xuana sözü azərbaycan dilində

xuana

Yazılış

  • xuana • 55.5556%
  • Xuana • 44.4444%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Avstriyalı Xuana
Avstriyalı Yuanna (24 iyun 1535, Madrid – 7 sentyabr 1573, Eskorial) — Müqəddəs Roma imperatoru V Karlın ən kiçik qızı, Portuqaliya kralı I Sebastiyanın anası. 1554–1558-ci illərdə öncə atasının, daha sonra isə qardaşı II Filippin İspaniya naibi olaraq xidmət etmişdir. == Həyatı == Avstriyalı Yuanna 1535-ci ildə Madriddə dünyaya gəldi. Hər iki valideyni də vahid İspaniyanın bünövrəsini qoyan Kastilyalı İzabella və Araqonlu Ferdinandın nəvələri idi. Belə ki, atası V Karl Kastilyalı Yuannanın oğlu, anası İzabella isə onun bacısı Mariyanın Portuqaliya kralı I Manueldən doğulan qızı idi. Bu səbəblə hələ uşaq yaşlarında ikən Avstriya və Burqundiya hersoqinası, eləcə də Kastiliya və Araqon infantası elan edilmişdir. Hələ 4 yaşında ikən anası Portuqaliyalı İzabella vəfat etdi və azyaşlı Yuanna anasının nədimələrindən Donna Elyanora de Maskarennasın himayəsində böyüdü. 16 yaşı tamam olan Yuanna 1552-ci ildə Portuqaliya kralı olan dayısı III Conun yeganə oğlu Con Manuellə evləndirildi. Özündən 2 yaş kiçik olan vəliəhdlə olan nikahı 11 yanvar 1552-ci ildə Toroda vəkalətən bağlandı. Madriddən yola çıxan Yuanna həmin ilin noyabrında Portuqaliya sarayına gəlib çatdı.
Santa-Xuana (Çili)
Santa-Xuana— Çilidə şəhər.
I Çılğın Xuana
Kastiliyalı I Yuanna (ing. Juana I de Castilla) və ya Dəli Yuanna (isp. Juana I la Loca; 6 noyabr 1479[…], Toledo – 12 aprel 1555[…], Tordesilyas[d], Kastiliya və Leon) – Kastiliya və Araqon kraliçası. == İlk illəri və təhsili == Yuanna 6 noyabr 1479-cu ildə Kastilya krallığının paytaxtı Toledo şəhərində dünyaya gəldi. Kastilya kraliçası I İzabella və Araqon kralı II Ferdinandın üçüncü övladı və ikinci qızı idi. Ağ bənizi, mavi gözləri və anası ilə bacısı Ketrində olduğu kimi narıncı saçları vardı. Ailənin Yuannadan başqa 4 övladı daha vardı: İzabella, Con, Mariya və Ketrin. Yuanna ağıllı və çalışqan bir şagird idi. Yeni qurulan Kastilya-Araqon ittifaqının gücünün qorunması üçün gələcəkdə siyasi evlilik qurması planlaşdırılırdı və bu məqsədlə mükəmməl təhsil aldı. Kralın qızı olduğu üçün nə Kastilya, nə də Araqon taxtına namizəd göstərilmirdi.
Kastiliyalı Xuana (Portuqaliya kraliçası)
Kastiliyalı Yuanna (kat. Juana de Castilla) və ya Yuanna la Beltran (28 fevral 1462, Madrid, Madrid vilayəti[d] – 12 aprel 1530, Lissabon) — Portuqaliya kralı V Afonsonun ikinci xanımı, Portuqaliyanın kraliça-konsortu. Atası Kastiliya kralı IV Henri, anası isə Portuqaliya kralı I Eduardın qızı Yuannadır. Ancaq atasının kimliyi ilə bağlı bəzi saray şayələri vardı. Şayələrə görə atası kral yox, anasının sevgilisi Alburkerke qrafı Don Beltran idi. == Mənbə == Hunt, Jocelyn. Spain 1474–1598. Routledge, 2013, ISBN 9781136759093 González, Juan B. (2007). España estratégica: Guerra y diplomacia en la historia de España (in Spanish). Madrid: Sílex ediciones.
Xuana İnes de la Krus
Xuana İnes de la Krus(isp. Juana Inés de Asbaje y Ramírez de Santillana; 12 noyabr 1651, Nepantla de Sor Juana İnes de la Kruz[d], Kastiliya krallığı – 17 aprel 1695[…], Mexiko, Kastiliya krallığı) — Meksika şairəsi. == İlk illəri == Dona İnes de Asbaxe i Ramires de Santilyana 1648-ci ildə Mexiko şəhəri yaxınlığında doğulmuşdur. İspanəsilli meksikalı olan o, ispan məmur Don Pedro Manuel de Asuaxe i Varqa-Maçukanın nikahdan kənar qızı idi. 2 dekabr 1651-ci ildə İnes adı ilə xaç suyuna salınmışdır. == Fəaliyyəti == Xuana yazıçı, filosof, bəstəkar, şair olmuşdur. İspan qızıl dövründə verdiyi töhfələri səbəbilə "Onuncu muza" və "Amerika feniksi" ləqəbləri ilə tanınmışdır. "Birinci yuxu" adlı fəlsəfi silvanın müəllifi olmuşdur. Onun "Kastalida daşqını" adlı ilk sevgi poeziyası əsəri İspaniyada nəşr olunmuşdur. 1680-ci illərdə yazdığı "Axmaq kişilər" əsəri Amerika yazılmış ilk proto-feminist əsərlərdən biri hesab olunur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.07 dəfə / 1 mln.
2006 •••••••••••••••••••• 0.45
2007 •••••••••• 0.21
2014 •••••••••••••••• 0.34
2019 ••••••••••••••••••• 0.42

Oxşar sözlər

#xuana nədir? #xuana sözünün mənası #xuana nə deməkdir? #xuana sözünün izahı #xuana sözünün yazılışı #xuana necə yazılır? #xuana sözünün düzgün yazılışı #xuana leksik mənası #xuana sözünün sinonimi #xuana sözünün yaxın mənalı sözlər #xuana sözünün əks mənası #xuana sözünün etimologiyası #xuana sözünün orfoqrafiyası #xuana rusca #xuana inglisça #xuana fransızca #xuana sözünün istifadəsi #sözlük