xərçəngkimilər sözü azərbaycan dilində

xərçəngkimilər

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • xərçəngkimilər • 95.2381%
  • Xərçəngkimilər • 4.7619%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xərçəngkimilər
Xərçəngkimilər (lat. Crustacea) — heyvanlar aləminin buğumayaqlılar tipinə aid heyvan yarımtipi. Qəlsəməayaqlı xərçənkkimilər, sefalokaridlər, Çənəayaqlılar, çanaqlı xərçənglər, ali xərçənglər, daraqayaqlılar sinifləri var. 20 minədək növü var. Azərbaycan sularında xərçəngkimilərin 43 fəsiləyə mənsub 134 cinsi və 344 növü məlumdur. Bədəni 1 mm-dən 80 sm-dək uzunluğunda olur. Baş, döş və qarıncıqdan ibarətdir. Xitin kutikula ilə örtülüdür. Başında 2 cüt bığcığı, üst çənələri (üyüdücü çənələr) və 2 cüt alt çənəsi (maksillalar) var. Bığçıqlar hiss orqanı, bəzən də hərəkət orqanlarıdır.
Onayaqlı xərçəngkimilər
Onayaqlılar, onayaqlı xərçəngkimilər, dekapodlar (lat. Decapoda) — ali xərçənglər yarımsinfinə daxil olan onurğasız heyvan dəstəsi. Xarakter əlaməti başdakı çənə buğumlarının döş buğumları ilə birləşməsi, üç çüt ön döş ətraflarının ayaqçənəyə çevrilməsidir. 5 cüt arxa döş ətrafı ilə hərəkət edir (adı da buradandır). Macrocheira kampferi-nin uzanmış ayaqlarının ucları arasındakı məsafə 3 m-dən çoxdur. Madaqaskar çay xərçənginin (Astacoides) bədəninin uzunluğu 80 sm-dir. Növlərin çoxunda ön ayaqların 2 cütü erkəklərdə kopulyasiya orqanı, dişilərdə isə yumurta daşıyıcısıdır. Ayrıcinsiyyətlidir. Şirin və dəniz sularında yaşayır. 8500 növdən Xəzər dənizində 2 növ krevetka, 5 növ çay xərçəngi və bir növ yenkəc məlumdur.
Şaxəbığcıqlı xərçəngkimilər
Şaxəbığcıqlı xərçəngkimilər — (lat. Cladocera) Xərçəngkimilər sinfinə aid olan yarımdəstə. == Xarici quruluşu == Şaxəbığcıqlı xərçənglərn bədəni şəffaf xitin kutikula ilə örtülür və baş, gövdə, postabdomen hissələrinə bölünür. Başda xitin kutikula bütöv zireh əmələ gətirir. Bir çox növlərdə bel hissə gövdə ilə birləşir, digərlərində (Sididae, bir çox Chydoridae) baş zirehi gövdədən ayrılır. Baş zirehinin ön kənarı çox vaxt dimdikvari dartılaraq rostrum əmələ gətirir. Şaxəbığcıqlıların çoxunun gövdəsində xitin kutikula ətraflarla birlikdə gövdəni örtən nazik ikitaylı çanaq əmələ gətirir. Bəzən başda əmziklər olur. Başın beş cüt çıxıntısı vardır. Ön antenalar birşaxəli olub duyğu orqanları kimi çıxış edir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.09 dəfə / 1 mln.
2006 •••••••••• 0.23
2007 ••••••••• 0.21
2009 •••••••••••••••••••• 0.48
2011 ••••••••••• 0.26
2015 •••••••• 0.17
2016 •••••••• 0.17

xərçəngkimilər sözünün leksik mənası və izahı

xərçəngkimilər sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. зоол. ракообразные, ракообразные животные (класс животных типа членистоногих, обитающих преимущественно в воде)

    Azərbaycanca-rusca lüğət / xərçəngkimilər

xərçəngkimilər sözünün ləzgi dilinə tərcüməsi

"xərçəngkimilər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xərçəngkimilər nədir? #xərçəngkimilər sözünün mənası #xərçəngkimilər nə deməkdir? #xərçəngkimilər sözünün izahı #xərçəngkimilər sözünün yazılışı #xərçəngkimilər necə yazılır? #xərçəngkimilər sözünün düzgün yazılışı #xərçəngkimilər leksik mənası #xərçəngkimilər sözünün sinonimi #xərçəngkimilər sözünün yaxın mənalı sözlər #xərçəngkimilər sözünün əks mənası #xərçəngkimilər sözünün etimologiyası #xərçəngkimilər sözünün orfoqrafiyası #xərçəngkimilər rusca #xərçəngkimilər inglisça #xərçəngkimilər fransızca #xərçəngkimilər sözünün istifadəsi #sözlük