Xorvatiya sözü azərbaycan dilində

Xorvatiya

Yazılış

  • Xorvatiya • 99.9744%
  • xorvatiya • 0.0256%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xorvatiya
Xorvatiya (xorv. Hrvatska) - Mərkəzi Avropanın cənubunda, qismən Balkan yarımadasının qərbində yerləşən, keçmiş Yuqoslaviyanın tərkibinə daxil olan, 1991-ci ildə müstəqillik qazanan dövlət. Rəsmi adı - Xorvatiya Respublikası (xorvatca Republika Hrvatska). İdarəçilik forması - parlamentli respublikadır. Paytaxtı və ən iri şəhəri Zaqreb şəhəridir. Xorvatiya şimal-qərbdə Sloveniya, şimal-şərqdə Macarıstan və Serbiya, cənubda Bosniya və Herseqovina, cənub-şərqdə Monteneqro ilə həmsərhəddir. Ölkənin qərbində Adriatik dənizinin sahilində yerləşir. Xorvatiya 1992-ci ildən BMT-nin, Avropa Şurasının, ATƏT-in, 2009-cu ildən NATO-nun və 1 iyul 2013-cü ildən Avropa Birliyinin üzvüdür. == Tarix == Xorvatlar digər cənub slavyanları kimi Balkan yarımadasına VII əsrdə gəldilər və IX əsrdə xristianlığı qəbul etdilər. 1091-ci ildə Xorvat kralı II Stepanın ölümündən sonra Xorvatiya torpaqları Macarıstan kralı I Latslo tərəfindən işğal edildi.
Xorvatiya Prezidenti
Xorvatiya Prezidenti (xorv. ABCD) — Xorvatiyanın ali dövlət vəzifəsi. Xorvatiya Prezidenti dövlətin başçısı hesab olunur. Xorvatiya Prezidenti, vəzifəyə seçki yolu ilə təyin olunur. Xorvatiya vətəndaşları seçki yolu ilə bir nəfəri beş il müddətinə Xorvatiya Prezidenti vəzifəsinə seçir. Xorvatiya Prezidenti seçilən şəxsin səlahiyyət müddəti seçildiyi il fevralın 18-dən başalıyır və beş il sonra başa çatır. 2015-ci il fevralın 18-dən Xorvatiya Prezidentinin səlahiyyətlərini Kolinda Qrabar-Kitaroviç icra edir. Onun səlahiyyət müddəti 2020-ci il fevralın 18-də başa çatır.
Xorvatiya Respublikası
Xorvatiya (xorv. Hrvatska) - Mərkəzi Avropanın cənubunda, qismən Balkan yarımadasının qərbində yerləşən, keçmiş Yuqoslaviyanın tərkibinə daxil olan, 1991-ci ildə müstəqillik qazanan dövlət. Rəsmi adı - Xorvatiya Respublikası (xorvatca Republika Hrvatska). İdarəçilik forması - parlamentli respublikadır. Paytaxtı və ən iri şəhəri Zaqreb şəhəridir. Xorvatiya şimal-qərbdə Sloveniya, şimal-şərqdə Macarıstan və Serbiya, cənubda Bosniya və Herseqovina, cənub-şərqdə Monteneqro ilə həmsərhəddir. Ölkənin qərbində Adriatik dənizinin sahilində yerləşir. Xorvatiya 1992-ci ildən BMT-nin, Avropa Şurasının, ATƏT-in, 2009-cu ildən NATO-nun və 1 iyul 2013-cü ildən Avropa Birliyinin üzvüdür. == Tarix == Xorvatlar digər cənub slavyanları kimi Balkan yarımadasına VII əsrdə gəldilər və IX əsrdə xristianlığı qəbul etdilər. 1091-ci ildə Xorvat kralı II Stepanın ölümündən sonra Xorvatiya torpaqları Macarıstan kralı I Latslo tərəfindən işğal edildi.
Xorvatiya banovinası
Xorvatiya banovinası (xorv. Banovina Hrvatska) — 1939–1941-ci illərdə mövcud olmuş Yuqoslaviya krallığında əyalət (banovina). == Tarixi == Xorvatiya banovinası, 1939-cu ildə xorvatların əksəriyyətini bir inzibati vahiddə birləşdirmək üçün Tsvetkoviç-Maçek razılaşması nəticəsində yaradıldı. Yeni banovina geniş muxtariyyət aldı. İvan Şubaşiç ilk ban olmuşdur. 1941-ci ildə banovina ərazisi Müstəqil Xorvatiya Dövlətinin bir hissəsi oldu, 1945-ci ildə isə YSFR-ın bir hissəsi olaraq Xorvatiya, Bosniya və Herseqovina və Voyevodina (Serbiyanın bir hissəsi olaraq) arasında bölüşdürüldü. == Coğrafiya == Xorvatiya banovinası Yuqoslaviyanın ən böyük banovinası idi və krallığın qərb hissəsində, əsasən müasir Xorvatiya ərazisində və Bosniya və Herseqovina ərazisinin 40%-də yerləşirdi. Banovina Sava və Sahilyanı banovinalarının ərazilərindən qurulmuşdur, həmçinin buraya Dunay, Vrbas, Drina və Zeta banovinaların əraziləri daxil oldu. Banovinanın paytaxtı Zaqreb şəhəri idi. == Əhalisi == Banovina Yuqoslaviyanın bütün xorvat əhalisini bir yerdə cəmləşdirmək məqsədilə quruldu.
Xorvatiya bayrağı
Xorvatiya bayrağı — Xorvatiyanın Dövlət bayrağı
Xorvatiya filmi
Xorvatiya filmi — Xorvatiya keçmiş Yuqoslaviyanın tərkib hissəsi olanda — 1946-cı ildə fəaliyyətinə başlayan, Xorvatiyanın Zaqreb şəhərində yerləşən dövlət kinoprokat şirkəti. == Haqqında == Şirkət 1980–1990-cı illər ərzində regionda təkcə animasiya filmlərini istehsal edib. Həmin filmlərin rejissoru da Milan Blajekoviçdir. The Elm-Chanted Forest (Möcüzəli meşə) 1986-cı ildə, Lapitch the Little Shoemaker (Kiçik çəkməçi Lapiç) 1997-ci ildə istehsal edilib."Xorvatiya film" həm də iki televiziya filmində iştirak edibː 2000–2005-ci illərdə satirik Lapiç serialında. ABŞ-də The Elm-Chanted Forest filminin titrlərində Xorvatiya film bir söz kimi yazılıb.
Xorvatiya krujevası
Xorvatiya krujevası (xorv. Čipkarstvo u Hrvatskoj) ― Aralıq dənizi və kontinental Avropada krujeva istehsalı yayılmağa başladığı dövrdə İntibah dövrünə aid ənənə. Neçə illər ərzində Xorvatiya krujevası unikal naxış və dizaynla seçilir. 2009-cu ildə UNESCO Xorvatiya krujevasını "Qeyri-Maddi Mədəni İrsi" siyahısına əlavə etdi.Müasir zamanda Xorvatiyada, bir çox krujeva tikmə mərkəzləri var, onlar ilk növbədə Paq və Hvar Adriatik adalarında, şimal şəhəri Lepoqlavada və Medjimurska rayonunun Sveta Mariya kəndində yerləşirlər. == Seçmə krujevalar == === Paq: iynə krujevası === Paq adasının iynə krujevaları çoxsaylı həndəsi motivləri ehtiva edən tor şəklində bəzəklərdən ibarətdir. Hazır məhsul çox möhkəm olur və digər xorvat krujevalarından fərqli olaraq onu yumaq olar. Bu cür krujevaların tikiş ənənəsi Paq adasında hələ də qorunub saxlanılır və bunun üçün xüsusi krujeva məktəbi açılmışdır. === Lepoqlava: bobina krujevaları === Lepoqlava şəhərində bobina krujevalarının hazırlama ənənəsi mövcuddur. Onların strukturu üslublaşdırılmış həndəsi və çiçək motivləri və naxışlarından ibarətdir, həmçinin heyvanların təsvirləri də krujevalara əlavə olunur. İstehsal zamanı ağ rəngdə kətan və ya pambıq ipindən istifadə olunur.
Albaniya-Xorvatiya münasibətləri
Albaniya–Xorvatiya münasibətləri (alb. Marrëdhëniet mes Shqipërisë dhe Kroacisë, xorv. Hrvatsko-albanski odnosi), Albaniya ilə Xorvatiya arasındakı mövcud olan ikitərəfli əlaqələrə deyilir. Hər iki ölkə bir-bii ilə 1992-ci ilin Avqust ayının 25-də diplomatik əlaqələr qurmuşdur. Albaniyanın Zaqreb'dəki bir səfirliyi, Xorvatiyanın isə Tirana'dakı bir səfirliyi var. Hər iki ölkə də Aralıq dənizi Üçün Birlik və NATO üzvüdür. Albaniya, Xorvatiyanın suverenliyini 1992-ci ilin Yanvar ayının 21-də Xorvatiyanın tanınmasını elan edən ilk dövlətlərdən biri halına gelmişdir. Albaniya və Kosovodan bir çox etnik Alban könüllü olaraq Xorvat Müstəqillik Müharibəsində Xorvatları yanında döyüşmüşdür. == Siyasi == 2009-cu ilin Aprel ayında həm Albaniya Baş naziri Sali Berişa həm də Xorvatiya baş naziri İvo Sanader'in qatıldığı bir yığıncaqda iki ölkə də NATO üzvlüyünə geri qayıtmışdır. Həmən il, iki ölkə Albaniya ilə Monetenqro arasındakı sərhəddə ortaq bir Atom Elektrik Stansiyası inşa etməyə qərar verdilər.
Albaniya–Xorvatiya münasibətləri
Albaniya–Xorvatiya münasibətləri (alb. Marrëdhëniet mes Shqipërisë dhe Kroacisë, xorv. Hrvatsko-albanski odnosi), Albaniya ilə Xorvatiya arasındakı mövcud olan ikitərəfli əlaqələrə deyilir. Hər iki ölkə bir-bii ilə 1992-ci ilin Avqust ayının 25-də diplomatik əlaqələr qurmuşdur. Albaniyanın Zaqreb'dəki bir səfirliyi, Xorvatiyanın isə Tirana'dakı bir səfirliyi var. Hər iki ölkə də Aralıq dənizi Üçün Birlik və NATO üzvüdür. Albaniya, Xorvatiyanın suverenliyini 1992-ci ilin Yanvar ayının 21-də Xorvatiyanın tanınmasını elan edən ilk dövlətlərdən biri halına gelmişdir. Albaniya və Kosovodan bir çox etnik Alban könüllü olaraq Xorvat Müstəqillik Müharibəsində Xorvatları yanında döyüşmüşdür. == Siyasi == 2009-cu ilin Aprel ayında həm Albaniya Baş naziri Sali Berişa həm də Xorvatiya baş naziri İvo Sanader'in qatıldığı bir yığıncaqda iki ölkə də NATO üzvlüyünə geri qayıtmışdır. Həmən il, iki ölkə Albaniya ilə Monetenqro arasındakı sərhəddə ortaq bir Atom Elektrik Stansiyası inşa etməyə qərar verdilər.
Azərbaycan–Xorvatiya münasibətləri
Azərbaycan–Xorvatiya münasibətləri — Azərbaycan Respublikası ilə Xorvatiya Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1995-cü ilin yanvar ayının 26-da qurulmuşdur. == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 5 dekabr 2000-ci il tarixində yaradılmış və ilk rəhbəri Yaqub Mahmudov olmuşdur. 4 mart 2016-cı il tarixindən də Yaqub Mahmudov işçi qrupunun rəhbəridir.
Ermənistan–Xorvatiya münasibətləri
Xorvatiya—Ermənistan münasibətləri — Xorvatiya və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Ölkələr arasında diplomatik münasibətlər 8 iyul 1996-cı ildə qurulmuşdur. Ermənistan Xorvatiyada İtaliyanın Romadakı səfirliyi ilə, Xorvatiya isə Ermənistanda Yunanıstanın Afinadakı səfirliyi ilə təmsil olunur. 2011-ci ildə hər iki ölkə fəxri konsulluqlar açır: Ermənistan Zaqrebdə, Xorvatiya isə İrəvanda. Ermənistan Avrasiya İqtisadi Birliyinin, Xorvatiya isə Avropa İttifaqının (Aİ) üzvüdür. Ermənistan Avropa İttifaqı ilə Birlik Sazişi imzalamışdır. == Tarixi == Dubrovnik Respublikasının mərkəzi Dubrovnik, Xorvatiya-Ermənistan tarixi əlaqələrinin mərkəzi olmuşdur. Dubrovnikdə yaşayan çox sayda xaricinin arasında bir neçə erməni var idi. Dubrovnikin iki himayəçisi müqəddəs Zenobius və Zenobia Kilikiyadan olan erməni müqəddəslər idi. Raqusan Yepiskopu Raimondo Gallani 18-ci əsrin əvvəllərində Ankara və İstanbulun baş yepiskopu idi.
Xorvatiya kunası
Kuna (xorv. kuna) — 1941–1945 ci illərdə və 30 may 1994-cü ildən Xorvatiyanın pul vahididir Beynəlxalq kod sistemində ISO 4217 — HRK. Valyutanın adı slavyanların əsas pul vahidləri ilə tarixən bağlıdır == Tarixi == === Kuna Xorvatiya Müstəqil dövlətinin pulu === Yuqoslaviyanın işğalından və 1941-ci ildə Xorvatiya Müstəqil dövlətinin yaradılmasından sonra xorvatiya kuna banknotların və sikkələrin buraxılışına başlanmışdır, kuna = 100 banis. 1945-ci ildə, azad olmadan sonra, xorvatiya kuna üçün Yuqoslaviya dinarına mübadilə edirdi: 40 kuna = 1 dinar. === Xorvatiya Respublikasının kuna pulu === Xorvatiya Respublikasının kunası 30 may 1994-cü il xorvat dinarının əvəzinə daxil edilmişdi.. Müəyyən edilmiş mübadilə məzənnəsi — 1 KUNA = 1000 xorvat dinarı. Mübadilə 1994-cü ilin 30 mayından 30 iyun 1995 il üzrə həyata keçirilirdi. Yeni valyutaya keçid 1 iyul 1995-ci ildə qurtardı. == Sikkələr == Hazırda Xorvatiyada sikkələr dövriyyədə nominal dəyəri 1, 2, 5, 10, 20, 50 lip və 1, 2 və 5 kun var. Bimetallizm xatirə sikkələri, 25 kun vaxtaşırı buraxılır. Sikkələr 1993-cü ildən başlayaraq hər il buraxılır, tək buraxılış illərinin sikkələrinin orada təsvir edilmiş obyektin xorvat adı , və cüt buraxılış illərinin sikkələrində — latınca adı göstərilmişdir.
Xorvatiya memarlığı
Xorvatiyanın memarlığı (xorv. Hrvatska arhitektura) — Cənub-şərqi Avropada müasir Xorvatiya dövləti ərazisində memarlığın inkişafı faktiki olaraq bizim eranın əvvəllərindən indiyə qədər olan dövrü əhatə edir və bu və ya digər dərəcədə bugünkü Xorvatiya ərazisinə tarixin müxtəlif dövrlərində nəzarət etmiş ölkə və xalqların çoxsaylı təsirlərinə məruz qalaraq Avropa memarlığının bütün inkişaf mərhələlərini keçib. Xorvatiya memarlığının xüsusiyyəti əhatə etdiyi ərazilərdə erkən və yüksək səviyyəli urbanizasiyadır. Bunu ölkə ərazisində əsası hələ antik və ya orta əsrlərdə qoyulmuş çoxlu sayda şəhərlərin olması da təsdiq edir. Şübhəsiz ki, Xorvatiya da memarlığın ən yüksək zirvəsi Dalmasiya Renessansı dövrüdür. Xorvat memarlığına Avstriya-Macarıstan imperiyası tərkibində olması da əhəmiyyətli dərəcədə təsir edib. Bu xorvat şəhərlərində istər avstriyalı, istərsə də imperiyada yaşayan digər millətlərin nümayəndələrindən olan memarların da işləməsinə də imkan vermişdir. Nəticədə bu Xorvatiyanın bir çox şəhərlərinin, o cümlədən də paytaxt Zaqrebin xarici görünüşünün formalaşmasına öz təsirini göstərmişdir. Xorvat dövlətinin yaradılması (qonşu cənub slavyan ölkələri ilə birgə formada) və tam müstəqilliyin əldə edilməsi (1991-ci ildə) də Xorvatiya memarlığının güclü inkişafı və müasirləşməsinə təkan vermişdir. == Antik və orta əsrlər dövrü == Xorvatiya ərazisində Adriatik dənizi sahilləri boyunca möhkəmləndirilmiş məntəqələrin, çoxsaylı antik şəhərlərin, xüsusilə də Roma şəhərlərinin xarabalıqları qorunub saxlanılmışdır.
Xorvatiya müharibəsi
Xorvatiya müharibəsi və ya Xorvatiyanın müstəqilliyi uğrunda müharibə — Xorvatiyanın Yuqoslaviya federal birliyindən çıxması nəticəsində baş vermiş hərbi münaqişədir. Müharibə Deyton sazişisinin bağlanması və Xorvatiyanın müstəqillik qazanması ilə nəticələnmişdir. Yuqoslav müharibəsinin bir hissəsi kimi tarixə Balkanlarda ən qanlı münaqişələrdən biri kimi düşüb. Müharibənin başlanğıcında döyüşlər əsasən xorvat polisi ilə etnik serblər arasında gedirdi. Mərkəz Belqradda serblərin əhəmiyyətli təsiri nəticəsində Yuqoslaviya hökuməti serblərə gözəçarpan yardım etməyə başlayır. Bunu və digər diskriminasiyalara cavab olaraq, həmçinin milli amili nəzərə alıb, xorvatlar Yuqoslaviyadan öz müstəqilliklərini elan edirlər. Münaqişənin əvvəlində Yuqoslaviya Xorvatiyanı tərkibində saxlamağa cəhd etmiş və qiyamçı ölkənin böyük hissəsini zəbt etmişdir.Xorvatiyada bu müharibə Vətən müharibəsi (xorvatca: Domovinski rat) və ya Böyük Serb təcavüzü (xorvatca: Velikosrpska agresija) adlanır. Serbiyada münaqişəni nəzərdə tutanda Xorvatiyada müharibə (serbсə: Rat u Hrvatskoj) adlandırmasından daha çox istifadə edirlər. == Tarixi == Serblər müasir Xorvatiya ərazilərində XIV əsrdən etibarən kompakt şəkildə yaşamışlar. Serblərin bu ərazilərdə sayca çoxalma səbəbi ilk növbədə Osmanlı İmperiyasının ələ keçirdiyi torpaqlardan Xorvatiyaya çoxlu qaçqınlarının gəlməsi olmuşdur.
Xorvatiya mətbəxi
Xorvatiya mətbəxi- heterojendir və regionların mətbəxi kimi tanınır, çünki Xorvatiyanın hər bir bölgəsi özünün xüsusi kulinariya ənənəsinə malikdir. Onun kökləri qədim dövrlərə aiddir. Ərzaq məhsullarının seçilməsi və bişirilmə qaydaları daxili və sahilyanı bölgələr arasında fərqlidir. Mərkəz bölgələrin mətbəxi Slavyan, daha çox Macarıstan və Türk mətbəxi ilə əlaqəli olmağı, iç yağından( lard), qara bibər, bibər və sarımsaqdan istifadə etməsi ilə xarakterizə olunur. Sahil bölgəsi, Yunan və Roma, daha sonralar Aralıq dənizi, xüsusən İtaliya (Venesiya) mətbəxi ilə səciyyələnir. Sahilyanı mətbəxlərdə zeytun yağı, həmçinin rozmarin, adaçayı, dəfnə yarpağı, qara yarpız, mərzə, darçın, mixək, muskat qozu, limon və portağal qabığı kimi ot və ədviyyatlardan istifadə edilir. Digər köhnə Yuqoslaviya ölkələrinin qida və reseptləri Xorvatiyada məşhurdur.Crni rizot Xorvatiyada hər bir dəniz məhsulu restoranının menyusunda ʻʻqara plovʼʼ (xorv.Crni rizot, ing. black risotto) mövcuddur. Bu plov əslində Kalmar plovudur. Kalmarla yanaşı bu yemək həmçinin digər dəniz məhsulları il də bişirilir, xüsusilə midiya və s.
Xorvatiya parlamenti
Xorvatiya parlamenti (xorv. Hrvatski sabor) — Xorvatiyanın birpalatalı nümayəndələr və qanunverici orqanı (parlamenti). "Sabor" onun tarixi adıdır. == Tarixi == "Sabor" sözü slavyan mənşəlidir və məclis deməkdir. Xorvatiya parlamentinin mənasında bu söz ilk dəfə 1848-ci ildə xorvat inqilabı zamanı istifadə edildi, lakin bu Sabor çox tez dağıldı və bütün hakimiyyəti ban Yelaçiçə verildi. Yeni sabor yalnız 15 aprel 1861-ci ildə çağırıldı. == Heyəti == Sayları 100 ilə 160 arasında dəyişən deputatlardan ibarətdir. Sabor birbaşa ümumi gizli səsvermə yolu ilə dörd illik müddətə seçilir. Deputatların səlahiyyətləri yalnız hərbi vəziyyət dövründə uzadıla bilər. == 1990—2001-ci illərin ikipalatalı saboru == 1990-cı il Xorvatiya konstitusiyasına görə, Sabor iki palatadan ibarət idi: Birbaşa seçkilərdə seçilən Deputatlar Palatası (xorv.
Xorvatiya radiosu
Xorvatiya radiosu (xorv. Hrvatski radio) — Xorvatiyanın dövlət radiosu. == Haqqında == Xorvatiya radiosu 15 may 1926-cı ildə İvo Stern rəhbərliyi altında yayımına başlayan Zaqreb radio stansiyasının varisidir. Əvvəlcə bu radio stansiyası xüsusi bir müəssisə idi, lakin 1940-cı il mayın 1-də milliləşdirildi. İkinci Dünya müharibəsi dövründə "Hrvatski krugoval" radiostansiyası tamamilə Xorvatiya Müstəqil Dövlətinin səlahiyyətlilərinin ixtiyarına verildi və təbliğat aparatı idi. Müharibədən sonra yenidən doğulmuş Zaqreb radiostansiyası Cənub-Şərqi Avropanın ilk böyük ictimai radio stansiyası idi. Hal-hazırda Xorvatiya Radio Yayımları Şirkətinin (əvvəllər Zaqreb Radio və Televiziya) Radio və Televiziya hissəsidir. Xor Radio radiosunda üç radio stansiyası mövcuddur: HR 1 (əsasən musiqi radio stansiyası), HR 2 (əyləncə proqramlarına vurğu, çox sayda şou) və HR 3 (təhsil yayımları və klassik konsertlər).
Xorvatiya saboru
Xorvatiya parlamenti (xorv. Hrvatski sabor) — Xorvatiyanın birpalatalı nümayəndələr və qanunverici orqanı (parlamenti). "Sabor" onun tarixi adıdır. == Tarixi == "Sabor" sözü slavyan mənşəlidir və məclis deməkdir. Xorvatiya parlamentinin mənasında bu söz ilk dəfə 1848-ci ildə xorvat inqilabı zamanı istifadə edildi, lakin bu Sabor çox tez dağıldı və bütün hakimiyyəti ban Yelaçiçə verildi. Yeni sabor yalnız 15 aprel 1861-ci ildə çağırıldı. == Heyəti == Sayları 100 ilə 160 arasında dəyişən deputatlardan ibarətdir. Sabor birbaşa ümumi gizli səsvermə yolu ilə dörd illik müddətə seçilir. Deputatların səlahiyyətləri yalnız hərbi vəziyyət dövründə uzadıla bilər. == 1990—2001-ci illərin ikipalatalı saboru == 1990-cı il Xorvatiya konstitusiyasına görə, Sabor iki palatadan ibarət idi: Birbaşa seçkilərdə seçilən Deputatlar Palatası (xorv.
Xorvatiya süsəni
Xorvatiya şəhərləri
2006-cı ilə əsasən Xorvatiyada şəhər statusuna 127 yaşayış məntəqəsi sahibdir.
Xorvatiya əhalisi
2011-ci il məlumatına görə Xorvatiya əhalisi 4 284 889 nəfər təşkil edir. Bunun 2 066 335 (48,22 %) nəfəri nəfəri, 2 218 554 (51,78 %) nəfəri isə qadınlardan ibarətdir. == Milli tərkibi == === Tarixi dinamika === İllərə görə Xorvatiyanın əhali dinamikası: === Milli tərkib === Ölkə əhalisinin 90 % xorvatlar təşkil edir. Yerdə qalan hissəsini isə serblər, boşnaklar, slovenlər, almanlar, albanlar, italyanlar, çexlər, qaraçılar və digər xalqlar təşkil edir. Milli azlıqlar arasında serblər üstünlük təşkil edir. Onların ümumi sayı 186 633 nəfər təşkil edir. İtalyanlar İstriya şəhərində, macarlar Macarıstanla sərhəddə, çexlər isə Daruvar şəhərin yaşayır. 1948—2011 illər üzrə əhalinin artım dinamikası.: == Din == 2011-ci ilə olan məlmatlar Roma-Katolik kilsəsi — 86,28 % Provaslavlar — 4,44 % Müsəlmanlar — 1,47 % Prostestantlar — 0,34 % Ateistlər — 4,57 % Digərləri / göstərilmiş — 3,24 % == Demoqrafik məlmatlar == === Əhali === 4.496.000 {\displaystyle 4.496.000} === Orta yaş === Ümumi: 40.3 il Kişi: 38.3 il Qadın: 42.1 il === Əhali təbii artımı === −0.035 % (2007) === Doğum === Hər min nəfərə 9.63 (2007)2006-cı ildə bu rəqəm 41,446 nəfər. === Ölüm === hər min nəfərə 11.57 (2007)2006-cı ildə bu rəqəm 50,378 nəfər təşkil etmişdir. === Miqrasiya === Hər min nəfərə 1.58 emiqrant (2007) === Uşaq ölümü === Ümumi: hər min doğuma 6.6 ölü Kişi: hər min doğuma 6.6 ölü Qadın: hər min doğuma 6.6 ölü (2007) === Orta ömür müddəti === Ümumi: 74.9 il Kişilərdə: 71.26 il Qadınlar: 78.75 il (2006) === HİV === Yayılma: 0,1 % az (2001) Xəstəliklə yaşayanlar: 200 nəfər (2001) Vəfat edənlər: 10-dan az (2001) === Etnik qruplar === Xorvatlar 89,6 %, Serblər 4,5 %, Boşnaklar 0,5 %, İtalyanlar 0,4 %, Macarlar 0,4 %, Slovenlər 0,3 %, Çexlər 0,2 %, Qaraçılar 0,2 %, Albanlar 0,1 %, Monteneqrolular 0,1 %, digərlri 4,1 % (2001) === İnanc === Katoliklər 87,8 %, Provaslar 4,4 %, digər xristianlar 0,4 %, müsəlmanlar 1,3 %, digərləri 0,9 %, bildirmək istəməyənlər 5,2 % (2001) === Dil === Xorvat dili 96,1 %, Serb dili 1 %, digərləri 2,9 % (İtalyan dili, Macar dili, Çex dili, Slovak dili və Alman dili) (2001) === Savadlılıq === 15 yaşına qədər: 100% Ümumi: 98,5 % Kişi: 99,4 % Qadın: 97,8 % (2003) == Mənbə == Мужич Иван SKLAVI(NI).ΣΚΛΑΒΗΝΟ. и формирование хорватского народа на Балканах // Stud.
Dənizkənarı Xorvatiya
Xorvatiya knyazlığı (xorv. Kneževina Hrvatska), Dalmatiya Xorvatiyası (xorv. Dalmatinska Hrvatska) və ya Dənizkənarı Xorvatiya (xorv. Primorska Hrvatska) — orta əsrlərdə mövcud olmuş cənubi slavyan knyazlığı. Konstantin Porfirogenetin "İmperiyanın idarə edilməsi haqqında" traktatında xüsusilə qeyd edilmişdir ki, onun ilk hökmdarı VII əsrdə knyaz Porqa olmuşdur. I Trpimir dövründən bəri dövlətin hökmdarı "Xorvatiya knayazı" titulunu daşıyırdı. "Dənizkənarı Xorvatiya" termini tarixşünaslığa XIX əsr tarixçiləri tərəfindən daxil edilmişdir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Goldstein, Ivo. "Ponovno o Srbima u Hrvatskoj u 9. stoljeću" (PDF).
Xorvatiya knyazlığı
Xorvatiya knyazlığı (xorv. Kneževina Hrvatska), Dalmatiya Xorvatiyası (xorv. Dalmatinska Hrvatska) və ya Dənizkənarı Xorvatiya (xorv. Primorska Hrvatska) — orta əsrlərdə mövcud olmuş cənubi slavyan knyazlığı. Konstantin Porfirogenetin "İmperiyanın idarə edilməsi haqqında" traktatında xüsusilə qeyd edilmişdir ki, onun ilk hökmdarı VII əsrdə knyaz Porqa olmuşdur. I Trpimir dövründən bəri dövlətin hökmdarı "Xorvatiya knayazı" titulunu daşıyırdı. "Dənizkənarı Xorvatiya" termini tarixşünaslığa XIX əsr tarixçiləri tərəfindən daxil edilmişdir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Goldstein, Ivo. "Ponovno o Srbima u Hrvatskoj u 9. stoljeću" (PDF).
Xorvatiya krallığı
Xorvatiya krallığı (xorv. Kraljevina Hrvatska; lat. Regnum Croatiae) — təqribən 925-ci ildən 1102-ci ilə qədər mövcud olmuş müstəqil dövlət. IX əsrin ortalarından mövcud olmuş Xorvatiya knyazlığı 925-ci ildə I Tomislavın kral titulunu qəbul etməsindən sonra krallığa çevrilmişdi. Xorvat krallığının hökmdarları əsasən Trpimiroviç sülaləsindən idi. Xorvatiyanın müstəqilliyi 1102-ci ildə sona çatmış, krallıq Macarıstanla ittifaqa girmiş və iki dövlətin şəxsi birliyi bağlanmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Neven Budak – Prva stoljeća Hrvatske, Zagreb, 1994. Şablon:İn lang Singleton, Frederick Bernard. A short history of the Yugoslav peoples. Cambridge University Press.
Xorvatiya himni
Lijepa naša domovino (Bizim gözəl vətənimiz) — Xorvatiyanın rəsmi dövlət himnidir. Xorvatiyada tez-tez sadəcə olaraq "Lijepa naša" ("Bizim Gözəl") adlandır, ölkənin metonimi kimi geniş işlənən ifadədir. == Tarixi == Orijinal sözlər Antun Mixanoviç tərəfindən yazılmış və ilk dəfə 1835-ci ildə Horvatska domovina (Xorvatiya vətəni) adı ilə nəşr edilmişdir. 1846-cı ildə Yosip Runyanin (1821-1878) Horvatska domovina üçün musiqi bəstələyib. Runyaninin ordu bandmeysteri İosif Uendl onun musiqisini hərbi nəfəsli orkestr üçün uyğunlaşdırdı. Melodiyanın orijinal forması məlum deyil, çünki orijinalı bu günə qədər bərpa olunmayıb.Mahnı 1861-ci ildə Zaqreb kafedralının müəllimi və orqan ifaçısı Vatroslav Lixteneqqer tərəfindən kişi xoru üçün səsləndirilərək, harmonizasiya edildi və bundan sonra Xorvat xalqının etnik himni kimi ifa olunmağa başlandı. "Lijepa naša" adı o vaxtdan tətbiq edilib. Orijinal mətn 14 misradan ibarətdir. O vaxtdan bəri himnin sözlərinə bir neçə xırda düzəlişlər edilib. Mahnı Xorvatiya parlamenti tərəfindən dərhal dövlət himni kimi qəbul edilmədi.
Azərbaycan-Xorvatiya futbol matçlarının siyahısı
== Kişilər == === Əsas milli komanda === 13.10.2014 Osiek AÇSO Xorvatiya – Azərbaycan 6:0 03.09.2015 Bakı AÇSO Azərbaycan – Xorvatiya 0:0 21.03.2019 Xorvatiya AÇSO Xorvatiya – Azərbaycan 2:1 09.09.2019 Bakı AÇSO Azərbaycan – Xorvatiya 1:1 === U-21 === 11.09.2007 Zapreşiç, Xorvatiya AÇSO Xorvatiya – Azərbaycan 3:2 21.11.2007 Bakı, Azərbaycan AÇSO Azərbaycan - Xorvatiya 0:1 02.09.2021 Velika Qoritsa, Xorvatiya AÇSO Xorvatiya – Azərbaycan 2:0 12.10.2021 Bakı, Azərbaycan AÇSO Azərbaycan - Xorvatiya 1:5 === U-19 === 29.10.2003 Xorvatiya AÇSO Xorvatiya – Azərbaycan 3:0 31.10.2012 Sesvete, Xorvatiya AÇSO Xorvatiya – Azərbaycan 7:1 13.08.2013 Xorvatiya YO Xorvatiya – Azərbaycan 1:1 03.08.2014 Avstriya YO Xorvatiya – Azərbaycan 0:1 20.09.2016 Sloveniya YO Xorvatiya – Azərbaycan 2:2 23.09.2016 Sloveniya YO Xorvatiya – Azərbaycan 1:1 === U-17 === 28.09.2001 Xorvatiya – Azərbaycan 2:0 21.03.2009 Petanc, Lüksemburq Xorvatiya – Azərbaycan 3:0 25.10.2011 Rovin, Xorvatiya AÇSO Xorvatiya – Azərbaycan 1:2 17.03.2015 Bakı, Azərbaycan AÇSO Azərbaycan – Xorvatiya 0:4 13.04.2018 Bosniya və Herseqovina BT Xorvatiya - Azərbaycan 1:0 === U-16 === 18.11.2014 Zaqreb, Xorvatiya YO Xorvatiya – Azərbaycan 3:2 20.11.2014 Zaqreb, Xorvatiya YO Xorvatiya – Azərbaycan 1:2 === Klublar === 17.07.2007 Bakı UEFA ÇL seç. mər. Xəzər-Lənkəran – Dinamo Zaqreb 1:1 24.07.2007 Zaqreb UEFA ÇL seç. mər. Dinamo Zaqreb – Xəzər-Lənkəran 1:1 -ə.v. 3:1 13.07.2011 Zaqreb UEFA ÇL seç. mər. Dinamo Zaqreb – Neftçi 3:0 19.07.2011 Bakı UEFA ÇL seç. mər. Neftçi – Dinamo Zaqreb 0:0 10.07.2012 Avstriya YO Neftçi – Dinamo Zaqreb 1:0 19.10.2012 Xorvatiya YO Yadren – Azərbaycan (U-21) 0:3 25.01.2014 Antalya YO Simurq – Draqovolyats 2:0 15.01.2015 Antalya YO Split – Azərbaycan (U-17) 4:0 17.01.2015 Antalya YO Split – Qarabağ 3:1 28.10.2016 Nyiredxaza, Macarıstan UEFA RK Zaqreb - Şərur 3:0 28.06.2018 Murska Sobota, Sloveniya YO Qəbələ - Dinamo Zaqreb 0:2 22.05.2019 Sloveniya YO Slaven Belupo-2 – Azərbaycan (U-21) 1:1 14.09.2022 Split UEFA GL Hayduk (U-19) – Qəbələ (U-19) 3:0 04.10.2022 Qəbələ UEFA GL Qəbələ (U-19) – Hayduk (U-19) -:- == Qadınlar == === Əsas milli komanda === 10.11.2022 Bakı, Azərbaycan YO Azərbaycan – Xorvatiya 0:0 13.11.2022 Bakı, Azərbaycan YO Azərbaycan – Xorvatiya 1:2 === U-21 === === U-19 === 21.09.2013 Lindabrunn, Avstriya AÇSO Xorvatiya – Azərbaycan 3:1 20.09.2015 Broyton, Uels AÇSO Azərbaycan – Xorvatiya 2:1 10.10.2022 Pula, Xorvatiya AÇSO Xorvatiya – Azərbaycan 1:0 === U-17 === 03.11.2012 Lindabrun, Avstriya AÇSO Xorvatiya - Azərbaycan 0:6 18.06.2016 Makedoniya BT Xorvatiya – Azərbaycan 1:3 20.04.2018 Bosniya və Herseqovina BT Xorvatiya (U-16) – Azərbaycan (U-16) 1:1 pen.
Sloveniya ilə Xorvatiya arasında ərazi mübahisəsi
Sloveniya ilə Xorvatiya arasında ərazi mübahisəsi — 1991-ci ildə Yuqoslaviyanın parçalanmasından sonra hər iki ölkənin müstəqillik əldə etməsindən sonra yaranıb. Xorvatiya Statistika Bürosunun məlumatına görə, Xorvatiya və Sloveniyanın 668 km birgə sərhədi vardır. Sloveniya Respublikasının Statistika İdarəsinin məlumatına görə, Xorvatiya-Sloveniya sərhədinin uzunluğu 670 km-dir. Sərhədin ən mübahisəli hissəsi Piran körfəzinin sularıdır. Əvvəlcə sərhəd mübahisələri Sloveniya-Xorvatiya münasibətlərinə ciddi təsir göstərmir. 2000-ci illərin ikinci yarısında Sloveniya ərazi mübahisələrinin mövcudluğundan bəhanə gətirərək, iki dəfə (2008-ci ilin dekabrında və 2009-cu ilin sentyabr-oktyabr aylarında) Xorvatiyanın NATO-ya üzv olmaq üçün müraciətini əngəllədiyi zaman vəziyyət daha da pisləşməyə başlayır. Bu şəraitdə hər iki ölkə ərazi mübahisəsinin həllində kömək üçün dünya birliyinə müraciət etmək qərarına gəlir və beynəlxalq arbitrajla razılaşırlar. Arbitraj Sazişi 4 noyabr 2009-cu ildə Stokholmda imzalanır: Sloveniyanın Baş Naziri Borut Pahor, onun Xorvatiyalı həmkarı Yadranka Kosor və Avropa Şurasının Prezidenti Herman Van Rompöy imzalayır. 28 iyul 2015-ci ildə Xorvatiya Sloveniyanın arbitraj qaydalarını pozduğunu iddia edərək arbitrajdan çıxır. 29 iyun 2017-ci ildə Daimi Arbitraj Məhkəməsi mübahisənin hər iki tərəfi üçün məcburi olan sərhəd qərarını verir.
Türkiyə-Xorvatiya futbol matçlarının siyahısı
== Kişilər == === A milli === AÇ-1996-nın final mərhələsi: Qrup oyunu. 11 iyun 1996 Türkiyə – Xorvatiya – 0:1 Krım kuboku 12 iyun 1997 Xorvatiya – Türkiyə – 1:1 YO 31 mart 2004 Xorvatiya – Türkiyə – 2:2 AÇ-2008-in final mərhələsi: 1/4 final. 20 iyun 2008 Xorvatiya – Türkiyə – 1:1 (p. 2:4) === U-21 === === U-19 === === U-17 === === Klublar === == Qadınlar == === A milli === === U-21 === === U-19 === === U-17 === === Klublar === == Mənbə == Türkiyə&Xorvatiya: Kim güclüdür?
Ukraynanın Xorvatiya səfirliyi
Ukraynanın Xorvatiya səfirliyi (ukr. Посольство України в Республіці Хорватія) — Ukraynanın Xorvatiyanın Zaqreb şəhərində yerləşən səfirliyi. == Vəzifələri == Səfirliyinin vəzifələri öz səlahiyyətləri daxilində qəbul edən dövlətdə Ukraynanın təmsil edilməsi, Ukraynanın vahid xarici siyasət xəttinin aparılması, Ukraynanın milli maraqlarının, o cümlədən siyasi, iqtisadi və digər maraqlarının diplomatiya üsulu ilə təmin edilməsi, Ukraynanın, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və maraqlarının müdafiə edilməsidir. == Tarixi == 1991-ci il avqustun 24-də Ukraynanın dövlət müstəqilliyini bərpa eləməsindən sonra xarici dövlətlərlə münasibətlərin qurulmasına başlanıldı. 1992-ci il fevralın 18-də Ukrayna və Xorvatiya dövlətləri arasında diplomatiya sahəsində münasibətlərin qurulmasına dair birgə sənəd imzalanıb. 1995-ci ildə isə Ukraynanın Xorvatiya səfirliyi yaradıldı. Ukraynanın Xorvatiyada olan fövqəldə və səlahiyyətli səfiri Vasili Kiriliçdir. O, 2019-cu ildən bu vəzifədədir.
Xarici İşlər Nazirliyi (Xorvatiya)
Xorvatiya Xarici İşlər Nazirliyi və Xorvatiyanın Avropa İnteqrasiyası — Xarici əlaqələrdən məsul olan Xorvatiya hökumətində nazirlik.
Xorvatiya 2012 Avroviziya Mahnı Müsabiqəsində
Xorvatiya 2012 Avroviziya Mahnı Müsabiqəsində iştirak edəcək.
Xorvatiya 2015 Avropa Oyunlarında
Xorvatiya — iyun ayının 12-dən 28-nə kimi Azərbaycanda keçirilən 2015 Avropa Oyunlarında iştirak edən ölkələrdən biridir. Xorvatiya ümumilikdə 106 idmançı ilə təmsil olunur.
Xorvatiya 2018 Qış Olimpiya Oyunlarında
Xorvatiya 2018 Qış Olimpiya Oyunlarında 3 idman növü üzrə 19 idmançı ilə təmsil olunacaqdır. == Millinin tərkibi == ==== Bobsley ==== Bu idman növündə təsnifat mərhələsində idmançılar Beynəlxalq Bobsley və Skeleton Federasiyasının 14 yanvar 2018-ci il reytinqinə əsasən iştirak hüququ əldə edir. Bu yarışmanın nəticəsi olaraq Xorvatiya bu idman növünün kişilərdən ibarət cütlük və dördlük nominasiyalarında iştirak hüququ əldə etmişdir. kişilər ==== Dağ xizəyi idmanı ==== Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən yarışmada iştirak edirlər. Bu yarışmada top-500 daxil olan və təsnifat xalını toplaya bilən idmançılar iştirak edə bilirlər. Top-500 daxil olmayan ölkələrin idmançıları «B» kateqoriyasında iştirak edirlər. Nəticələrə əsasən Xorvatiya «A» kateqoriyası üzrə 9 idmançı ilə təmsil olunacaqdır. Ölkən bu kvotalardan birindən imtina etmişdir. Kişilərqadınlar ==== Xizək yürüşü ==== Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən iştirak edə bilər. «A» kateqoriyası üzrə lisenziya qazanmaq üçün idmançı reytinq üzrə 100 xal qazanmalıdır.
Xorvatiya 2019 Avropa Oyunlarında
Xorvatiya 2019-cu il iyunun 20-dən 30-na qədər Belarusda baş tutmuş II Avropa Oyunlarında 11 idman növündə 45 idmançı ilə təmsil olunub. 1 qızıl və 1 gümüş medal qazanıb.
Xorvatiya Avroviziya Mahnı Müsabiqəsində
Xorvatiya Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1993-cü ildə qoşulmuş və ümumilikdə 25 dəfə müsabiqədə iştirak etmişdir. 1993 və 2011-ci illər arasında ölkənin Avroviziya təmsilçiləri Dora pop festivalı vasitəsi ilə seçilmişdir. İştirak etdiyi illər ərzində Xorvatiya heç vaxt müsabiqənin qalibi ola bilməmiş və indiyədək əldə edilən ən yüksək nəticə 1996-cı ildə Maya Blaqdan və 1999-cu ildə Doris Draqoviçin təmsilində qazandıqları dördüncü yer olmuşdur. Ölkə ümumilikdə altı dəfə müsabiqədə ilk onluqda yer almışdır. 2004-cü ildə Avroviziyada yarımfinal mərhələsinin tətbiqindən sonra Xorvatiya altı dəfə yarımfinal mərhələsində məğlub olmuşdur. 2010-cu ildən 2013-cü ilədək dörd il ard-arda yarımfinal məğlubiyyətindən sonra ölkə 2014 və 2015-ci illərdə müsabiqəyə qatılmaqdan imtina etmişdir. Növbəti ildə Avroviziyaya geri dönən Xorvatiya 2016 və 2017-ci illərdə müsabiqənin finala yüksələ bilmişdir. Xorvatiya daha öncə 1961-ci ildən 1991-ci ilə kimi Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində Avroviziyada iştirak etmişdir. Xorvat qrupu olan Riva 1989-cu ildə Yuqoslaviyaya Avroviziyada ilk və yeganə qələbəsini qazandırmışdır. 1990 Avroviziya Mahnı Müsabiqəsi Xorvatiyanın Zaqreb şəhərində keçirilmişdir.
Xorvatiya Avroviziya Uşaq Mahnı Müsabiqəsində
== Təmsilçilər ==
Xorvatiya Elm və İncəsənət Akademiyası
Xorvatiya Elm və İncəsənət Akademiyası (xorv. Hrvatska akademija znanosti i umjetnosti; HAZU), əvvəllər Yuqoslaviya Elm və İncəsənət Akademiyası (xorv. Jugoslavenska akademija znanosti i umjetnosti; JAZU) — Yuqoslaviyanın süqutundan sonra müstəqil Xorvatiyanın ali elmi müəssisəsi. Baş qərargah Zaqreb şəhərində yerləşir. Akademiyanın hazırkı prezidenti — Velimir Neydhardtdır (2019-cu ildən). == Tarixi == Akademiyanın yaradılması ideyası 1848-ci ildə Yosip Yuray Ştrosmayerin təşəbbüsü ilə irəli sürülmüşdü. 4 mart 1866-cı ildə Zaqrebdə Yuqoslav Akademiyası təsis edilmişdir. 1945-1990-cı illərdə Xorvatiya Akademiyası Yuqoslaviya Elmlər Akademiyasının tərkib hissəsi idi. 1990-cı ildən - Xorvatiya Konstitusiyası ilə təsbit edilmiş müstəqil elmi müəssisədir. == Struktur == Xorvatiya Elm və İncəsənət Akademiyası 9 şöbədən ibarətdir: Təbiət elmləri bölməsi Təsviri incəsənət bölməsi Ədəbiyyat bölməsi Riyazi, Fiziki və Kimya Elmlər bölməsi Tibb elmləri bölməsi Musiqi və musiqişünaslıq bölməsi Sosial elmlər bölməsi Texniki elmlər bölməsi Filoloji elmlər bölməsi == Sədrlər == == Xarici keçidlər == hazu.hr — Xorvatiya Elm və İncəsənət Akademiyasının rəsmi saytı (xorv.) (ing.) Zakon o Hrvatskoj akademiji znanosti i umjetnosti (xorv.) Robert Bajruši.
Xorvatiya Xarici İşlər Nazirliyi
Xorvatiya Xarici İşlər Nazirliyi və Xorvatiyanın Avropa İnteqrasiyası — Xarici əlaqələrdən məsul olan Xorvatiya hökumətində nazirlik.
Xorvatiya dəmir yolları
Xorvatiya dəmir yolları (xorv. Hrvatske željeznice, HŽ) — Yuqoslaviyanın dağılmasından sonra formalaşmış Xorvatiyanın milli dəmir yol şirkəti. == Dəmir yol şəbəkəsi == Xorvatiya dəmir yollarının uzunluğu 2 974 km-dir. Bunun cəmi 248 kilometri iki xətlidir. 1 228 km məsafə elektrikləşdirilmişdir. Bu isə ümumi dəmir yolunun 41,3 % təşkil edir. Maksimal sürət 160 km/s-dır. Ölkə ərazisində bir necə mühüm dəmir yol xətləri vardır: Lyublyanadan (Sloveniya) Doroba, Zaqreb, Slavonski-Brod, Kinkov, Tovarnikə oradan isə Belqradа (Serbiya). Zaqrebdən Okiska Koprivnisdən keçməklə. Zaqrebdən Rieka.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 27.44 dəfə / 1 mln.
2002 ••••• 10.28
2003 ••••• 9.84
2004 ••••••• 13.14
2005 ••••••• 13.50
2006 •••••••• 16.44
2007 •••••••••••••••••••• 42.29
2008 •••••• 12.42
2009 ••••••• 13.44
2010 ••••••••• 18.52
2011 ••••••••••••••••• 35.52
2012 •••••••••••••••••••• 42.59
2013 •••••••••••••• 28.01
2014 ••••••••••• 21.97
2015 ••••••••••••••• 30.11
2016 ••••••••••••••••••• 39.39
2017 •••••••••••••••••• 37.56
2018 •••••••••••••••••••• 42.10
2019 ••••••••••• 23.37
2020 •••••• 11.67

"xorvatiya" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xorvatiya nədir? #xorvatiya sözünün mənası #xorvatiya nə deməkdir? #xorvatiya sözünün izahı #xorvatiya sözünün yazılışı #xorvatiya necə yazılır? #xorvatiya sözünün düzgün yazılışı #xorvatiya leksik mənası #xorvatiya sözünün sinonimi #xorvatiya sözünün yaxın mənalı sözlər #xorvatiya sözünün əks mənası #xorvatiya sözünün etimologiyası #xorvatiya sözünün orfoqrafiyası #xorvatiya rusca #xorvatiya inglisça #xorvatiya fransızca #xorvatiya sözünün istifadəsi #sözlük