* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••••• | 54.82 |
2003 | •••••••••••••••••••• | 118.10 |
2004 | •••••••••• | 55.25 |
2005 | •••••••••• | 56.01 |
2006 | •••••••• | 42.12 |
2007 | ••••••• | 37.85 |
2008 | •••••••• | 44.58 |
2009 | •••••••• | 41.44 |
2010 | •••••••• | 46.84 |
2011 | ••••••• | 35.60 |
2012 | ••••••• | 37.26 |
2013 | ••••••••• | 53.10 |
2014 | •••••••• | 44.45 |
2015 | •••• | 22.46 |
2016 | ••••• | 25.16 |
2017 | •••• | 20.97 |
2018 | •••• | 21.13 |
2019 | •••••• | 30.74 |
2020 | •••••••• | 41.90 |
1 sif. [fars.] Bəxti gətirmiş, taleli, bəxtli, sevinc və rifah içində yaşayan. [Ağca xanım Qaraca qıza:] Ah, sən xoşbəxt uşaqsan. Mənim kimi dustaq olmayıb özün üçün bağda azad gəzirsən. S.S.Axundov. [Hacı:] Bir övrət, bir qızım, iki cavan oğlum, özüm xoşbəxt. C.Cabbarlı. Dünyada sanardım əbədi ömrümü xoşbəxt; Öpsəydim əgər bir də mübarək qədəmindən. Ə.Vahid. // Bəxti gətirən, uğurlu. Xoşbəxt oyunçu. Xoşbəxt adamdır. // Məsud, bəxtəvər, səadətli. [Xaqani:] Mən sənin eşqinlə qanadlanıram; Səninlə özümü xoşbəxt sanıram. M.Rahim □ Xoşbəxt etmək – xoşbəxtliyə, səadətə çatdırmaq, səadət vermək, məsud eləmək. Uşaqlarını xoşbəxt eləmək. – [Lütfəli:] Gözəl Şəfiqə, səni sevirəm, məni xoşbəxt elə. İ.Musabəyov. [Muxtar Firəngizə:] Mən heç güman eləmirəm ki, … böyük vəzifədə olan arvad ərini xoşbəxt eləyə bilsin. B.Bayramov. □ Xoşbəxt olmaq – istəyinə çatmaq, arzusu yerinə yetmək, məsud olmaq, ürəyində nisgil qalmamaq. Xoşbəxt ol (olsun, olsunlar) – xoşbəxtlik, səadət arzusu bildirir. [Bəhram:] Sara üçün də bir yaxşı ər tapmağa səy edərəm ki, o da xoşbəxt olsun. C.Cabbarlı. [Vaqif:] Allah başa versin, xoşbəxt olun siz! Belə, kəklik kimi cüt gəzəsiniz. S.Vurğun. [Ana:] Hamının yanında qızlarımı təriflədi: – Ağıllı uşaqlardır. Xoşbəxt olsunlar! M.Hüseyn. Allah xoşbəxt eləsin! – səadət, xoşbəxtlik arzusu. Şükufələnmiş güllər nəsimin dəyməsindən enib-qalxdıqca Gülsümün vidasına cavabən “Get, Allah səni xoşbəxt eləsin!” – deyirdilər. Ə.Haqverdiyev. [Səlim qızına:] Get, qızım, Allah səni xoşbəxt eləsin. C.Cabbarlı. 2. Xoş, uğurlu. [Dürrətülbağdad:] …Hazırda möhtərəm Fəxrəddinin gəlməsi ilə özümü Bağdadın ən xoşbəxt qadını hesab edirəm. M.S.Ordubadi.
Azərbaycan dilinin izahlı lüğəti / xoşbəxt2 XOŞBƏXT, BƏXTİYAR (müxtəlif mənalarda) Geniş bir küçəyə yollanır onlar; Xatirə xoşbəxtdir, Rüfət bəxtiyar (Ə.Kürçaylı); AĞBƏXT(Lİ) Məşədi Püstə bacı sözü təzələyirdi: – Ağbəxt olasan! (H.Sarabski); AĞGÜN(LÜ) [Kiçikbəyim:] Ağgünlü olmuş, məni bu yaşımda gör gətirib haralara çıxarırsan (Çəmənzəminli); BƏXTƏVƏR Narıngül: İndi bəxtəvər həyatın meyvələrini dadmışdı... (Ə.Vəliyev); MƏSUD Aslan yüzbaşının bu məsud dəqiqələri çox sürətlə gəlib keçdi (M.Hüseyn); MÜBARƏK (köhn.) İvan Petroviç: Ey... Bu hansı mübarəkin yeridir... (A.Şaiq); SƏADƏTLİ ..yenə bülbül xoş nəğməsi ilə onların səadətli günlərini alqışlayırlar (Çəmənzəminli); TALELİ.
Azərbaycan dilinin sinonimlər lüğəti / xoşbəxt1 1. счастливый, благоденствующий, блаженный; 2. счастливец; 3. счастливо;
Azərbaycanca-rusca lüğət / xoşbəxt2 I прил. счастливый: 1. такой, который испытывает счастье, радость. Xoşbəxt ana счастливая мать, xoşbəxt ailə счастливая семья, xoşbəxt uşaqlar счастливые дети 2. выражающий счастье, радость. Xoşbəxt baxış счастливый взгляд 3. приносящий счастье, радость, благополучие. Xoşbəxt həyat счастливая жизнь, xoşbəxt uşaqlıq счастливое детство 4. такой, которому благоприятствует счастье, удача, успех. Xoşbəxt oyunçu счастливый игрок, xoşbəxt rəqib счастливый соперник 5. удачный, благоприятный. Xoşbəxt təsadüf счастливая случайность II нареч. счастливо. Xoşbəxt yaşamaq жить счастливо III сущ. счастливый, счастливая; счастливец, счастливица; разг. счастливчик. Xoşbəxtlərinki həmişə gətirir счастливым всегда везёт; xoşbəxt eləmək, etmək kimi счастливить, осчастливить кого; xoşbəxt olmaq быть счастливым; xoşbəxt ol будь счастлив (счастлива); xoşbəxt olsunlar пусть будут счастливы; Allah xoşbəxt eləsin дай Бог счастья
Azərbaycanca-rusca lüğət / xoşbəxt1 s. happy; lucky; ~ təsadüf lucky chance; ~ adam happy man*; O, xoşbəxtdir He / She is happy
Azərbaycanca-ingiliscə lüğət / xoşbəxt1 sif. heureu//x, - se ; ~ adam homme m chanceux ; o ~dir il est heureux
Azərbaycanca-fransızca lüğət / xoşbəxt1 [fars.] прил. хушбахт, бахт авай, бахтлу; бахтавар; xoşbəxt etmək хушбахт авун, бахтлу авун; xoşbəxt olmaq хушбахт хьун, бахтлу хьун, мураддихъ агакьун; xoşbəxt olsun (olsunlar) хушбахт хьуй, бахтлу хьуй; Allah xoşbəxt eləsin Аллагьди хушбахт авурай.
Azərbaycanca-ləzgicə lüğəti / xoşbəxtbəxtiyar, ağgün, bəxtli; uğurlu.
Azərbaycan kişi adlarının izahlı lüğəti