Xerson sözü azərbaycan dilində

Xerson

Yazılış

  • Xerson • 98.9418%
  • xerson • 1.0582%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xerson
Xerson (ukr. Херсон) və ya Sarı Kirman (krımtat. Sarı Kermen, köhnə rusca Сары-Кермен) — Ukraynanın cənubunda, Herson vilayətinin idarə mərkəzi şəhər. Aşağı Dnepr çayının sağ sahilində, çay mənsəbindən 25 km içəridə yerləşir. 1778-ci ildə, Rusiyanın Krım xanlığından yeni ələ keçirdiyi Qara dəniz cəphəsini qoruyacak bir qala olaraq komandir və dövlət adamı Qriqori Potyomkin tərəfindən quruldu. Qara dənizdəki ilk Rus dəniz bazası və limanı oldu. Günümüzdə böyük bir gəmiqayırma mərkəzi olmaqdadır.
Xerson vilayəti
Xerson vilayəti (ukr. Херсо́нська о́бласть) — Ukraynanın cənubunda yerləşən inzibati ərazi bölgüsü. 2022-ci il fevral ayının sonundan əksər hissəsi Rusiya tərəfindən işğal altındadır. Cənub-qərbində Qara dəniz, cənub-şərqində — Azov dənizi yerləşir. Regionun şimalında Dnepropetrovsk vilayəti, şərqində — Zaporojye vilayəti, qərbində — Nikolayev vilayəti, cənubunda — Krım Muxtar Respublikasıdır.
Merefo-Xerson körpüsü
Merefo-Xerson körpüsü — Ukraynanın Dnepr şəhərində Dnepr çayı üzərindəki dəmir yolu körpüsü. Şəhərin ikinci ən köhnə körpüsüdür. Bədii ekspresivliyi, görkəmli texniki keyfiyyətləri, zamanla sınaqdan keçirildiyi üçün memarlıq abidəsi kimi dövlət qorumasına alınmışdır. İnşa edildiyi dövrdə Avropadakı ən uzun dəmir-beton tağlı körpü olmuşdur. Layihəsi 1912-ci ildə hazırlanmış, körpünün inşası 1914-1916-cı illərdə həyata keçirilmişdir. Akademik Q. Perederi tərəfindən dizayn edilmiş metal bir körpünün 22 dayağı quraşdırılır, lakin aralıqların inşasına başlamağa vaxt olmur. Körpünün inşası 1917-ci il inqilabı ilə dayanır və yalnız 1929-cu ildə inşasını başa çatdırmaq qərarı nəhayət yetişir. O zaman gediş-gəliş üçün açıq olan Lotsmanskaya - Apostolovo dəmir yolu xəttini sol sahil ilə birləşdirmək lazım dəlir. Yeni körpü layihəsinin müəllifi N. Kolokov olur. Baş inşaat mühəndisi dəmir yolu körpülərinin tikintisinə texniki nəzarət etdiyinə görə Qırmızı Ulduz ordeni ilə təltif edilmiş Sovet mühəndisi Makar Aleksandroviç Kienya olmuşdur.
Xerson döyüşü (2022)
Xerson uğrunda döyüşlər — Rusiya silahlı qüvvələrinin Ukraynanın Xerson vilayəti ərazisində 24 fevral 2022-ci ildə başlayan və davam edən hücumudur. Martın 3-dən noyabrın 11-dək şəhər Rusiya tərəfindən işğal edildi, 2022-ci ilin noyabrında rus ordusu şəhərdən geri çəkildi, Xerson noyabrın 11-də Ukrayna Silahlı Qüvvələri tərəfindən azad edildi. == Hücum == Rusiya prezidenti Vladimir Putinin Ukraynada “xüsusi hərbi əməliyyat” elan etməsindən az sonra Rusiya Hərbi Hava Qüvvələri Krım ərazisindən Xerson vilayətinin bir sıra şəhərlərindəki hədəflərə qanadlı və ballistik raketlər atmağa başlaydı. Daha sonra Rusiya aviasiyasının dəstəyi ilə Rusiya silahlı qüvvələri Novaya Kaxovka, Geniçesk, Melitopolu işğal edərək Xersona yaxınlaşaraq tədricən Xerson vilayətinin dərinliklərinə daxil olmağa başladılar. Fevralın 24-də axşam rus qoşunları Antonovski körpüsünə nəzarəti ələ keçirmək üçün Xersonu işğal etməyə cəhd etdilər ki, bu da ruslara Dnepr çayı üzərindən Nikolayevin mühüm nəqliyyat mərkəzinə doğru strateji keçid imkanı verəcək. Ukraynanın mexanikləşdirilmiş qüvvələri körpünü qoruya bildi və rusları şimala doğru növbəti ən yaxın Dnepr keçidinə, fevralın 25-də rusların tutduqları Novaya Kaxovka şəhərinə doğru irəliləməyə məcbur etdi. Daha sonra, fevralın 25-də rus qoşunları Antonovski körpüsünü işğal etdilər. Bu obyekt uğrunda döyüş son dərəcə şiddətli kimi təsvir olunur.. Xerson meri İqor Kolıxayevin sözlərinə görə, fevralın 26-na keçən gecə Ukrayna hava qüvvələrinin Rusiyanın zirehli mövqelərinə endirdiyi zərbə rusları körpüdən keçərək Dnepr çayının şərq tərəfinə çəkilməyə məcbur edib. Fevralın 26-da günortadan sonra Xerson Vilayət Dövlət Administrasiyasının rəhbəri Gennadi Laxuta Ukrayna ordusunun Xersona keçidə nəzarəti itirdiyini və bunun ruslara böyük itkilər verdiyini bildirdi.
Xerson İncəsənət Muzeyi
Aleksey Şovkunenko adına Xerson İncəsənət Muzeyi (ukr. Херсонский художественный музей имени Алексея Шовкуненко) — Ukraynanın Xerson şəhərində yerləşən muzey. Rəssam Aleksey Alekseyeviç Şovkunenkonun adını daşıyır. == Tarixi == === XIX XX əsrlərdə === Muzey binası 1897-ci ildə odessalı memar Adolf Minkusun (1870–1948) layihəsinə əsasən Xerson Şəhər Şurası üçün tikilmişdir. Tarixi boyu bu bina Xerson şəhərinin əsas simvollarından biri olaraq qalmışdır. XX əsrin əvvəllərində şəhər idarəsi, meriya, şəhər yetimxanası və şəhər ictimai bankı burada yerləşirdi. Şəhər Dumasının iclasları da bu binada keçirilirdi. Bu binada bir neçə memarlıq üslubunun birləşməsi müşahidə olunur.1920–1930-cu illərdə muzeyin incəsənət kolleksiyası Rusiya və Qərbi Avropa rəngkarlıq, qrafika, dekorativ-tətbiqi sənət əsərləri ilə əhəmiyyətli dərəcədə tamamlanmışdır. İkinci Dünya müharibəsi ərəfəsində fondlarda 700-ə yaxın eksponat var idi. Nasist işğalı illərində muzey qiymətlilərinin əksəriyyəti, o cümlədən sənət əsərləri kolleksiyası Xersondan Almaniya və Rumıniyaya aparılmışdır.
Aleksey Şovkunenko adına Xerson İncəsənət Muzeyi

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.65 dəfə / 1 mln.
2004 ••••••• 1.01
2006 •• 0.23
2007 ••••• 0.63
2009 •••••••• 1.12
2010 •••• 0.54
2011 ••• 0.34
2012 ••• 0.34
2013 ••••••••••• 1.46
2014 •••••••••••••••••••• 2.92
2015 ••• 0.34
2016 ••••• 0.69
2019 •••••••••••• 1.67
2020 0.13

Oxşar sözlər

#xerson nədir? #xerson sözünün mənası #xerson nə deməkdir? #xerson sözünün izahı #xerson sözünün yazılışı #xerson necə yazılır? #xerson sözünün düzgün yazılışı #xerson leksik mənası #xerson sözünün sinonimi #xerson sözünün yaxın mənalı sözlər #xerson sözünün əks mənası #xerson sözünün etimologiyası #xerson sözünün orfoqrafiyası #xerson rusca #xerson inglisça #xerson fransızca #xerson sözünün istifadəsi #sözlük