xəbərsiz sözü azərbaycan dilində

xəbərsiz

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • xəbərsiz • 98.6287%
  • Xəbərsiz • 1.1173%
  • XƏBƏRSİZ • 0.2539%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Səndən xəbərsiz (film, 1985)
== Məzmun == Bu film-tamaşada Elçinlə (Yaşar Nuri) Gülnarın (Firəngiz Mütəllimova) arasında olan sədd daha da qalınlaşır. Gülnarın həyatında baş verən faciəli dəyişikliklər onun işdən getməsinə səbəb olur. Elçinin arvadı Sərvinaz (Tanilə Əhmərova) isə nəhayət başa düşür ki, Elçin hələ də Gülnarı sevir və bu səbəbdən Elçindən ayrılmaq qərarını alır. Artıq müstəqil olan Elçin isə dərhal şəhərdən getmək istəyən Gülnarın ardınca vağzala yollanır... == Film-tamaşa haqqında == Film-tamaşa yazıçı Aslan Qəhrəmanovun romanı əsasında ekranlaşdırılmışdır. Bu film-tamaşanın əvvəli "Səni axtarıram" və "Bağışla" televiziya tamaşalarında yer almışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 7.39 dəfə / 1 mln.
2003 ••••• 3.94
2004 ••• 2.36
2005 •••• 2.70
2006 ••••• 3.83
2007 ••••• 4.44
2008 •••• 3.17
2009 ••••••••• 7.52
2010 •••••••••• 8.90
2011 ••••••••• 7.98
2012 ••••••••• 7.40
2013 •••••••••••••••••••• 17.94
2014 •••••••••••••••• 14.07
2015 ••••••• 5.78
2016 •••••• 4.51
2017 ••••• 4.23
2018 ••••••••••••• 11.09
2019 •••••• 5.15
2020 •••••• 4.91

xəbərsiz sözünün leksik mənası və izahı

  • 1 zərf 1. Xəbər vermədən, demədən, soruşmadan, qabaqca bildirmədən; icazəsiz. Bir gün xanlara tamaşaya gələn qızların içində İskəndərin bacısı Leyla da var idi, qardaşından xəbərsiz qızlara qoşulub gəlmişdi. E.Sultanov. [Növrəstə:] Məndən xəbərsiz məni necə ərə verərsən? Ə.Haqverdiyev. 2. Məlumatsız, biliksiz. İşlərdən tamamilə xəbərsizdir. 3. məc. Qayğısız, heç bir şeyin fikrini, dərdini çəkməyən. Səriyyə xala geri döndü və iki körpə qız uşağının hər şeydən xəbərsiz (z.) yatdığı tərəfə baxdı… M.İbrahimov. □ Xəbərsiz olmaq – məlumatı, xəbəri olmamaq. …[Pərşan] bütün günü evdən çıxmadığını, kino məsələsindən xəbərsiz olduğunu gizlətsə də, hər halda marağını yatıra bilmədi. M.İbrahimov.

    Azərbaycan dilinin izahlı lüğəti / xəbərsiz

xəbərsiz sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 məlumatsız — təcrübəsiz — səriştəsiz — biliksiz

    Azərbaycan dilinin sinonimlər lüğəti / xəbərsiz
  • 2 1. XƏBƏRSİZ (xəbəri olmayan) Bəziləri də ya məsələdən xəbərsiz idi, ya da hələ heyrətdən qurtarmamışdı (M.İbrahimov); BİXƏBƏR İşdən bixəbər olan Polad Almazın axıtdığı göz yaşından mütəəssir oldu (A.Şaiq); QƏFİL Tuturlar onları qəfil atəşə; Gözləyir dostları qalın bir meşə (M.Rahim). 2. xəbərsiz bax məlumatsız 1

    Azərbaycan dilinin sinonimlər lüğəti / xəbərsiz

xəbərsiz sözünün omonimləri (çox mənalı sözlər)

xəbərsiz sözünün rus dilinə tərcüməsi

  • 1 1. без вести, безвестно, неведомо; 2. неосведомленный, несведущий;

    Azərbaycanca-rusca lüğət / xəbərsiz
  • 2 I нареч. 1. без ведома, не спрашивая. Qardaşından xəbərsiz без ведома брата, məndən xəbərsiz без моего ведома 2. не оповещая, без уведомления, без предупреждения II прил. неосведомлённый. İşlərdən xəbərsiz неосведомленный в делах, elmdən xəbərsiz неосведомленный в науке

    Azərbaycanca-rusca lüğət / xəbərsiz

xəbərsiz sözünün inglis dilinə tərcüməsi

xəbərsiz sözünün fransız dilinə tərcüməsi

xəbərsiz sözünün ləzgi dilinə tərcüməsi

  • 1 нареч. хабарсуз (1. хабарни авачиз, хабар тагана, лугьун тавуна, жузун тавуна, чир тавуна, ижаза авачиз; 2. малумат, чирвал, билиг авачир; 3. пер. са къайгъуни, дертни, фикирни авачир; xəbərsiz olmaq хабарсуз хьун, са малуматни, хабарни тахьун).

    Azərbaycanca-ləzgicə lüğəti / xəbərsiz

"xəbərsiz" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xəbərsiz nədir? #xəbərsiz sözünün mənası #xəbərsiz nə deməkdir? #xəbərsiz sözünün izahı #xəbərsiz sözünün yazılışı #xəbərsiz necə yazılır? #xəbərsiz sözünün düzgün yazılışı #xəbərsiz leksik mənası #xəbərsiz sözünün sinonimi #xəbərsiz sözünün yaxın mənalı sözlər #xəbərsiz sözünün əks mənası #xəbərsiz sözünün etimologiyası #xəbərsiz sözünün orfoqrafiyası #xəbərsiz rusca #xəbərsiz inglisça #xəbərsiz fransızca #xəbərsiz sözünün istifadəsi #sözlük