yaddasaxlama sözü azərbaycan dilində

yaddasaxlama

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • yaddasaxlama • 88.8889%
  • Yaddasaxlama • 11.1111%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Yaddasaxlama qurğusu
Yaddasaxlama qurğusu (storage,запоминающее устройство (ЗУ),depolama, bellek) - hesablama texnikasında: verilənlərin saxlandığı istənilən xarici qurğu. Mikrokompüterlərdə əsasən iki növ yaddasaxlama qurğusu olur. Onun özünün operativ yaddaşında iş gedişində proqramlar və müxtəlif növ daxili idarəedici informasiyalar müvəqqəti olaraq saxlanılır. Kompüterin disksürənlərində və başqa yaddasaxlama qurğularında informasiya həmişəlik saxlanılır və onlara yalnız mikroprosessora lazım olduqda erişilir. Kompüterlərdə başqa növ yaddasaxlama qurğuları da olur. Onun daimi yaddaşı (ROM) başlatma komandaları və giriş-çıxış prosedurları kimi zəruri informasiyanı saxlamaq üçün nəzərdə tutulmuş silinməyən yaddasaxlama qurğusudur. Bundan başqa, kompüterdə müəyyən verilənləri (məsələn, printerə göndərilən və ya klaviaturadan oxunan simvolları) müvəqqəti saxlamaq üçün ehtiyat yaddaş hissələrindən – buferlərdən istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 816 s.
Xarici yaddasaxlama qurğusu
Xarici yaddasaxlama qurğusu – kompüterin sistem blokunun xaricində yerləşən verilənlər daşıyıcısı (məsələn, maqnit diskləri və lentləri). Daha formal olaraq, prosessorun yalnız giriş-çıxış kanalları vasitəsilə əlaqədə ola bildiyi yaddaş. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 253 s.
DASD (birbaşa keçidli yaddasaxlama qurğusu)
DASD yəni birbaşa keçidli yaddasaxlama qurğusu (en. Direct access storage device), (ru. запоминающее устройство прямого доступа), (tr. doğrudan erişimli saklama aygıtı) - verilənlərin saxlandığı sahələrə istənilən ardıcıllıqla müraciət etməyə imkan verən yaddasaxlama qurğusu; bundan fərqli olaraq, ardıcıl erişimli (keçidli) qurğularda yaddaş sahələri başlanğıcından başlayaraq ardıcıl olaraq nəzərdən keçirilir. Birbaşa erişimli qurğuya misal olaraq diski, ardıcıl erişimli qurğuya misal olar isə lenti göstərmək olar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2010 •••••••••••••••••••• 0.18

yaddasaxlama sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. запоминание. Yaddasaxlama sürəti быстрота запоминания, mexaniki yaddasaxlama механическое запоминание

    Azərbaycanca-rusca lüğət / yaddasaxlama

Oxşar sözlər

#yaddasaxlama nədir? #yaddasaxlama sözünün mənası #yaddasaxlama nə deməkdir? #yaddasaxlama sözünün izahı #yaddasaxlama sözünün yazılışı #yaddasaxlama necə yazılır? #yaddasaxlama sözünün düzgün yazılışı #yaddasaxlama leksik mənası #yaddasaxlama sözünün sinonimi #yaddasaxlama sözünün yaxın mənalı sözlər #yaddasaxlama sözünün əks mənası #yaddasaxlama sözünün etimologiyası #yaddasaxlama sözünün orfoqrafiyası #yaddasaxlama rusca #yaddasaxlama inglisça #yaddasaxlama fransızca #yaddasaxlama sözünün istifadəsi #sözlük