Xətai sözü azərbaycan dilində

Xətai

Yazılış

  • Xətai • 98.7496%
  • XƏTAİ • 1.2104%
  • xətai • 0.0400%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xətai
Xətai — Azərbaycanda daha çox işlədilən ad. Bu təxəllüsü olan tanınmış insanlar Şah İsmayıl Xətai — I İsmayıl Səfəvinin ədəbi təxəllüsü.Bu adı olan tanınmış insanlar Xətai Təbrizi — Azərbaycan yazıçısı. Xətai Quliyev —Yaşayış məntəqələri Xətai rayonu — Bakıda rayon. Xətai — Azərbaycanın Ağstafa rayonunda kənd. Xətai — Azərbaycanın Xocavənd rayonunda kənd. Xətai — Azərbaycanın Şərur rayonunda kənd. Xətai (Soyuqbulaq) — Xətai (Naxçıvan)Digər Xətai metrostansiyası — Bakı metropolitenində metrostansiyalardan biri. Xətai xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. Riştə Xətayi — Təbrizdə hazırlanan ‏Ramazan ayına aid şirniyyat və desert. Xətai bələdiyyəsi — Azərbaycan Respublikasının Bakı şəhəri Xətai rayonunda bələdiyyə.
Dəhnamə (Xətai)
Dəhnamə — Azərbaycan ədəbiyyatının klassiki Şah İsmayıl Xətainin məsnəvi janrında yazdığı poema. Əsər Azərbaycan ədəbiyyatının yazılı abidəsi hesab edilir. 1506-cı ildə Azərbaycan dilində yazılan şeir əsəri Azərbaycan ədəbiyyatında məsnəvi janrında yazılan ilk poemalardan biri sayılır.Məsnəvidə aşiq oğlan (yəni şairin özü) və onun sevgilisi bir birinə on sevgi məktubu göndərirlər, buna görə də əsərin adı elə "Dəhnamə" ("On məktub") qoyulub. Poema bütövlüklə 1532 beytdən ibarətdir. == Tədqiqi və nəşri == 1923-cü ildə tədqiqatçı Salman Mümtaz XVII əsrə aid əlyazmaları istifadə edərək "Dəhnamə"nin tam olmayan siyahısını dərc etdi, indi o siyahı Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılır.1961-ci ildə Əzizağa Məmmədov "Şah İsmayıl Xətai" adlı şairin əsərlərinin ikicildliyini hazırlamışdı, orada o, "Dəhnamə"nin elmi-tənqidi mətnlərin yaradılmasının əsas prinsiplərinə baxış keçirmişdi.1967-ci ildə tədqiqatçı Qasım Həsənov "Dəhnamənin sintaksisi" (rus. «Синтаксис Дехнаме») adlı işini yayımladı, hansında ki poemanın təyini söz birləşmələrini təhlil etmişdi. Həsənov hələ 1962-ci ildə yazırdı ki, poemada olan təyini söz birləşmələrinin müasir azərbaycan dilindəki kəlmələrlə çox oxşarlıqları var.1977-ci ildə Minayə Cavadovanın "Şah İsmayıl Xətainin Leksikası ("Dəhnamə" poeması əsasında) (rus. «Лексика Шах Исмаила Хатаи (По поэме "Дехнаме")» adlı əsəri nəşr olundu, orada o, "Dəhnamə" poemasının tədqiqi tarixi və Səfəvilər dövründə Azərbaycan dilinin əhəmiyyəti haqqında yazırdı. Cavadova bu əsərində qeyd edir ki, "Dəhnamə" Xətainin ədəbi irsində xüsusi yer tutur və bu əsər Azərbaycan dilində yaradılmış mükəmməl yazılı ədəbi abidələrindən biri sayılır. == Əlyazmalar == Əfqanistanın Məzari-Şərif şəhərindəki muzeydə xəttat Mir İmad Qəzvini tərəfindən köçürülən və "Dəhnamə" məsnəvisindən başlayan əlyazma saxlanılır.Bakı şəhərində Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda XVII əsrdə tərtib edilən poemanın əlyazması saxlanılır."Dəhnamə"nin siyahılarından biri həmçinin Sankt-Peterburqda saxlanılır, onun ətraflı şərh edilmiş təsvirini Vladimir Minorskinin xahişi ilə 1923-cü ildə şərqşünas Nikolay Marr verdi.
Riştə xətai
Riştə Xətai (fars. رشته ختایی‎) ‏ — Təbrizdə hazırlanan ‎‏Ramazan ayına aid şirniyyat və desert.
Xətai (Ağstafa)
Xətai (əvvəlki adı: Marksovka) — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağstafa rayonunun Marksovka kəndi Xətai kəndi adlandırılmışdır.
Xətai (Naxçıvan)
Xətai — Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin Əliabad qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin Əliabad qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Xətai qəsəbəsi şəhərin yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Xətai (Soyuqbulaq)
Xətai (fars. خطايي‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 398 nəfər yaşayır (70 ailə).
Xətai (Xocavənd)
Arakül (digər adı: Xətai) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Arakül kənd inzibati ərazi dairəsində kənd.15 avqust 1993-cü ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Kənd 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kəndin keçmiş adları Arakul, Hərəkül olmuş, hətta ermənilər tərəfindən Arakel də adlandırılmışdır. 1988-ci ildə Ermənistandan qovulmuş Azərbaycan ailələri kənddə məskunlaşdıqdan sonra əhalinin xahişi ilə yaşayış məntəqəsi Azərbaycan şairi və Səfəvilər dövlətinin görkəmli xadimi Şah İsmayıl Xətainin şərəfinə Xətai adlandırılmışdırXIX əsrin ikinci yarısında Ərgünəş və ya Dolanlar kənd icmasında iki Arakel məntəqəsi vardı. Kənddə 1840-cı ildə Cənubi Azərbaycanın Qaradağ mahalındakı Sevakar kəndindən və İrəvan əyalətinin Qafan mahalından köçüb gəlmə erməni ailələri məskunlaşmışdı. Kəndin adı onun əsasını qoymuş erməni Arakelin adındandır. Kəndin digər adı Xətaidir.Kəndin əvvəlki adı Qara Quzey olmuşdur. Arakel oykonimi türk dillərindəki arak və el sözlərindən ibarət olub, "su, çay kənarında yerləşən kənd, oba" mənasına uyğundur. Celyabinsk vilayətinin Silaceki kəndi 1968-ci ilədək Arakulski adlanırdı. 1917-ci ildə Cəbrayıl qəzasında Birinci və İkinci Arakul adlı iki yaşayış məntəqəsi qeydə alınmışdır.
Xətai (rayon)
Xətai rayonu – Bakı şəhərində rayon. == Tarixi == Rayon 1904-cü ildə Zavodskaya, 1920-ci ildən Fabrik zavodu rayonu, 1932-ci ildən Şaumyan rayonu adlandırılmışdır. 1981-ci ildə ayrılaraq bir hissəsinə Nizami rayonu adı verilmişdir. 5 yanvar 1990-cı ildən isə Xətai rayonu adlanır. == Əhalisi == Əhalisi: 261100 nəfər Ərazisi: 31,6 km² Əhalinin sıxlığı: 1 kv.km-ə 8263 nəfər == İqtisadiyyatı == Rayonun ərazisində bir sıra iri sənaye müəssisələri, o cümlədən "Azərneftyağ" NEZ, "Xəzərdənizneftdonanma" İdarəsi, Təcrübə Sənaye Zavodu, "Neft Kəmərləri" İdarəsi fəaliyyət göstərir. 37 orta məktəb, 44 uşaq bağçası, 2 uşaq evi,15 poliklinika insanların təlim-tərbiyəsi ilə məşğul olur və sağlamlığının keşiyində durur. Bir sıra respublika əhəmiyyətli idarə və müəssisələr də rayonun ərazisində yerləşir: Azərbaycan Respublikasının Ali Məhkəməsi, Bakı şəhər Baş Polis İdarəsi, Respublika Doğum Evi, Mərkəzi Neftçilər Xəstəxanası, Əfəndiyev adına xəstəxana, "AZƏRİQAZ" ASC və s.
Xətai (Şərur)
Xətai (əvvəlki adı: Sovxoz) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının İliç rayonunun Siyaqut kənd Sovetindəki Sovxoz kəndi Xətai kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Siyaqut kənd inzibati ərazi dairəsi tərkibindəki Xətai kəndi Havuş kənd inzibati ərazi dairəsinin tərkibinə verilmişdir. == Toponimikası == Düzənlikdədir. 1930-cu ildə Sovxoz adlandırılmışdır. 1991-ci şair və dövlət xadimi Şah İsmayıl Xətainin adı ilə Xətai adlandırılmışdır. Memorial toponimdir.
Xətai Alıyev
Xətai Şahin oğlu Alıyev (14 iyul 1989, Bakı) — Azərbaycanlı iqtisadçı alim, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq iqtisadiyyat və biznes kafedrasının müdiri, UNEC Empirik Tədqiqatlar Mərkəzinin rəhbəri, "ASERC Journal of Socio-Economic Studies" beynəlxalq elmi jurnalının baş redaktoru. == Həyatı == Xətai Alıyev 14 iyul 1989-cu ildə Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini Tovuz rayonu V. Kazımov adına Çobansıxnaq kənd orta məktəbində almışdır. 2005–2010-cu illərdə Qafqaz Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2012–2014-cü illərdə isə Şimali Kipr Türk Respublikasının Şərqi Aralıq Dənizi Universitetində İqtisadiyyat ixtisası üzrə magistratura təhsili almışdır.2016-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunda Ekonometriya ixtisası üzrə başladığı dissertantura təhsilini 2 ilə bitirərək 2017-ci ildə "Büdcə siyasətinin effektivliyinin ekonometrik təhlili" mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.Ailəlidir. 2 övladı var. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Xətai Alıyev əmək fəaliyyətinə 2014-cü ildə Qafqaz Universitetində başlamışdır. Sonrakı illərdə Bakı Mühəndislik Universitetində və Azərbaycan Dövlət İqtisad Universitetində müəllim kimi çalışmışdır. Hazırda, hər iki universitetdə müəllim kimi elmi fəaliyyətini davam etdirir.2017-ci ilin sentyabr ayından Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "Beynəlxalq iqtisadiyyat (ingilis dilli)" kafedrasının müəllimi və həmin ilin dekabrından UNEC Empirik Tədqiqatlar Mərkəzinin direktorudur. Tədqiqat mərkəzinin rəhbəri kimi tələbələri tədqiqat fəaliyyətinə cəlb etmək üçün "Tədqiqat vaxtı" layihəsini həyata keçirmiş, o cümlədən xaricdə təhsil üzrə seminarlar təşkil etmişdir.2022-ci ilin sentyabr ayından "Beynəlxalq iqtisadiyyat" (ingilisdilli) kafedrasının müdiri (hazırda "Beynəlxalq iqtisadiyyat və biznes" adlanır) vəzifəsinə keçirilib. === Elmi fəaliyyəti === 2 kitab və 50-yə yaxın elmi məqalənin müəllifidir.
Xətai Həsənov
Xətai Xaliq oğlu Həsənov (29 iyun 2001; Tovuz rayonu, Azərbaycan — 8 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xətai Həsənov 2001-ci il iyunun 29-da Tovuz rayonunun Qovlar şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Xətai Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xətai Həsənov oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Tovuz rayonunun Qovlar kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xətai Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xətai Həsənov ​ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.
Xətai Təbrizi
Xətai Təbrizi (yəni Təbrizli Xətai) — Azərbaycan yazıçısı. == Həyatı == Şairin doğum və vəfat tarixi dəqiq məlum deyil. Ağqoyunlular dövlətinin sarayında yaşamışdır. == Yaradıcılığı == Xətai Təbrizi azərbaycan türkcəsində dəyərli sənət əsərləri yaratmışdır. Şair 4500 beytlik "Yusif ilə Züleyxa" poemasını qələmə almışdır.
Xətai bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Xətai metrostansiyası
Xətai metrostansiyası — Bakı metrosunda stansiyadır. 1968-ci il 22 fevral tarixində "Stepan Şaumyan metrostansiyası" adı ilə fəaliyyətə başlayıb. Bakı Metropoliteninin ən dərin stansiyasıdır. Buradan qatarlar yalnız Cəfər Cabbarlı stansiyasına hərəkət edir və geri qayıdır. Gələcəkdə Yaşıl xəttin tamamlanması nəticəsində bu stansiya Dərnəgül stansiyasına birləşdiriləcək.
Xətai rayonu
Xətai rayonu – Bakı şəhərində rayon. == Tarixi == Rayon 1904-cü ildə Zavodskaya, 1920-ci ildən Fabrik zavodu rayonu, 1932-ci ildən Şaumyan rayonu adlandırılmışdır. 1981-ci ildə ayrılaraq bir hissəsinə Nizami rayonu adı verilmişdir. 5 yanvar 1990-cı ildən isə Xətai rayonu adlanır. == Əhalisi == Əhalisi: 261100 nəfər Ərazisi: 31,6 km² Əhalinin sıxlığı: 1 kv.km-ə 8263 nəfər == İqtisadiyyatı == Rayonun ərazisində bir sıra iri sənaye müəssisələri, o cümlədən "Azərneftyağ" NEZ, "Xəzərdənizneftdonanma" İdarəsi, Təcrübə Sənaye Zavodu, "Neft Kəmərləri" İdarəsi fəaliyyət göstərir. 37 orta məktəb, 44 uşaq bağçası, 2 uşaq evi,15 poliklinika insanların təlim-tərbiyəsi ilə məşğul olur və sağlamlığının keşiyində durur. Bir sıra respublika əhəmiyyətli idarə və müəssisələr də rayonun ərazisində yerləşir: Azərbaycan Respublikasının Ali Məhkəməsi, Bakı şəhər Baş Polis İdarəsi, Respublika Doğum Evi, Mərkəzi Neftçilər Xəstəxanası, Əfəndiyev adına xəstəxana, "AZƏRİQAZ" ASC və s.
Xətai xalçaları
Xətai xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. == Təbriz xalçaçılıq sənəti == Təbriz xalçaçılıq sənətinin çiçəklənmə dövrü XII–XVI əsrlərə aiddir. Təbriz məktəbinin XVI əsr qızıl dövrünün 200-ə qədər şah əsəri miniatür rəssamlıq sənəti ilə toxuculuğun harmonik birləşməsi, peşəkar rəssam və xalçaçıların yüksək ustalığı ilə səciyyələnir. Təbriz xalçaları arasında saray üçün toxunan iri xalılar daha məşhur olub. Sərdabələri, məqbərələri bəzəmək üçün böyük ölçüdə xalçalar toxunub. Hətta xalçaların toxunmasında ipəkdən, bahalı daş-qaşdan da istifadə olunub. Xalça üzərində əks olunan hər bir ornamentin özünün simvolik mənası olub. Alimlər illərdir bunun tədqiqatı ilə məşğul olurlar. Təbriz xalçaları kompozisiya baxımından mürəkkəbliyi, naxışlarının incə və nəfisliyi, ən başlıcası isə dinamikliyi ilə göz oxşayır. Bu xalça qrupu incə naxışlı kompozisiyalarla yanaşı, həm də süjetli xalçaların toxunması ilə seçilir (“Leyli və Məcnun”, “Ovçuluq”, “Dörd fəsil”, Dərvişlər” və s.).
Xətai kənd bələdiyyəsi
Ağstafa bələdiyyələri — Ağstafa rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Həzi Aslanov (qəsəbə, Xətai)
Həzi Aslanov — Bakı şəhərinin Xətai rayonunda qəsəbə. Girişdə Həzi Aslanovun heykəli var.
Xətai birinci seçki dairəsi
Xətai dördüncü seçki dairəsi
Xətai ikinci seçki dairəsi
Əhmədli (Xətai)
Əhmədli qəsəbəsi və ya Kənd Əhmədli — Bakı şəhərinin Xətai rayonunda şəhər tipli qəsəbə. Abşeron yarımadasındadır. 1936-cı ildə qəsəbə statusu almışdır. == Tarixi == Əhmədli qəsəbəsi (Kənd Əhmədli, Əhmədli kəndi də adlandırılır) qədim Bakıətrafı 32 kənddən biridir. Yerli əhalinin böyük qismi Oğuz türklərinin Bayat boyunun Qacar tayfalarına mənsubdur.Tarixən kənd 9 məhəllədən ibarət olub:1. İmamqulu 2. Nazarlı 3. Dağlı 4. Novruzlu 5. Cəfərlilər 6.
Şah İsmayıl Xətai
Şah İsmayıl Səfəvi, I İsmayıl və ya Şah İsmayıl (tam adı: Əbül-Müzəffər İsmail ibn Heydər əs-Səfəvi; 17 iyul 1487[…], Ərdəbil – 23 may 1524[…], Ərdəbil) — Səfəviyyə təriqətinin şeyxi (1494–1524); Səfəvilər dövlətinin banisi və ilk şahı;şair. O, 1501-ci ilin iyulunda Təbrizdə Azərbaycanda şah taxtına oturdu.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Şah İsmayıl Xətai Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.Onun yaratdığı Səfəvilər dövləti 1736-cı ilə qədər mövcud olmuşdur. İsmayıl 1501-ci ildən Cənubi Azərbaycanda On iki imam şiəliyinə əsaslanan Səfəviliyi yayaraq 1509-cu ildə bütün İran, Azərbaycan, İraq, Şərqi Anadolunu və s. əraziləri vahid dövlətdə birləşdirmişdir.Bədii əsərlərini "Xətai" təxəllüsü ilə yazmışdır. Bununla əlaqədar Şah İsmayıl Xətai olaraq da tanınır. Əsərlərini əsasən Azərbaycan türkcəsində, qismən də fars və ərəbcə yazmışdır. == Soykökü == I Şah İsmayılın altıncı əcdadı, mərkəzi Ərdəbildə yerləşən Səfəviyyə sufi təriqətinin əsasını qoymuş Şeyx Səfiəddin İshaqdır (1252–1334). Bir sıra Səfəvi mənbələri Səfəvi əcdadlarının tarixçəsini Şeyx Səfiəddinin yeddinci əcdadı olan və XI əsrdə yaşadığı güman edilən Firuzşah Zərrinkülaha bağlayırlar və onun yeddinci şiə imamı Musa əl-Kazımın nəslindən gəldiyini bildirirlər. Lakin araşdırmalar nəticəsində belə bir fikir irəli sürülmüşdür ki, Firuzşahı İmam Musa əl-Kazım vasitəsilə peyğəmbər və imamlar nəslinə bağlamaq cəhdi Səfəvilər sülaləsinin hakimiyyətə gəldiyindən sonra hökmranlıqlarının legitimliyini əsaslandırmaq məqsədini güdürdü. Tarixşünaslıqda Səfəvi əcdadlarını qeyri-türk etnoslarla əlaqələndirmək üçün müəyyən cəhdlər edilmiş, Firuzşahın Cənubi Ərəbistandan (Yəməndən), Kürdüstandan və hətta Fars vilayətindən köçərək, Azərbaycanın Ərdəbil nahiyəsinə gəldiyi barədə iddialar ortaya atılmışdır.
Əhmədli bələdiyyəsi (Xətai)
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Əhmədli qəsəbəsi (Xətai)
Əhmədli qəsəbəsi və ya Kənd Əhmədli — Bakı şəhərinin Xətai rayonunda şəhər tipli qəsəbə. Abşeron yarımadasındadır. 1936-cı ildə qəsəbə statusu almışdır. == Tarixi == Əhmədli qəsəbəsi (Kənd Əhmədli, Əhmədli kəndi də adlandırılır) qədim Bakıətrafı 32 kənddən biridir. Yerli əhalinin böyük qismi Oğuz türklərinin Bayat boyunun Qacar tayfalarına mənsubdur.Tarixən kənd 9 məhəllədən ibarət olub:1. İmamqulu 2. Nazarlı 3. Dağlı 4. Novruzlu 5. Cəfərlilər 6.
33 saylı Xətai birinci seçki dairəsi
34 saylı Xətai ikinci seçki dairəsi
35 saylı Xətai üçüncü seçki dairəsi
36 saylı Xətai dördüncü seçki dairəsi

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 83.64 dəfə / 1 mln.
2002 ••••• 23.98
2003 •••••• 30.71
2004 ••••••• 38.74
2005 ••••••••••• 59.38
2006 ••••••••••••• 72.53
2007 •••••••••••••• 75.48
2008 ••••••••••• 56.52
2009 •••••••••••••• 75.51
2010 ••••••••••••••• 84.51
2011 ••••••••••••••• 81.16
2012 •••••••••••••••••••• 107.99
2013 ••••••••••••••••••• 102.11
2014 ••••••••••••••• 80.49
2015 ••••••••••••••• 80.47
2016 •••••••••••••• 76.36
2017 ••••••••••••• 70.40
2018 ••••••••••••••••••• 106.98
2019 •••••••••••••••••••• 112.94
2020 ••••••••••••••• 80.36

xətai sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

məşhur Azərbaycan şairi və dövlət xadimi Şah İsmayılın bu təxəllüsü tədqiqatlarda "Xətay, Kitay türklərindən olan", "xəta törədən, əlindən xəta çıxan" və "Allah, Tanrı" kimi izah edilir. Çinin ən qədim adı olan “Kitay”, “ki” od, Günəş, “tay” dağ sözlərindən düzəlmiş, “Günəşli dağ” və ya “Günəşli ölkə” mənasında işlənir. Zənnimizcə, Ş.İ.Xətainin Kitay türklərindən olması ehtimalı daha düzgündür.

Azərbaycan kişi adlarının izahlı lüğəti

Oxşar sözlər

#xətai nədir? #xətai sözünün mənası #xətai nə deməkdir? #xətai sözünün izahı #xətai sözünün yazılışı #xətai necə yazılır? #xətai sözünün düzgün yazılışı #xətai leksik mənası #xətai sözünün sinonimi #xətai sözünün yaxın mənalı sözlər #xətai sözünün əks mənası #xətai sözünün etimologiyası #xətai sözünün orfoqrafiyası #xətai rusca #xətai inglisça #xətai fransızca #xətai sözünün istifadəsi #sözlük