yalvarmaq sözü azərbaycan dilində

yalvarmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • yalvarmaq • 84.3750%
  • Yalvarmaq • 12.5000%
  • YALVARMAQ • 3.1250%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

yalvarmaq sözünün leksik mənası və izahı

  • 1 f. Birinin könlünü yumşaldıb bir şeyə razı etmək üçün öz nəfsini alçaldaraq təkidlə acizanə xahiş etmək, rica etmək. Çox yalvardı, bir şey çıxmadı. – [Koroğlu] ağlamayan, yalvarmayan düşməni öldürməzdi, bağışlayardı. “Koroğlu”. Evimizdən ayrılanda çox da tələsmirdim, amma xalamın yalvarmağı yadıma düşəndə bir qədər ayaq götürdüm. C.Məmmədquluzadə. Bu halda – Şərifə [Zeynalın] qarşısında diz çöküb ağladığı halda, yalvaran bir vəziyyət aldı. S.Hüseyn.

    Azərbaycan dilinin izahlı lüğəti / yalvarmaq

yalvarmaq sözünün etimologiyası

  • 1 Bu sözünsinonimi ləlimək kəlməsidir. Yalvar-yaxar kəlməsi də si­no­nimlər birləşməsidir. Yaxar - “yanmaq” sözü ilə bağlıdır (yandım- yıxıldım deyirik). Yalvarmağın birinci komponenti olan yal da alov, ulduz tipli sözlərlə qohumdur, yanmaq anlamınını əks etdirir. Yalvarmaq insanın öz yanğısını (qayğısını) izhar etməsidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / yalvarmaq

yalvarmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 YALVARMAQ Acı-acı yalvarır pərvərdigara; Deyir barı oğlumun bəxti geyməsin qara (M.Rahim); AYAĞINA/AYAQLARINA DÜŞMƏK O, sevindiyindən xacə Müfıdin əllərini öpür və ayaqlarına düşmək istəyirdi (Ə.Məmmədxanlı); DUA ETMƏK (din.) [Qoca neft sahibkarı:] Dua edin ağalar, dua edin! (Ə.Məmmədxanlı); İLAN DİLİ ÇIXARMAQ (fr.v.) Güləndam: Yusif bəy ilan dili çıxardır... Elə zarıyır, elə zarıyır, adamın yazığı gəlir... (N.Vəzirov); LƏLİMƏK (dial.) Çox ləlidim, yenə insafa gəlmədi (ADDL); YALVARIB-YAXARMAQ Ənvər yalvarıb-yaxardı (Ə.Vəliyev); YALVAR-YAPIŞ ELƏMƏK (dan.) Qəmər zindanbanı çağırıb yalvar-yapış elədi (“Nağıl”).

    Azərbaycan dilinin sinonimlər lüğəti / yalvarmaq

yalvarmaq sözünün rus dilinə tərcüməsi

  • 1 глаг. молить, умолять, просить. Mən ona çox yalvardım я долго умолял его; yalvarıram, məni bağışla умоляю, прости меня

    Azərbaycanca-rusca lüğət / yalvarmaq

yalvarmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. to entreat (d.+to inf.), to beg (d.+to inf.), to implore (d.+to inf.); Yalvarıram sizə fikirləşin I entreat you to think; Sizə yalvarıram I implore you

    Azərbaycanca-ingiliscə lüğət / yalvarmaq

yalvarmaq sözünün fransız dilinə tərcüməsi

yalvarmaq sözünün ləzgi dilinə tərcüməsi

yalvarmaq sözünün türk dilinə tərcüməsi

"yalvarmaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yalvarmaq nədir? #yalvarmaq sözünün mənası #yalvarmaq nə deməkdir? #yalvarmaq sözünün izahı #yalvarmaq sözünün yazılışı #yalvarmaq necə yazılır? #yalvarmaq sözünün düzgün yazılışı #yalvarmaq leksik mənası #yalvarmaq sözünün sinonimi #yalvarmaq sözünün yaxın mənalı sözlər #yalvarmaq sözünün əks mənası #yalvarmaq sözünün etimologiyası #yalvarmaq sözünün orfoqrafiyası #yalvarmaq rusca #yalvarmaq inglisça #yalvarmaq fransızca #yalvarmaq sözünün istifadəsi #sözlük