* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Həyatından son dərəcə məmnunluq, dərin razılıq və sevinc hissi, səadət. Ailə xoşbəxtliyi. Xalqın xoşbəxtliyi. // Bu hissin bu və ya başqa bir şəkildə təzahürü. Əziz balalar! …Mində birimizin üzünə xoşbəxtlik günü doğub minmin bəlalərdən xilas olub da hazırdakı dərəcəyə çatdıq. N.Nərimanov. Ağabalanın bu xoşbəxtliyinə bütün şagirdlər həsəd aparardı. Çəmənzəminli. [Qətibə:] Bugünkü vəziyyətin şəklini dəyişmədən xoşbəxtlik məsələsini meydana atmaq xəyalpərəstlikdir, hissiyyatpərvərlikdir, bunların heç birisindən xoşbəxtlik ummaq olmaz. M.S.Ordubadi. □ Xoşbəxtlik üz vermək – taleyi gətirmək, bəxti gətirmək, bəxti üzünə gülmək. [Tapdıq:] Bəlkə yenə xoşbəxtlik üz verdi. Ə.Əbülhəsən. Qafar Xəlilova 1951-ci ildə böyük xoşbəxtlik üz verdi. Ə.Sadıq. 2. Xoşbəxtlikdən şəklində ara s. mənasında – məmnunluq ifadə edir. Xoşbəxtlikdən, heç kəsə xətər toxunmadı. – Kosa yerə çöküb o tərəf-bu tərəfə boylandı, xoşbəxtlikdən, heç kəs onu görməmişdi. S.Rəhimov. Xoşbəxtlikdən, gəmidə mama tapıldı. S.Vəliyev. Bu dəfə, xoşbəxtlikdən, Zərqələmin anası da qızının uşaq evinə getməsinə razılıq verdi. Ə.Sadıq.
Azərbaycan dilinin izahlı lüğəti / xoşbəxtlik2 \ – ümumiyyətlə insanların özlərinə ən yüksək missiya olaraq ortaya qoyduqları dəyər. Şüuru dolduran doyğunluq halı. Yaxud xoşbəxtlik hissi. Xoşbəxtlik məfhumunu insanın hissləri arasında zikr edən filosoflara görə, bu məfhum demək olar ki, bir anlıq hissləri ehtiva edirlər.
Fəlsəfə terminlərinin izahlı lüğəti / xoşbəxtlik1 bəxtəvərlik — bəxtiyarlıq — səadət — firavanlıq — ağgün — məsudluq — fərəhlilik — şadlıq
Azərbaycan dilinin sinonimlər lüğəti / xoşbəxtlik2 XOŞBƏXTLİK Yerlərin, göylərin xoşbəxtliyindən; Onun kimi bir varisi var! (S.Vurğun); BƏXTƏVƏRLİK [Vəliş] İbrahim bəyin sözlərini yerinə yetirmək, məndən ötrü bəxtəvərlikdir (Ə.Vəliyev); BƏXTİYARLIQ Qızılgüllərin ətri elə bil ona Mərdana bir dinclik, bir bəxtiyarlıq getirdi (X.Hasikm); NEMƏT Doğrudan uşaqlıq bir gözəl nemət imiş ki, əldən çıxdı (C.Məmmədquluzadə); SƏADƏT Səlimə: Öz səadəti uğrunda necə çarpışdığını, necə mübarizə apardığını təfsilatı ilə söyləsin (İ.Əfəndiyev); AĞBƏXTLİLİK, AĞGÜNLÜLÜK, MƏSUDLUQ, UĞUR.
Azərbaycan dilinin sinonimlər lüğəti / xoşbəxtlik1 XOŞBƏXTLİK – ZÜLM Sizin kimi adamları qurtarmaq mənim üçün xoşbəxtlikdir (S.Vəliyev); Zülm həmçinin şər əməlidir (Ə.Haqverdiyev).
Azərbaycan dilinin antonimlər lüğəti / xoşbəxtlik2 сущ. счастье (состояние высшей удовлетворенности жизнью, чувство глубокого довольства и радости, испытываемое кем-л.). Ailə xoşbəxtliyi семейное счастье, xalqın xoşbəxtliyi uğrunda за народное счастье, insan xoşbəxtlik üçün doğulmuşdur человек рожден для счастья, böyük xoşbəxtlik великое счастье; xoşbəxtlik üz verdi (xoşbəxtlik üzünə güldü) kimin улыбнулось счастье кому; xoşbəxtlik arzu etmək kimə желать, пожелать счастья кому
Azərbaycanca-rusca lüğət / xoşbəxtlik1 i. 1. happiness; 2. luck, good fortune; ~ arzu etmək to wish good luck (to)
Azərbaycanca-ingiliscə lüğət / xoşbəxtlik1 сущ. хушбахтвал, бахтлувал; бахтаварвал; // xoşbəxtlik üz vermək бахтуни гъун, бахт ахъа хьун.
Azərbaycanca-ləzgicə lüğəti / xoşbəxtlik