* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Ancaq özünü düşünmə, özünü istəmə, öz mənafeyini hamıdan yüksək tutma; eqoistlik. Vay cəhalət, vay xudbinlik, siz neçə-neçə müsibətlərə baissiniz? N.Vəzirov. [Cəfər Rüstəmbəyə:] Qardaş, hər kəsin əlinə nə düşdü, gərək xudbinliyi kənara qoyub, yoldaşını da yada salsın… Çəmənzəminli. Gülnaz lovğa bir xudbinliyi ifadə edən bu sözlərdən tutulub sıxıldı. Q.İlkin.
Azərbaycan dilinin izahlı lüğəti / xudbinlik2 XUDBİNLİK Vay cəhalət, vay xudbinlik, siz neçə-neçə müsibətlərə baissiniz? (N.Vəzirov); EQOİZM [Osmanlı: ] Altruizm? Bir onu deyə bilərəm ki, bu söz dilimizdən uzaqlaşmışdır. Eqoizm isə hər gün işlənir (Ə.Kərim); XUDPƏSƏNDLİK ..qürur və xudpəsəndliyini bir qat daha artırmış və özündən başqa kimsəni sevməmişdi (A.Şaiq); EQOİSTLİK, LOVĞALIQ (bax).
Azərbaycan dilinin sinonimlər lüğəti / xudbinlik