xəncər sözü azərbaycan dilində

xəncər

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • xəncər • 90.3226%
  • Xəncər • 8.9330%
  • XƏNCƏR • 0.7444%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xəncər
Xəncər — əlbəyaxa və ya yaxın məsafədə döyüşdə istifadə edilən soyuq silah. Bir və ya ikiağızlı qısa tiyədən (şiş uclu) və dəstəkdən ibarət olur. İkiağızlı xəncər tiyələrinin uzunu boyu mərkəzdən keçən kiçik novu olur. Ən qədim nümunələri heyvan buynuzu, çaxmaqdaşıdan sonralar isə mis, tunc, dəmir və poladdan düzəldilmişdir. Əyri tiyəli xəncərlərdən daha çox yunanlar və iranlılar istifadə etmişdilər. Qədim Ön Asiya və skif tipli xəncərlər geniş yayılmışdı. Qafqaz Albaniyasında dəstəklə tiyə arasında xüsusi ayrın olan xəncər mövcud idi. Orta əsrlərdə polad tiyəli və üzəri nəfis bəzənmiş xəncərlərdən geniş istifadə edilmişdir. İkinci Dünya müharibəsində tüfənglərin ucuna, şişuclu xüsusi xəncər növü olan süngü keçirilirdi. Qında gəzdirilir.
Sehrli Xəncər
Sehrli Xəncər (ing. Kris Sakti) Malayziya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadrodur. 2011-ci ildə yaradılmışdır. Uçuşlar üçün 4 ədəd Extra EA-300 təyyarəsi istifadə olunur.
Xəncər (Meşkinşəhr)
Xəncər (fars. خنجر‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 347 nəfər yaşayır (85 ailə).
Xəncər (Tipoqrafik)
Tipoqrafik xəncər – † simvolu. "Mətbəə xaçı", "obelisk", "ölü işarə" də adlandırırlar. Bəzən haşiyəni (səhifənin aşağısında xətt altında yazılan mətni, qeydi, izahatı) göstərmək üçün istifadə olunur. Azərbaycan mətbəəçiliyində, praktik olaraq, işlədilmir, "qoşa xaç"dan isə, ümumiyyətlə, istifadə olunmur. Bəzi nəşrlərdə onunla ölüm tarixini göstərirlər, doğum tarixi isə ulduz (*) işarəsi ilə qeyd olunur. Avropa mətbəəçiliyində "xəncər"dən əsasən ikinci haşiyə işarəsi (* ulduzdan sonra), "qoşa xaç"dan isə üçüncü haşiyə işarəsi (* ulduz və † xəncərdən sonra) kimi istifadə olunur. Linqvistikada və bəzən etnoqrafiyada ölmüş dilləri və yox olmuş xalqları göstərmək üçün bu işarədən istifadə olunur. Mötərizədə xəncər (†) isə, demək olar ki, ölmüş dilləri və ya yox olmuş xalqları göstərir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Xəncər (dəqiqləşdirmə)
Xəncər ‎
Xəncər (işarə)
Tipoqrafik xəncər – † simvolu. "Mətbəə xaçı", "obelisk", "ölü işarə" də adlandırırlar. Bəzən haşiyəni (səhifənin aşağısında xətt altında yazılan mətni, qeydi, izahatı) göstərmək üçün istifadə olunur. Azərbaycan mətbəəçiliyində, praktik olaraq, işlədilmir, "qoşa xaç"dan isə, ümumiyyətlə, istifadə olunmur. Bəzi nəşrlərdə onunla ölüm tarixini göstərirlər, doğum tarixi isə ulduz (*) işarəsi ilə qeyd olunur. Avropa mətbəəçiliyində "xəncər"dən əsasən ikinci haşiyə işarəsi (* ulduzdan sonra), "qoşa xaç"dan isə üçüncü haşiyə işarəsi (* ulduz və † xəncərdən sonra) kimi istifadə olunur. Linqvistikada və bəzən etnoqrafiyada ölmüş dilləri və yox olmuş xalqları göstərmək üçün bu işarədən istifadə olunur. Mötərizədə xəncər (†) isə, demək olar ki, ölmüş dilləri və ya yox olmuş xalqları göstərir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Kondok-i Xəncər
Kondok-i Xəncər (fars. کندک خنجر‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Rüğeyvə dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 13 ailədə 31 nəfəri kişilər və 34 nəfəri qadınlar olmaqla cəmi 65 nəfərdir. Kəndin əhalisini ərəblər təşkil edir, ərəb dilində danışırlar və şiə müsəlmandırlar.
Uçan xəncərlər evi (film, 2005)
"Uçan xəncərlər evi" (çin. 十面埋伏, shí miàn mái fú, ing. House of Flying Daggers) — Çjan İmounun filmi, 57-ci Kann Film Festivalının müsabiqədən kənar proqramının iştirakçısı. Çjao Syaodin 2005-ci ildə Oskar mükafatının "Ən yaxşı operator işi" nominasiyasına layiq görülmüşdür. Film usya janrında çəkilib. Film üsyançı hərəkatın liderlərini ovlayan və bunun üçün üsyan liderinin qızının etimadını qazanan və tələyə düşən imperiya polisinin gizli agentindən bəhs edir. Bu, "qadağan olunmuş" sevgini canlandıran və sevginin həyatı necə məhv etdiyini göstərən filmlərdən biridir.
Xəncərqışlağı (Urmiya)
Xəncərqışlağı (fars. خنجرقشلاقي‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 184 nəfər yaşayır (48 ailə).
Xəncərxan (Xoy)
Xəncərxan (fars. خنجرخان‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Xəncərəbənzər çıxıntı
Xəncərəbənzər çıxıntı (lat. processus xiphoideus) — döş sümüyünün ən qısa və ensiz hissəsi olub, aşağı və sərbəst ucunu təşkil edir. Xəncərə bənzədiyindən belə adlandırılmışdır. Forma və ölçüsü dəyişkən ola bilir. Dəri üzərindən ucu əllənə bilinir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.14 dəfə / 1 mln.
2003 ••• 0.39
2006 ••••••••• 1.13
2007 ••••• 0.63
2008 ••••••••••••••• 1.95
2009 •••••••••••••••••••• 2.72
2010 ••••••• 0.82
2011 ••••••• 0.94
2012 •••••••••••• 1.55
2013 ••••••••••• 1.46
2014 •••••• 0.69
2015 •••••••••••••••• 2.04
2016 ••• 0.35
2017 •••••• 0.81
2018 •••••••••••• 1.50
2019 ••••••••• 1.11
2020 •••••• 0.80

xəncər sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] Ucu sivri, iki tərəfi iti soyuq silah. Otağın baş tərəfindən divardan bir maral başı, bir də tüfəng, onun da altında bir xəncər asılmışdı. T.Ş.Simurq. [Cahıllar] çuxanın altından xəncər və dayandoldurum bağlardılar. H.Sarabski. ◊ Xəncər-bıçağa çıxmaq – davaları kəskin şəkil almaq, bir-birini xəncər və ya bıçaqla vurmaq dərəcəsinə gəlmək. Xəncər-bıçaq olmaq – qatı düşmən olmaq, ölüböldürməyə çıxmaq. [Tapdıq:] Elə şeyi olmaya-olmaya ağlına gətirəsən, ağa. Molla Sadıqla atan bu saat xəncər-bıçaqdır. İ.Şıxlı. Xəncər kimi batmaq (sancılmaq, işləmək), ürəyini xəncər kimi dəlmək – çox ağır təsir etmək. Söz də xəncər kimi işləyir cana; Qanı laxtaladır əzab, iztirab. S.Vurğun. Hükeymənin inəyi xatırlayıb yavaşcadan ağlaması [Bəxtiyarın] ürəyini xəncər kimi dəlir, vicdanını ağrıdırdı. S.Hüseyn. Xəncər kimi sağından keçib, solundan çıxmaq – çox bərk təsir etmək, ürəyinə toxunmaq. Onun acı sözləri xəncər kimi sağımdan keçib, solumdan çıxdı. Xəncərinin qaşı (daşı) düşməz ki… (düşməyəcək ki…) – bir şeyi özü üçün əskiklik, ar sayma mənasında ifadə. [Gülsənəm:] Dilman mənimlə gəlsəydi, xəncərinin daşı düşməyəcəkdi ki? M.Hüseyn. Səninçün hörmətlə tərpənsə başı; Guya xəncərinin düşəcək qaşı. S.Rüstəm.

    Azərbaycan dilinin izahlı lüğəti / xəncər

xəncər sözünün etimologiyası

  • 1 Alınma sözdür, ədəbiyyatda onu bəziləri ərəb, bəziləri isə fars mənşəli he­sab edirlər, hər iki dildə işlədilir, amma ərəbdənmi farsa, yoxsa farsdanmı ərəbə keçdiyini müəyyən etmək çətindir. Azərbaycan dilinə isə bu iki dilin hansın­dan keçdiyi məlum deyil. Məncə, söz fars mənşəlidir, çünki farslarda xanc sözü var və “yara” deməkdir. Xəncər ağır yara vurmaq vasitəsidir. Bizdə onun yerinə, böktə sözü işlədilib ki, bu da balta kəlməsi ilə qohumdur. Etimoloji mənası “böl­mək”, “parçalamaq” kimi başa düşülə bilər. Hər iki söz zərbə vasitəsi olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / xəncər

xəncər sözünün sinonimləri (yaxın mənalı sözlər)

xəncər sözünün rus dilinə tərcüməsi

  • 2 I сущ. кинжал (холодное оружие в виде обоюдоострого клинка, сужающегося к концу). Xəncəri sıyırmaq (qınından çıxarmaq) вынуть кинжал из ножен II прил. кинжальный: 1. относящийся к кинжалу. Xəncər qını кинжальные ножны 2. произведенный, нанесенный кинжалом. Xəncər yarası кинжальная рана ◊ gözünə xəncər kimi batır kimin nə покоя не дает кому что; ürəyinə xəncər kimi batır kimin nə как ножом по сердцу кому что; xəncərinin qaşı düşməz ki ничего с кем-л. не случится, если …, xəncər kimi sağından keçib, solundan çıxmaq пронзить сердце кому-л., наносить, нанести обиду кому-л.; keçər xəncər yarası, keçməz söz yarası (xəncər yarası sağalar, söz yarası sağalmaz) рана от кинжала заживет, от слова – никогда

    Azərbaycanca-rusca lüğət / xəncər

xəncər sözünün inglis dilinə tərcüməsi

xəncər sözünün fransız dilinə tərcüməsi

xəncər sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] сущ. гапур, хенжел; // гапурдин, хенжелдин (мес. хер); xəncər yarası sağalar, dil yarası sağalmaz. Ata. sözü гапурдин хер сагъ жеда, мецин хер – ваъ; ** xəncər-bıçağa çıxmaq гапуррал (чукӀулрал) акъатун, дяве къати хьун, сада-сад гапуррив (чукӀулрив) ядай дережадиз атун; xəncər-bıçaq olmaq хенжел-чукӀул хьун, къати душманар хьун, сада-сад кьиникьиз акъатун; xəncər kimi batmaq (sancılmaq, işləmək) гапур хьиз акӀун, гапурди хьиз рикӀел хер авун, гзаф эсер авун (мес. гафуни).

    Azərbaycanca-ləzgicə lüğəti / xəncər

xəncər sözünün türk dilinə tərcüməsi

xəncər sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

ucu sivri, hər iki tərəfi iti olan silah növü.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"xəncər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xəncər nədir? #xəncər sözünün mənası #xəncər nə deməkdir? #xəncər sözünün izahı #xəncər sözünün yazılışı #xəncər necə yazılır? #xəncər sözünün düzgün yazılışı #xəncər leksik mənası #xəncər sözünün sinonimi #xəncər sözünün yaxın mənalı sözlər #xəncər sözünün əks mənası #xəncər sözünün etimologiyası #xəncər sözünün orfoqrafiyası #xəncər rusca #xəncər inglisça #xəncər fransızca #xəncər sözünün istifadəsi #sözlük