xoşhal sözü azərbaycan dilində

xoşhal

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • xoşhal • 90.6667%
  • Xoşhal • 6.6667%
  • XOŞHAL • 2.6667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xoşhal xan Xəttak
Xoşhal xan Xəttak(1613 – 25 fevral 1689; puşt. خوشحال خان خټک), bəzən belə də yazılır: Xushāl Bābā (puşt. خوشحال بابا), )— puştun əsilli əfqan şairi. == Həyatı == Xoşhal xan Xəttak 1613-cü ildə ulu babası Məlik Akuray tərəfindən Pəncab bölgəsində qurulan Akurə şəhərində doğuldu. Baburlu dövlətinin xidmətində olan Məlik Akuray Pəştu qəbilələrindən Xəttakin rəisiydi. Əkbər şah (1556-1605) tərəfindən Attoktan Peşavərə gedən yolun vergisini toplamaqla vəzifədar olaraq göndərilmişti. Xoşhalin atası Şahbaz xan və babası Yəhya xan, Sultan Cahangir şah və Sultan Şahcahanın xidmətində idilər. Xoşhal, gəncliğində atasıyla birlikdə asi qəbilələrə qarşı girişilən savaşlara qatıldı. Atası bir savaşda öldürülüncə “xan” ünvanı ilə onun yerinə keçdi, 1641-ci ildə Xəttak qəbiləsinin rəisi oldu. 1645-ci ildə zabit olaraq qatıldığı Bəlx və Bədəxşan savaşlarında göstərdiyi yararlılıklardan ötürü Şahcahan tərəfindən mükafatlandırıldı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.14 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 0.79
2004 ••••••••• 0.34
2006 •••••• 0.23
2009 ••••••••• 0.32
2010 ••••• 0.18
2011 ••••• 0.17
2012 ••••• 0.17
2013 •••••••••••• 0.44
2019 •••• 0.14

xoşhal sözünün leksik mənası və izahı

  • 1 sif. [fars. xoş və ər. hal] Halı, əhvalı xoş olan; şad, məmnun, razı. Çox olduqca qəmü dərdim, rəhi-eşq içrə xoşhaləm. Füzuli. [Zeyd:] Harun, bu nə haldır? Söylə, nə əhvaldır? Leyla sənin ilə bir yerdə; Məşğuli-xoşhaldır. Ü.Hacıbəyov. // zərf Mehribanlıqla, mülayim bir tərzdə. Kapitan gözaltı Kəyanə baxdı, onu utandırdığını sezdiyindən, xoşhal dönüb Cumaya əmr etdi. Ə.Əbülhəsən. □ Xoşhal etmək (eləmək, qılmaq) – könlünü, xatirini xoş etmək, kefini açmaq, şadlandırmaq. Nədir qılmaz məni xoşhal dilbər bir pəyam ilə; Qəmindən sübh olunca qaldığım bidar bilməzmi? S.Ə.Şirvani. Komediyada oynayan cavanların cümləsi öz rollarını yaxşı yerinə yetirib, tamaşaya cəm olanları ziyadə fərəhnak və xoşhal etdilər. F.Köçərli. [Rüstəm bəy Sofyaya:] Niyə kədərlənməyim ki, gözümün işığı kimi istədiyim bir dilbəri şerimlə xoşhal edə bilmədim. Çəmənzəminli. Xoşhal olmaq – qəlbi, ürəyi açılmaq, sevinmək, şad olmaq. Həkim babanın nəvənəticəsi bu xəbərdən çox xoşhal oldu. S.Rəhimov. Rzanın xoşhal olduğunu görüb, Orxan tərifi bir az da artırdı. İ.Məlikzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / xoşhal

xoşhal sözünün sinonimləri (yaxın mənalı sözlər)

xoşhal sözünün rus dilinə tərcüməsi

  • 1 благодушный

    Azərbaycanca-rusca lüğət / xoşhal
  • 2 прил. радостный, благодушный, имеющий хорошее расположение духа; довольный; xoşhal etmək (eləmək) радовать, обрадовать, порадовать, веселить, развеселить кого-л.; xoşhal olmaq быть, остаться довольным

    Azərbaycanca-rusca lüğət / xoşhal

xoşhal sözünün inglis dilinə tərcüməsi

xoşhal sözünün fransız dilinə tərcüməsi

xoşhal sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars. xoş və ər. hal] прил. гьал-агьвал хуш тир, рикӀ шад; шад, рази; // xoşhal etmək (eləmək, qılmaq) рикӀ шад авун, рикӀ аладарун, кефияр ачухарун, шадарун; xoşhal olmaq рикӀ алахьун, хвеши хьун, шад хьун.

    Azərbaycanca-ləzgicə lüğəti / xoşhal

xoşhal sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. və ə. halı yaxşı olan; bəxtiyar, xoşbəxt // kefi kök; şad, şən.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"xoşhal" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xoşhal nədir? #xoşhal sözünün mənası #xoşhal nə deməkdir? #xoşhal sözünün izahı #xoşhal sözünün yazılışı #xoşhal necə yazılır? #xoşhal sözünün düzgün yazılışı #xoşhal leksik mənası #xoşhal sözünün sinonimi #xoşhal sözünün yaxın mənalı sözlər #xoşhal sözünün əks mənası #xoşhal sözünün etimologiyası #xoşhal sözünün orfoqrafiyası #xoşhal rusca #xoşhal inglisça #xoşhal fransızca #xoşhal sözünün istifadəsi #sözlük