Harri Potter və Ölüm Yadigarları (roman)
Harri Potter və Ölüm Yadigarları (ing. Harry Potter and the Deathly Hallows) — Coan Roulinqin Harri Potter kitab seriyasından sayca yeddinci əsər. Kitabın ingiliscə nəşri 21 iyul 2007-ci il tarixində yayımlandı. Kitabın ingiliscə yayımlanmasından sonrakı ilk 24 saatda 11 milyonu satılmışdır.
Kitabın başlığında Bill Uizli və Flyor Delakourun toyu olur. Ancaq Ölüm Yeyənlər toya basqın edir. Harri, Ron, Hermiona və digərləri Nazirliyin Voldemort tərəfindən ələ keçirildiyini və Sehr Naziri Rufus Skrimcerin öldürüldüyünü Kinqsli Şeklbotun toya göndərdiyi patronus vasitəsilə öyrənirlər. Əvvəla Harri, Ron və Hermiona Tottenham Məhkəməsi Yoluna gedib bir kafedə oturub olub keçənləri müzakirə edərkən iki Ölüm Yeyənin basqınına məruz qalırlar. Daha sonra xilas olurlar. Beləliklə, horkruksların axtarışlarına başlanması vaxtının gəlib çatdığını anlayırlar və bu yolda addımlamağa başlayırlar.