yamac sözü azərbaycan dilində

yamac

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • yamac • 89.3993%
  • Yamac • 10.2473%
  • YAMAC • 0.3534%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Yamac
== Geomorfoloji termin == Maili səth və yaxud yamac - (rus. откос, ing. slope, acclivity) yer səthinin maili hissəsi, müsbət və mənfi relyef formalarını ayırır. Mənşəinə görə M.s. ilkin (dəniz altından çıxmış) tektonik struktur, denudasion, akkumul­yativ və ya erozion ola bilər. M.s. əksəriyyəti mürəkkəb mənşəli olub, yamac prosesləri nəticəsində yara­nır və müəyyən dəyişikliyə uğra­yır. Sin.: yamac. == Yamac == — dağın və ya təpənin ətəkləri ilə yalı arasındakı hissəyə deyilir. Yamac geoloji quruluşdan, süxurun tərkibindən və denudasiya proseslərindən asılı olaraq dik, meylli, qabarıq, batıq və pilləli formada olur.
Akkumulyativ yamac
Akkumulyativ yamac - müxtəlif proseslər nəticəsində (su eroziyası, qravitasion,yerdəyişmə, sürüşmələr,soliflüksiya) yamacların yuxarı hissələrindən və suayırıcından gətirilmiş qırıntı materiallarının toplandığı dərə, dağ və təpələrin yamacları.
Yamac buzlağı
Yamac buzlağı – (rus. склоновый ледник, ing. slope glacier) zəif parçalanmış dağların yamac­larında geniş ərazini əhatə edən buzlaq. Adətən dağların yalından başlayaraq aşağıya doğru hərəkət edir və qısa dil əmələ gətirir. Y. b. dərə buzlaqlarından parçalanmamış yamacda yerləşməsi ilə fərqlənir.
Yamac prosesləri
Yamac proses­ləri – (rus. процессы склоновые, ing. slope processes) yamacların əmələ gəlməsi proseslərinin məcmuu olub, yum­şaq materialların və yaxud yamacı təşkil edən ana süxurlardan ibarət qayma və qırıntı materialların yer­dəyişməsi prosesi.
Eroziyalı Yamaclardan İstifadə edilməsi (1983)
Eroziyalı yamaclardan istifadə edilməsi (film, 1983)
Kiçik Qafqazın şimal-şərq yamacı
Kiçik Qafqazın şimal-şərq yamacı - Kiçik Qafqaz təbii vilayəti cənub-qərbdə Ermənistan Respublikası, şimal-qərbdə Gürcüstan Respublikası, şimal-şərqdə Kürün sağ sahil, cənub-şərqdə isə Arazın sol sahil düzənlikləri ilə sərhədlənir. Təbii vilayət Gəncə, Qarabağ silsiləsi, Qarabağ vulkanik yaylası və Həkəri fiziki-coğrafi rayonlarını əhatə edir. Ərazi təbii şəraitinin müxtəlifliyi, təbii ehtiyatlarının zənginliyi ilə fərqlənir. == Tədqiqatın aktuallığı == Ekoloji geomorfologiya tətbiqi geomorfologiyanın bir istiqaməti kimi yaranmış və son 20-25 ildə inkişaf etməyə başlamışdır. Bu müddət ərzində ekogeomorfoloji tədqiqatlar müxtəlif aspektlərdən – nəzəri, tətbiqi, sahəvi, regional öyrənilmişdir və geomorfologiyanın bu yeni istiqamətinin meydana gəlməsi ilə əlaqədar olan terminlər təklif olunmuşdur. Tətbiqi geomorfologiyanın bir qolu olan ekoloji geomorfologiya Yer səthi relyefi və relyef əmələgətirən amillər ilə əlaqədar olan ekoloji problemlərlə məşğul olmaqla geomorfoloji sistemlərin ekoloji sistemlərlə müxtəlif dərəcəli qarşılıqlı əlaqəsini öyrənir. Geomorfologiya ekosistemin elementi olan relyef və relyef əmələgətirən proseslərin ekoloji qiymətləndirilməsinin prinsip və metodlarının işlənməsinə ehtiyac duyur. == Tədqiqatın obyekti == Məqalədə Kiçik Qafqazın şimal-şərq yamacının (Xram və Zəyəm çayları arası) relyefinin morfometrik göstəriciləri əsasında ərazinin ekoloji-geomorfoloji xəritəsi tərtib olunmuşdur. Geomorfoloji sistemin, relyefin tipləri və elementar formalarının ekoloji xüsusiyyətində əsas və effektli rol oynayan morfometrik göstəricilərinə hipsometriyanı, yüksəkliklərin meyilliyi, relyefin üfüqi və şaquli parçalanmasının dərəcəsi və yamacların ekspozisiyasını aid etmək olar. Relyefin bu morfometrik xüsusiyyətlərinin hər biri ayrı-ayrılıqda hər biri ekogeomorfoloji vəziyyət üçün müəyyən rol oynayır – bəzi hallarda müsbət, bəzi hallarda isə mənfi.
Kiçik Qafqazın şimal-şərq yamacı relyefinin statistik göstəriciləri

Kokuriko yamaclarından
Kokuriko-Zaka Kara (コクリコ坂から, hərfi Kokuriko yamaclarından (fr. coquelicot - lalə gülünün yabanı növü)) — Takahaşi Tedzuranın illüstrasiyaları ilə olan Tetsuro Sayamanın şöco manqası və rejissor Qoro Miyazakinin eyniadlı tammetrajlı anime-filmi. == Manqa == Manqa Kodansha nəşriyyatının "Nakayoshi" jurnalında 1980-ci ilin yanvar ayından avqusta qədər çap olunmuşdur. Nakayoşi imprinti ilə 2 cild sayında çıxmışdır. == Məzmun == Gənc yaşlı Umi beş nəfərlik ailəsinin ən böyük qızıdır. Atasının gəmisi Koreya müharibəsi zamanı minaya düşmuşdü amma Umi onun dönəcəyinə inanır və atasının dönmə ehtimalına qarşı hər gün evlərinin önündəki bayrağı qaldırır. Bu günlərdə də oxuduğu liseyə yeni əmələ gələn bir şagird hərəkatına qatılıb, bir tərəfdən gənc Şuna aşiq olur. Amma onların aralarında heç birinin təxmin edə bilmədiyi fərqli bir bağlılıq ortaya çıxacaq. == Mükafatlar == Film Yaponiyada 4,46 milliard yen (57,81 million dollar) toplamağla 2011-ci ilin ən gəlirli filmi oldu.
Osamu Yamaci
Osamu Yamaci (d. 31 avqust 1929) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Qızılı Yamaclar (1982)
== Məzmun == Film Azərbaycanın tanınmış təsərrüfat rəhbəri, kolxoz sədri N.V.Nikitin (İsmayıllı bölgəsi) haqqındadır.
Qızılı yamaclar (film, 1982)
== Məzmun == Film Azərbaycanın tanınmış təsərrüfat rəhbəri, kolxoz sədri N.V.Nikitin (İsmayıllı bölgəsi) haqqındadır.
Yamaclar
Yamaclar — Şərur rayonunun Xələc kəndində Son Tunc və İlk Dəmir dövrlərinə aid yaşayış yeri. Geniş arxeoloji axtarışlar və qazıntılar aparılmamışdır. Əldə olunmuş maddi-mədəniyyət qalıqlarına əsasən Yamaclar yaşayış yerinin e. ə. III-I minilliklərə aid olması ehtimal edilir.
Yamaclar yaşayış yeri

Yamacların səmtliyi
Yamacların səmtliyi- (rus. экспозиция склонов, ing. aspect) cəhətlərə görə dağ­ların, dərələrin, yarğanların, qobu­ların və digər relyef formalarının yamaclarının istiqaməti.
Yamacların yatması (batması)
Yamacların yat­ması /batması/ – (rus. оседание склонов, ing. subsidence of slopes) N. So­kolova görə çat və pozulmalar bo­yunca yamaclarda süxurların blok­lar boyunca batmasıdır. Uçqunların əmələ gəlməsində böyük rol oy­nayır.
Yamacların çəkilməsi
Yamacların çə­kilməsi – (rus. отступание склонов, ing. back wearing, retreat of slopes, waning of slope) yamacların geri çə­kilməsi, yerdəyişməsi. Bu proses yamacları təşkil edən süxurların əsasən fiziki aşınma nəticəsində aşınmış materialların yamacların ətəklərindən nəql edilməsi sayə­sində baş verir. Bu proses arid və semiarid iqlim şəraitində yerləşən vilayətlərdə kəskin gedir.
Yamacın dabanı
Yamacın dabanı – (rus. подошва склона, ing. foot of slope, toe of slope) dağın ətəyi, dar keçid zolağı olub, planda dağlıq qurşağı və onun sərt yamaclarını sərhədləndirən düz və maili səth.
Yamacın dikliyi
Yamacın dikliyi – (rus. крутизна склона, ing. steepness of slope) Yamacın dikliyiüfqi səthlə yamac səthi arasında bucaq /diklik/. Yamacın dikliyi adətən dərəcə ilə ifadə olunur və onun təyin olun­ması üçün topoqrafik xəritələrdə horizontalların yerləşmə şkalasın­dan istifadə olunur.
Yamacın hamarlanması
Yamacın hamar­lan­ması – (rus. выполаживание скло­нов, ing. downwearing of slopes, flattening of slopes) denudasiya bazisinin sabit vəziyyətində denudasiya proseslərinin təsiri altında yamac­ların alçalması və yastılanması /hamarlanması/.
Yamacın profili
Yamacın profili – (rus. профиль склона, ing. profile of slope) köndələn kəsilişdə yamacın forması (düşmə xətti üzrə). Bu əsas etibarilə dərinlik eroziyası və denudasiyanın münasibətindən, sü­xur­ların yatımından və xüsusiy­yətlərindən, iqlim şəraitindən, ya­macın səmtindən, bitki örtüyündən asılı olur. Yamacın profili düz, əyri, qabarıq, pilləli və mürəkkəb ola bilər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.81 dəfə / 1 mln.
2004 0.34
2006 •••• 1.13
2010 •• 0.45
2011 0.34
2012 •• 0.52
2013 ••• 1.02
2015 0.17
2016 •••• 1.04
2017 •••• 1.14
2018 •••••••••••••••••••• 6.89
2019 0.28
2020 0.27

yamac sözünün leksik mənası və izahı

  • 1 is. Dağın, təpənin ən yüksək nöqtəsindən aşağıya mayili səthi. Dağ yamacı. Yamaca qalxmaq. – Sürü-sürü qoyunları çoban yamacda otladar; Alar ələ papağını, oxur şikəstə, fit çalar. A.Səhhət. Naltökən dağları yel kimi keçər; Hər zümrüd yamacdan bir çiçək seçər. S.Vurğun. Güney yamaclarda yerləşən şəhər bu gün lap tez yuxudan qalxmışdı. Mir Cəlal.

    Azərbaycan dilinin izahlı lüğəti / yamac

yamac sözünün etimologiyası

  • 1 Əsli mənbələrdə yandağ kimi göstərilib, dağın yan tərəfi (döşü) deməkdir. Təhrif nəticəsində yanmac, sonra isə yamac şəklinə düşüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / yamac

yamac sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 YAMAC [Alo:] O biri şəriklər də ağzını tutub yamaca, sən də həmişə fikirdə, sükutdasan (S.Rəhimov); DAĞ(IN) DÖŞÜ Mən buradan şəhərin arxa tərəfindəki üfüqdən görünən dağın döşünə səpələnmiş zəhərli kəndinin qırmızı evlərini görürəm (M.Hacıyev); DÖŞ Atlılar diki çıxıb döşə çatdılar (Çəmənzəminli); YAL Hatəmxan ona.. yuxarıdakı yalı göstərdi (S.Rəhimov).

    Azərbaycan dilinin sinonimlər lüğəti / yamac

yamac sözünün rus dilinə tərcüməsi

  • 1 склон горы, откос, косогор

    Azərbaycanca-rusca lüğət / yamac
  • 2 I сущ. 1. склон, скат горы. Dağ yamacı склон горы, dik yamac крутой склон, materik yamacı материковый склон, sıldırımlı yamac обрывистый склон, sürüşkənli yamac оползневый склон, sualtı yamac подводный склон, azmeyilli yamac пологий склон, yamacda otlamaq пастись на склоне горы, yamacın dikliyi крутизна склона 2. архит., строит., ж.-д. откос (боковая наклонная поверхность дороги, строительного объекта и т.п.) II прил. 1. склоновый. Yamac axını гидрогеол. склоновый сток, yamac çöküntüləri геогр. склоновые отложения 2. откосный. гидротех. Yamac drenajı откосный дренаж 3. висячий

    Azərbaycanca-rusca lüğət / yamac

yamac sözünün inglis dilinə tərcüməsi

  • 1 i. slope, hill-side; hang; dik ~ steep slope; az meylli ~ gentle slope; təpənin cənub ~ı the south hang of the hill; ~a dırmaşmaq to climb a slope

    Azərbaycanca-ingiliscə lüğət / yamac

yamac sözünün fransız dilinə tərcüməsi

yamac sözünün ləzgi dilinə tərcüməsi

yamac sözünün türk dilinə tərcüməsi

"yamac" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yamac nədir? #yamac sözünün mənası #yamac nə deməkdir? #yamac sözünün izahı #yamac sözünün yazılışı #yamac necə yazılır? #yamac sözünün düzgün yazılışı #yamac leksik mənası #yamac sözünün sinonimi #yamac sözünün yaxın mənalı sözlər #yamac sözünün əks mənası #yamac sözünün etimologiyası #yamac sözünün orfoqrafiyası #yamac rusca #yamac inglisça #yamac fransızca #yamac sözünün istifadəsi #sözlük