Xatəm sözü azərbaycan dilində

Xatəm

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Xatəm • 48.9362%
  • xatəm • 46.8085%
  • XATƏM • 4.2553%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xatəm şəhristanı
Xatəm şəhristanı— İranın Yəzd ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Hərat şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 31,695 nəfər və 8,144 ailədən ibarət idi.
Xatəm əl-Ənbiya İnşaat Bazası
Xatəm əl-Ənbiya İnşaat Bazası, yarı hökumət təşkilatıdır və İslam İnqilabı Keşikçiləri Korpusunun bir hissəsi olan və hazırda "İranın hökumət layihələri üçün ən böyük podratçısı" kimi fəaliyyət göstərən Xatəmül-Anbia Mərkəzi qərargahının silahlarından biridir. "hesab olunur. Xatəm əl-Ənbiya İnşaat Bazası, İran-İraq müharibəsi bitdikdən sonra Seyid Əli Xameneinin əmri və Mohsen Rezaei əmri ilə qurulmuşdur. Təşkilat ABŞ sanksiyaları altındadır. == Heyət == 1393-cü ildəki baza komandirinin verdiyi məlumata görə, Xatəm bazası 135.000 nəfərlik bir qüvvəyə sahibdir, bunlardan 100.560-ı bazanın rəsmi qüvvəsidir.
Hüseyn Xatəmi
Hüseyn Xatəmi (d. 12 dekabr 1938, İstanbul, Türkiyə) — Azərbaycan əsilli türk alim, yazıçı və hüquq professoru. == Həyatı == 1898-də İranın Salmas şəhərindəda doğulan Əli Əsgər Xatəmi ilə 1910-cu ildə İstanbulda doğulan əslən azərbaycanlı Cəmilə xanımın əkiz uşaqlarından biri olaraq dünyaya gəldi. Əkiz qardaşı Həsən Xosrov Xatəmi daxili xəstəlikləri professorudur. Tam adı Hüseyn Pərviz olduğu halda ikinci adının İslam peyğəmbərinin məktubunu cıran Sasani hökmdarından gəldiyini öyrəndikdən sonra bu adı məhkəmə qərarı ilə sildirmişdir. == Təhsili == Tələt paşa ibtidai məktəbini və Şişli orta məktəbini bitirmişdir. 1956-cı ildə Atatürk Kişi Liseyindən məzun olmuşdur. 1960-cı ildə İstanbul Universiteti Hüquq fakültəsindən məzun olmuşdur. 1961-ci ildə İstanbul Universiteti Hüquq fakültəsinin Mədəni hüquq kafedrasına təyin olunmuşdur. == Fəaliyyəti == 1973-cü ildə vəkil Kezban Hatəmi evlənmişdir.
Həsən Xosrov Xatəmi
Həsən Xosrov Xatəmi (d. 12 dekabr 1938, İstanbul, Türkiyə) — Azərbaycan əsilli türk tibb professoru, daxili xəstəliklər mütəxəssisi, yazıçı, şair. == Həyatı == 1898-də İranın Salmas şəhərində doğulan Əli Əsgər Xatəmi Bəy ilə 1910 da İstanbulda doğulan Azərbaycan immiqrantı Cəmilə xanımın əkiz uşaqlarından biri olaraq dünyaya gəlmişdir. Əkiz qardaşı Hüseyn Xatəmi hüquq professorudur.1959-cu ildə qələbə yoldaşı Sezer Göze ilə tanış olmuş, 1963-cü ildə evlənmişdir. Bu evlilikdən iki övladı: İbrahim və Aybikə olmuşdur.2007-ci ildə özü kimi daxili xəstəliklər sahəsi üzrə mütəxəsis olan oğlu tərəfindən bağırsaq xərçəngi diaqnozu qoyulmuşdur. === Təhsili === Tələt paşa ibtidai məktəbini və Şişli orta məktəbini bitirmişdir. 1956-cı ildə Atatürk Kişi Liseyindən məzun olmuşdur. 1962-ci ildə İstanbul Universitetinin Tibb fakültəsini bitirmişdir. == Fəaliyyəti == 1966-cı ildə daxili xəstəliklər üzrə mütəxəsis və 1971-ci ildə dosent olmuşdur. Endokrinoloji ve Metabolizma xəstəlikləri ilə məşğul olmuş və 1978-ci ildə professor olmuşdur.
Xatəmabad (Komican)
Xatəmabad (fars. خاتم اباد‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Milacerd bəxşinin Milacerd dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 69 ailədə 115 nəfəri kişilər və 129 nəfəri qadınlar olmaqla cəmi 244 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Xatəmkalıq
Xosrov Xatəmi
Həsən Xosrov Xatəmi (d. 12 dekabr 1938, İstanbul, Türkiyə) — Azərbaycan əsilli türk tibb professoru, daxili xəstəliklər mütəxəssisi, yazıçı, şair. == Həyatı == 1898-də İranın Salmas şəhərində doğulan Əli Əsgər Xatəmi Bəy ilə 1910 da İstanbulda doğulan Azərbaycan immiqrantı Cəmilə xanımın əkiz uşaqlarından biri olaraq dünyaya gəlmişdir. Əkiz qardaşı Hüseyn Xatəmi hüquq professorudur.1959-cu ildə qələbə yoldaşı Sezer Göze ilə tanış olmuş, 1963-cü ildə evlənmişdir. Bu evlilikdən iki övladı: İbrahim və Aybikə olmuşdur.2007-ci ildə özü kimi daxili xəstəliklər sahəsi üzrə mütəxəsis olan oğlu tərəfindən bağırsaq xərçəngi diaqnozu qoyulmuşdur. === Təhsili === Tələt paşa ibtidai məktəbini və Şişli orta məktəbini bitirmişdir. 1956-cı ildə Atatürk Kişi Liseyindən məzun olmuşdur. 1962-ci ildə İstanbul Universitetinin Tibb fakültəsini bitirmişdir. == Fəaliyyəti == 1966-cı ildə daxili xəstəliklər üzrə mütəxəsis və 1971-ci ildə dosent olmuşdur. Endokrinoloji ve Metabolizma xəstəlikləri ilə məşğul olmuş və 1978-ci ildə professor olmuşdur.
Xatəmkarlıq
Xatəmkarlıq — zərgərlikdə üsul. XVIII əsrdə Azərbaycanda metaldan hazırlanmış məişət əşyaları, silah, zinət şeyləri bu üsulla bəzədilirdi. Xatəmkarlıq Azərbaycanda zərgərlik sənəti sahəsində böyük irsə malikdir. Xəncər, qılınc, müxtəlif bədii sənət nümunələrini bu üsulla bəzəmək üçün istənilən çeşni əsasında həmin cismi üzdən azacıq deşir, sonra bu dəliklər qızır, gümüş və s. rəngli metal mıxlarla doldurulur. Bütün bu proses qurtardıqdan sonra cismin üstü hamarlanır və elə bil gözəl bir mozaikanı andırır. Xatəmkarlğın ən çətin və maraqlı sahəsindən biri əşyanın üzərində qiymətli metallarla yazı yazmaq və rəsm çəkməkdir. Bu, sənətkardan böyük zövq və ustalıq tələb edir. Azərbaycan sənətkarları bu sahədə də böyük məharət göstərmişlər.
Suveyd ibn Əmr əl-Xatəmi
Süveyd ibn Əmr əl-Xatəmi (ərəb. سُوَیْد بْن عَمْرو الخَثْعَمی‎) — Kərbəlanın sonuncu şəhidi. == Nəsil == Süveyd ibn Əmr ibn Əbu Muta əl-Xatəmi Xəsəm qəbiləsindən olan əsilzadə idi. O, təqvalı, bacarıqlı və cəsur bir döyüşçü kimi tanınırdı. == Aşura günündə == Süveyd Hüseyn ibn Əlinin ordusundan döyüş meydanına gedən sonuncu şəxs idi. O, ağır yaralanana qədər və digər şəhidlər arasında yerə düşüb ölümə buraxılana qədər Yezidin ordusuna qarşı igidliklə vuruşdu. Lakin Süveyd hələ də sağ idi və bir anda insanlardan Hüseynin öldürüldüyünü eşitdi. Böyük səylə ayağa qalxdı və şəhid olana qədər döyüşə davam etdi. Onun Urvə ibn Battan əl-Sələbi və Zeyd ibn Riqad əl-Cənbi tərəfindən öldürüldüyü deyilir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.10 dəfə / 1 mln.
2006 ••••••••••• 0.23
2011 •••••••••••••••••••• 0.43
2012 •••••••• 0.17
2013 •••••••••••••••••••• 0.44

xatəm sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Sonuncu, axırıncı, ən sonuncu. ◊ Adəmdən xatəmə – dünyanın əmələ gəlməsindən bu günə kimi; heç vaxt, heç zaman. Adəmdən xatəmə görünməmişdi ki, bəy qızı əsnafa verilsin. Çəmənzəminli. [Molla:] Adəmdən xatəmə görünməyib ki, bir nəfər rəiyyət oğlu bir xanzadənin üzünə ağ olsun. P.Makulu.

    Azərbaycan dilinin izahlı lüğəti / xatəm
  • 2 is. [ər.] klas. 1. Üzük. Barmağında xatəm, guşində tənə; Gireh-gireh zülfün tökə gərdənə. M.P.Vaqif. Barmağında xatəm, belində kəmər; Telində güşvarə, düymə tamam zər. Q.Zakir.

    Azərbaycan dilinin izahlı lüğəti / xatəm

xatəm sözünün sinonimləri (yaxın mənalı sözlər)

xatəm sözünün rus dilinə tərcüməsi

  • 1 1 сущ. устар. кольцо 2 прил. устар. последний ◊ Adəmdən xatəmə от Адама до нас

    Azərbaycanca-rusca lüğət / xatəm

xatəm sözünün ləzgi dilinə tərcüməsi

xatəm sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) möhür, damğa; 2) üzük; 3) sonuncu, axırıncı; 4) son, axır; 5) müstəsna.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

möhür, damğa; üzük; sonuncu, axırıncı; son.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"xatəm" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xatəm nədir? #xatəm sözünün mənası #xatəm nə deməkdir? #xatəm sözünün izahı #xatəm sözünün yazılışı #xatəm necə yazılır? #xatəm sözünün düzgün yazılışı #xatəm leksik mənası #xatəm sözünün sinonimi #xatəm sözünün yaxın mənalı sözlər #xatəm sözünün əks mənası #xatəm sözünün etimologiyası #xatəm sözünün orfoqrafiyası #xatəm rusca #xatəm inglisça #xatəm fransızca #xatəm sözünün istifadəsi #sözlük