Xoşqədəm sözü azərbaycan dilində

Xoşqədəm

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Xoşqədəm • 91.4286%
  • xoşqədəm • 7.3016%
  • XOŞQƏDƏM • 1.2698%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Seyfəddin Xoşqədəm
Seyfəddin Xoşqədəm (1413, Rum Səlcuqlu dövləti – 9 oktyabr 1467, Qahirə) — 28 iyun 1461–9 oktyabr 1467 tarixlərində Misir Məmlük sultanı.
Səyfəddin Xoşqədəm
Seyfəddin Xoşqədəm (1413, Rum Səlcuqlu dövləti – 9 oktyabr 1467, Qahirə) — 28 iyun 1461–9 oktyabr 1467 tarixlərində Misir Məmlük sultanı.
Xoşqədəm Baxşəliyeva
Xoşqədəm Hidayətqızı (Xoşqədəm Hidayət qızı Baxşəliyeva; 13 yanvar 1974, Narınclar, Ağdərə rayonu, Azərbaycan SSR) — Azərbaycan jurnalisti, "Üç nöqtə" qəzetinin baş redaktoru, "ARB" telekanalında aparıcı. == Həyatı == Xoşqədəm Hidayət qızı Baxşəliyeva 1974-cü ildə Ağdərə rayonunun Narınclar (indi Kəlbəcər rayonuna daxildir) kəndində anadan olub. 1991-ci ildə Naxçıvan Dövlət Universitetinin tarix fakültəsinə daxil olub. 1993-cü ildən ailə vəziyyəti ilə əlaqədar olaraq təhsilini Bakı Dövlət Pedaqoji Universitetində davam etdirib və 1995-ci ildə ali təhsilini başa vurub. Sonradan Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1998-ci ildə "Üç nöqtə" qəzetini təsis edib və onun baş redaktoru kimi fəaliyyətə başlayıb. Bir ildən sonra qəzet "Yeni nəsil" Jurnalistlər Birliyi tərəfindən "İlin debütantı" mükafatına layiq görülüb. Bundan sonra qəzet və onun baş redaktoru onlarla mükafat alıb: "İlin jurnalisti", "Peşəkar jurnalist", "Vətənpərvər jurnalist", "Mübariz qəzetçi" və s. O, "Media-2005" seçki blokunun təşəbbüskarlarından biri olub. 2011-ci ildən televiziyada fəaliyyətə başlayıb.
Xoşqədəm Hidayətqızı

Xoşqədəm məscidi
Xoşqədəm Məscidi (tur. Hoşkadem Camii) — Adananın Kozan ilçəsində mərkəzində yer alan, Çukurovadan Türklərə qalan ilk illərin əsəri olması baxımından əhəmiyyətli bir binadır. Cümlə qapısı üzərində bir kitabə görülür. Səlcuqlu tərzindəki bu qrif süls xətti yazıdan məscidinin Misir Məmlük İmperiyası sultanı Malik Zahir Seyfəddin Alışqanın ümərasından olan "Əmir Abdullah Hoşkadem" tərəfindən 852-ci ildə inşa etdirildiyi təxmin edilir. Bu tarix miladi təqvimdə 1448-ci ilə təsadüf edir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.09 dəfə / 1 mln.
2003 ••• 0.79
2005 ••••••• 2.02
2007 0.21
2009 •• 0.48
2010 ••• 0.91
2011 0.17
2012 •• 0.60
2013 ••••••••• 2.92
2014 ••••• 1.37
2015 ••••••• 2.04
2016 •• 0.52
2018 0.15
2019 •••••••••••••••••••• 6.54
2020 •• 0.53

xoşqədəm sözünün leksik mənası və izahı

  • 1 sif. [fars. xoş və ər. qədəm] Gəlişi ilə xoşbəxtlik gətirən, uğur gətirən; xeyirli, uğurlu; ayağıyüngül. Başına döndüyüm qasid xoşqədəm; Ərzimi get söylə canana, gəlsin. Aşıq Dilqəm. Oğul! Deyirəm ki, nə xoşqədəmsən; Doğulduğun gündən ağ gündəyəm mən. S.Rüstəm.

    Azərbaycan dilinin izahlı lüğəti / xoşqədəm

xoşqədəm sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 XOŞQƏDƏM(Lİ) Oğul! Deyirəm ki, nə xoşqədəmsən; Doğulduğun gündən ağ gündəyəm mən (S. Rüstəm); AYAĞI YÜNGÜL Əlbəttə, mələk kimi gözəl və pak bir xanım pis xəbər gətirməzdi. Gərək onun ayağı yüngül, uğurlu, açıq olaydı (M.İbrahimov); YÜNGÜL AYAQ [Kərbəlayı Mirzalı:] Doğrudan, Hümləli, sən elə yaxşısan, yüngül ayaqsan (C.Məmmədquluzadə); QƏDƏMLİ, AYAĞI XEYİRLİ.

    Azərbaycan dilinin sinonimlər lüğəti / xoşqədəm

xoşqədəm sözünün rus dilinə tərcüməsi

xoşqədəm sözünün inglis dilinə tərcüməsi

xoşqədəm sözünün fransız dilinə tərcüməsi

xoşqədəm sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. və ə. ayağı yüngül, ayağı uğurlu.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan qadın adlarının izahlı lüğəti.

ayağıyüngül, ayağı uğurlu.

Azərbaycan qadın adlarının izahlı lüğəti.

"xoşqədəm" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xoşqədəm nədir? #xoşqədəm sözünün mənası #xoşqədəm nə deməkdir? #xoşqədəm sözünün izahı #xoşqədəm sözünün yazılışı #xoşqədəm necə yazılır? #xoşqədəm sözünün düzgün yazılışı #xoşqədəm leksik mənası #xoşqədəm sözünün sinonimi #xoşqədəm sözünün yaxın mənalı sözlər #xoşqədəm sözünün əks mənası #xoşqədəm sözünün etimologiyası #xoşqədəm sözünün orfoqrafiyası #xoşqədəm rusca #xoşqədəm inglisça #xoşqədəm fransızca #xoşqədəm sözünün istifadəsi #sözlük