xəttatlıq sözü azərbaycan dilində

xəttatlıq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • xəttatlıq • 93.3566%
  • Xəttatlıq • 5.5944%
  • XƏTTATLIQ • 1.0490%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xəttatlıq
Xəttatlıq və ya kalliqrafiya (yun. καλλιγραφία — "gözəl xətt") — təsviri incəsənətin sahələrindən biri. Onu həmçinin nəfis məktub incəsənəti də adlandırırlar. Xəttatlığın elmi anlayışı belədir: "işarələrin ekspressiv, harmonik və incə zövqlə tərtibatı incəsənəti". Xəttatlıq yazını nəfis şəkildə şrift, əl və əlifba kimi yazmaq bacarığıdır. Kalliqrafiya əşya və lövhə üzərində məişət yazısından yüksək incəsənət nümunələrinə qədər geniş bir sənətdir. Kalloqrafiyada həmişə hərflər standart formada yazılmır.. Müasir dövrdə kalliqrafiya bəzi dini yazılarda, xüsusi sənəd yazılışında, dəvətnamələrdə, yubiley və şənlik təbriklərində, qrafik işlərdə, daş yonmalarında və tarixi sənəd təkrarında isrifadə edilir. Xəttatlıq həmçinin televiziya monitor yazılarında, müəyyən xasiyyətnamələrdə, əllə yazılması nəzərdə tutulan sənədlərdə ( məsələn, doğum şəhadətnaməsi ) istifadə edilir. == Azərbaycanda xəttatlıq == Xəttatlıq Azərbaycan xalqının uzun əsrlərdən bəri yaşatdığı qədim sənət növlərindən biridir.
Azərbaycan mədəniyyətində xəttatlıq
Azərbaycan mədəniyyətində xəttatlıq (az.-əbcəd آزربایجان مدنییّتینده ختّاتلیق‎) — xəttatlığın Azərbaycan ədəbiyyatı və təsviri incəsənətində oynadığı rol. Orta əsrlərdə Azərbaycan əlyazmalarının yazılmasında müxtəlif xəttatlıq nümunələrindən (nəsx, nəstəliq, təliq, şikəstə, süls, reyhani, divani, ruqə, mühəqqiq, touqi) istifadə edilmiş, elmi əsərlər isə nəsx xətti ilə yazılmışdır. XIX əsrdə gözəl yazı ilə bağlı "İnşai-Mirzə Kazım", Əbdülqəni Xalisəqarızadə Nuxəvinin "Məcməül-xoş xətt" və Əbdüssəlam Axundzadənin "Xətti-təliq və nəstəliq" əsərləri yazılmışdır. Sovet dövründə Azərbaycanda xəttatlıq tənəzzülə uğrasa da, müasir dövrdə hələ də ondan istifadə edilir. == Tarixi == === Orta əsrlər === Azərbaycan əlyazma kitablarının yazılmasında nəsx, nəstəliq, təliq, şikəstə, süls, reyhani, divani, ruqə, mühəqqiq, touqi və s. xətt nümunələrindən istifadə edilmişdir. Elmi əsərlər əsasən nəsx xətti ilə yazılmışdır. Bundan başqa məscid kitabələrində, misgərlik nümunələrində, döyüş əşyalarında, sufi dərvişlərinin istifadə etdiyi kəşkül və təbərzində xəttatlıq nümunələrinə rast gəlinir.Orta əsrlərdə yaşamış xəttatlara Azərbaycan ədəbiyyatının nümayəndələri olan qəzvinli Kişvəri, Məhəmməd Tahir Vəhid Qəzvini, Sadıq bəy Əfşar misal göstərilə bilər. Orta əsr Azərbaycan əlyazmaları Xəlil bin Əhməd, Səfəvilər dövründə Şah Mahmud Nişapuri, Məhəmməd ibn Hüseyn Katib Nişati, Mahmud Şirazı, XVIII əsrdə Şamaxılı Osman ibn Mahmud Əfəndi, Kazım Qaradonlu və s. kimi katib və xəttatlar tərəfindən köçürülmüşdür.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.89 dəfə / 1 mln.
2004 •••••••••••••• 2.36
2005 •••••••••••••••••••• 3.37
2006 ••••••••• 1.35
2007 ••••••••••••• 2.11
2008 ••••• 0.73
2009 •••••• 0.96
2010 •••••• 0.91
2011 ••••• 0.77
2012 ••••• 0.77
2013 •• 0.29
2014 ••• 0.34
2015 ••• 0.34
2016 ••••• 0.69
2017 ••• 0.49
2018 ••••••• 1.05
2019 •••• 0.56
2020 •••••••••• 1.59

xəttatlıq sözünün leksik mənası və izahı

xəttatlıq sözünün sinonimləri (yaxın mənalı sözlər)

xəttatlıq sözünün rus dilinə tərcüməsi

xəttatlıq sözünün inglis dilinə tərcüməsi

xəttatlıq sözünün fransız dilinə tərcüməsi

xəttatlıq sözünün ləzgi dilinə tərcüməsi

Oxşar sözlər

#xəttatlıq nədir? #xəttatlıq sözünün mənası #xəttatlıq nə deməkdir? #xəttatlıq sözünün izahı #xəttatlıq sözünün yazılışı #xəttatlıq necə yazılır? #xəttatlıq sözünün düzgün yazılışı #xəttatlıq leksik mənası #xəttatlıq sözünün sinonimi #xəttatlıq sözünün yaxın mənalı sözlər #xəttatlıq sözünün əks mənası #xəttatlıq sözünün etimologiyası #xəttatlıq sözünün orfoqrafiyası #xəttatlıq rusca #xəttatlıq inglisça #xəttatlıq fransızca #xəttatlıq sözünün istifadəsi #sözlük