* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. [ər. xəbər və fars. …dar] 1. Bir işdən xəbəri, məlumatı olan, agah olan, məlumatlı. Ol zalimi-bədxu, şuxisitəmkar; Zakirin halından deyil xəbərdar. Q.Zakir. …Oturanların hamısı Məhəmməd Həsən əminin ziyarət qəsdindən xəbərdardılar. C.Məmmədquluzadə. □ Xəbərdar etmək (eləmək) – məlumat vermək, əhvalatı bildirmək, çatdırmaq, agah etmək. Məni işdən xəbərdar et. – [Rəşid:] Əzizim, əhvalından məni tez-tez xəbərdar et ki, bəlkə mən də səbr edə biləm. İ.Musabəyov. Nurəddin evlərinə qayıtdıqda Bahar onu əhvalatdan xəbərdar etdi. S.S.Axundov. Xəbərdar olmaq – bir şey, hadisə haqqında məlumatı olmaq, agah olmaq, bilmək. Yoxdur əhvalıma bir kəs ki xəbərdar olsun. S.Ə.Şirvani. Bir-birinin əhvalından xəbərdar olandan sonra Bahadır çay tədarükü etdi. N.Nərimanov. Şaqqulu işdən xəbərdar olub, həyətə girdi. Çəmənzəminli. 2. Əmr şəklində: xəbərdar! – ehtiyatlı olmağa çağırış.
Azərbaycan dilinin izahlı lüğəti / xəbərdar2 ə. və f. xəbəri olan; məlumatlı.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / xəbərdar1 Xəbər ərəbcədir, dar isə farsca, hərfi mənası “xəbəri olmaq” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / xəbərdar1 bələd — məlumatlı — bilikli — təcrübəli — səriştəli
Azərbaycan dilinin sinonimlər lüğəti / xəbərdar2 XƏBƏRDAR (hər şeydən xəbəri olan) [Dovşan:] Dura bilmərəm, dadaş; Yanında var alabaş; Xəbərdaram işindən; Qurtarmaram dişindən (A.Şaiq); AGAH İnanma gər gecə rəmmal sirri-qeybə agaham; Dəhanın, sirrinə yüz kərrə əczin etiraf eylər (S.Ə.Şirvani); BAXƏBƏR Dünyagörmüş adamlar, məmləkət gərdişindən baxəbər şəxslər belə bir qayda qoymuşlar (Çəmənzəminli); BƏLƏD Fərman: O, cəmi elmlərə bələddirlər (Ə.Haqverdiyev); MÜXBİR Cahangir boy: Əhvalatdan müxbirəm, ərizələr sabah hazır olar (N.Vəzirov); YETİK Ələsgərəm, mən yetiyəm hər işə; Bir könül ki bir könüllə barışa (Aşıq Ələsgər); MƏLUMATLI.
Azərbaycan dilinin sinonimlər lüğəti / xəbərdar1 1. осведомленный, знающий, сведущий; 2. берегись! сторонись! дай дорогу!;
Azərbaycanca-rusca lüğət / xəbərdar2 прил. осведомлённый: 1. уведомлённый, предупреждённый. Mən bu işdən xəbərdaram я осведомлен об этом деле; xəbərdar deyiləm я не осведомлен, я не в курсе, я ничего не знаю; xəbərdar olmaq быть осведомленным, быть в курсе, xəbərdar etmək предупреждать, предупредить; уведомлять, уведомить 2. обладающий сведениями, знаниями о к ом-, о чем-л. Təbabətdən xəbərdardır (он) осведомлён о медицине, elmin hər sahəsindən xəbərdardır (он) осведомлён во всех областях науки
Azərbaycanca-rusca lüğət / xəbərdar1 s. versed (in), conversant (with), well-informed (about); learned; erudite, possessed of information; Xəbərdar! Caution!
Azərbaycanca-ingiliscə lüğət / xəbərdar1 sif. informé, -e ; au courant ; compétent, -e ; versé, -e dans ; fort, -e dans
Azərbaycanca-fransızca lüğət / xəbərdar1 [ər. xəbər və fars ...dar] прил. хабардар; хабар авай, малумат авай; // xəbərdar! хабардар! (“игьтиятлу хьухь!” манада); xəbərdar etmək (eləmək) хабардар авун, малумат гун, лугьун, чирун; xəbərdar olmaq хабардар хьун, ччир хьун.
Azərbaycanca-ləzgicə lüğəti / xəbərdar