* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2006 | •••••••••••••• | 0.68 |
2010 | •••• | 0.18 |
2011 | •• | 0.09 |
2012 | •••••• | 0.26 |
2013 | ••••••••• | 0.44 |
2014 | ••••••••••• | 0.51 |
2015 | ••••••• | 0.34 |
2017 | •••••••••••••••••••• | 0.98 |
2018 | ••••••••••••• | 0.60 |
2019 | ••• | 0.14 |
2020 | ••• | 0.13 |
1 is. Canavar, qurd; tək gəzən canavar. Qəflətən yalquzaq çıxdı dərədən; Yapışdı qır kimi, qumral kərədən. H.K.Sanılı. Camalın əlindən nə yalquzaq, nə ayı, nə də pələng qurtara bilirdi. S.Rəhimov. [Sirat:] …Ən axırda yalquzaq kimi tək qalacağam. Ə.Əbülhəsən.
Azərbaycan dilinin izahlı lüğəti / yalquzaq1 Bioloq-alim Q.Mustafayev yazır: Kürək zamanı erkək canavarlar (eləcə də dəvələr, turlar...) arasında döyüş başlayır (nər döyüşü də buradandır). Qalib, sürüdə ər olmaq hüququ qazanır, məğlub isə küsərək tək halda başqa sürüyə üz tutur. Hirsli olduğundan yolda-izdə əlinə keçəni parçalayır. Sözün kökü “yal”dır (yalnız, yalqız sözlərinin yada salın), mənası tək (bir) deməkdir, -nız (-qız, -quz) şəkilçisi sifətin çoxaltma dərəcəsini əmələ gətirib (yalqız, yəni təkcə). Həmin sözdən yalqız-a-maq feili (indi işlədilmir), ondan isə yal-qız-a-q (yalquzaq) ismi törəyib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / yalquzaq2 сущ. бирюк, волк-одиночка ◊ yalquzaq kimi tək gəzmək ходить одиноко как бирюк, yalquzaq kimi baxmaq смотреть бирюком
Azərbaycanca-rusca lüğət / yalquzaq