xudavənd sözü azərbaycan dilində

xudavənd

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • xudavənd • 74.0741%
  • Xudavənd • 22.2222%
  • XUDAVƏND • 3.7037%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xudavəndigar vilayəti
Xudavəndigar vilayəti — Osmanlı İmperiyası tərkibində, 1864–1922–ci illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Bursa idi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2011 •••••••••••••••••••• 0.09

xudavənd sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] klas. 1. Allah, Tanrı. [Molla Qurban Fərruxa:] Xudavənd təbarək və təala ruzini həmişə artıq eləsin, inşallah. Ə.Vəliyev. □ Xudavəndi-aləm (Allahın vəsflərindən biri, dünyanın sahibi, ağası) – Allah. Bu surətdə nə səbəbə xudavəndi-aləm özünün kitabını gətirənlərin dinlərindən bir neçə min il əvvəl belə cürbəcür batil dinlərin meydana çıxmasına razı olmuşdur. M.F.Axundzadə. [Sığırçı:] İndi, əmi, get, bax gör xudavəndi-aləm nə cür gözəllər yaradıb. “Aşıq Ələsgər”. 2. Xudavənda (bəzən xudaya-xudavənda) şəklində nida – ay Allah! ey Tanrı! (Allaha xitab). Fələk qoymaz ki, ol mahə verim mən canımı bir gün; Xudavənda, bilirsən kim, deyildir himmətim naqis. S.Ə.Şirvani. [Xırda xanım:] Xudavənda, görəsən mənim kimi də dünyada bir bədbəxt varmı? N.Vəzirov. [Mərsiyəxan:] Xudayaxudavənda! Bu nazənin sənəm huriyi-rizvanmı? Çəmənzəminli.

    Azərbaycan dilinin izahlı lüğəti / xudavənd

xudavənd sözünün sinonimləri (yaxın mənalı sözlər)

xudavənd sözünün rus dilinə tərcüməsi

xudavənd sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] сущ. клас. кил. xuda; // xudavəndi-aləm алемдин Худа (Аллагьдин везифайрикай сад, дуьньядин иеси, сагьиб, агъа); Xudavənda межд. я Худа! я Аллагь! (Алагьдив рахун).

    Azərbaycanca-ləzgicə lüğəti / xudavənd

xudavənd sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. 1) rəis, başçı; 2) ağa, başçı, ərbab; 3) Allah, Tanrı. Xudavəndi-aləm «dünyanın ağası» Allah, Tanrı.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

ata, başçı; Allah, Tanrı.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"xudavənd" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xudavənd nədir? #xudavənd sözünün mənası #xudavənd nə deməkdir? #xudavənd sözünün izahı #xudavənd sözünün yazılışı #xudavənd necə yazılır? #xudavənd sözünün düzgün yazılışı #xudavənd leksik mənası #xudavənd sözünün sinonimi #xudavənd sözünün yaxın mənalı sözlər #xudavənd sözünün əks mənası #xudavənd sözünün etimologiyası #xudavənd sözünün orfoqrafiyası #xudavənd rusca #xudavənd inglisça #xudavənd fransızca #xudavənd sözünün istifadəsi #sözlük