xəstəliklə sözü azərbaycan dilində

xəstəliklə

Yazılış

  • xəstəliklə • 91.1851%
  • Xəstəliklə • 8.8149%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Arbovirus xəstəlikləri
Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutu
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi - Azərbaycanda xəstəxana. == Haqqında == 1946-cı ildə Elmi-Tədqiqat Göz xəstəlikləri İnstitutu fəaliyyətə başlamışdır. İnstitutun ilk direktoru tibb elmləri namizədi M. Ə. Abbasov, elmi işlər üzrə direktor müavini – ilk qadın tibb elmləri doktoru, professor Sona Vəlixan olmuşdur. 1957-ci ildə instituta rəhbərliyi Nazim Əfəndiyev öz üzərinə götürmüşdür və bu ildən başlayaraq bu instituta 40 il ərzində rəhbərlik etmişdir. İnstitutun tarixində onun şəxsiyyəti unudulmaz bir iz qoymuşdur. N. M. Əfəndiyevin səyləri nəticəsində institutun kollektivi öz tərkibində yüksəkixtisaslı, zəkalı mütəxəssisləri, xalqına və vətəninə fədakarcasına xidmət göstərən əsl ziyalıları toplamışdır. 1998–2005-ci illərdə institutun direktoru vəzifəsini K. T. Kərimov tutmuşdur. 21 yanvar 2002-ci il tarixdə institut yüksək bir şərəfə layiq görülmüşdür. Akademik Zərifə Əliyevanın milli oftalmologiyanın inkişafında qiymətə gəlməz xidmətlərini, Azərbaycan oftalmologiya elminin görülməmiş bir səviyyəyə qaldırmağını və dünyada tanıtdırmağını, Oftalmologiya institutunun yeni binasının tikintisi haqda təşəbbüsünü və səyini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin Heydər Əliyevin 869 saylı sərəncamı ilə institutumuza görkəmli alim, akademik Z. Ə. Əliyevanın adı verilmişdir. 2006-cı ildən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar Elm Xadimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş oftalmoloqu, tibb üzrə elmlər doktoru, professor Qasımov Elmar Mustafa oğlu rəhbərlik edir.
Ağ Ciyər Xəstəlikləri İnstitutu
Ağ ciyər xəstəlikləri institutu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutu – 1946 ildə Bakıda Elmi Tədqiqat Vərəm İnstitutu adı ilə təşkil edilmişdir. 1988–1999 illərdə Elmi Tədqiqat Ftiziatriya və Pulmonologiya İnstitutu adlandırılmışdır. Tədqiqatları respublikada vərəmlə mübarizənin təşkilinə, bakterioloji müayinə üsulunun inkişafına, bronxun və ağ ciyərin qeyri-spesifik, onkoloji və vərəm xəstəliyinin differensial-diaqnostik problemlərinə, onların spesifik və qeyri-spesifik xəstəliklərinin müalicə metodlarının təkmilləşdirilməsinə, yeni üsullarla müalicəsi problemlərinə, vərəm xəstəliyinin azaldılması yollarının elmi əsaslarınının öyrənilməsinə və s. məsələlərə həsr olunmuşdur. İnstitut vərəm xəstəliyinə qarşı müalicə-profilaktika tədbirləri də hazırlayır. Respublikada vərəmlə mübarizədə M.N.Qədirli, Y.M.Qaziyev, F.M.Vəkilov, F.M. İsmayılov, M.Novruzov və başqalarının rolu olmuşdur. Azərbaycanda ftizio-cərrahlığın pioneri sayılan Fuad Əlaəddin oğlu Əfəndiyev respublikada ilk dəfə ağ ciyər vərəmini cərrahi üsulla müalicə etmişdir. İnstitutun vərəm terapiyası, pulmonologiya, uşaq vərəmi, ağciyərdənkənar orqanlarda vərəm, ftizio cərrahiyyə, torakal cərrahiyyə, bronxoloji, müalicə-reabilitasiya, funksional diaqnostika, ambulator diaqnostika, anesteziologiya və reanimasiya, elmi informasiya şöbələri, bakterioloji, biokimyəvi, klinik, immunoloji və sitomorfoloji laboratoriyaları, uroloji, ginekoloji, burun-boğaz-qulaq xəstəlikləri kabinetləri; elmi kitabxanası var. İnstitutda 2 elmlər doktoru və 23 elmlər namizədi işləyir. Aspiranturası və klinik ordinaturası var.
Heyvan xəstəlikləri
Heyvan xəstəlikləri — yoluxmayan və yoluxan olur. Yoluxan Heyvan xəstəlikləri iki cür olur: bakteriya, virus və göbələklərin törətdiyi infeksiya və ibtidailər, cücülər, gənə və helmintlərin törətdiyi invazion xəstəliklər. Ən təhlükəli Heyvan xəstəliklərinə aqalaktiya, aktinomikoz, askaridioz, botulizm, brüssellyoz, vakinit, qarayara, moniyezioz, raxit, taun tulyameriya və s.-ni misal göstərmək olar. #Maraqlı məlumat: Hüceyrə tərəfindən virusun təsirinə qarşı sintez olunan qoruyucu zülaldır. Bu zülal hüceyrəyə daxil olan virusun çoxalmasının qarşısını alır. Müşahidələr göstərir ki, orqanizmdə interferon nə qədər az əmələ gələrsə, virus xəstəliyi də bir o qədər ağır keçər.
Metabolik xəstəliklər
Metabolik xəstəliklər — maddələr mübadiləsinin (metabolizm) normal gedişatının pozulması ilə əlaqəli xəstəliklər qrupunun ümumi adı. Normal maddələr mübadiləsi katabolizm və anabolizm proseslərinin ahəngdar birləşməsindən qaynaqlanır. Metabolik xəstəliklərin səbəbləri irsi metabolik pozuntular, endokrin orqanların xəstəlikləri və ya metabolik əhəmiyyətli orqanların (məsələn, qaraciyər) fəaliyyətindəki digər pozuntular ola bilər, əksər hallarda müəyyən fermentlərin olmaması və ya onların çatışmazlığı ilə əlaqədardır. == Anadangəlmə metabolik xəstəliklər == Hal-hazırda anadangəlmə metabolik pozuntular xarakteri daşıyan xəstəliklərə piylənmə, podaqra, qəbizlik, şəkərli diabet, hiperlipoproteinemiya və bir çox başqaları daxildir. Məlumdur ki, getdikcə sayı artan çoxdan məlum olan xəstəliklər genetikdir. == Simptomları == Metabolik pozuntular zamanı baş verə biləcək bəzi simptomlara halsızlıq, kilo itkisi, sarılıq, qıcolma və s. daxildir. Metabolik xəstəliklərin simptomları metabolik pozuntunun növündən asılı olaraq dəyişiklidir. Simptomlar dörd kateqoriyaya bölünür: kəskin simptomlar, gec başlayan kəskin simptomlar, mütərəqqi ümumi simptomlar və davamlı simptomlar. == Səbəbləri == İrsi metabolik xəstəliklər qüsurlu bir gen ferment çatışmazlığı zamanı baş verir.
Mitoxondrial xəstəliklər
Mitoxondrial xəstəliklər — mitoxondrilərin genetik, struktur və biokimyəvi defektləri ilə şərtlənən heterogen sinir-əzələ xəstəlikləri qrupu. Enerjinin yaranmasında aparıcı rol mitoxondrilərə məxsusdur. İnsanın mitoxondrial DNT-si 2 zəncirli halqavari molekuldan ibarətdir. Mitoxondrial genom 16569 nukleotid, 22 nəqliyyat RNT-si geni, 2 ribosom RNT-si geni, 13 zülal genlərindən ibarətdir. Mitoxondrial DNT 200000-300000 nüsxədə, demək olar ki, tam yumurtahüceyrələrin sitoplazması ilə ötürülür (spermatazoidlər də praktik olaraq mitoxondrilər olmadığı üçün onlarla cüzi ötürülür). Ona görə də, mitoxondrial genlər və bu genlərin mutasiyaları ilə şərtlənən xəstəliklər tam olaraq ana xətti ilə ötürülür. Onu da qeyd etmək vacibdir ki, əksər (təxminən, 800) mitoxondrial zülallar, o cümlədən 80-a qədər tənəffüs zənzirinin polipeptidləri nüvə DNT-si ilə kodlaşdırılır. Onlar endoplazmatik şəbəkənin ribosomlarında sintez olunur və translokasion sistemlərin köməyi ilə mitoxondrilərə daxil olur. Bu sistemlərin ferment kompleksləri də nüvədə kodlaşdırılır. Aydın olmuşdur ki, mitoxondrial DNT-nin replikasiya və traskripsiyası nüvə faktorlarının nəzarəti altındadır.
Parazitar xəstəliklər
Parazitar xəstəliklər — parazitlərin (protozoylar, helmintlər və buğumayaqlılar) yaratdığı xəstəliklər qrupu. Bu xəstəlikdə parazit insan orqanizminə zərər verir və ya onun hesabına yaşayır. Onlar yoluxucu xəstəliklərin tərkib hissəsidir. Parazitar xəstəliklər yoluxucu xəstəliklərin bir hissəsi olsa da, adətən bir-birindən ayrılırlar və yoluxucu xəstəliklər birhüceyrəli orqanizmlərin (viruslar, bakteriya, göbələklər, ibtidailər) törətdiyi xəstəliklər hesab olunur. Bir sözlə viruslar maddə quruluşunun qeyri-hüceyrəvi formasına aiddir. Parazitar xəstəliklərin törədiciləri - çoxhüceyrəli heyvanlar - müxtəlif helmintlər və buğumayaqlılardır. Buğumayaqlılar arasında insan xəstəliklərinə bəzi patogen və fürsətçi gənələr — akariazlar, araxnozlar, həşəratlar — entomozlar, linqvatulidozlar və nadir hallarda qırxayaqlar — miriapodiasislər səbəb ola bilər. Buğumayaqlılar arasında ektoparazitlər üstünlük təşkil edir. Parazitar qurdlar insanlarda müxtəlif helmintozlara səbəb olur: tüylü qurdlar — trematodlar, lentşəkilli qurdlar — sestodoz, tikanbaşlılar —akantosefaloz, yumru qurdlar — nematodlar, zəlilər — hirudinozlar törədir. Bəzən insanlarda təsadüfi qılqurdlar — nematomorfa rast gəlinir.
Peşə xəstəlikləri
Peşə xəstəlikləri — zərərli istehsal faktorlarına məruz qalma nəticəsində yaranan xəstəliklər. BƏT mütəxəssislərinə görə, Rusiya Federasiyasında hər il təxminən 190 min insan pis iş şəraitinə görə ölür. Rus peşə patoloqlarına görə, 1930-cu illərdən bəri Rusiya Federasiyasında qeydə alınan peşə xəstəliklərinin sayı sistematik olaraq azaldılmışdır, nə baş verdiyinin obyektiv mənzərəsi olmaması və stimullaşdırmaq üçün adekvat bir dövlət siyasətinin iş şəraitini yaxşılaşdırmaq üçün işəgötürənlərin inkişafına mane olur. Peşə xəstəliklərinə yalnız peşə fəaliyyəti kontekstində meydana gələn və ya bu peşədə ümumi populyasiyada və ya digər işçi qruplarında daha çox rast gəlinən xəstəliklər aiddir . Bir neçə ölkədə işçinin təzminat və ya müavinət almağa haqq qazandığı peşə xəstəlikləri siyahısı var. Bu siyahıya daxil olmayan xəstəliklər üçün kompensasiya verilmir. Bu səbəbdən rəsmi siyahılara daxil edilməyən peşə mənşəli xəstəlikləri təsvir etmək üçün "peşə səbəb olduğu xəstəliklər" ifadəsi istifadə olunur. Bir çox ölkənin qanunvericiliyində müəyyən bir xəstəliyin işçinin iş şəraitində olmasından qaynaqlandığı fərziyyəsi mövcuddur və xəstəliyin başqa bir səbəbə görə olduğunu sübut etmək işəgötürənin və ya sığortaçının işidir. == Profilaktikası == Qarşısının alınması tədbirləri, qıcıqlandırıcıyı iş yerindən kənarlaşdırmaqla və ya qapalı sistemlərdə və ya avtomatlaşdırmada güclü qıcıqlandırıcı maddələr istifadə edərək texniki qoruma yolu ilə qıcıqlandırıcı görünüşünü aradan qaldırmaq, qıcıqlandırıcıyı dəyişdirmək və ya çıxarmaq və işçilərin şəxsi müdafiəsini əhatə edir. Peşə xəstəliklərinin qarşısını almaq və onlara nəzarət etmək üçün əksər ölkələr müvafiq qanunlarını nəzərdən keçirir və yeniləyirlər, əksəriyyəti peşə xəstəlikləri qanunlarının pozulmasına görə cərimələri əhəmiyyətli dərəcədə artırırlar.
Prion xəstəlikləri
Prionlar (ing. proteinaceous infectious particle — yoluxucu zülalvari hissəcik) – İnsan və heyvanların ali nümayəndələrində mərkəzi sinir sistemində ağır xəstəliklərə səbəb olan, tərkibində nuklein turşuları olmayan zülalların xüsusi sinfi. Prionlar sahibin normal zülalının dəyişmiş formasıdır. 1982-ci ildə amerikalı molekulyar bioloq, Stenli Prussner tibbin və biologiyanın inkşafının yeni mərhələsini qoydu. O, yeni tip infeksiyon agent, prionları kəşf etdi. Bu təkcə molekulyar biologiyanın nailiyyəti deyildi, həm də tibbin inkişafında yeni bir era idi. Prinsipial olaraq digər infeksiyon xəstəliklərdən baş verməsinə və səbəbinə görə fərqlənən yeni tip xəstəlik aşkar olunmuşdu. == Həkimlər üçün == Həkim praktikasında prion xəstəlikləri haqqında məlumatlı olmaq və onlari digər somatik sinir və əzələ sistemi xəstəliklərindən ayırmaq üçün differensial-diaqnostikanı bilmək cox vacibdir. Bunun üçün prion xəstəliklərini makroskopik və mikroskopik səviyyədə öyrənmək, xəstəliyin inkşafını, səbəbini, orqanizm üçün ağırlaşmalarını bilmək lazımdır: Morfoloji cəhətdən prion xəstəliklərini virus xəstəliklərindən ayırmaq Transmissiv Süngərvari Ensefalopatiyanin morfogenezini Transmissiv Süngərvari Miopatiyanın morfogenezini İnsanda ağırlaşmanı və ölümün səbəbini Prionlar submikroskopik infeksion hissəcik olub heç bir genetik materialı yoxdur (DNT və RNT). Prionları bütün mikroorqanizmlərdən: viruslar, bakteriyalar, göbələklərdən fərqləndirən əsas cəhət də budur.
Sümük xəstəlikləri
Sümük xəstəliyi — Əsasən D vitamini çatışmazlığı nəticəsində yaranan xəstəliklərdir. Son dövrlər daha da aktuallaşmışdır. Aşağıdakı növlərinə rast gəlinir. == Skolioz == Skolioz (yun. σκολιός–"əyri", lat. scoliōsis)–onurğa sütununun əyriliyi. Skolioz xəstəliyi xüsusən gənc və yeniyetmə yaşlarında özünü daha qabarıq büruzə verdiyindən bəzən insanlarda kompleks halına gəlir. Əyriliklər əsasən bel və döş nahiyələrində müşahidə olunur. Xəstəliyin proqressiv inkişafi onurğa sütununun və döş qəfəsinin nəzərə çarpacaq dərəcədə deformasiyasina gətirib çıxarır. Bu isə inkişaf edən orqanizmdə bir sıra orqan və sistemlərin patoloji dəyişikliklərinə səbəb olur.
Tropik xəstəliklər
Tropik xəstəliklər — tropik və subtropik bölgələrdə üstünlük təşkil edən və ya yalnız orada rast gəlinən yoluxucu xəstəliklər qrupu. Bu xəstəliklər mülayim iqlim olan bölgələrdə nadir halda olur, ilk növbədə həşəratların sayını məhdudlaşdıran soyuq mövsümün olması ilə. Ağcaqanad və milçək kimi həşəratlar çox vaxt xəstəliyin daşıyıcısıdır. Onlar protozoylar, bakteriya və ya virusları insanlara və heyvanlara əksər halda dişləmə yolu ilə ötürüb yayırlar. Tropik meşələrin insanlar tərəfindən öyrənilməsi, meşələrin qırılması, immiqrasiyanın artması və tropik bölgələrə beynəlxalq hava səyahətlərinin və digər turizmin artması qeyri-tropik ölkələrdə belə xəstəliklərin artmasına səbəb olmuşdur. == Xarakteristikası == Tropiklərdə müşahidə edilən bir sıra yoluxucu xəstəliklərin (difteriya, qızılca) klinik mənzərəsi mülayim iqlimi olan ölkələr üçün xarakterik olandan əhəmiyyətli dərəcədə fərqlənir. Bundan əlavə, tropiklərin patologiyası xəstəliklərin yüksək genişliyi və intensivliyi ilə xarakterizə olunur ki, bu da bu xəstəliklərin patogenlərinin yayılması üçün müstəsna əlverişli təbii şəraitlə bağlıdır. === Tropik təbabətdə yoluxucu və parazitar xəstəliklər === Tropik təbabətin böyük bir hissəsini yoluxucu və parazitar xəstəliklər təşkil edir. Tropik və subtropiklərdə yoluxucu tropik xəstəliklərin yayılması onlar üçün əlverişli təbii şərait kompleksi ilə əlaqədardır. Yalnız isti iqlimdə çoxlu istilik sevən patogenlər (müəyyən bakteriyalar, viruslar, protozoylar, helmintlər), onların aralıq sahibləri (məsələn, tropik mollyusklar "Bullinus tropicalis", şistosomiazda "Physopsis africana"), patogenlərin daşıyıcıları, Lassa qızdırmasının təbii mənbəyi (çət milçəkləri, tropik ağcaqanadlar), fruktoid yarasa — təbii su anbarları, Ebola virusunun yaratdığı xəstəlik və s.
Ufa Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutu
Ufa Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutu (rus. ГБУ «Уфимский научно-исследовательский институт глазных болезней Академии наук Республики Башкортостан») — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı olan Ufa şəhərində yerləşən elmi qurum. Ölkə ərazisində göz xəstəlikləri üzrə ixtisaslaşmış əsas elmi-tədqiqat müəssisəsidir. 2006-cı ildən baş direktoru Muxarram Bikbovdur. == Tarixi == İnstitutun əsası 1926-cı ildə qoyulmuşdur. Belə ki, 22 iyun 1926-cı ildə Başqırd MSSR Sağlamlıq Xalq Komissarı İdarə Heyətinin iclasında 1926-1927-ci illər üçün istehsal planı təsdiqlənərkən Ufada Traxoma İnstitutunun açılması qərara alınmışdır. Sonrakı arxiv sənədlərində qeyd olunur ki, SSRİ Xalq Komissarları Sovetinin 15noyabr 1926-cı il tarixli qərarına əsasən həmin qurum Ufa Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutuna çevrilmişdir. == Rəhbərləri == İnstituta istedadlı tədqiqatçıların cəlb edilməsində və institutun əmək qabiliyyətli komandasının yaradılmasında müxtəlif vaxtlarda bu quruma rəhbərlik etmiş şəxslərin böyük rolu olmuşdur: 1926—1933 — Viktor Odintsov 1934—1944 — Vladimir Spasskiy 1945—1954 — Qabdulla Kudoyarov 1955—1958 — Maqrifa Tanatarova 1959—1965 — Saida Xalitova 1965—1980 — Maqsuda Kalmetyeva 1980—2005 — Marat Aznabayev 2006-cı ildən — Muxarram Bikbov == İnstitutun strukturu == İnstitutun strukturu tədqiqat və elmi-istehsalat şöbələrindən ibarətdir. Tədqiqat şöbəsində 4 elmi şöbə vardır: kornea və lens əməliyyatı; uşaqlarda rekonstruktiv göz əməliyyatı; vitreoretinal və lazer cərrahiyyəsi; gözlərin yoluxucu xəstəlikləri. == Kollektivi == == Uğurları == İnstitut Rusiya Federasiyasının 75 müəllif şəhadətnaməsi və patentini almışdır.
Virus xəstəlikləri
Virus xəstəlikləri — viruslar çox kiçik hüceyrəsiz həyat formaları olub, nuklein turşuları və zülal molekullarından təşkil olunmuş örtükdən (kapsiddən) ibarətdir. Bundan başqa, bilirsiniz ki, bütün viruslar hüceyrədaxili parazitlərdir, yalnız sahibinin müəyyən hüceyrələrinə daxil olduqdan sonra canlı orqanizmin xüsusiyyətlərini göstərir.Epidemioloji xarakteristikasına görə virus xəstəlikləri 2 yerə bölünür: antroponoz - yalnız insanın tutula biləcəyi xəstəlik (poliomielit) zooantroponoz - heyvanlardan insana keçə biləcək xəstəlik (quduzluq) Yerli simptomlarla (tənəffüs yollarının selikli qişasının zədələnməsi) və ümumi xarakterli - bədənin temperaturunun yüksəlməsi, zəiflik, damarlarda və əzələlərdə ağrı, qanın tərkibinin dəyişməsi və s. kimi simptomlarla müşahidə olunan kəskin virus xəstəliklərinə daha tez-tez rast gəlinir. Belə xəstəliklər KRX və ya KRVX - kəskin respirator virus xəstəlikləri (qrip, zökəm və s.) adlanır. Bu xəstəliklər insanların yoluxma kütləviliyinə görə dünyada birinci yeri tutur. Onlar çox tez yoluxur və asqırma, burun-udlaq iltihabı, öskürək və zökəmlə müşayiət olunur. Epidemiyaların qarşısını almaq üçün virus xəstəliklərinin profilaktik tədbirlərindən biri olan peyvəndlər tətbiq edilir. Virus xəstəliklərinin müalicəsi immunitetin möhkəmləndirilməsi ilə bağlıdır. Çünki bu xəstəliklər immuniteti zəiflədir. Antibiotiklər viruslara birbaşa təsir etməsə də, onların tətbiqi virus infeksiyalarının ağırlaşmalarının qarşısının alınması məqsədilə aparılır.
XBT-10: I sinif. Bəzi infeksion və parazit xəstəliklər
== A00-A09 Bağırsaq infeksiyaları ==
XBT-10: I sinif. Bəzi infeksion və parazit xəstəlikləri
== A00-A09 Bağırsaq infeksiyaları ==
Xəstəliklər
Xəstəlik (lat. morbus) və ya Sayrılıq — morfoloji, yaxud funksional dəyişiklik nəticəsində orqanizmin normal həyat fəaliyyətinin pozulması. Xəstəlik xarici amillərin (fiziki, kimyəvi, bioloji, psixoken, sosial və s.) orqanizmə təsirindən törənir. Xəstəlik haqqında bir sıra fərziyyələr mövcuddur. Hippokrata görə xəstəlik orqanizmdə olan dörd əsas mayenin: qan, selik, sarı və qara (venoz qan) ödün qeyri-düzgün qarışığından əmələ gəlir. Müasir baxımdan xəstəlik əmələ gəlməsində bir sıra xarakterik xüsusiyyətlər mövcuddur: xarici (insanlar üçün, əsasən, sosioloji) və etioloji amillər, orqanizmin müdafiə qabiliyyəti (insanlarda psixoken amillər də böyük rol oynayır) və s. Xəstəlikdən təcrid olunmuş orqan və toxuma yoxdur. Hər hansı bir xəstəliyə bütün orqanizm qoşulur. Xəstəlik aşağıdakı mərhələlərlə keçir: gizli dövr (bu dövr bir neçə saniyədən bir neçə ilə qədər çəkə bilər) prodromal dövr (ilkin əlamətlərin əmələ gəldiyi dövr) tam inkişaf dövrü sağalma dövrü. Xəstəliyin təsnifatı onun gedişinin (kəskin və xronik xəstəlik) xarakteri ilə aydınlaşdırılır.
Xəstəliklərin Beynəlxalq Təsnifatı
Xəstəliklərin Beynəlxalq Təsnifatı (ing. International Classification of Diseases, ICD) — tam adı Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin Beynəlxalq Statistik Təsnifatı (ing. International Statistical Classification of Diseases and Related Health Problems) — sağlamlığın qorunması ilə bağlı istifadə olunan aparıcı statistik və təsnifat sənəd. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dərc olunan xəstəliklər, simptomlar, yaralar, travmalar və digər qeyri-normal təzahürlar kodlarının külliyyatı. Xəstəliklər üzrə dünyada ən çox istifadə olunan statistik təsnifatdır. İndiki versiyası (onuncu) 1992-ci ildə tərtib edilmişdi. Birinci versiyası 1900-cü ildə buraxılmışdı. 1948-ci ildən BST ICD-nin hər on il təzələmə ilə bağlı məsuliyyət daşıyır. Qabaqkı nəşrlər arasında ICD-6 (1949) və ICD-9-dur (1977). == Yaranma tarixi == İlk dəfə xəstəliklərin sistemləşdirilməsi təşəbbüsü Sovaj (fr.
Yoluxucu xəstəliklər
Yoluxucu xəstəliklər — patogen mikroorqanizmlərin, virusların və prionların orqanizmə daxil olması nəticəsində yaranan xəstəliklər qrupu. Patogen mikrobun yoluxucu xəstəlik törətməsi üçün onun virulentliyi (zəhərlilik; lat. virus – zəhər), yəni orqanizmin müqavimətini aradan qaldırmaq və zəhərli təsir göstərmək qabiliyyəti olmalıdır. Bəzi patogen agentlər həyat fəaliyyəti zamanı ifraz etdikləri ekzotoksinlərlə orqanizmin zəhərlənməsinə səbəb olur (tetanoz, difteriya), digərləri orqanizmi məhv edildikdə (vəba, qarın tifi) toksinlər (endotoksinlər) buraxır. Yoluxucu xəstəliklərin xüsusiyyətlərindən biri inkubasiya dövrünün olmasıdır, yəni yoluxma anından ilk klinik əlamətlərin görünməsinə qədər olan dövr. Bu dövrün müddəti infeksiya üsulundan və patogenin növündən asılıdır və bir neçə saatdan bir neçə ilə qədər davam edə bilər (sonuncu nadir halda olur). Mikroorqanizmlərin bədənə daxil olduğu yerə infeksiyanın giriş qapısı deyilir. Hər bir xəstəlik növünün özünəməxsus giriş qapısı var, məsələn, vəba vibrionu ağızdan bədənə daxil olur və dəriyə nüfuz edə bilmir. Yoluxucu xəstəliklər — xüsusi tibb fənnidir. == Təsnifatı == Yoluxucu xəstəliklərin bir çox təsnifatı var.
Zöhrəvi xəstəliklər
Zöhrəvi xəstəliklər, bəzən cinsi yolla keçən xəstəliklər (CYBX) kimi qeyd olunur — cinsi fəaliyyət, xüsusən vaginal əlaqə, anal seks və oral seks yolu ilə keçən infeksiya. Bu cür xəstəliklər başlanğıcda simptomlara səbəb olmur, bu da infeksiyanın başqalarına keçmə ehtimalını artırır. CYBX-ın simptomlarına və əlamətlərinə vaginal axıntı, penis boşalması, cinsiyyət orqanlarında və ya ətrafında yaralar və çanaq ağrısı daxildir. Otuzdan çox müxtəlif bakteriya, virus və parazit cinsi fəaliyyətlə yoluxa bilər. Bakterial CYBX-lərə xlamidiya, qonoreya və sifilis daxildir. Viruslu CYBX-lərə genital herpes, İİV-infeksiyası və cinsiyyət orqanlarının siğilləri daxildir. Parazitik CYBX-lərə trixomonoz daxildir. Bəzi CYBX-lər donor toxuması, qan, doğuş zamanı və ya ana südü yolu ilə yayıla bilər. CYBX-lərin qarşısını almağın ən təsirli yolu cinsi əlaqədə olmamaqdır. Bəzi vaksinasiyalar, hepatit B və bəzi HPV növləri daxil olmaqla, infeksiyaların riskini azalda bilər.
Üzüm tənəyinin xəstəlikləri (film, 1975)
== Məzmun == Filmdə üzümlüklərə ziyan vuran xəstəliklərə, ziyanvericilərə qarşı mübarizədən, bu mübarizədə aqrotexnika qaydalarına düzgün əməl olunmasından danışılır. == Film haqqında == Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir.
İribuynuzlu mal-qarada parazitar xəstəlikləri və onunla mübarizə tədbirləri (film, 1989)
İrsi xəstəliklər
İrsi xəstəlik — Ana atadan uşağa "irsi" olaraq keçən xəstəliklərə verilən addır. İrsi xəstəliklərə yaxın qohum olan ana-atanın uşaqlarında digər uşaqlara nisbətlə daha çox şahid olunur. Bu xəstəliklərə 2007-ci ildə doğulmuş 'Ayşarlı Aytacı' misal göstərmək olar. Karlıq, korluq, zehni zəiflik, şizofreniya, cinsi inkişafın, boyun ləngiməsi, skelet pozğunluqları, şəkərli diabet, hipertoniya xəstəliyi, bronxit, bir sıra allergik xəstəliklər, ateroskleroz, xora xəstəliyi, epilepsiya, böyrək patologiyaları, sonsuzluq, keçəllik və bir çox digər xəstəliklərə də irsi meyllilik mövcuddur. İrsi xəstəliklər çoxşaxəlidir: Bu xəstəliklərin başlıca səbəbi qohum nikahlar və tibbi müayinədən keçmədən evlənən cütlüklərdir. Çünki qan analizi nəticəsində irsi genetik xəstəlikləri olan gələcək valideynlərin evlənməsi tibbi nöqteyi-nəzərdən yolverilməzdir. Doğulan şikəst uşaqların əksəriyyəti bu evliliklər nəticəsində dünyaya gəlir. Maraqlısı budur ki, belə ailələrdə 3-4 uşaq şikəst olaraq doğulduqdan sonra məsələdən xəbərdar olurlar ki, bu xəstəliyin səbəbkarı ya ana, yada atadır. Bəzən şikəst doğulan uşaqların cərrahiyyə üsulu ilə müalicəsi tamamilə mümkün olur. Ancaq yenə də xəstəyə həkim nəzarəti mütləq olmalıdır.
Endokrin xəstəliklər
Endokrin xəstəliklər — endokrin sistemin pozulması nəticəsində baş verir. Endokrinoloji xəstəliklərlə məşğul olan tibb sahəsi endokrinologiya kimi tanınır. == Xəstəliyin növləri == Ümumiyyətlə, endokrin xəstəliklərini 3 qrupa bölmək olar: Endokrin vəzilərinin hipofunksiyası/hiposekresiyası — hormon çatışmazlığına səbəb olur Endokrin vəzilərinin hiperfunksiyası/hipersekresiyası — hormon artıqlığına səbəb olur Endokrin vəzilərinin şişləri — xoş və ya bədxassəli. Endokrin pozuntular çox vaxt olduqca mürəkkəbdir və endokrin sistemdə iştirak edən əks əlaqə mexanizmləri səbəbindən hiposekresiyanın və hipersekresiyanın qarışıq modelini əhatə edir. Məsələn, hipertiroidizmin əksər formaları artıq tiroid hormonu və tiroid stimullaşdırıcı hormonun aşağı səviyyədə olması ilə əlaqələndirilir. == Xəstəliklərin siyahısı == === Qlükoza homeostazının pozulması === Şəkərli diabet Şəkərli diabetin 1-ci tipi Şəkərli diabetin 2-ci tipi Hamiləlikdə şəkərli diabet Gənclərdə yetkinlər tipli şəkərli diabet Hipoqlikemiya İdiopatik hipoqlikemiya İnsulinoma Qlükaqonoma === Qalxanabənzər vəzin pozuntuları === Zob xəstəliyi Hipertireoz Diffuz zəhərli zob Zəhərli düyünlü zob Hipotireoz Tiroidit Haşimoto uru xəstəliyi Qalxanabənzər vəzin xərçəngi Qalxanabənzər vəzi hormonlarına qarşı müqavimət === Kalsium homeostazının pozulması və metabolik sümük xəstəlikləri === Qalxanabənzər ətraf vəziləri Birinci dərəcəli hiperparatiroidizm İkinci dərəcəli hiperparatiroidizm Üçüncü dərəcəli hiperparatiroidizm Hipoparatiroidizm Psevdohipoparatiroidizm Osteoparoz Paget sümük xəstəliyi Raxit Osteomalasiya === Hipofiz vəzinin pozuntuarı === ==== Posterior hipofiz vəzi ==== Şəkərsiz diabet Uyğun olmayan antidiuretik hormon sindromu ==== Ön hipofiz vəzi ==== Hipopituitarizm Hipofiz adenoması Prolaktinoma Akromeqaliya İtsenko-Kuşinq xəstəliyi === Cinsi hormon pozuntuları === Cinsi inkişafın pozuntuları Hermofroditizm Qonadal disgenez Androgenlərə həssaslıq sindromu Hipoqonadizm İrsi (genetik və xromosomal) pozuntular Kallman sindromu Klaynfelter sindromu Şereşevski – Terner sindromu Qazanılmış pozuntular Birinci dərəcəli yumurtalıq çatışmazlığı (erkən menopoz kimi də tanınır) Hipoqonadizm Yetkinlik dövrünün pozuntuları Gecikmiş yetkinlik Erkən yetkinlik Menstrual funksiya problemləri Amenoreya Polikistik yumurtalıq sindromu === Başqa yerdə qeyd olunmayan endokrin vəzilərin şişləri === Çoxsaylı endokrin neoplaziyası Vermer sindromu Sippl sindromu Çoxsaylı endokrin neoplaziyası tip IIb Karsinoid sindromu == Endokrin fövqəladə halları == Endokrinologiyada fövqəladə hallara diabetik ketoasidoz, hiperosmolyar hiperqlikemik vəziyyət, hipoqlikemik koma, kəskin adrenokortikal çatışmazlıq, feokromositoma kriz, hiperkalsemik kriz, miksedematoz koma və hipofiz apopleksiyası daxildir. Dekompensasiya olunmuş paratiroid feokromositoması və ya adenoması nəticəsində yaranan fövqəladə hallar bəzən aqressiv tibbi terapiya xəstənin vəziyyətini idarə edə bilmədikdə təcili rezeksiyaya yönəldilir. lakin cərrahi risklər əhəmiyyətlidir, xüsusilə qan təzyiqinin labilliyi və rezeksiyadan sonra ürək-damar sisteminin kollaps ehtimalı müvafiq olaraq katekolaminlərdə və kalsiumda tədricən normallaşma ilə kompensasiya edilməlidir. Xüsusilə daha yeni və daha effektiv dərmanlar və müalicələr baxımından xəstəni sabitləşdirmək üçün davamlı cəhdlərdən sonra təcili və ya seçmə cərrahiyyədən fərqli olaraq təcili cərrahiyyənin nə vaxt məqsədəuyğun olduğu hələ də müzakirə olunur.
Lizosomal toplanma xəstəlikləri
Lizosomal toplanma xəstəlikləri – bəziləri uşaq yaşlardan əzələ-skelet simptomları ilə gedir və YİA ilə differensasiya etmək lazım gəlir.
İdiopatik xəstəliklər
İdiopatik xəstəlik dedikdə səbəbi məlum olmayan hər hansı bir xəstəlik nəzərdə tutulur. Termin qədim yunan dilindən ἴδιος (idios) -'öz' və πάθος (pathos)- 'əzab çəkən' sözlərinin birləşməsindən əmələ gəlmişdir və "özünə bənzər xəstəlik" mənasını verir. Bəzən xəstəlik zamanı ilkin səbəb aydın olmur, məsələn, ocaqlı seqmentar qlomeruloskleroz və ya ankilozlaşan spondiloartrit hallarında bu vəziyyətə rast gəlmək olar. Belə hallar idiopatik hesab olunur. Bəzi epilepsiya və insult formalarının idiopatik hallarını sinonim termin olan "kriptogen" ilə də izah etmək olar. == Tibbin nailiyyətləri və yenilikləri == Tibb sahəsindəki nailiyyətlər xəstəliklərin səbəbləri və təsnifatını daha yaxşı anlamağa imkan verir. Əsas səbəblər aşkarlandıqca və spontan görünən hadisələrin səbəbləri aydınlaşdırıldıqca idiopatik hesab olunan halların faizi azalır. == Sinonimlərin istifadəsi == «Essential» terminindən «idiopatik» terminin sinonimi kimi də istifadə olunur (Essential hipertoniya, Essential trombositemiya, Essential tremor). «Birinci dəfə» (birinci dəfə baş verən biliar xolangit, birinci dəfə baş verən amenoreya), «ikinci dəfə» kimi terminlərdən də geniş istifadə olunur. Daha az yayılmış sinonim olan «aqnogen» qədim yunan dilindən agno - naməlum və gen - səbəb) termini tibbi terminologiyada qeyri-müəyyən mənşəyi nəzərdə tutur (aqnogen mieloid metaplaziya).

"xəstəliklə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xəstəliklə nədir? #xəstəliklə sözünün mənası #xəstəliklə nə deməkdir? #xəstəliklə sözünün izahı #xəstəliklə sözünün yazılışı #xəstəliklə necə yazılır? #xəstəliklə sözünün düzgün yazılışı #xəstəliklə leksik mənası #xəstəliklə sözünün sinonimi #xəstəliklə sözünün yaxın mənalı sözlər #xəstəliklə sözünün əks mənası #xəstəliklə sözünün etimologiyası #xəstəliklə sözünün orfoqrafiyası #xəstəliklə rusca #xəstəliklə inglisça #xəstəliklə fransızca #xəstəliklə sözünün istifadəsi #sözlük