xudmani sözü azərbaycan dilində

xudmani

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • xudmani • 86.0759%
  • Xudmani • 13.9241%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

xudmani sözünün leksik mənası və izahı

  • 1 sif. və zərf [fars.] 1. Gizli, dostyana, məhrəmanə, məhrəmanə bir şəraitdə başqalarının olmadığı bir şəraitdə. Xudmani söhbət. Xudmani danışıq. – Bəli, mən istəyirəm söhbətimiz xudmani olsun, – deyə, Müqim bəy yan-yörəsinə baxdı. S.Rəhimov. 2. Ancaq ən yaxın, ən inanılmış adamlardan ibarət. [Qəhrəman:] …Xudmani bir məclis düzəldərəm. S.Rəhimov. Fevral ayının 12-də Ağa Mirsadıq ağa ikisini də axşam yeməyinə dəvət etdi. Bu çox “xudmani” bir qonaqlıq idi. Bir ev sahibi, iki də qonaq – vəssalam. Qantəmir. // Xəlvəti. [Firidun] xudmani bir bağı və həyəti olan yaxşı bir adama rast gəldi. M.İbrahimov. 3. Bir ailəyə məxsus, kiçik. Karvansaranın hətta xüsusi çalğıçıları və nəğməçi cariyələri vardı ki, bu və ya digər hücrədə xudmani eyş-işrət məclisi qurulanda nəğməçi cariyələr o məclislərə ruh verir, əvəzində maddi nemətlər kəsb edirdilər. Ə.Məmmədxanlı.

    Azərbaycan dilinin izahlı lüğəti / xudmani

xudmani sözünün sinonimləri (yaxın mənalı sözlər)

xudmani sözünün rus dilinə tərcüməsi

  • 1 интимный

    Azərbaycanca-rusca lüğət / xudmani
  • 2 I прил. интимный (лишённый официальности), свойский, дружеский, домашний. Xudmani məclis интимная компания, xudmani söhbət дружеская беседа II нареч. интимно, свойски, дружески. Xudmani söhbət etmək интимно поговорить

    Azərbaycanca-rusca lüğət / xudmani

xudmani sözünün inglis dilinə tərcüməsi

xudmani sözünün fransız dilinə tərcüməsi

xudmani sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] прил., нареч. 1. чинеба, дуствилин, сир сад тир, рикӀин сирер лугьудай, масабуруз ччир тийир (мес. эхтилат); 2. лап мукьва, лап агъунвай инсанрикай ибарат (мес. межлис); 3. чинеба, хелвет (мес. чка); 4. са хзандиз махсус, гъвечӀи (мес. межлис).

    Azərbaycanca-ləzgicə lüğəti / xudmani

"xudmani" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xudmani nədir? #xudmani sözünün mənası #xudmani nə deməkdir? #xudmani sözünün izahı #xudmani sözünün yazılışı #xudmani necə yazılır? #xudmani sözünün düzgün yazılışı #xudmani leksik mənası #xudmani sözünün sinonimi #xudmani sözünün yaxın mənalı sözlər #xudmani sözünün əks mənası #xudmani sözünün etimologiyası #xudmani sözünün orfoqrafiyası #xudmani rusca #xudmani inglisça #xudmani fransızca #xudmani sözünün istifadəsi #sözlük