xeyirxahlıq sözü azərbaycan dilində

xeyirxahlıq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • xeyirxahlıq • 91.2037%
  • Xeyirxahlıq • 8.2672%
  • XEYİRXAHLIQ • 0.5291%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xeyirxahlıq
Xeyirxahlıq — insan insanın dostu, yoldaşı və qardaşıdır. Xeyirxahlıq insanlar arasındakı münasibətlərdə təzahür edir, təmənnasız, heç bir əvəz ummadan edilən yaxşılıq kimi meydana çıxır. Hələ ən qədim yazılı abidəmiz olan "Avesta"da həyat xeyirlə şərin mübarizəsi şəklində verilir və bu mübarizənin gec-tez xeyirin qələbəsi ilə bitəcəyi göstərilir. Bu da onu göstərir ki, xeyirin şər üzərindəki qələbəsi bəşərin öz arzusu, öz amalıdır. Şair və yazıçılarımız da öz əsərlərində həmişə xeyirxahlığa geniş yer vermiş, xeyirin şər üzərindəki qələbəsini əks etdirmişlər. Bu cəhətdən dahi şairimiz Nizami Gəncəvinin "Xeyir və Şər" mənzum hekayəsi diqqəti daha çox cəlb edir. "Yeddi gözəl" poemasında Çin şahzadəsinin söylədiyi bu hekayətdə xeyirlə şərin mübarizəsi əks etdirilir. Əsərdə Xeyir, kürd və kürdün qızı xeyirxah qüvvələr, xeyirxahlığı təmsil edən surətlərdir. Şər isə burada pisliyi, mənfiliyi əks etdirir. Susuz səhrada Xeyir bir içim su üçün Şərə yalvarır, ona qiymətli ləl təklif edir, lakin Şər öz adı kimi iş görərək nəinki Xeyirə su vermir, əksinə, gözlərini də çıxararaq onu tək-tənha qoyub gedir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 5.09 dəfə / 1 mln.
2002 ••••••••••••• 6.85
2003 •••••••••••••••••••• 11.02
2004 •••••••• 4.04
2005 ••••••••••••• 6.75
2006 •••••••••••• 6.53
2007 ••••••••••• 5.71
2008 ••••••••••• 5.85
2009 •••••••••••• 6.08
2010 ••••••• 3.72
2011 ••••••••• 4.72
2012 ••••••••• 4.56
2013 ••••• 2.63
2014 •••••••••••• 6.18
2015 ••••••• 3.40
2016 ••••••• 3.47
2017 ••••••• 3.74
2018 ••••••• 3.60
2019 ••••••••••••• 6.82
2020 •••••••••••••••• 8.75

xeyirxahlıq sözünün leksik mənası və izahı

  • 1 is. Başqalarına xeyirxah münasibət; yaxşılığa çalışma; qayğıkeşlik, qeydkeşlik, yaxşılıq, kömək. Bu sözü mən xeyirxahlıqdan ərz edirəm, qorxuram səni pul üstə o qədər əzələr ki, şişib dama dönəsən, pul ilə zarafat olmaz, canım, gözüm! N.Vəzirov. [Xavər:] Bax, adam onun kimi olar. Üzü, gözləri, danışığı, hamısı xeyirxahlıqla doludur. M.İbrahimov. Vidadi ədalət və xeyirxahlıq mücəssəməsi kimi hər yerdə, xüsusən Vaqifin çətinliyə düşdüyü yerlərdə, görünür, öz köməyini, hətta canını belə onun yolunda müzayiqə etmir. M.Arif. □ Xeyirxahlıq etmək (eləmək, göstərmək) – yaxşılıq etmək, kömək göstərmək, xeyrə çalışmaq. Tənbələ, əyriyə xeyirxahlıq etmək yaxşı işləyənin belindən basmaqdır. M.İbrahimov. [Afərin] adamlara həmişə xeyirxahlıq etməyi sevirdi. Q.İlkin.

    Azərbaycan dilinin izahlı lüğəti / xeyirxahlıq

xeyirxahlıq sözünün sinonimləri (yaxın mənalı sözlər)

xeyirxahlıq sözünün rus dilinə tərcüməsi

  • 1 доброжелательство, благожелательство, благоволение

    Azərbaycanca-rusca lüğət / xeyirxahlıq
  • 2 сущ. благожелательность, доброжелательность, доброжелательство; xeyirxahlıq etmək (göstərmək) проявлять доброжелательство, благожелательствовать, доброжелательствовать (относиться с участием, расположением к кому-л., к чему-л.)

    Azərbaycanca-rusca lüğət / xeyirxahlıq

xeyirxahlıq sözünün inglis dilinə tərcüməsi

xeyirxahlıq sözünün fransız dilinə tərcüməsi

xeyirxahlıq sözünün ləzgi dilinə tərcüməsi

"xeyirxahlıq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xeyirxahlıq nədir? #xeyirxahlıq sözünün mənası #xeyirxahlıq nə deməkdir? #xeyirxahlıq sözünün izahı #xeyirxahlıq sözünün yazılışı #xeyirxahlıq necə yazılır? #xeyirxahlıq sözünün düzgün yazılışı #xeyirxahlıq leksik mənası #xeyirxahlıq sözünün sinonimi #xeyirxahlıq sözünün yaxın mənalı sözlər #xeyirxahlıq sözünün əks mənası #xeyirxahlıq sözünün etimologiyası #xeyirxahlıq sözünün orfoqrafiyası #xeyirxahlıq rusca #xeyirxahlıq inglisça #xeyirxahlıq fransızca #xeyirxahlıq sözünün istifadəsi #sözlük