xiyar sözü azərbaycan dilində

xiyar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • xiyar • 97.3766%
  • Xiyar • 2.5106%
  • XİYAR • 0.1128%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xiyar
Xiyar (lat. Cucumis) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Xiyarın sarılqan xüsusiyyətli incə quruluşlu, buğumlu 5 tinli gövdəsi, 3-5 loplu tüklü yarpaqları və yarpağın qoltuğundan çıxan tək eşeyli sarı çiçəkləri var. Bəzən tikanlı, parlaq yaşıl rəngli qabıqla örtülü incə uzun və silindir formasında meyvələrin içində çoxlu toxum olur. Bu bitki hər cürə iqlimdə yetişə bilər Lakin Tundrada yetişə bilməz. Bol su sevən bu bitki quraqlıq yerlərdə yetişmir. Gübrə vasitəsi ilə məhsuldarlığı daha da artırılır. Əgər aqrar dərman istifadəsi təbiət və bitki üçün zərərlidirsə, bu halda tövsiyə olunmur.
Adi xiyar
Adi xiyar (lat. Cucumis sativus) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. Xiyar həm açıq torpaqda və həm də istixanalarda yetişdirilir. Xiyarın kal meyvələri 8–12 günlüyündə dərilir. Ondan təzə halda, turşudulmaq, duza və sirkəyə qoymaq üçün istifadə edilir. Xiyarın keyfiyyətində onun iri və ya xırdalığının böyük əhəmiyyəti var. Xırda, toxumları sütül xiyarlar daha keyfiyyətli hesab olunur. Standarta əsasən, duza qoyulacaq xiyarlar xırda (50 mm-ə qədər) və iri (51–70 mm) kornişonlara, xırda (71–90 mm), orta iri (91–120 mm) və iri xiyarlara (121–140 mm) bölünür. 140 mm-dən iri xiyarları duza və sirkəyə qoymaq olmaz. Xiyarın tərkibində 94–96% su, 1,8–2,5% şəkərlər, 0,6% azotlu maddə, 0,5% sellüloza, 0,2% üzvi turşular, 0,38–0,53% mineral maddələr, 4–10 mq% C vitamini, az miqdarda B1, B2, PP, karotin, biotin və pantoten turşusu vardır.
Xiyar turşusu
== Lazım olan ərzaqlar == 1,5 kiloqram xiyar 1,5 litr su 1 stəkan şəkər tozu 2–3 ədə baş soğan 1 xörək qaşığı qara istiot dənəsi 1 dəstə şüyüd 12 xörək qaşığı sirkə == Hazırlanması == Məhlul hazırlamaq üçün su sirkə ilə birgə qaynadılır, şəkər dairə şəklində doğranmış soğan və istiot dənələri ona əlavə edilir. Şüyüd yaxşıca yuyulur və narın doğranır. Xiyar da yuyulur, dairə şəklində doğranır, bankaya yığılır. Ara-ara şüyüdlər səpilir. Sonra üzərinə soyudulmuş məhlul əlavə edilir. 2 gündən sonra marinad süzülür, qaynadılır və yenidən xiyarın üzərinə əlavə olunur. Ağzı bağlanılır, sərin yerdə saxlanılır.
Xiyar şirəsi
Xiyar şirəsi — xiyarı əzmək və ya sıxmaqla hazırlanan şirə. == Faydaları == Xiyar əla sidik qovucudur. Amma o çoxlu sayda digər əhəmiyyətli xassələrə malikdir. Onda çoxlu miqdarda silisium və kükürd olduğundan xüsusən də ispanaq, kök şirələri ilə birgə istifadə еdildikdə saçın tökülməsinin qarşısını alır və onların intеnsiv inkişafına kömək еdir. Xiyar şirəsi həmçinin dırnaqları möhkəmlədərək onların lay-lay dağılmasının qarşısını alır. Orqanizmdə sidik turşusunun toplanması hеsabına yaranan rеvmatik ağrılar zamanı xiyar və kök şirəsi qarışığı faydalıdır. Xiyarda kaliumun yüksək miqdarı olması onu artеrial təzyiqin pozulması zamanı çox qiymətli еdir. Həm də maraqlıdır ki, xiyar şirəsi yüksək artеrial təzyiqi azaldır, aşağı artеrial təzyiqi yüksəldir, başqa sözlə artеrial təzyiqi tənzimləyir.
Xiyar şorbası
Xiyar şorbası (pol. zupa ogórkowa) — Polşa mətbəxində xiyar turşusundan və təzə xiyardan hazırlanan ənənəvi yemək. Xiyar şorbasına, çuğundur, cəfəri kökü və s. əlavə olunur. Ət, toyuq, tərəvəz bulyonunda bişirilən xiyar şorbası vegeterian yeməklərindən biri hesab olunur. Qaynar və soyuq halda istifadə olunur. == İstinadlar == == Xarici keçidlər == Magdalena Kasprzyk-Chevriaux. "Десять самых странных польских супов". Culture.pl (rus). Culture.pl.
Adi it xiyarı
Adi dəlixiyar (lat. Ecballium elaterium) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin dəlixiyar cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 10-50 sm olan çoxillik ot bitkisidir. Bir neçə qısa gövdə əmələ gətirir. Yarpaqları iri, yumurtavari-ürəkvari, zəif dilimlidir. Bütövlüklə cod nahamardır. Tacı kifayət qədər böyük, açıq sarı rəngdədir. Meyvəsi uzunsov, ovalvari, toxunduqda sürətlə sıçrayıb şirə buraxır. May-avqust aylarında çiçəkləyir, iyun-noyabr aylarında meyvə verir. == Mənşəyi və yayılması == Adi dəlixiyar kserofil coğrafi tipinin aralıq dənizi sinfinin aralıq dənizi qrupuna aiddir.
Dəniz xiyarları
Dəniz xiyarları (lat. Holothuroidea) — heyvanlar aləminin dərisitikanlılar tipinə aid heyvan sinfi.
Xiyarək (Ərdəbil)
Xiyarək (fars. خيارك‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 3,183 nəfər yaşayır (709 ailə).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 12.15 dəfə / 1 mln.
2003 •• 1.97
2004 1.68
2006 ••••••••••••••••••• 32.43
2007 •••••• 9.51
2008 ••••••••• 15.59
2009 ••••••••••••••• 24.64
2010 ••••••• 11.62
2011 ••••••••••• 18.36
2012 •••••••••••••••••••• 34.68
2013 ••••••• 11.82
2014 •••• 6.35
2015 •• 2.21
2016 •• 2.60
2017 •• 2.44
2018 •• 1.80
2019 1.25
2020 ••• 3.85

xiyar sözünün leksik mənası və izahı

  • 1 is. Qabaq fəsiləsindən olan uzunsov, yaşıl, tumlu bostan meyvəsi. Yayda süfrədə xiyar görünməsə, hamını kədər basar. Ə.Vəliyev. Dağ ətəyində pomidor hələ indi-indi qızarır, tər xiyar nübarını verirdi. B.Bayramov.

    Azərbaycan dilinin izahlı lüğəti / xiyar

xiyar sözünün etimologiyası

  • 1 Alınma sözdür, bizdə onun əvəzinə, tarmaz kəlməsi işlədilib. M.Kaşğaridə tarğa sözü var, “kal”, “yetişməmiş”, “göy” anlamlarında açıqlanıb. Görünür, tar(maz) və tar(ğa) sözləri kökdaş feillər olub, axmaz (göl) qəlibi üzrə tarmaz, qovurğa qəlibi üzrə isə tarğa kəlməsi əmələ gəlib. Deməli, xiyar (tarmaz) “göy yeyilən” mənasını əks etdirib. Dillərin çoxunda xiyar məfhumu “kal” mənasını verən sözlə ifadə olunur. Xiyarı türk mənşəli hesab etmək və göyər(mək) sözü ilə bağlamaq da mümkündür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / xiyar

xiyar sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 XİYAR (bostan bitkisi) Palina İvanovna əlüstü kartof qızartdı, turşuya qoyulmuş xiyar, pomidor getirdi (H.Abbaszadə); GÜLBƏSƏR Bostanların gülbəsəri, qarpızı; Çərçilərin ağ nabatı, saqqızı; İndi də var damağımda, dad verər.. (Şəhriyar); YELPƏNƏK (dial.) [Süleyman bəy:] Bir az da şoraba üçün yelpənək almıram, gedirəm (Ə.Haqverdiyev).

    Azərbaycan dilinin sinonimlər lüğəti / xiyar

xiyar sözünün rus dilinə tərcüməsi

  • 1 1. огурец; 2. огуречный;

    Azərbaycanca-rusca lüğət / xiyar
  • 2 I сущ. огурец: 1. стелющееся огородное растение сем. тыквенных. Xiyar yetişdirmək выращивать огурец 2. продолговатый зеленый плод этого растения. Təzə xiyar свежий огурец, duzlu xiyar соленый огурец, xiyarı uzununa yarı kəsmək разрезать пополам огурец, xiyarın duza qoyulması засолка огурцов II прил. огуречный. Xiyar toxumu огуречные семена, xiyar qabığı огуречная кожура, xiyar ləki огуречная грядка

    Azərbaycanca-rusca lüğət / xiyar

xiyar sözünün inglis dilinə tərcüməsi

xiyar sözünün fransız dilinə tərcüməsi

xiyar sözünün ləzgi dilinə tərcüməsi

xiyar sözünün türk dilinə tərcüməsi

xiyar sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

XİYAR1 f. uzunsov yaşıl, tumlu tərəvəz; yelpənək. XİYAR2 ə. sərbəst, azad, öz istədiyi kimi. XİYAR3 ə. seçim, ixtiyar.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"xiyar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xiyar nədir? #xiyar sözünün mənası #xiyar nə deməkdir? #xiyar sözünün izahı #xiyar sözünün yazılışı #xiyar necə yazılır? #xiyar sözünün düzgün yazılışı #xiyar leksik mənası #xiyar sözünün sinonimi #xiyar sözünün yaxın mənalı sözlər #xiyar sözünün əks mənası #xiyar sözünün etimologiyası #xiyar sözünün orfoqrafiyası #xiyar rusca #xiyar inglisça #xiyar fransızca #xiyar sözünün istifadəsi #sözlük