xəzinəsi sözü azərbaycan dilində

xəzinəsi

Yazılış

  • xəzinəsi • 87.4534%
  • Xəzinəsi • 12.2981%
  • XƏZİNƏSİ • 0.2484%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Karun xəzinəsi
Karun Xəzinəsi — çoxu e.ə. 560-546-ci illər arasında Lidiya ölkəsini idarə edən Krezin dövrünə aid olan və Uşakın 25 km qərbində və İzmir Avtomobil Yolu üzərində yerləşən Gur qəsəbəsi yaxınlığındakı arxeoloji qazıqlardan 1960-cı illərdə çıxararaq ABŞ-yə qaçırılan və 1993-ci ildə uzun bir hüquqi proses nəticəsində geri alınan əsərlərin toplu adı. Bəzi mənbələrdə Lidiya Xəzinəsi kimi də qeyd olunur. Xəzinənin ələ keçirilən hissəsində təxminən 450 parça var idi. == Əsərlərin xaricə qaçırılması == Lidiya dövrünün ən görkəmli əsərləri sırasında yer alan bu xəzinə 1965-1966-1968-ci illərdə Türkiyədən qaçırılmışdır. İlk qarət 1965-ci ildə Toptəpə arxeoloji qazığında baş verdi. 5 nəfərlik qrup qazılmış tunelin məzar otağına gələrək, burada tapdıqları əsərləri 65,000 Türk lirəsinə satdılar. Daha sonra, 1966-cı ildə, İkiztəpə arxeoloji qazığı 11 nəfər tərəfindən soyuldu və otaq içərisindəki 150 hissə abidə bir müddət saxlanıb, daha sonra 160,000 Türk lirəsinə satılıb. Karun xəzinələrinin üçüncü qarəti 1968-ci ildə Ağtəpə arxeoloji qazığında keçirilib və olan şəkil və abidələr 40,000 Türk lirəsinə satılıb. Xəzinənin bütün oğurlanmış parçaları Nyu-Yorkdakı Metropoliten Muzeyində 1985-ci ildə bir sərgidə jurnalist Özgən Açır tərəfindən görülüb.
Sirlər xəzinəsi
"Sirlər Xəzinəsi" (fars. مخزن‌الاسرار‎ Məxzənül-əsrar) — Nizami Gəncəvinin ilk iri həcmli əsəridir. Yaxın və Orta Şərq ədəbiyyatında didaktik poema janrının ən qiymətli nümunəsi olan bu əsər şairin yaradıcılığında epik şeir sahəsində ilk qələm təcrübəsi idi. Əsər hicri tarixilə 570-ci ildə yazılmışdır ki, miladi təqvimilə 1174–1175-ci illərə uyğun gəlir. "Sirlər Xəzinəsi" zahirən Nizamiyə qədər Yaxın və Orta Şərq ədəbiyyatında geniş yayılan didaktik əsərlər silsiləsinə daxildir. Mövzuca, məqsədcə müəyyən dərəcədə "Kəlilə və Dimnə", "Qutadqu bilik", "Hədiqətül-həqiqə", "Siyasətnamə", "Qabusnamə", "Cəhar məqalə" və sair kimi əsərlərə yaxın olan "Sirlər Xəzinəsi" həm də onlardan fərqlənir. Nizami sanki özünəqədərki didaktik ədəbiyyatı yekunlaşdırıb ona daha yüksək humanist və demokratik istiqamət vermişdir. Poema müxtəlif məsələlərə həsr edilmiş müqəddimə, məqalətlər və bu məqalətləri epik lövhələrlə əks etdirən kiçik hekayələrdən ibarətdir. Kitabın tamamlanması haqqında kiçik bəhslə poemaya yekun vurulur. Başlanğıcda şair tovhid, minacat, nət adlı başlıqlar altında Allahdan, peyğəmbərdən söhbət açır, İslam dini ehkamları çərçivəsində onları tərifləyir.
Verilənlər xəzinəsi
Verilənlər xəzinəsi (en. Data Warehouse) – idarəedici qərarların qəbul edilməsi prosesini dəstəkləyən, sahə təmayüllü, zamandan asılı olub, dəyişməyən və istiqamətləndirici verilənlər yığımıdır. == Ümumi məlumat == İlk dəfə 1988-ci ildə Devlin və Merfi tərəfindən yazılmış məqalədə VX haqqında danışılmışdır. VX konsepsiyasının ilk müəlliflərindən biri B. İnmon 1992-ci ildə VX-ni belə təsvir etmişdir: Verilənlər xəzinəsi (VX) konsepsiyasının predmetini verilənlər təşkil edir. Verilənlərin emalı sistemlərinin (VES) məhsulu sayılan verilənlər digər istehsalat məhsulları kimi müəyyən xüsusiyyətə və xarakteristikaya malikdirlər: yararlılıq müddətinə, saxlandığı yerə, bazar qiymətinə, ötürülmə qabiliyyətinə, düzəlişi qəbul etmək xüsusiyyətinə və s. Bu cəhətləri nəzərə almaqla demək olar ki, VX konsepsiyası verilənlərin analizi konsepsiyası deyil, verilənlərin analiz üçün hazırlanması konsepsiyasıdır. == VX-nin arxitekturası == VX-nin arxitekturasını qurarkən informasiya sistemlərinin arxitekturasını təyin edən mövcud sənədlərin öyrənilməsindən başlamaq lazımdır. Bu sənədlərə təşkilatlardakı informasiya texnologiyalarının (İT) inkişafının general planı da daxildir. VX-nin təşkilatın İT-nin infrastrukturuna inteqrasiya olunması vacib olduğundan VX yaradarkən informasiya sistemlərinin və ya İT-nın inkişafının general planına əsaslanmaq lazımdır. Operativ sistemlərdə (OLTP) verilənləri analiz etmək çox çətindir.
Bəhmən Mirzə xəzinəsi
Bəhmən Mirzə xəzinəsi və ya Bəhmən Mirzə xəzinəsi məqbərəsi — Qacar sülaləsindən olan Bəhmən Mirzə Qacarın şərəfinə ucaldılmış məqbərə. Bəhmən Mirzə Qacar XIX əsrdə yaşamış Qacarlar dövləti siyasətçisi və tarixçisi olmuşdur. Türk Qacar sülaləsindən olan Abbas Mirzənin dördüncü oğlu olan Bəhmən Mirzə siyasi səbəblərə görə Rusiya imperiyasına köçməyə məcbur olmuş və Şuşada yaşamışdır. O, Bəhməni ailəsinin qurucusudur. == Bəhmən Mirzə Qacar == 1847-1848-ci ildə Fətəli şahın nəvəsi, Abbas Mirzənin oğlu Azərbaycan hakimi Bəhmən Mirzə Qacar saray çəkişmələrinin nəticəsində Qafqaza qaçaraq, ruslardan sığınacaq istəyir. Rus hökuməti ona təqaüd kəsir və Rusiyanın hər hansı bir yerində yaşamaq hüququ verir. Bir qədər tərəddüddən sonra Bəhmən Mirzə Şuşada yaşamaq istədiyini bildirir. Onu öz hərəmləri, uşaqları və yaxın əhatəsi ilə birlikdə Tiflisdən oraya göndərirlər. Onun kitabxanasını və xəzinəsini də Şuşaya köçürürlər. Bəhmən Mirzə Rusiyanın ən yaxşı imtiyazlı məktəblərində oğlanlarına və nəvələrinə Avropa təhsili verir, özü isə siyasətdən uzaqlaşaraq, Azərbaycan tarixinə dair əsərlər yazır.
Qızıl quldurun xəzinəsi
Qızıl quldurun xəzinəsi - Belçikalı Hergénin komiksi Tintinin macəralarının 12-ci hissəsidir.
Sirlər Xəzinəsi (1979)
== Məzmun == Sənədli televiziya filmi Azərbaycanın əlyazmaları fondunda toplanılıb saxlanılan nadir əlyazmalardan danışır.
Sirlər Xəzinəsi (poema)
"Sirlər Xəzinəsi" (fars. مخزن‌الاسرار‎ Məxzənül-əsrar) — Nizami Gəncəvinin ilk iri həcmli əsəridir. Yaxın və Orta Şərq ədəbiyyatında didaktik poema janrının ən qiymətli nümunəsi olan bu əsər şairin yaradıcılığında epik şeir sahəsində ilk qələm təcrübəsi idi. Əsər hicri tarixilə 570-ci ildə yazılmışdır ki, miladi təqvimilə 1174–1175-ci illərə uyğun gəlir. "Sirlər Xəzinəsi" zahirən Nizamiyə qədər Yaxın və Orta Şərq ədəbiyyatında geniş yayılan didaktik əsərlər silsiləsinə daxildir. Mövzuca, məqsədcə müəyyən dərəcədə "Kəlilə və Dimnə", "Qutadqu bilik", "Hədiqətül-həqiqə", "Siyasətnamə", "Qabusnamə", "Cəhar məqalə" və sair kimi əsərlərə yaxın olan "Sirlər Xəzinəsi" həm də onlardan fərqlənir. Nizami sanki özünəqədərki didaktik ədəbiyyatı yekunlaşdırıb ona daha yüksək humanist və demokratik istiqamət vermişdir. Poema müxtəlif məsələlərə həsr edilmiş müqəddimə, məqalətlər və bu məqalətləri epik lövhələrlə əks etdirən kiçik hekayələrdən ibarətdir. Kitabın tamamlanması haqqında kiçik bəhslə poemaya yekun vurulur. Başlanğıcda şair tovhid, minacat, nət adlı başlıqlar altında Allahdan, peyğəmbərdən söhbət açır, İslam dini ehkamları çərçivəsində onları tərifləyir.
Sirlər xəzinəsi (dəqiqləşdirmə)
Sirlər xəzinəsi — 1174-1175-ci illərdə Nizami Gəncəvi tərəfindən yazılmış poema. Sirlər xəzinəsi — 1979-cu ildə çəkilmiş Azərbaycan filmi. Sirlər xəzinəsi — 2016-cı ildən ANS TVdə yayımlanan veriliş.
Sirlər xəzinəsi (film, 1979)
== Məzmun == Sənədli televiziya filmi Azərbaycanın əlyazmaları fondunda toplanılıb saxlanılan nadir əlyazmalardan danışır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.83 dəfə / 1 mln.
2003 •••••••••••• 2.76
2004 •••••• 1.35
2005 •••••••••••••• 3.37
2006 ••••••••• 2.03
2007 •••••••••••••••••• 4.23
2008 •••••••••• 2.44
2009 •••••••• 1.92
2010 •••••••• 1.91
2011 •••••••••• 2.23
2012 •••••••••••••••••• 4.30
2013 ••••••••• 2.04
2014 ••••••••••••••••• 3.95
2015 •••••••••••••••••••• 4.93
2016 ••••••• 1.56
2017 •••••••••••••••• 3.90
2018 •••••••••••••••• 3.75
2019 •••••••••• 2.23
2020 ••••••••• 2.12

"xəzinəsi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xəzinəsi nədir? #xəzinəsi sözünün mənası #xəzinəsi nə deməkdir? #xəzinəsi sözünün izahı #xəzinəsi sözünün yazılışı #xəzinəsi necə yazılır? #xəzinəsi sözünün düzgün yazılışı #xəzinəsi leksik mənası #xəzinəsi sözünün sinonimi #xəzinəsi sözünün yaxın mənalı sözlər #xəzinəsi sözünün əks mənası #xəzinəsi sözünün etimologiyası #xəzinəsi sözünün orfoqrafiyası #xəzinəsi rusca #xəzinəsi inglisça #xəzinəsi fransızca #xəzinəsi sözünün istifadəsi #sözlük