xırda-mırda sözü azərbaycan dilində

xırda-mırda

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • xırda-mırda • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xırda alma
Xırda alma (lat. Malus × micromalus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü. == Təbii yayılması == Yaponiyada və Çində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 7 m-ə çatan ağacdır. 42 illik ağacın hündürlüyü 12 m, gövdəsinin diametri 21 sm-dir. Budaqları dairəvi, açıq qəhveyi, sonralar tünd bənövşəyidir. Cavan budaqları sallaq, yumurtavari, çilpaqdır. Yarpağı növbəli, dar ellipsvari olub, uzunluğu 5-10 sm, eni 2,5-5 sm-dir. Cavan sallaq yarpaqları çılpaqdır. Vegetasiya dövrü apreldən oktyabra qədər davam etməklə mayın axırında çiçəkləyir, beşillik ağac bar verir.
Xırda atpıtrağı
Xırda atpıtrağı (lat. Arctium minus) - atpıtrağı cinsinə aid bitki növü. == Sinonim == Arcion minus Bubani Arctium chabertii Briq. & Cavill. Arctium chabertii subsp. aellenianum Arènes Arctium chabertii subsp. balearicum Arènes Arctium chabertii subsp. chabertii chabertii Arctium chabertii subsp. corsicum Arènes Arctium conglomeratum Schur ex Nyman Arctium euminus Syme Arctium lappa Kalm [Illegitimate] Arctium minus var. corymbosum Wiegand Arctium minus var.
Xırda balıq
Xırda balıq - Clupeidae fəsiləsindən Sprattus cinsinə aid yiməli balıqlara verilən ümumi addır. Bu termin həmçinin bir sıra digər kiçik balıq növləri (Clupeoides, Clupeonella, Corica, Ehirava, Hyperlophus, Microthrissa, Nannothrissa, Platanichthys, Ramnogaster, Rhinosardinia və Stolothrissa) üçün istifadə olunur. Əksər kimi, hamsi çox aktiv, kiçik, yağlı balıqdır. Onlar böyük təbəqə digər balıqlarla səyahət edir və gün ərzində fasiləsiz üzməkdədirlər. Bu balıqlar qida dəyəri ilə tanınırlar, çünki onların tərkibində insan pəhrizində faydalı hesab edilən çoxlu yağlar var və dünyanın bir çox yerində yeyilir. Hamar dadı ilə tanınır və körpə sardinalarını səhv salmaq asandır.
Xırda meşə göyərçini
Columba oenas (lat. Columba oenas) — göyərçin cinsinə aid heyvan növü.
Xırda qum ləpələri
Xırda qum ləpələri- (rus. -рябь песчаная, ing. sand ripples) küləyə perpendikulyar, bir-birinə paralel asimmetrik tirələr. Onlar qumun quru səthi üzərində küləyin 3–18 m/san sürəti zamanı 0,04 mm-dən böyük hissəcik-lərdən təşkil olunur. Tirənin külək tutmayan yamacının yuxarı hissəsində əmələ gəlmiş, səthi örtən qum danələrinin təbii meyillik üzrə sürüşməsi nəticəsində bu ləpələr hərəkət edir.
Xırda qur-qur
Xırda sinir lifləri neyropatiyası
Xırda sinir lifləri neyropatiyası və ya incə lif neyropatiyası və ya xırda lif periferik neyropatiyası - periferik sinirlərin xəstəliyidir. Burada əsasən və ya yalnız xırda somatik sinir lifləri, vegetativ sinirlərin lifləri və ya bunların hər ikisi zədələnmiş olur. Nəticədə hissiyatın (sensor) pozulması və/və ya vegetativ (vegetativ sinir sistemi) pozuntular inkişaf edir. Periferik sinir liflərinin bir neçə növü vardır. Bu bölgü sinirlərin diametri (qalınlığı) və miyelinizasiya dərəcəsindən asılıdır. İri sinir lifləri qalın miyelin örtüyünə malikdir və onlara A-alfa lifləri (hərəki sinirlər) və A-beta lifləri (vibrasiya və toxunma hissini ötürən sinirlər) aid edilir. Orta diametrli sinir lifləri və ya A-qamma liflər də miyelinizasiya olunub və impulsları əzələlərə daşıyır. Xırda diametrli liflər isə miyelinizasiya olunmuş A-delta liflərdən və miyelinizasiya olmamış C-liflərdən ibarətdir. Bu liflər dərinin (somatik liflər) və həmçinin ürək və saya əzələlər (vegetativ liflər) də daxil olmaqla qeyri-iradi hərəkətləri təmin edən əzələlərin innervasiyasını təmin edir. Birlikdə bu liflər ağrı, termal hissiyyat və vegetativ funksiyaları təmin edir.
Xırda-para cinayətlər (teleserial, 2017)
Xırda-para cinayətlər (teleserial, 2017) — Türkiyənin "Ayyapım" şirkətinin istehsalı olan teleserialdır. İlk seriya 24 oktyabr 2017-ci ildə Türkiyənin STAR TVsində yayımlanmışdır. == Sinopsis == Oya, Mərve, Pelin və Arzu məktəb vaxtından rəfiqədirlər. Mərve, Pelin və Arzu ona qarşı etdiyi pisliyi unutmayan Oya, onlardan öz qısasını almağa söz verir. == Çəkiliş == Serilanın afişasına 3 saat vaxt sərf olunmuşdur. İlk 5 seriyanın çəkilişdə istifadə olunan geyimlərə 400 min TL xərclənmişdir. == Əsas rollarda == Oya (Gökçe Bahadır) Mərve (Aslıhan Gürbüz) Pelin (Bade İşçil) Arzu (Tülin Özen) Sərhan (Mert Fırat) Taylan (Ferit Aktuğ) Mehmət (Yıldıray Şahinler) Edip (Selim Bayraktar) Burcu (Duygu Sarışın) Ayşə (Gümeç Alpay Aslan) Raşel (Aylin Engör) == Mahnılar == Sözləri Murat Güneşə, musiqisi Dicle Olcaya aid olan "Maktul" olan mahnının klipi serialdakı fraqmentlərdən ibarətdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2012 •••••••••••••••••••• 0.17

xırda-mırda sözünün leksik mənası və izahı

  • 1 bax xırdavat. Xırdamırda satmaq. 2. top. Hər cür xırda şeylər. Xırda-mırdanı bir küncə yığmaq. // Sif. mənasında. Keşiş xırda-mırda ev şeylərini satıb köçünü yüngül elədi. “Əsli və Kərəm”. 3. Az, cüzi. Xırda-mırda xərclik. – [Serjant:] İki tümən də xırda-mırda xərcim çıxmışdı. P.Makulu. 4. Kiçik, əhəmiyyətsiz. Altıncı da xırdamırda oğurluq eləyənlərdir ki, manifestə düşüb azad olublar. C.Məmmədquluzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / xırda-mırda

xırda-mırda sözünün rus dilinə tərcüməsi

  • 1 простореч. I прил. мелкие: 1. состоящие из малых предметов и вещей. Xırda-mırda şeylər мелкие вещи 2. перен. не имеющие большого значения. Xırda-mırda söhbətlər мелкие разговоры 3. перен. мелочные. Xırda-mırda adamlar мелочные люди II сущ. собир. мелкота (мелкие существа или предметы; мелочь). İki dənə iri göbələk tapdım və çoxlu xırda-mırda нашёл два больших гриба и много мелочи

    Azərbaycanca-rusca lüğət / xırda-mırda

xırda-mırda sözünün inglis dilinə tərcüməsi

xırda-mırda sözünün ləzgi dilinə tərcüməsi

  • 1 1. кил. xırdavat. 2. куьлуь-шуьлуь, гьар жуьредин куьлуь затӀар, куьлуь-шуьлуьяр; 3. тӀимил, жизви (мес. харжи); 4. еке метлеб авачир, гъвечӀи (мес. угъривал).

    Azərbaycanca-ləzgicə lüğəti / xırda-mırda

Oxşar sözlər

#xırda-mırda nədir? #xırda-mırda sözünün mənası #xırda-mırda nə deməkdir? #xırda-mırda sözünün izahı #xırda-mırda sözünün yazılışı #xırda-mırda necə yazılır? #xırda-mırda sözünün düzgün yazılışı #xırda-mırda leksik mənası #xırda-mırda sözünün sinonimi #xırda-mırda sözünün yaxın mənalı sözlər #xırda-mırda sözünün əks mənası #xırda-mırda sözünün etimologiyası #xırda-mırda sözünün orfoqrafiyası #xırda-mırda rusca #xırda-mırda inglisça #xırda-mırda fransızca #xırda-mırda sözünün istifadəsi #sözlük