XƏRÇƏNGLƏR sözü azərbaycan dilində

XƏRÇƏNGLƏR

Yazılış

  • XƏRÇƏNGLƏR • 60.0939%
  • xərçənglər • 20.1878%
  • Xərçənglər • 19.7183%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xərçənglər
Xərçənglər (lat. Astacidea) — onayaqlılar dəstəsinə aid heyvan infradəstəsi.
Ali xərçənglər
Ali xərçənglər (lat. Malacostraca) — buğumayaqlılar tipinin xərçəngkimilər yarımtipinə aid sinif. == Təsnifatı == Fillokaridlər (Phyllocarida) yarımsinfi Packard, 1879 † Archaeostraca dəstəsi † Hoplostraca dəstəsi † Canadaspidida dəstəsi Nazikzirehlilər (Leptostraca) dəstəsi Claus, 1880 Hoplokaridlər (Hoplocarida) yarımsinfi Calman, 1904 Ağızayaqlılar (Stomatopoda) dəstəsi Latreille, 1817 (dəvədəllək)? Eumalokostraklar yarımsinfi Grobben, 1892 Sinkaridlər (Syncarida) dəstəüstü Packard, 1885 Palaeocaridacea dəstəsi Bathynellacea dəstəsi Chappuis, 1915 Anaspidesilər (Anaspidacea) dəstəsi Calman, 1904 Perakaridlər (Peracarida) dəstəüstü Calman, 1904 Spelaeogriphacea dəstəsi Gordon, 1957 Thermosbaenacea dəstəsi Monod, 1927 Lophogastrida dəstəsi Sars, 1870 Şaxəliətraf xərçənglər və ya muzidlər (Mysida) dəstəsi Haworth, 1825 Mictacea dəstəsi Bowman, Garner, Hessler, Iliffe & Sanders, 1985 Yanüzənlər (Amphipoda) dəstəsi Latreille, 1816 Bərabərayaqlılar (Isopoda) dəstəsi Latreille, 1817, bura məryəmqurdu da daxildir.
Zirehsiz xərçənglər
Zirehsiz xərçənglər və ya Ayağıqəlsəməlilər dəstəsi-(lat. Anostraca) Xərçəngkimilər yarımtipinin Ayaqqəlsəməlilər (lat. Branchiopoda) sinfinə aid olan dəstə. == Xarici görünüşü == Baş qalxanı olmayan uzun bədənli ibtidai xərçəngkimilərdir. Bədəni başdan, döşdən və qarın şöbəsindən ibarətdir. Başında antenul, antenna və gözlər yerləşən ön hissəsi çeynəyici çənə və çənələr olar arxa hissədən ayıran tikiş vardır. Ön antenalar uzun olub, buğumlara ayrılmamışdır, arxadakılar isə xüsusən erkəklərdə daha güclüdür. Başın yanlarında saplaqlar üzərində mürəkkəb faset gözlər, alında isə tək nauplial göz yerləşmişdir. Baş qalxanı olmayan uzun bədənli ibtidai xərçəngkimilərdir. Bədəni başdan, döşdən və qarın şöbəsindən ibarətdir.
Çanaqlı xərçənglər
Çanaqlı xərçənglər (lat. Ostracoda) — heyvanlar aləminin buğumayaqlılar tipinə aid heyvan sinfi. == Ümumi xrakteristikası == Çanaqlı xərçənglər və ya ostrakodlar yanlardan sıxılmış, ikitaylı çanaqla örtülü, 7 cüt çıxıntıdan (antenna, çənələr və ayaqlar), üst çənədə yerləşən ayağabənzər qısqaclardan, böyük alt çənədən və buğumsuz qısa qarından ibarət canlılardır. Ağız hissə üst dodaq, güclü üst çənədən ibarətdir. Həzm kanalı qida borusu, ön mədə, mədə və bağırsaqdan iarətdir. Bağırsağın sonunda arxa çıxışdəliyi yerləşir. Tənəffüs prosesində bütün bədən iştirak edir. Bu sinifin nümayəndələrinin ayaq hissəsində qəlsəmə kisələri yoxdur. Bəzi Cyprinidae nümayəndələrində kisəvəbənzər ürək vardır. Bəzilərində (məsələn, Cypris) qan dövranı yoxdur.
Çay xərçəngləri
Çay xərçəngləri (lat. Astacidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin ali xərçənglər sinfinin onayaqlılar dəstəsinə aid heyvan fəsiləsi. == Ümumi məlumat == Bu fəsiləyə xərçəngkimilər sinfinin daha yüksək quruluşa malik olan nümayəndələri daxildir. Çay xərçənglərinin bədəni silindrik formalıdır, armudvari, karapaks adlanan zirehlə örtülü baş-döşdən və onun altına əyilməyən, yaxşı inkişaf etmiş, 6 buğumdan və telsondan ibarət olan qarıncıqdan ibarətdir. Xitin maddəsindən ibarət olan zireh xərçənglərin yumşaq hissələrini qoruyan xarici skelet rolunu oynayır. Eyni zamanda əzələlərin ucları onun daxili səthinə birləşir. Bədən örtüyü yaşılımtıl–qonur rəngdədir. Baş-döş bir-biri ilə aypara şəkilli şırımla hərəkətsiz birləşmiş iki hissədən ibarətdir. Baş şöbəsi ön tərəfdən iti uclu çıxıntıya malikdir. Bu çıxıntının hər iki tərəfindəki çuxurda, saplaqlar üzərində hərəkətli gözlər yerləşmişdir.

"xərçənglər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xərçənglər nədir? #xərçənglər sözünün mənası #xərçənglər nə deməkdir? #xərçənglər sözünün izahı #xərçənglər sözünün yazılışı #xərçənglər necə yazılır? #xərçənglər sözünün düzgün yazılışı #xərçənglər leksik mənası #xərçənglər sözünün sinonimi #xərçənglər sözünün yaxın mənalı sözlər #xərçənglər sözünün əks mənası #xərçənglər sözünün etimologiyası #xərçənglər sözünün orfoqrafiyası #xərçənglər rusca #xərçənglər inglisça #xərçənglər fransızca #xərçənglər sözünün istifadəsi #sözlük