xidmətçilərin sözü azərbaycan dilində

xidmətçilərin

Yazılış

  • xidmətçilərin • 89.5833%
  • Xidmətçilərin • 10.4167%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xosrov və Şirinin xidmətçilərin nağıllarını dinləmələri
Xosrov və Şirinin xidmətçilərin nağıllarını dinləmələri - I Şah Təhmasibin sifarişi ilə 1539-1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Ağa Mirək Mirzə Qiyas tərəfindən çəkilmiş rəsm əsəridir. Tədqiqatçı N. Zamanov bu miniatürü "monumental sənət nümunəsi" adlandırır. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. Nizaminin "Xosrov və Şirin" poemasında, Xosrov, Şirinlə görüşü münasibətilə kef məclisi qurmuşdur. Onlar, müğənnilərin mahnısını dinləyir, ecazkar musiqi təranələrindən məst olurlar. Bu zaman sevgililər musiqiyə bir an fasilə verərək, xidmətçilərin maraqlı nağıllarına qulaq asırlar: Nizami poemasında Xosrovla Şirin iki baş qəhrəman kimi qələmə alınsalar da, şair bu surətlərin səciyyəsindəki ziddiyyəti qabarıq şəkildə verməyi lazım bilmişdir. Xosrovu görmədən, tanımadan sevən Şirin, Şapurun tərifi ilə Şirinə məhəbbət bağlayan Xosrov macərası şairin əsərində gözəl səsləndiyi kimi, miniatür dilində də eləcə gözəl və valehedici səslənməli idi. Ağamirək, "Xəmsə"yə çəkdiyi bütün miniatürlərdə olduğu kimi, bu əsərində də tutduğu qayəyə sadiq qalmış və buna görə də, onun əsərləri miniatür şərtiliyinə baxmayaraq, Nizami epizodlarının mayasından pərvazlanmışdır. Miniatürün mərkəzində, zəngin bəzədilmiş tağ-tavan altındakı geniş taxtda Xosrovla Şirin əyləşmişlər.

"xidmətçilərin" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xidmətçilərin nədir? #xidmətçilərin sözünün mənası #xidmətçilərin nə deməkdir? #xidmətçilərin sözünün izahı #xidmətçilərin sözünün yazılışı #xidmətçilərin necə yazılır? #xidmətçilərin sözünün düzgün yazılışı #xidmətçilərin leksik mənası #xidmətçilərin sözünün sinonimi #xidmətçilərin sözünün yaxın mənalı sözlər #xidmətçilərin sözünün əks mənası #xidmətçilərin sözünün etimologiyası #xidmətçilərin sözünün orfoqrafiyası #xidmətçilərin rusca #xidmətçilərin inglisça #xidmətçilərin fransızca #xidmətçilərin sözünün istifadəsi #sözlük