* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2003 | •••••••••• | 0.79 |
2004 | •••••••••••••••••••• | 1.68 |
2008 | ••••••••• | 0.73 |
2009 | ••••••••••••••••••• | 1.60 |
2010 | ••••••••••• | 0.91 |
2011 | ••••••••• | 0.77 |
2012 | •••••••• | 0.69 |
2013 | ••••••• | 0.58 |
2014 | •••••••••• | 0.86 |
2016 | ••••• | 0.35 |
2018 | •• | 0.15 |
2020 | •••••••••••••••••••• | 1.72 |
1 is. 1. zool. Gündüzlər yatıb gecələr ov edən, siçana oxşar geniş pərdəqanadlı heyvan. O da bir cürə yarasadır. Gündüz yatır, gecə uçur. Ə.Vəliyev. 2. məc. Cəhalətpərəstlik, maarif düşməni simvolu kimi işlənir.
Azərbaycan dilinin izahlı lüğəti1 Xalq etimologiyasına bu məməli heyvanın adını yara salan kimi izah edirlər: guya bədənə yapışır, qanı sorur və yara salır. Elmi ədəbiyyatda isə onu toxar dilinə mənsub söz hesab edirlər (toxarlar Orta Asiyada, Tibet ətrafında yaşayan tayfa olub). Onlarda bu söz arsakarsa kimi işlədilib. Karsa “siçan”, “siçovul”, arsa isə “uçan” deməkdir. Belə güman var ki, yarasa həmin arsakarsa kəlməsinin dəyişmiş qohumudur. Və rus dilindəki krısa sözü də yarasa sözü ilə qohumdur, arsakarsa sözünün təhrifi nəticəsində əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti1 YARASA (gecələr uçan məməli quş) [Kamil:] Nataşa, günəşdən qaçan yarasalardır, evimizə dolmuşdur (A.Şaiq); GECƏGƏZƏN Gecə uçan quşlar; bayquş, yapalaq, gecəgəzən (yarasa, şəbparə) və s... (“Azerbaycan folkloru antologiyası”); GECƏQUŞU Gecəquşunun hərəkəti uşağı məşğul edirdi (Çəmənzəminli); ŞƏBPARƏ (kl.əd.) Ey buludlar, sönük qara ləkələr; Uçuşan parça-parça şəbparələr (A.Şaiq); ƏTQANAD.
Azərbaycan dilinin sinonimlər lüğəti1 летучая мышь
Azərbaycanca-rusca lüğət2 сущ. зоол. 1. летучая мышь (подотряд млекопитающих отряда рукокрылых) 2. перен. о человеке, который уклоняется от всякого новшества; yarasa kimi как летучая мышь
Azərbaycanca-rusca lüğət1 is. zool. chauve-souris f (pl chauvessouris)
Azərbaycanca-fransızca lüğət1 сущ. 1. зоол. кьаркьулув, хъурхъанлув; // кьаркьулувдин; 2. пер. маарифдин душман манада.
Azərbaycanca-ləzgicə lüğəti