yalın sözü azərbaycan dilində

yalın

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • yalın • 72.5926%
  • Yalın • 25.9259%
  • YALIN • 1.4815%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.32 dəfə / 1 mln.
2003 •••••• 0.39
2009 ••••• 0.32
2010 ••••••• 0.45
2011 ••••• 0.34
2012 ••• 0.17
2013 •••••••••••••••••••• 1.46
2014 •••••••••• 0.69
2015 ••• 0.17
2016 •••••••• 0.52
2017 ••• 0.16
2019 •• 0.14
2020 •••• 0.27

yalın sözünün leksik mənası və izahı

  • 1 sif. 1. Çılpaq, açıq, heç bir şeylə örtülü olmayan. Ayaqları yalın (ayaqqabısız). – [Uşaqların] yalın ayaqları dizlərinədək palçığa batmışdı. Çəmənzəminli. 2. Boş, heç bir şeysiz. [Firidun:] …Biz heçdən bir şey yaratmalı, yalın əllərlə zindanları, zəncirləri qırmalıyıq. M.İbrahimov. ◊ Yalın qılınc – sıyrılmış, qınından çıxarılmış (qılınc). Yalın qılıncları ilə onların səflərinə həmlə edib ol gün axşam olunca cəng elədilər. “Dərbəndnamə”.

    Azərbaycan dilinin izahlı lüğəti / yalın

yalın sözünün etimologiyası

  • 1 1. Yalım forması da olub. “Отвесной”, “крутой” mənasını əks etdirib. Yal bu­rada “lüt” (sürüşkən, şumal, hamar) deməkdir. Yalçın sözü ilə qohumdur. 2. Yalan sözü ilə kökdaşdır, mənası olmayan deməkdir. Əliyalın - əlində silahı olmayana deyirik. Qaqauzlarda yalanayaq sözü ruscaya босиком kimi tərcümə olunub. Onlarda yannış (bizdə yanlış) “səhv” deməkdir, yansıla (bizdə: yamsıla) “orijinal olmayan” deməkdir. Deməli, yalın, yalan, yanlış, yamsıla sözləri kökdaş olub. Anadolu türkləri paltarsız(lüt) adama yalıncaq (M.Kaşğaridə bu söz yalıntaq kimi verilib) deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / yalın

yalın sözünün sinonimləri (yaxın mənalı sözlər)

yalın sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 YALIN – GEYİMLİ Yalın ayaqları dizlərinədək palçığa batmışdı (Çəmənzəminli); Tirmə şal geyimli, qara saçlılar; Hər tərəfə zər nişanlar dolanır (Aşıq Ələsgər).

    Azərbaycan dilinin antonimlər lüğəti / yalın

yalın sözünün rus dilinə tərcüməsi

  • 1 обнаженный, голый

    Azərbaycanca-rusca lüğət / yalın
  • 2 прил. обнажённый, оголённый, голый, нагой: 1. не прикрытый одеждой (о части человеческого тела). Yalın ayaqlar голые ноги, yalın çiyinlər обнажённые плечи, yalın kürək голая спина 2. ничем не закрытый (о предметах). Yalın qılınc обнажённый меч, yalın döşəmə голый (незастланный) пол 3. лишённый растительного покрова. Yalın dağlar голые горы, yalın ağaclar оголённые деревья, yalın qayalar голые скалы 4. без всяких орудий, приспособлений. Yalın əllə голыми руками

    Azərbaycanca-rusca lüğət / yalın

yalın sözünün inglis dilinə tərcüməsi

  • 1 I. s. bare, naked; (yəhərsiz at) bareback, barebacked; ~ (yəhərsiz) at a barebacked horse; ~ ayaqlar bare feet; ~ qıçlar bare legs; ~ qılınc naked sword; ~ dağlar bare mountains; ~ əllə with one’s bare hand II. z. bareback; atı ~ (yəhərsiz) minmək to be* a bareback rider, to ride a horse bareback

    Azərbaycanca-ingiliscə lüğət / yalın

yalın sözünün fransız dilinə tərcüməsi

yalın sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. 1. кьецӀил, ахъа, затӀни алачир (мес. кӀвачӀер); 2. ичӀи, буш, затӀни авачир (мес. гъилер); ** yalın qılınc кьецӀил тур, къакъарай акъуднавай тур (къилинж).

    Azərbaycanca-ləzgicə lüğəti / yalın

yalın sözünün türk dilinə tərcüməsi

"yalın" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yalın nədir? #yalın sözünün mənası #yalın nə deməkdir? #yalın sözünün izahı #yalın sözünün yazılışı #yalın necə yazılır? #yalın sözünün düzgün yazılışı #yalın leksik mənası #yalın sözünün sinonimi #yalın sözünün yaxın mənalı sözlər #yalın sözünün əks mənası #yalın sözünün etimologiyası #yalın sözünün orfoqrafiyası #yalın rusca #yalın inglisça #yalın fransızca #yalın sözünün istifadəsi #sözlük