqında 1954-cü ildə Türkiyədə çap etdirdiyi seriya məqalələrdən ibarətdir. Burada böyük vətəndaş XX əsrin əvvəllərində çarizmlə mübarizə gedişində Stalinlə bağlı hadisələri xatırlayır, bilavasitə iştirakçısı olduğu hadisələr fonunda Stalinin siyasi portretini yaradır, bu proseslərin xarakterini açır. Müstəqil Azərbaycan Respublikasının işğalından sonra başına gələn sərgüzəştlər, Stalinlə məşhur görüşü incələnir. Azərbaycan tarixi və ictimai fikri üçün son dərəcə maraqlı olan bir sıra mətləblər açılır. Vətən tarixinin çox əhəmiyyətli bu dövrü və Məhəmməd Əmin Rəsulzadənin şəxsiyyəti, eləcə də stalinizmin anatomiyası ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur. == Nəşr == Kitab Nəsib Nəsibli tərəfindən Ziya Bünyadovun redaktorluğu ilə Bakıda ilk dəfə 1991-ci ildə Elm nəşriyyatında çap edilib. 2010-cu ildə Bakıda Qanun nəşriyyatında 132 səhifədə, 500 tirajla 2-ci və 3-cü dəfə isə Seymur Həsənli və Dr.

"xatirələri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xatirələri nədir? #xatirələri sözünün mənası #xatirələri nə deməkdir? #xatirələri sözünün izahı #xatirələri sözünün yazılışı #xatirələri necə yazılır? #xatirələri sözünün düzgün yazılışı #xatirələri leksik mənası #xatirələri sözünün sinonimi #xatirələri sözünün yaxın mənalı sözlər #xatirələri sözünün əks mənası #xatirələri sözünün etimologiyası #xatirələri sözünün orfoqrafiyası #xatirələri rusca #xatirələri inglisça #xatirələri fransızca #xatirələri sözünün istifadəsi #sözlük