* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 Yan və bud kəlmələrindən əmələ gəlib: yanbud kimi olub, sonra son samit dəyişib. Yanbuz “budun yan tərəfi” deməkdir. İkinci ehtimal da ola bilər: söz mənbələrdə yanbaş şəklində də verilib, “ayağın yan tərəfinin yuxarı (baş) hissəsi” kimi açılanıb. Yanbaş isə təhrif nəticəsində yanbuz formasını kəsb edib. Birinci mülahizə daha inandırıcıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / yanbuz