Əhli Ərəb xəstəxanasına hücum
Əhli Ərəb xəstəxanasına hücum — HƏMAS–İsrail müharibəsi əsnasında, 17 oktyabr 2023-cü ildə "Əl-Əqsa fırtınası" əməliyyatına cavab olaraq İsrail tərəfindən həyata keçirilən "Dəmir qılınclar" əməliyyatı zamanı Qəzzə zolağında yerləşən Əhli Ərəb xəstəxanasında baş tutmuş partlayış.
Fələstin tərəfinin bildirdiyinə görə, xəstəxanada partlayış nəticəsində bir neçə yüz nəfər həlak olmuşdur. Bununla belə, müstəqil məlumatlara görə, Fələstin tərəfinin iddia etdiyi bu say görə həddən artıq qiymətləndirilir və partlayışın özü xəstəxananın özündə deyil, xəstəxananın yanındakı dayanacaqda baş vermişdir. Hadisə ilə bağlı yoxlanılmamış və etibarsız məlumatların geniş yayılması informasiya müharibəsinin predmetinə çevrilmişdir.
"HƏMAS" partlayışa görə İsraili günahlandırmış, buna səbəb kimi İsrail Müdafiə Qüvvələrinin (IDF) aviazərbələrini göstərmişdir. Bu ittiham bir çox ərəb dövlətləri və islam dünyasının ölkələri tərəfindən təkrarlanmışdır. Öz növbəsində, İDF partlayışın "Fələstin İslam Cihadı" qruplaşmasının Qəzzə zolağından İsrail istiqamətində uğursuz raket atması nəticəsində baş verdiyini bildirmişdir. "HƏMAS" raket qalıqlarını müstəqil araşdırmalar üçün təqdim etməmişdir.