yanacağ sözü azərbaycan dilində

yanacağ

Yazılış

  • yanacağ • 99.0361%
  • Yanacağ • 0.9639%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aviasiya yanacağı
Aviasiya yanacağı — havanın oksigenlə oksidləşməsi prosesində istilik enerjisinin alınması üçün uçan aparatın mühərriyinin yanma kamerasına hava ilə birlikdə daxil edilən yanan maddədir. Onun iki növü var: aviasiya benzini və reaktiv yanacağı. Birinci növ, bir qayda olaraq, porşen, ikinci turboreaktiv mühərriklərində tətbiq olunur. Eləcə də dizel yanacağından, hazırda kerosindən istifadə edən dizel porşen aviasiya mühərriklərinin işlənilməsi məlumdur. Hal-hazırda artan neft qıtlığı səbəbindən neft aviasiya yanacağının əvəz olunması üsulları axtarılır, o cümlədən yanacağın variantları nəzərdən keçirilir: sintetik, kriogen (maye hidrogen daxil olmaqla), kriogen metan yanacağı (KMY) və s. 1989–90-cı illərdə maye hidrogen və KMY-də Ty-155, 1987–88-ci illərdə kondensləşdirilmiş texniki propan-butanla (АСКТ) işləyən Ми-8ТГ vertolyotu sınaqdan keçirilmişdi. Hər hansı bir təyyarə mühərriyi onun üçün güc, iş rejiminin dövrlərin artmasına yönəlmiş dəyişmə müddəti, etibarlılıq, resurs üzrə tələb olunan parametrləri təmin edə bilən müəyyən yanacaq növü üçün nəzərdə tutulmuşdur. Təyyarə mühərriklərində həmçinin yanacağın tövsiyə olunan analoqlarından istifadə etmək olar, bu halda, bir qayda olaraq, mühərriyin istifadəsinə məhdudiyyət qoyulur. Qeyd etmək lazımdır ki, aviasiya yanacaqları yalnız aviasiya texnologiyasında istifadə olunmur. == Aviasiya benzinləri == === Aviasiya benzininin əsas keyfiyyət göstəriciləri: === detonasiyaya davamlılıq (detonasiya alovlanması əmələ gətirmədən işçi qarışığın yüksək sıxılma dərəcəsi olan mühərriklərdə benzinin yararlı olmasını müəyyən edir) Fraksiya tərkibi (benzinin buxarlanmasını göstərir, bu da onun işçi yanacaq-hava qarışığı əmələ gətirmə qabiliyyətini təyin etmək üçün çox vacibdir; qaynama temperaturu diapozonu (40–180°С) və doymuş buxarların təzyiqi ilə xarakterizə olunur (29–48 kpа)) Kimyəvi sabitlik (saxlanma, nəql və tətbiq zamanı kimyəvi tərkibin dəyişməsinə davamlılıq) === Aviasiya benzini istehsalı === Aviasiya benzini istehsalının əsas üsulu neftin birbaşa qovulması, yüksək keyfiyyətli komponentlər, etil mayesi və müxtəlif aşqarların əlavə edilməsi və ya edilməməsi ilə katalitik krekinqi və ya riforminqidir.
Dimetil efir yanacağı
Dimetil efir yanacağı (DME)-(C2H6O) - rəngsiz qazdır. Keçən əsrin 80-cı illərinin sonlarında yeni növ yanacağa – dimetil efirinə (DME) həsr olunmuş ilk işlər yarandı. == DME xassələri == Öz xassələrinə görə DME - propan-butan yanacaqlarına yaxındır. DME avtobenzin ilə müqayisədə az istilik törətmə qabiliyyətinə malikdir (10760 kkal/kq-a qarşı 6920 kkal/kq), odur ki, onun mühərrikin vahid gücünə məsrəfi 1,6 dəfə çoxdur. Lakin DME yaxşı ekoloji xüsusiyyətlərə malikdir (tüstü qazlarında qurum olmur və CO2 azdır). == DME alınması == Hazırda DME alüminium oksid üzərində metanolun dehidratasiyası ilə alınır. DME-nin əsas istehsaıçıları Du Pont və Air Products and Chemicals - Amerika şirkətləridir.2000-ci ilin məlumatlarına görə DME istehsalı ildə təxminən 150 min tona yaxın idi. DME sintezi sahəsində tədqiqatlar 1986-cı ildə Air Products and Chemicals şirkətində başlamışdır. 1990-cı ildə tədqiqatlar ABŞ-nın energetika departamenti tərəfindən müdafiə edildi. 1991-ci ildən şirkətin Texas ştatının Zaport şəhərindəki zavodunda nümayiş qurğusu işləyir və burada DME alınma texnologiyası işlənilir.
Dizel yanacağı
Dizel yanacağı (köhnəl."solyarka") — daxiliyanma mühərriklərində yanacaq kimi istifadə olunan maye məhsuldur. Adətən bu ad altında neftin birbaşa qovulma məhsulu olan kerosin-qazoyl fraksiyasından alınan yanacaq başa düşülür. "Solyarka" sözü alman dilində Solaröl (günəş yağı) sözündən yaranıb. Hələ 1857-ci ildə neftin qovulmasından alınan ən ağır fraksiya sarı rənginə görə belə adlandırılıb. Sovet dövründə neft emalı sənayesi "Соляровое масло ГОСТ 1666–42 и ГОСТ 1666–51" adlı məhsul buraxırdı. Bu məhsul ortadövriyyəli (600–1000 dövr/dəq) dizel mühərriklərində yanacaq kimi istifadə üçün nəzərdə tutulub geniş tətbiq olunurdu. Solyar yağı itiyerişli dizel mühərriklərində yanacaq kimi tətbiq üçün yararlı deyil. == Tətbiqi == Dizel yanacağının əsas istehlakçıları dəmiryolu nəqliyyatı, yük avtonəqliyyatı, su nəqliyyatı, hərbi texnika, dizel elektrogeneratorları, kənd təsərrüfatı texnikası, eləcə də son zamanlar sərnişin dizel avtonəqliyyatıdır. Dizel mühərriklərindən başqa, qalıq dizel yanacağı (solyar yağı) çox vaxt qazanxana yağı kimi istifadə olunur. == Yanacağın əsas göstəriciləri == Dizel yanacağı distillə olunmuş, aşağı özlülü (itiyerişli nəqliyyat) və qalıq, yüksək özlülü (traktor, gəmi, stasionar və s.nəqliyyat) yanacağa bölünür.
Hidrogen yanacağı enerjisi
Hidrogen iqtisadiyyatı, Hidrogen enerjisi - önümedilməkdədir. Bu enerji, sudan əldə edilə bilməkdə və yüksək məhsuldarlıqla, ətraf üzərində heç bir mənfi təsir yaratmadan faydalı bir enerjiyə çevrilə bilməkdədir. Dünyanın enerji problemini həll etmək üçün istifadə ediləcək hidrogen enerjisi ilə milyardlarla il çatacaq enerji davamlı olaraq çıxarıla biləcək. == Tətbiqi == Yaponiyanın “JR Higashi Nihon” dəmir yolu şirkəti 2020-ci ilin ortalarından başalayaraq ekoloji cəhətdən təmiz, hidrogen yanacağı elementindən istifadə edən qatarlardan istifadəni planlaşdırır. Şirkət hidrogen yığılan çənlərin vaqonların damında və döşəmənin altında yerləşdirilməsini nəzərdə tutan layihə üzərində işləyir. Həmin qatarlarda elektrik enerjisi çənlərdəki hidrogenin atmosferdəki oksigenlə kimyəvi reaksiyası zamanı əldə ediləcək. Hesablamalara görə, qatarlardakı bütün çənlər dolu olduğu halda onun təqribən 140 kilometr məsafəni qət etməsi mümkündür.
Nüvə yanacağı
Nüvə yanacağı — nüvədaxili enerjinin ayrılması ilə müşayiət olunan nüvələrin zəncirvarı bölünməsi və ya onların sintezi reaksiyalarını həyata keçirməklə enerjinin alınması üçün istifadə olunan maddələr. == Təbii və qeyri-təbii nüvə yanacaqları == Təbii halda tapılan nüvə yanacağı urandır. Təbii uranda zəncirvarı bölünmə reaksiyalarının getməsini təmin edən bölünən 235U nüvələri (birinci yanacaq) və "xammal" nüvələri adlanan 238U nüvələri var. Axırıncılar neytronları udaraq iki dəfə β çevrilməyə uğraması nəticəsində təbiətdə mövcud olmayan 236Pu (ikinci yanacaq) izotopuna çevrilir. Təbii halda təsadüf olunmayan nüvə yanacağından biri də 233U izotopudur. O, torinium (232Th) neytron udaraq, iki dəfə β çevrilməsi nəticəsində alınır. == İstifadəsi == Nüvə yanacağından nüvə reaktorlarında metal bloklar şəklində istifadə edilir. bunların istilikayıran elementləri nüvə yanacağından ibarət özəkdən və üzəri kip bağlanan metral örtükdən ibarət olur. Kimyəvi tərkibinə görə istilikayıran elementləri metal (buraya ərintilər də daxildir), oksid, karbid, nitrit və s. ola bilər.
Yanacağın qiymət artımına görə İran etirazları (2019)
2019-cu ildə yanacağın qiymət artımına görə İran etirazları — İlk başda yanacaq qiymətlərindəki 200%-lik bir artışla başlayan, ancaq daha sonra İrandakı mövcud rejimə və Ali Rəhbər Əli Xameneinin istefasına yönələn, İranın bir çox şəhərlərində baş tutan sivil etirazlardır. Etirazlar 15 noyabr axşamında başladı və internətdə nümayişlərin videosu yayılmağa başladıqca üsyanlar saatlar içərisində 21 şəhərə sıçradı. Şiddətli etirazların şəkilləri beynəlxalq səviyyəli etirazlarla birlikdə internetdə paylaşıldı.Etirazlar ilk başda dinc toplanmalar kimi başlasa da, hökumətin sərt tədbirləri iğtişaşları bütün İran rejiminə qarşı yönəltməyə təşviq etdi. İran hökuməti etirazları susdurmaq üçün ölkə səviyyəsində interneti kəsmək, binalardan, vertolyotlardan, yaxın məsafədən pulemyotla etirazçılara atəş açmaq kimi ölümcül üsullardan istifadə etdi. İran hökuməti, həmçinin, etirazları basdırarkən ölənlərlə bağlı real rəqəmlərin gizli qalması üçün öldürülən nümayişçilərin cəsədlərini yaxınlarına vermirdi. Öldürülənlər ailələri KİV-lərə məlumat verməsin və ya yas mərasimi keçirməsin deyə hökumət tərəfindən təhdid etdilmişdi. Ölənlərlə bağlı hələ də tam dəqiq bir rəqəm olmasa da, bəziləri mühafizə qüvvələrinin 1000-dən çox İran vətəndaşını öldürdüyünü təxmin edir.Hökumətin etirazçılara qarşı sərt tədbirlər almağı etirazçıları daha şiddətli reaksiya verməyə təşviq etdi. İran mərkəzi bankı daxil olmaqla ölkə səviyyəsində 731 banka, 9 dini mərkəzə hücumlar oldu, antiamerikanizm və Ali Lider Əli Xameneiyə aid olan plakatlar, həmçinin abidələr dağıdıldı, yandırıldı. 50 hərbi bazaya da nümayişçilər tərəfindən basqınlar oldu. Amnesty International və Radio Fardanın hesabatına görə etirazlar silsiləsi 1979-cu ildəki İran inqilabından sonrakı ən şiddətli və sərt etirazlar silsiləsi ola bilər.Etirazlar və yüzlərlə ölən etirazçı ilə bağlı informasiyanın sosial media şəbəkələrindən paylaşılmasını əngəlləmək üçün hökumət 6 gün davam edəcək olan, ölkə səviyyəsində interneti blokladı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.27 dəfə / 1 mln.
2003 •• 0.39
2006 •• 0.23
2007 ••• 0.63
2009 ••••• 0.96
2010 ••••••••••••• 2.81
2011 •••••••••••••••••••• 4.46
2012 ••••••••••• 2.32
2013 •••• 0.88
2014 ••• 0.51
2015 ••• 0.51
2016 •••••••• 1.56
2018 •• 0.30

"yanacağ" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yanacağ nədir? #yanacağ sözünün mənası #yanacağ nə deməkdir? #yanacağ sözünün izahı #yanacağ sözünün yazılışı #yanacağ necə yazılır? #yanacağ sözünün düzgün yazılışı #yanacağ leksik mənası #yanacağ sözünün sinonimi #yanacağ sözünün yaxın mənalı sözlər #yanacağ sözünün əks mənası #yanacağ sözünün etimologiyası #yanacağ sözünün orfoqrafiyası #yanacağ rusca #yanacağ inglisça #yanacağ fransızca #yanacağ sözünün istifadəsi #sözlük