yanacaqlar sözü azərbaycan dilində

yanacaqlar

Yazılış

  • yanacaqlar • 93.5484%
  • Yanacaqlar • 6.4516%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qalıq yanacaqlar
Qalıq yanacaqlar — mineral yanacaqlar olaraq da bilinər, hidrokarbon ehtiva edən kömür, neft və təbii qaz kimi təbii enerji qaynaqlarıdır. Qalıq yanacaqlar sənaye sahədə çox geniş bir istifadə sahəsi tapmaqdadır. Elektrik istehsalında, ümumiyyətlə qalıq yanacağın yanması ilə ortaya çıxan enerji bir turbinə güc olaraq çatdırılar. Köhnə generatorlarda ümumiyyətlə yanacağın yanması ilə əldə edilən buxar turbini çevirmək üçün istifadə edilərdi, lakin yeni enerji stansiyalarında yanma ilə əldə edilən qazlar, birbaşa olaraq qaz turbinini çevirməkdədir. 20 və 21-ci əsrdə dünya səviyyəsindəki texnoloji inkişaflarla, qalıq yanacaqlardan əldə edilən enerjiyə olan ehtiyac artmaqdadır. Xüsusilə neftdən əldə edilən benzin, dünya səviyyəsində və regional olaraq böyük qarşıdurmaların ana səbəbi halına gəlməkdədir. Kömür, neft və təbii qaz dünyanın bugünkü enerji ehtiyacının çox hissəsini təmin edir. Strukturlarında karbon və hidrogen elementlərini saxlayan bu qalıq yanacaqlar, uzun müddətlər içərisində meydana gəlməkdə lakin çox tez istehlak edilməkdədir. Dünyanın müəyyən bölgələrində toplanmış bu yanacaqların günümüz texnologiyasıyla ¾-nün yarısının çıxarılması qeyri-mümkün; digər yarısının isə çıxarılması texniki olaraq çox bahalıdır. Bu da qalıq yanacaqları yenilənə bilməyən və məhdud yanacaqlar sinifinə daxil edilir.
Reaktiv yanacaqlar
Reaktiv yanacaqlar — müasir aviasiya əsasən hava-reaktiv mühərriklərlə təchiz olunub (HRM). Belə mühərriklərdə yanacaq kameraya fasiləsiz verilir, bunun nəticəsində yanma prosesi daima gedir. Yalnız mühərrikin işə salınması üçün xaricidən alışma istifadə olunur. Yanma zamanı əmələ gələn qaz məhsulları turbinə daxil olur, orada da istilik enerjisinin bir hissəsi turbinin təkərlərinin fırlanmasının mexaniki işinə çevrilir, bunun da fırlanmasından rotorun kompressoru, yanacaq və yağ nasosları hərəkətə gəlir. Turbindən sonra yanma məhsulları qaz axını şəklində reaktiv kamerasına daxil olur və onun içində genişlənərək təyyarənin uçuşunu təmin edən reaktiv dartma gücü yaradır. Reaktiv yanacaqlarının əsas xassələri aşağıdakılardı: tam yanmanı təmin etmək üçün yaxşı buxarlanmalı; təyyarənin uçuşunun nə qədər uzaq olmasını təyin edən yanmanın tam və yanma istiliyinin yüksək olması; yanacağın yanma kamerasına verilməsini təmin etmək üçün yaxşı ötürülmə qabiliyyəti və aşağı temperatur xassələri; yüksək kimyəvi və termooksidləşmə stabilliyi ilə xarakterizə olunan çöküntü əmələ gəlməsinə aşağı meyillilik; materiallarla yaxşı uyğunluq: metallara qarşı aşağı korroziya təsirinə malik olması, rezintexniki məhsullara təsirinin olmaması; İstilik qurğularının çox az sıradan çıxmasını təmin edən yeyilməyə qarşı yüksək xassələrə malik olması; uçuş qurğularının yanacaqdoldurma zamanı onları yanğından mühafizəsi üçün static elektrik yüklərinin yığılmasının qaşısını alan üçün antistatic xassə. HRM üçün müxtəlif fraksiya tərkibli yanacaqlar istifadə olunur: səsaltı aviasiya üçün kerosin tipli, qaynama temperaturu bu intervalda 136-156÷250-2800C (yanacaq TC-1, PT, T-1). TC-1 qarışıq yanacaq: birbaşa qovulmuş (>30%)+ hidrotəmizlənmiş (≤70%), geniş fraksiya tərkibinə malik (60-280oC), benzin-kerosin fraksiyasını (T-2) təmsil edir. Səsüstü aviasiya üçün 165-280oC temperaturda qaynayan (T-8B) 195-315oC temperaturda qaynayan (T-6) Reaktiv yanacaqları üçün aşqarlara olan tələblər: yüksəkeffektivlik (10-4hissə %-ə qədər əlavə edilir); yanacağın xassəsini əsas göstəricilərə görə aşağı salmamalıdırlar; öz effektivliyini uzun müddət saxlamalıdır. Yanacaqlara buz və şeh kristallarının əmələ gəlməsinin qarşısını almaq üçün əlavə edilir.
Biodizel yanacaqları
Biodizel və ya biodizel yanacağı- yağ turşularının monoalkil efirlərinin qarışığı olan maye motor bioyanacağıdır. Biodizel biratomlu spirtlərin (metanol, etanol, və s.) triqliseridlərlə (nadir halda sərbəst yağ turşuları ilə) transefirləşmə reaksiyası əsasında alınır. Triqliseridlərin mənbəyi müxtəlif bitki və ya heyvani yağlar ola bilər. == İstehsal texnologiyası == Biodizel yanacağı transefirləşmə reaksiyası vasitəsilə alınır. Bu reaksiya zamanı bitki yağı və ya triqliseridlərin hər hansı digər mənbəyi biratomlu spirtlərlə reaksiyaya girərək yağ turşularının monoalkil efirləri (biodizel) və qliserin əmələ gətirir.Yağ turşularının monoalkil mürəkkəb efirlərinin emalından yağ turşularının metil efirləri (YTME) və qliserin alnır.Neftdən alınmış biodizeli təyin etmək üçün yağ turşularının mürəkkəb metil efirlərinin (YTME) miqdarını müəyyənləşdirmək lazımdır, belə ki yağ turşularının monoalkil mürəkkəb efirlərinin analizi dizel yanacağında olan biodizelin dəqiq miqdarını göstərə bilmir. Triqliseridlər 60°С temperaturda və normal təzyiqdə metanol, etanol və ya izopropil spirti ilə (təxminən 1 t yağa 200 kq metanol + kalium və ya natrium hidroksid) efirləşmə reaksiyasına girir. Keyfiyyətli məhsul almaq üçün bir sıra şərtlərə əməl emək lazımdır: Transefirləşmə reaksiyasından sonra metil efirlərinin miqdarı 96% -dən çox olmalıdır. Tam və tez transefirləşmə reaksiyası üçün metanol artıq miqdarda götürülür, ona görə də metil efirlərini ondan təmizləmək lazımdır. Metil efirlərini sabunlaşma məhsullarından təmizləmədən onlardan yanacaq kimi istifadə etmək mümkün deyil. Sabun filtrə dolub yanma kamerasında çöküntü əmələ gətirir.
Neftin emalı nəticəsində alınan yanacaqların keyfiyyəti
Neftin emalı nəticəsində alınan yanacaqların keyfiyyəti — tətbiq sahəsindən asılı olaraq yanacaqlar: karbürator (təyyarə, avtomobil benzinləri və traktor kerosinləri), reaktiv, dizel yanacaqlarına bölünür. Neft məhsullrından xalq təsərrüfatında geniş istifadə olunur. Ümumiyyətlə, neftdən yanacaq maddələri, yağlayıcı materiallar, plastik kütlələr, sintetik liflər, yuyucu maddələr, sintetik kauçuk, gübrə və s. kimi məhsullar alınır. Neftdən alınan bir çox qiymətli məhsullardan biri də müxtəlif təyinatlı və çeşidli yanacaqlarıdır. Karbürator yanacağı kimi ən çox neftin alçaq və orta temperaturlarda qaynayan benzin, liqroin və kerosin fraksiyalarından, sıxılmış karbohidrogen qazıntılarından və neftin təkrar emalından alınan yüngül məhsullarından istifadə edilir. Neft məhsullarının keyfiyyətinin təyin edilməsində istifadə olunan metodlardan biri də orqanoleptik metoddur. Bu metodla keyfiyyətin qiymətləndirilməsində xarici əlamətlər əsas götürülür. Yanacağın xarici əlamətləri onun zərərliliyi, stabilliyi və təmizliyi haqqında təxmini fikir söyləməyə imkan verir. Etilli benzin zərərsizliyi etil mayesinə əlavə edilən boyayıcının rəngi ilə şərtləndirilir.

"yanacaqlar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yanacaqlar nədir? #yanacaqlar sözünün mənası #yanacaqlar nə deməkdir? #yanacaqlar sözünün izahı #yanacaqlar sözünün yazılışı #yanacaqlar necə yazılır? #yanacaqlar sözünün düzgün yazılışı #yanacaqlar leksik mənası #yanacaqlar sözünün sinonimi #yanacaqlar sözünün yaxın mənalı sözlər #yanacaqlar sözünün əks mənası #yanacaqlar sözünün etimologiyası #yanacaqlar sözünün orfoqrafiyası #yanacaqlar rusca #yanacaqlar inglisça #yanacaqlar fransızca #yanacaqlar sözünün istifadəsi #sözlük