xırman sözü azərbaycan dilində

xırman

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • xırman • 52.7273%
  • Xırman • 45.4545%
  • XIRMAN • 1.8182%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xırmancıq
Xırmancıq — Azərbaycan Respublikasının Xocavənd rayonunun Bulutan kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 16 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Xırmancıq kəndi 16 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kənd Rusiya-İran müharibəsindən (1826–1828) sonra Cənubi Azərbaycanın Qaradağ mahalından gəlmə ermənilərin Xırmancıq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Tədqiqatçılara görə, oykonim "kicik xırman" mənasındadır. Etnotoponim olması da mümkündür. == Tarixi == === Tarixi abidələri === Xırmancıq kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Xırmandalı
Xırmandalı (Biləsuvar) — Azərbaycanın Biləsuvar rayonunda kənd. Xırmandalı (Masallı) — Azərbaycanın Masallı rayonunda kənd.
Xırmandalı (Biləsuvar)
Xırmandalı — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Xırmandalı kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Yaşayış məntəqəsinin adı türkdilli xırmandalı tayfasının adı ilə bağlıdır. Mənbələrdə harmandalu/xarmandalu/xərbəndəlu/xudabəndəlu kimi qeydə alınan xırmandalıların adı bayat tayfasının tərkibində çəkilir və Səfəvilər dövlətinin siyasi həyatında mühüm rol oynadıqları göstərilir. Bu tayfanın adına İran və İraq toponimiyasında da rast gəlmək mümkündür. Qubalı Fətəli xan dövründə (1758-1789) xırmandalıların bir hissəsi Cənubi Azərbaycanın Ərdəbil əyalətindən köçüb Quba xanlığının Müşkür və Şabran mahallarına gəlmişlər. Füzuli rayonundakı Mandılı oykonimi də Xırmandalı adının təhrif olunmuş formasıdır. == Tarixi == === Tarixi abidələri === Xırmandalı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Muğan düzündə yerləşir. == Əhalisi == === Şəhidləri === Abbasov Müşviq Allahverdi oğlu (1973-1992) — Birinci Qarabağ müharibəsi şəhidi. Ağayev Fikrət Səftər oğlu (1968-1994) — Birinci Qarabağ müharibəsi şəhidi. Əliyev Fuad İmanxan oğlu — Birinci Qarabağ müharibəsində itkin düşmüş kənd sakini.
Xırmandalı (Masallı)
Xırmandalı — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yaşayış məntəqəsinin adı türkdilli xırmandalı tayfasının adı ilə bağlıdır. Mənbələrdə harmandalu/xarmandalu/xərbəndəlu/xudabəndəlu kimi qeydə alınan xırmandalıların adı bayat tayfasının tərkibində çəkilir və Səfəvilər dövlətinin siyasi həyatında mühüm rol oynadıqları göstərilir. Bu tayfanın adına İran və İraq toponimiyasında da rast gəlmək mümkündür. Qubalı Fətəli xan dövründə (1758-1789) xırmandalıların bir hissəsi Cənubi Azərbaycanın Ərdəbil əyalətindən köçüb Quba xanlığının Müşkür və Şabran mahallarına gəlmişlər. Füzuli rayonundakı Mandılı oykonimi də Xırmandalı adının təhrif olunmuş formasıdır. == Əhalisi == Əhalisi 5199 nəfərdir. == Coğrafiyası və iqlimi == Azərbaycan Respublikasının cənub zonasında yerləşən Xırmandalı kəndi Masallı rayonunun şimali-şərq hissəsində yerləşir. Kənd Cəlilabad və Neftçala rayonları ilə həmsərhəddir. Xırmandalı kəndinin iqliminin formalaşmasında Xəzər dənizinin və Talış dağlarının böyük rolu vardır.
Xırmandalı bələdiyyəsi
Xırmandalı bələdiyyəsi (Biləsuvar) — Biləsuvar rayonunda bələdiyyə. Xırmandalı bələdiyyəsi (Masallı) — Masallı rayonunda bələdiyyə.
Xırmandalı bələdiyyəsi (Biləsuvar)
Biləsuvar bələdiyyələri — Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Xırmandalı tayfası
Xırmandalı tayfası — Orta Asiyada, Cənubi Azərbaycanın Zəncan vilayətində və Anadolu bölgəsində yaşamış tayfa. XI-XII əsrlərdə Xırmandalı tayfasının nümayəndələri Qəzvində dövlət yaratmışlar. XVI əsrdə bu tayfanın bir hissəsi Ərdəbil ərazisində məskunlaşmışdır. Səfəvilər dövlətinin siyasi həyatında mühüm rol oynayan xırmandalılar I Şah İsmayılın və I Şah Abbasın hakimiyyətə gəlməsində və dövlətin möhkəmləndirilməsində göstərdikləri xidmətə görə Şahsevənlər adını qazanmışlar. Tayfa başçılarının Quba xanı Fətəli xana (1758-1789) yazdıqları məktub əsasında onlara Muğandan Şabran-Müşgül ərazisinə kimi yaşamağa icazə verilmişdir. Bundan sonra tayfanın nümayəndələri Muğan düzündə, indiki Biləsuvar rayonu ərazisində Xırmandalı kəndinin əsasını qoymuşlar. Xırmandalıların bir hissəsi XVIII əsrın 60-70-cı illərində Xəzər dənizinin sahilində — balıq və quş ovu, həm də əkin əkmək, heyvan saxlamaq üçün əlverişli imkanları olan torpaqlarda — indiki Masallı rayonunun ərazisindəki Xırmandalı kəndində məskunlaşmışlar.
Xırmanlar
Xırmanlar — Azərbaycan Respublikasının Laçın rayonu Zerti kənd inzibati ərazi dairəsində kənd.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 1 dekabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Tarixi == Laçın rayonunun Qarıkaha inzibati ərazi vahidində olan kənd Qarabağ yaylasındadır. Keçmişdə köhnə xırmanların (taxıl döymək, təmizləmək və qurutmaq üçün hazırlanmış düzən yer, meydança xırman adlanır) yanında Xırmanlar adlanan binə XX əsrin 30-cu illərində daimi yaşayış məntəqəsinə çevrilmiş, kənd həmin adı saxlamışdır. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.27 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 0.79
2004 ••••••••• 0.34
2006 •••••• 0.23
2007 ••••••••••• 0.42
2009 ••••••••••••• 0.48
2010 ••••••• 0.27
2012 ••••••••• 0.34
2014 ••••• 0.17
2015 ••••• 0.17
2016 ••••••••• 0.35
2017 ••••••••••••• 0.49
2018 •••••••••••• 0.45
2019 ••••••••••••••• 0.56
2020 •••• 0.13

xırman sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] 1. Dəni sünbüldən ayırma əməliyyatı. …Xəstə olduğum cəhətə bu yay xırmanım hamıdan geriyə qalmışdı. S.S.Axundov. [Rəşid:] Qurbanqulu uşağı görər-görməz xırman çəkdiyi atı buraxır və quyunun yanına qaçır. T.Ş.Simurq. 2. Taxılı döymək, təmizləmək və qurutmaq üçün qabaqcadan hazırlanmış dairəvi düz yer, meydança. Atlı Hacı Namazalını xırmandan gəlib apardı nəçərnikin yanına. C.Məmmədquluzadə. Kəndlilər hamısı böyük bir xırmanın yanına yığılmışdı. M.İbrahimov. □ Xırman döymək – taxılın dənələrini xüsusi alətlərlə sünbüldən ayırmaq. Danabaş kəndinin kənarında… Məşədi Ağa kişi on iki yaşlı oğlu Əsəd ilə bahəm xırman döyürlər. C.Məmmədquluzadə. Biçər biçini, arpanı, döyər əkinçi xırmanı; Çuval-çuval döyüb yığar əkinçi arpa-buğdanı. A.Səhhət. [Həsən:] İskəndər də mənim oğlum olub, xırman döyəndə necə kömək eləyir. Ə.Haqverdiyev. Xırman sovurmaq – taxıl dənələrinə qarışmış samanı ayırmaq üçün onu kürəklə havaya sovurmaq. ◊ Xırmanüstü vədə – boş, yalan vədə.

    Azərbaycan dilinin izahlı lüğəti / xırman

xırman sözünün etimologiyası

  • 1 Fars sözüdür, dərzin döyülmək üçün yığıldığı yerə deyirlər və xərlə (eşşəklə) bağlıdır. Görünür, xırmanı eşşəklə döyüblər və o, vəli arxasınca müntəzəm çəkib (-man bu müntəzəmliyi bildirən şəkilçidir və dəyirman sözündə də özünü gös­tə­rir). 2-ci mülahizə də var: farsca xırman sözünün bir mənası da “taxıl tığı (dən to­pa­sı)” deməkdir. Xırmangah farslarda “гумно” (xırman) deməkdir. Bu mə­na­da xır­man elə “taxıl yığılan sahə” anlamını əks etdirir. Sonuncu yozum daha inan­dırıcıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / xırman

xırman sözünün rus dilinə tərcüməsi

  • 1 гумно, ток, молотьба

    Azərbaycanca-rusca lüğət / xırman
  • 2 I сущ. 1. ток (расчищенное место или специально оборудованная площадка для молотьбы, очистки и просушки зерна) 2. гумно (крытая площадка для молотьбы); xırman döymək молотить, смолачивать, обмолачивать (молотя, очищать, отделять зерна от колосьев); xırman sovurmaq веять, провеивать (очищать зерно от мякины и сора на ветру или при помощи веялки) II прил. молотильный. Xırman işləri молотильные работы

    Azərbaycanca-rusca lüğət / xırman

xırman sözünün inglis dilinə tərcüməsi

xırman sözünün fransız dilinə tərcüməsi

xırman sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] сущ. 1. харман, юг гатун; 2. харман, рат (юг гатадай чка); xırman döymək харман гатун, юг гатун; ** xırmanüstü vədə хармандал гайи гаф, таб (буш) гаф.

    Azərbaycanca-ləzgicə lüğəti / xırman

xırman sözünün türk dilinə tərcüməsi

"xırman" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xırman nədir? #xırman sözünün mənası #xırman nə deməkdir? #xırman sözünün izahı #xırman sözünün yazılışı #xırman necə yazılır? #xırman sözünün düzgün yazılışı #xırman leksik mənası #xırman sözünün sinonimi #xırman sözünün yaxın mənalı sözlər #xırman sözünün əks mənası #xırman sözünün etimologiyası #xırman sözünün orfoqrafiyası #xırman rusca #xırman inglisça #xırman fransızca #xırman sözünün istifadəsi #sözlük