yanğını sözü azərbaycan dilində

yanğını

Yazılış

  • yanğını • 87.1409%
  • Yanğını • 12.7223%
  • YANĞINI • 0.1368%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Meyreki yanğını
Meyreki dövrünün böyük yanğını (yap. 明暦の大火, - Meireki no taika) — 2 mart 1657-ci ildə Yaponiyanın paytaxtı Edoda (indiki Tokio) baş verən yanğın. Furisode yanğını kimi də tanınan bu yanğın Meyreki İmperatorluğunun hakimiyyətinin 3-cü ilində baş vermişdir. 3 gün boyunca davam edən yanğında 100 min adamın öldüyü ehtimal edilir.
Moskva yanğını
Moskva yanğını — 1571-ci ilin may ayında Krım xanı I. Dövlət Gərayın Livon müharibəsinə görə şəhəri müdafiəsiz, 6000 əsgərlə buraxan rusları məğlub etməsi, Moskvaya girib şəhəri talan etməsi və yandırmasıdır. Qorxulu İvanın (İvan Qroznı) yanında olan alman tarixçi Heinrich von Stadenə görə şəhər ətrafdakı qəsəbələr və Opriçnina sarayı 6 saata tamamilə yanır. İnsanlar kilsələrə və Moskva çayına doğru qaçmağa çalışırlar. Kreml sarayında silah-sursat anbarının partlamasıyla, kilsələrdə sığınanlar boğularaq; çaya tərəf qaçanlar da çayda boğularaq ölürlər. Yanğından sonra 10,000 ilə 80,000 arasında insan öldüyü təxmin edilir. Şəhər əhalisi azalır. Bu yanğından sonra Moskva Krım xanlığı tərəfindən işğal olunur. IV İvan Livon müharibəsində atəşkəs istəyib Moskvaya qayıtmağa məcbur olur. 1 il sonra 1572-ci ildə Molodiya müharibəsində Giray xan çoxsaylı orduya sahib olsa da ruslara məğlub olur. == Mənbə == Madariaga, "Ivan the Terrible", 266.
Böyük Buxarest yanğını
Böyük Buxarest yanğını (rum. Focul cel mare) — 23 mart 1847-ci ildə baş verən Buxarest tarixindəki ən böyük yanğın. Yanğın nəticəsində 1850 bina yanır (şəhərin təxminən üçdə biri). Valaxiya hakimi Qeorqe III Dmitri Bibeskunun dediyinə görə, şəhərin ən çox məskunlaşdığı və ən zəngin hissəsi bu yanğından daha çox zərər görür. Burada tacirlər və sənətkarların çoxlu taxta ikimərtəbəli binaları var idi, onların emalatxanaları birinci mərtəbədə, yaşayış yerləri isə ikinci mərtəbədə yerləşirdi. == Öncəki vəziyyət == XIX əsrdə Buxarestin böyük bir hissəsi taxta evlərdən qurulmuşdur. Bu dar küçələrlə birlikdə yanğın hadisəsi halında sakinlər üçün böyük təhlükə yaradırdı. Fanariotlar dövründən bəri davamlı yanğın təhlükəsi var idi. Buna görə türk ağasının əmri ilə insanlar onun iqamətgahının ətrafında daim növbə çəkirdilər. Üzvi qaydalar qəbul edildikdən sonra Valaxiyada qərbiavropa su nasosları ilə təchiz olunmuş yanğınsöndürənlər meydana gəlir.
Böyük London yanğını
Böyük London yanğını — 1666-cı ildə 2 sentyabr, bazar günü Londonun orta məhəllələrində başlayaraq 5 sentyabr çərşənbə gününə qədər şəhəri təsiri altına alan, şəhərin tarixindəki ən böyük yanğın fəlakəti. Yanğın şəhərin qədim Roma divarlarının əhatə etdiyi daxili hissələri əhatə etmiş, Vestminister rayonu (indiki Vest-End), Vaythol sarayı, bir çox şəhər ətrafı xarabalıqlar üçün təhlükə yaratmışdır.Fəlakət nəticəsində 13 500 ev, 87 kilsə (hətta Müqəddəs Pavel kafedralı), hökumət binalarının əksər hissəsi yanmışdır. Hesab olunur ki, Böyük London yanğını 70 mindən çox insanın sığınacaqdan məhrum olmasına səbəb olmuşdur.Həmin dövrdə Londonun mərkəzi hissəsində 80 min nəfər insan yaşayırdı. Yanğın nəticəsində nə qədər insanın ölməsi dəqiq məlum deyildir. Bir çox qurbanlar haqda dəlillər olsa da, onların çoxu qeydə alınmamışdır. Bundan başqa, çoxlarının kremasiya olunması versiyası da vardır. Arxeoloqlar tərəfindən yanğının başladığı Puddinq-Leyndə tapılan və hal-hazırda London Muzeyində nümayiş olunan ərimiş dulusçuluq nümunəsi fəlakət zamanı temperaturun 1250 °C-yə qalxdığını göstərmişdir. == Yanğının mənbəyi və nəticələri == Hadisə bazar günü 2 sentyabr tarixində Puddinq-Leyn küçəsində Tomas Farrinerin çörəkxanasında başlamışdır. Yanğın şəhərin qərb istiqamətində sürətli şəkildə yayılmağa başlamışdır. Həmin dövrün yanğınsöndürənləri qaydaya uyğun olaraq, hər hansı bir yanğının yayılmaması üçün yanğın ətrafında tikililərin dağıdılması metodunu tətbiq edirdilər.
Böyük Roma yanğını
Böyük Roma yanğını (lat. incendium magnum Romae) — b.e. 64-cü ilin iyul ayında Roma imperiyasının paytaxtı olan Roma şəhərində baş vermiş yanğın. Yanğın 19 iyulda, gecə saatlarında keçən gecə Romanın Böyük sirk cəng arabası stadionunun ətrafındakı tacir dükanlarında başlamışdır. Altı gündən sonra yanğın nəzarət altına alınmışdır, lakin dəyən zərər qiymətləndirilənə qədər yanğın yenidən başlamış və daha üç gün davam etmişdir. Yanğından sonra Romanın üçdə ikisi məhv olmuşdur.Korneli Tasit və sonrakı dövrlərə aid xristian ənənəsinə görə, imperator Neron şəhərdəki xristian icmasını yanğına səbəb olmaqda günahlandırmış və bu əsasla imperiyada xristianlara qarşı ilk təqibi başlatmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Cassius Dio, Roman History, Books 62 (c. 229) Suetonius, The Lives of Twelve Caesars, the Life of Nero, 38 (c. 121) Tacitus, Annals, XV (c. 117) James Romm, "Who started it?" (review of Anthony Barrett, Rome Is Burning, Princeton, December 2020, 447 pp., ISBN 978 0 691 17231 6), London Review of Books, vol.
Moskva yanğını (1571)
Moskva yanğını — 1571-ci ilin may ayında Krım xanı I. Dövlət Gərayın Livon müharibəsinə görə şəhəri müdafiəsiz, 6000 əsgərlə buraxan rusları məğlub etməsi, Moskvaya girib şəhəri talan etməsi və yandırmasıdır. Qorxulu İvanın (İvan Qroznı) yanında olan alman tarixçi Heinrich von Stadenə görə şəhər ətrafdakı qəsəbələr və Opriçnina sarayı 6 saata tamamilə yanır. İnsanlar kilsələrə və Moskva çayına doğru qaçmağa çalışırlar. Kreml sarayında silah-sursat anbarının partlamasıyla, kilsələrdə sığınanlar boğularaq; çaya tərəf qaçanlar da çayda boğularaq ölürlər. Yanğından sonra 10,000 ilə 80,000 arasında insan öldüyü təxmin edilir. Şəhər əhalisi azalır. Bu yanğından sonra Moskva Krım xanlığı tərəfindən işğal olunur. IV İvan Livon müharibəsində atəşkəs istəyib Moskvaya qayıtmağa məcbur olur. 1 il sonra 1572-ci ildə Molodiya müharibəsində Giray xan çoxsaylı orduya sahib olsa da ruslara məğlub olur. == Mənbə == Madariaga, "Ivan the Terrible", 266.
Reks kinoteatr yanğını
Reks kinoteatr yanğını (fars. آتش‌سوزی سینما رکس آبادان‎) - 1978-ci ilin 19 avqust tarixində İranın Xuzistan ostanının Abadan şəhərində yerləşən Reks kinoteatrında qəsdən törədilmiş yanğın hadisəsi. Hadisə nəticəsində 377 ilə 470 arası şəxsin yanaraq və ya zəhərli qazlardan boğularaq həlak olduğu güman edilir. Terror hücumunu təşkil etməkdə təqsirləndirilən 4 şəxs, hadisədən əvvəl kinoteatrın içinə və ətrafına təyyarə benzini töküblər və nəticədə yanğın gözləniləndən daha da dəhşətli baş verib.İranda heniş qəzəb və rezonans doğuran hadisə 1979-ci ildə baş vermiş İran İslam İnqilabının əsas qığılçımlarından biri hesab olunur. Bir il sonra baş vermiş inqilab nəticəsində İranda monarxiya devrilmiş və Məhəmməd Rza Pəhləvi hakimiyyətdən uzaqlaşdırılmışdır. 1978-ci ildə baş vermiş hadisə öz tarixinə qədər ən çox insan ölümünə səbəb olmuş terror hücumu kimi tarixə düşmüşdür. Həmin antirekord 1990-cı ildə Tamil İlamin Azadlıq Pələngləri tərəfindən Şri-Lankada yerli polis şöbəsinə qarşı təşkil edilmiş hücuma qədər dünya üzrə ilk pillədə qalmağa davam etmişdir. 11 sentyabr terror aktları 3 minə yaxın insanın həlak olması ilə hər iki terror aktını geridə buraxmışdır. Hakim Pəhləvi sülaləsi əvvəlcə yanğında islamçı marksistləri günahlandırmış and later reported that Islamic militants started the fire,, daha sonra isə yanğını müxtəlif ekstremist islamçı qruplar tərəfindən törədildiyini iddia etmişdir. Pəhləvilərə qarşı olan birliklər isə yanğına görə məsuliyyətin SAVAK (Sazeman-e Ettelaat va Amniyat-e Keshvar) adlı pəhləvilərə bağlı xüsusi orqanın daşımalı olduğunu bəyan etmişdilər.
Qarquş toy yanğını
Qarquş toy yanğını (ing. Qaraqosh wedding fire) - İraqın şimalında, Neynəvə mühafəzəsinin Həmədaniyyə qəzasına aid Qaraquş şəhərində yerli xristian asysor icması tərəfindən Al Haytham Wedding Hall adlı şadlıq evində təşkil edilmiş toy mərasimində baş vermiş yanğın hadisəsi. Yanğın, 2023-cü ilin 26 sentyabr tarixində yerli vaxtla 22:45 radələrində başlamışdır. Hadisə nəticəsində ən azı 119 nəfər həlak olub, 150-dən çox toy iştirakçısı isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Baş vermiş faciə səbəbindən İraqda 3 günlük matəm elan edilib. == Arxa plan == Yanğının baş verdiyi İraqın Neynəvə mühafəzəsinin Həmədaniyyə qəzasına daxil olan Qaraquş şəhəri 2014-cü ildə İraq Şam İslam Dövləti tərəfindən ələ keçirilib və yalnız 2016-cı ildə ABŞ tərəfindən dəstəklənən İraq Silahlı Qüvvələri tərəfindən böyük dağıntılar hesabına azad edilib. Şəhərdə əsasən xristian icmaları yaşayır, paytaxt Bağdaddan təxminən 335 kilometr şimal-qərbdə, Mosul şəhərindən isə bir qədər kənarda yerləşir. Aparılmış hərbi əməliyyatlar nəticəsində şəhərin əsasən xristanlardan ibarət olan əhalisi bir necə dəfə yer dəyişdirməyə məcbur qalıblar. Qaraquşda baş vermiş yanğın İraq tarixinin ən dəhşətli və ən çox insan ölümünə səbəb olan yanğın faciəsi kimi tarixə keçib. Bu hadisəyə qədər 2021-ci ildə paytaxt Bağdad şəhərində yerləşən yerli xəstəxanada baş verən yanğın ölkə tarixinin ən böyük yanğını hesab olunurdu.
Meyreki dövrünün böyük yanğını
Meyreki dövrünün böyük yanğını (yap. 明暦の大火, - Meireki no taika) — 2 mart 1657-ci ildə Yaponiyanın paytaxtı Edoda (indiki Tokio) baş verən yanğın. Furisode yanğını kimi də tanınan bu yanğın Meyreki İmperatorluğunun hakimiyyətinin 3-cü ilində baş vermişdir. 3 gün boyunca davam edən yanğında 100 min adamın öldüyü ehtimal edilir.
Qazaxıstanda avtobus yanğını (2018)
Qazaxıstanda avtobus yanğını (rus. Пожар в автобусе в Казахстане) - 2018-ci ilin 18 yanvar tarixində Qazaxıstanın Aqtöbe vilayətində baş vermiş avtobus yanğını. Hadisə nəticəsində 52 Özbəkistan vətəndaşı həlak olub. Qazaxıstan Daxili İşlər Nazirliyinin verdiyi məlumatda bildirilir ki, yerli vaxtla saat 10:30-da baş verən hadisə zamanı beş sərnişin yanan avtobusdan çıxmağa müvəffəq olub.Macarıstan istehsalı olan İkarus avtobusu Aktau ərazisində, Qazaxıstanın Özbəkistanla sərhədi yaxınlığında yerləşən Şimkent şəhəri ilə Rusiyanın Samara şəhərini birləşdirən magistralda hərəkət edirdi. Bu magistral özbəkistanlı fəhlələri Rusiyaya nəqli üçün geniş istifadə edilir.Həlak olan bütün şəxslərin özbək əsilli olduğu bildirilir. 3 özbək və 2 qazax sürücü xilas olmağı bacarıb. Hadisə zamanı yanğın çıxışları kilitləndiyindən faciənin miqyası daha geniş olub.Hələlik yanğının səbəbi məlum deyil, lakin hadisə yerində olan təhqiqatçılar yanğının qısa qapanma nəticəsində baş verdiyini ehtimal edir.Özbəkistan Xarici İşlər Nazirliyi bəyanatında bildirib ki, səfirlik əməkdaşları hadisə yerinə gediblər.Həlak olan şəxslərdən bir çoxunun cəsədi tanınmaz hala düşdüyündən DNA testinin keçirilməsi planlaşdırılır.Qazaxıstan Prezidenti Nursultan Nazarbayev baş vermiş faciə ilə əlaqədar özbəkistanlı həmkarı Şavkat Mirziyayevə baş sağlığı telegramı göndərib. Müxtəlif ölkə rəhbərləri hadisə ilə əlaqədar başsağlı veriblər. Tacikistan,Gürcüstan,Azərbaycan,Belarus, və Türkmənistan prezidentləri baş sağlığı verən ölkələr arasındadır.
2018-ci il Kemerovo yanğını
"Zimnyaya vişnya" ticarət mərkəzində yanğın (rus. Пожар в торговом центре «Зимняя вишня») — 25 mart 2018-ci ildə Rusiyanın Kemerovo şəhərində "Qış albalısı" ticarət mərkəzində baş vermiş yanğın hadisəsi. == Nəticəsi == Hadisə nəticəsində 64 nəfər həlak olmuşdur.
Bibiheybətdə neft fontanı yanğını (1898)
Bibiheybətdə neft fontanı yanğını — 27 iyul 1898-ci ildə neft mədənlərində yanğın hadisəsi. == Məzmun == 1898-ci il iyulun 27-də gecə Bibiheybətdə, Bakı taciri, milyonçu Y.V. Vişaunun mədənində yanğın baş verir. Yanğın fontan vuran 32 saylı quyunu bürüyür, sonra da yaxınlıqdakı buruqlara keçir. Demək olar ki, mədənin yarısı-milyon pud nefti olan anbar, 9 buruq od tutub yanır. Bütün bu dəhşətli hadisə "Bibiheybətdə neft fontanı yanğını" adlı filmdə öz əksini tapmışdır.
Cənubi Koreyada xəstəxana yanğını (2018)
Cənubi Koreyada xəstəxana yanğını (kor. 밀양 세종병원 화재) - 2018-ci ilin 26 yanvar tarixində Cənubi Koreyanın Miran şəhərində yerləşən Sejong xəstəxanasında səhər saatlarında baş vermiş yanğın hadisəsi. Hadisə nəticəsində 39 nəfər həlak olub, 153 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Hadisə son 10 il ərzində ölkədə baş vermiş ən güclü yanğın hesab olunur. 2017-ci ilin 21 dekabr tarixində Jeçhon şəhərindəki idman zalında baş vermiş yanğın zamanıda 29 nəfər həlak olmuşdur. Xəstəxana yanğınına nəyin səbəb olduğu dəqiq məlum deyil, mütəxəssislər tərəfindən araşdırmalar aparılır. == Hadisə == Yanğın səhər saat 07:35-də xəstəxananın birinci mərtəbəsindən başlamışdır. Həmin an xəstəxanada 100 dən çox xəstə və xəstəxananın nəznində fəaliyyət göstərən qocalar evində isə 94 nəfər ahıl olmuşdur. Hadisə şahidi kimi ifadə vermiş iki tibb bacısı, xəstələrin təcili olaraq qəbul edildiyin otağın qarşısında partlayışın baş verdiyini və partlayış səsindən dərhal sonra xəstəxananın evakuasiya edilməsinə başlandığını bildirmişdir.Evakuasiya cəhdlərinə baxmayaraq, qatı duman qısa zamanda xəstəxananın bütün mərtəbələrini bürümüşdür. Yanğın söndürənlər qatı dumana qarşı apardıqları mübarizədə, xəstəxana daxilində qalmış bir çox xəstənində həyatını xilas etməyi bacarmışdır.
Dənizdə neft yanğını (film, 1931)
== Məzmun == Kinolent Xəzər dənizində təbii qazların üzə çıxması və yanğınların təsadüf nəticəsində baş verməsi haqqındadır. == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 53.
1995-ci il Bakı metrosu yanğını
1995-ci il Bakı metrosu yanğını — 28 oktyabr 1995-ci ildə Bakı metropolitenində baş vermiş metro qəzası. Rəsmi mənbələrə görə, yanğında 289 nəfər həlak olmuşdur. Bunların 286-sı sərnişin (28-i uşaq olmaqla), 3-ü isə xilasedici idi. Qəzada 270 nəfər yaralanmışdır. Yanğının səbəbi elektrik nasazlığı hesab olunur, ancaq sabotaj ehtimalı da var. Qatarı tərk edənlərin çoxu sağ qalsa da, yanğın tarixin ən ölümcül qatar fəlakəti hesab olunur. Sərnişinlərdən biri olan Çingiz Babayev digər sərnişinləri xilas etdiyinə görə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür. == Qəza == "Ulduz" və "Nərimanov" stansiyaları arasındakı tuneldə (200 metr) qatarın alışması nəticəsində 289 nəfər (126 qadın, 28 uşaq, 3 xilasedici) həlak olmuş, 270 nəfər yaralanmışdı. Tələfatın böyük olması qatarın tuneldə alışması və xilasetmə əməliyyatının yetərsizliyi ilə bağlı idi. Elə qəzanın əsas səbəbi kimi də köhnə avadanlıqlarla təchiz olunmuş qatarın nasazlığı, habelə maşinistin səhv qərar verməsi göstərilir.
Bibiheybətdə neft fontanı yanğını (film, 1898)
Bibiheybətdə neft fontanı yanğını — qısametrajlı sənədli film. Rejissor Aleksandr Mişon tərəfindən 1898-ci ildə çəkilmişdir. Bu, reportaj manerasında çəkilmiş, hadisəli informasiya janrının bütün tələblərinə cavab verən xronikal filmdir. == Məzmun == İyulun 27-də gecə Bibiheybətdə, Bakı taciri, milyonçu Y. V. Vişaunun mədənində yanğın baş verir. Yanğın fontan vuran 32 saylı quyunu bürüyür, sonra da yaxınlıqdakı buruqlara keçir. Demək olar ki, mədənin yarısı-milyon pud nefti olan anbar, 9 buruq od tutub yanır.Bütün bu dəhşətli hadisə kinosüjetdə öz əksini tapmışdır. Bu, reportaj manerasında çəkilmiş, hadisəli informasiya janrının bütün tələblərinə cavab verən xronikal filmdir. == Film haqqında == Azərbaycan xalq yazıçısı, görkəmli kinodramaturq və kinorejissor Rüstəm İbrahimbəyov dünya kinosunun 100 illiyi münasibətilə Parisdə keçirilən yubiley tədbirlərində iştirak edərkən, orada göstərilən ən yaxşı filmlər içərisində "Bibiheybətdə neft fontanı yanğını" kinolentini görmüşdür. Kinosüjet "Canlı fotoşəkillər" kolleksiyası adı altında 1900-cü ildə Parisdə Ümumdünya sərgisində böyük uğurla nümayiş etdirilmişdir. Nümayiş etdirilən süjetlər arasında "Əlahəzrət Buxara əmirinin "Veliki knyaz Aleksey" paroxodunda yolasalma mərasimi, "Qafqaz rəqsi", "İlişdin", "1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı" kinosüjetləri də var idi.
Bibiheybətdə qaz fontanı yanğını (film, 1925)
Bibiheybətdə qaz fontanı yanğını qısametrajlı sənədli filmi 1925-ci ildə çəkilmişdir. AFKİ və "Kino-Mədənçi" studiyalarının istehsalıdır. Yanvarın 31-də səhər 52 saylı neft quyusunda yanğın baş verir. Yalnız fevralın 2-də yanan quyunu söndürmək mümkün olur. Bu fövqəladə hadisə filmdə öz əksini tapmışdır. == Məzmun == Yanvarın 31-də səhər 52 saylı neft quyusunda yanğın baş verir. Yalnız fevralın 2-də yanan quyunu söndürmək mümkün olur. Bu fövqəladə hadisə filmdə öz əksini tapmışdır. == Film haqqında == Film Moskva Mərkəzi Dövlət Kino-Fotofono Sənədlər Arxivində saxlanılır. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
İliç Buxtasında qaz fontanı yanğını və Qara Şəhərdə neft çənlərində yanğın (film, 1930)
== Məzmun == Kinosüjet Bakının müxtəlif mədənlərində baş verən yanğınlar və bu yanğınları söndürən fəhlələrin, yanğınsöndürənlərin fədakarlığı haqqındadır. == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 53.
Neft-Qaz Mədənlərində Yanğının Söndürülməsi (1964)
== Məzmun == Kinolentdə neft mədənlərində yanğınsöndürənlərin çətin və ağır işlərindən bəhs olunur. == Film haqqında == Film Azərbaycan Yanğından Müdafiə İdarəsinin sifarişi ilə çəkilmişdir.
Neft-qaz mədənlərində yanğının söndürülməsi (film, 1964)
== Məzmun == Kinolentdə neft mədənlərində yanğınsöndürənlərin çətin və ağır işlərindən bəhs olunur. == Film haqqında == Film Azərbaycan Yanğından Müdafiə İdarəsinin sifarişi ilə çəkilmişdir.
Neft və Qaz Quyularında Yanğının Söndürülməsi (1960)
== Məzmun == Kinolentdə neft və qaz quyularında yanğının söndürülməsi üsullarından söhbət açılır. == Film haqqında == Film Azərbaycan Yanğından Mühafizə İdarəsinin sifarişi ilə çəkilmişdir.
Neft və qaz quyularında yanğının söndürülməsi (film, 1960)
== Məzmun == Kinolentdə neft və qaz quyularında yanğının söndürülməsi üsullarından söhbət açılır. == Film haqqında == Film Azərbaycan Yanğından Mühafizə İdarəsinin sifarişi ilə çəkilmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 5.71 dəfə / 1 mln.
2002 •••••• 3.43
2003 •••• 1.97
2004 •••••• 3.03
2005 •• 0.67
2006 •••• 2.25
2007 ••••••• 3.59
2008 •••••••• 4.14
2009 ••••• 2.40
2010 •••••••••••••• 7.90
2011 •••••••••••••• 7.72
2012 ••••••••••••• 6.97
2013 •••••••••••••••••••• 11.52
2014 ••••••••••••••• 8.24
2015 ••••• 2.55
2016 •••••• 3.30
2017 ••••••• 3.74
2018 •••••••••••••• 7.64
2019 •••••••••••• 6.68
2020 ••••••• 3.85

"yanğını" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yanğını nədir? #yanğını sözünün mənası #yanğını nə deməkdir? #yanğını sözünün izahı #yanğını sözünün yazılışı #yanğını necə yazılır? #yanğını sözünün düzgün yazılışı #yanğını leksik mənası #yanğını sözünün sinonimi #yanğını sözünün yaxın mənalı sözlər #yanğını sözünün əks mənası #yanğını sözünün etimologiyası #yanğını sözünün orfoqrafiyası #yanğını rusca #yanğını inglisça #yanğını fransızca #yanğını sözünün istifadəsi #sözlük