yarmarka-sərgi sözü azərbaycan dilində

yarmarka-sərgi

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • yarmarka-sərgi • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Yarmarka
Yarmarka və ya Sərgi – Ticarətin yaxşılaşdırılması məqsədilə müəyyən müddətə ədalətli, bazar qurulmuşdur. Alıcıların və satıcıların bir araya gəldikləri və işgüzar müqavilələr bağladıqları bu bazarlar ümumiyyətlə hər il eyni tarixdə bir neçə həftə ərzində eyni yerlərdə və müntəzəm olaraq qurulur. Bu sərgilər hər hansı bir məhsul və xidmətləri əhatə etdiyi kimi, müəyyən bir iş sahəsinin hər hansı bir sahəsini də, əhatə edə bilər, həmçinin hər növ məhsulu və xidmət sahəsini də əhatə edə bilər. == Tarixi == Yarmarka əsasən xalq toplantılarının, böyük kilsə bayramlarının kəsişdiyi yerdə, eləcə də çox qorunan və ən az vergiyə cəlb olunacaq yerlərdə təşkil olunurdu. Yarmarkanın mahiyyəti XI və XII əsrlərdə daha da artdı. XVIII əsrin sonuna kimi Avropanın şərq və qərb hissələri arasında bütün ticarət mübadiləsi yarmarkanın köməyilə baş verirdi. XIV və XV əsrlərdə Brügge, XVI əsrdə isə Lion şəhəri yarmarkanın mərkəzinə çevrildi. XVI əsrdə Medina-delKampo (İspaniya) və Antverpen şəhəri (Belçika) beynəlxalq yarmarka və kredit mərkəzi oldu. XVIII əsrdə hələ XIII əsrdən Leypsiqdə məşhur yarmarka beynəlxalq əhəmiyyət kəsb edirdi. XIX əsrdə ticarət münasibətlərinin genişlənməsi və daxili vergi rüsumlarının ləğv edilməsi, xüsusilə dəmir yollarının çəkilməsi, əmtəələrin yeridilməsi təhlükəsizliyinin artması, nəhayət, kommivoyajerlərin əmələ gəlməsi ilə yarmarkalar tənəzzülə uğradı və onların əksər hissəsi bağlandı.
Sərgi
Sərgi — mühüm eksponatları özündə cəmləşdirən kolleksiyaların ictimai nümayişi üçün nəzərdə tutulan layihə. Əşyalar, adətən, sərgi sırasında müxtəlif yerlərdən toplanır. Bu tipli layihələr, əsasən, muzeylərin ekspozisiya zallarında və qalereyalarında həyata keçirilir. Sərgilər müxtəlif məzmun daşıya bilər. İncəsənət məzmunlu sərgilər kimi elmi ixtiraların nümayiş olunduğu sərgilər də mövcuddur. Bəzi sərgilər nümayiş olunan eksponatların satışını da həyata keçirir. Əldə olunan vəsait müəyyən qurumların və yaxud muzeyin büdcəsinə daxil olur.
Pavilyon (sərgi)
Pavilyon, Ümumdünya sərgisi kimi böyük beynəlxalq sərgilərdə tez-tez rast gəlinən bir bina növüdür. Tanınmış bir memar və ya dizayner tərəfindən iştirakçı ölkənin ən son texnologiyasını nümayiş etdirmək üçün dizayn edilə bilər və ya sərgiləyən ölkənin milli memarlıq üslubu kimi qəbul edilə bilər. Məsələn, 1929-cu il Barselona Beynəlxalq Sərgisinin Alman pavilyonu, tanınmış müasir Alman memarları Ludwig Mies van der Rohe və Lilly Reich tərəfindən dizayn edilmişdir.
Sərgi sahəsi
Sərgi sahəsi, konqres mərkəzi, konfrans mərkəzi və ya sərgi salonu — müəyyən bir mütəxəssislik sahəsində yığıncaqların və konqreslərin keçirilməsinə imkan verən böyük binalara verilən addır. Bu binalarda ümumiyyətlə minlərlə insana xidmət edə biləcək və bir neçə mərtəbəyə yayılmış xidmət vahidləri mövcuddur. Bu məkanlarda geniş ticarət sərgiləri və ya yarmarkalar da keçirilir. Bu strukturlarda auditoriya, konsert salonu, iclas otaqları, konfrans salonları kimi funksiyalar yer ala bilər. Bunlar bir çox böyük otellərin daxilində də yerləşdirilə bilər.
Sərgi Qalereyası (Bakı)
Sərgi qalereyası— Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzində fəaliyyət göstərən qalereya; == Tarixi == === Muzey mərkəzi === Binası 1960-cı ildə məşhur Azərbaycan memarı Həsən Məcidovun layihəsi əsasında V.İ.Leninin anadan olmasının 90 illiyi münasibətilə tikilib və 1961-ci ildə Moskvadakı V.İ.Lenin Muzeyinin filialı kimi istismara verilib. 1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycan prezidentinin sərəncamına əsasən bina Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə verilmiş və Muzey Mərkəzi adını almışdır. == Ekspozisiyası == Sərgi qalereyası, Muzey Mərkəzinin dördüncü mərtəbəsində yerləşir. Beş zaldan ibarət olan (ümumi sahəsi 400 m²) Sərgi Qalereyası, ekspozisiya sahəsi 700 m², lazımi işıq və səs avadanlıqları ilə təchiz olunmuşdur. Bu məkanın unikallığı ondadır ki, gündüz eksponatlar yuxarıdan düşən təbii işıqla işıqlandırılır. == Sərgilər == Sərgi Qalereyası – rəngkarlıq, qrafika, foto, heykəltəraşlıq, dizayn, müasir və konseptual sənət, uşaq yaradıcılığı və xalq tətbiqi sənəti sərgilərinin keçirilməsi üçün nəzərdə tutulmuş məkandır. Qalereyada ən müxtəlif profilli sərgilər böyük müvəffəqiyyətlə keçmişdir: “Ayna” birinci Bakı foto-festivalı, “Bakı-Abşeron” memarlıq abidələri sərgisi, “Xalı”, Bakıda Polşa memarlarının yaradıcılığı, müasir və konseptual sənətə həsr olunmuş “Alüminium” sərgiləri, “Kişi və Qadın”, ingilis rəssamı Frensis Liçin “Süvenir” xeyriyyə sərgisi, qaçqınlara həsr olunmuş foto və bədii əsərlər sərgisi, Azərbaycan rəssamlarının əsərlərindən ibarət “İlin fəsilləri” silsilə sərgilər çərçivəsində “Payızın rəngləri”, “Bahar. Qadın. Məhəbbət”, “Yay impressiyası”, “Qış harmoniyası” sərgiləri , 2007-ci ilin son xüsusi layihəsi olan “Məhəbbət göy qurşağı” sərgisi, “5+” müasir rəngkarlıq sərgisi, “Mozalan” sərgisi, məşhur “Ralf Loren”, “Kartye” və başqa brendlərlə əməkdaşlıq edən alman fotoqrafı Klaus Vikratın sərgisi (sərgi “Beş istiqamət” adlanırdı və müəllifin ən yaxşı işlərindən ibarət idi ki, bu da 5 qrupa bölünürdü: çiçəklər, qadınlar, uşaqlar, zinət əşyaları və Kosta-Rika), N.Tusi adına İncəsənət gimnaziyasının uşaq sərgisi, məşhur bolqar rəssamı Emil Stoyçevin Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının prezidenti Georgi Pırvanovun himayəsi altında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan fərdi sərgisi.
Tenerife sərgi sahəsi
Tererife Beynəlxalq Ticarət Sərgiləri və Konqresləri Mərkəzi (isp. Centro Internacional de Ferias y Congresos de Tenerife) və ya Tenerife sərgi sahəsi (isp. Recinto Ferial de Tenerife) — İspaniyanın Santa Kruz de Tenerife şəhərində yerləşən bina. 1996-cı ilin mayında açılmış bina ispan memarı Santiaqo Kalatrava tərəfindən tikilmişdir. Santa Kruz de Tenerife karnavalıda bu binada keçirilir.
Xidmət Boruları Sərgi Binası
Xidmət Boruları Sərgi Binası (共同溝展示館, Kyodo Kotencikan) və ya daha çox tanınan adı ilə K-Muzey – Yaponiyanın paytaxtı Tokio şəhərinin Koto rayonunun Ariake bölgəsində yerləşən bina. Qəzaya uğramış kosmik gəmini xatırladan görünüşə malik binada fəaliyyətsiz muzey yerləşir. == Tarixi == Bina 1996-cı ildə keçirilməsi planlaşdırılan Dünya Şəhər Ekspo tədbirinin simvollarından biri olması üçün tikilmişdir. Memarı Makoto Sey Vatanabe olmuşdur. Lakin tədbir ləğv olunduğu üçün davam işləri dayandırılmış və ətraf ərazidə gəzinti parkı yaradılmışdır.1997-2001-ci illərdə binada K-Muzey adlı müəssisə yerləşirdi. Tokio Port və Liman Bürosu tərəfindən idarə olunmuş bu muzey Ariake bölgəsindəki ictimai xidmət boruları sisteminə həsr olunmuş, şəhərdəki elektrik xətlərini və su boruları haqqında məlumat vermişdir. Lakin muzey populyar ola bilməmiş, ziyarətçilərin azlığı səbəbilə cəmi 4 il ərzində bağlanmışdır.K-Muzeyin rəsmi bəyanətinə əsasən muzey "müvəqqəti bağlanıb", lakin uzun müddət bağlı olduğu üçün dəqiq statusu məlum deyil. == Memarlıq == Muzey binası xidmət borularını nümayiş etdirmək üçün tikildiyindən interyeri yeraltı boruları xatırladacaq formada dizayn edilmişdir. Binanın altında yerləşən su təchizatı stansiyasının üzəri qara daşlar və kafellərlə örtülmüşdür, bu da binanın qara dalğaların üzərində üzdüyü görüntüsünü yaradır. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda K-Muzey ilə əlaqəli mediafayllar var.
Lütfü Kırdar Konqres və Sərgi Sarayı
Lütfü Kırdar Konqres və Sərgi Sarayı (türk. Lütfi Kırdar Kongre ve Sergi Sarayı) — İstanbulun Şişli ilçəsində yerləşən çoxməqsədli konqres mərkəzi. "Rumeli Sərgi Salonu ve Sərgi Merkezi" adlı əlavə binası ilə birlikdə bir çox önəmli sərgilər, konsertlər ilə sosial və mədəni tədbirlərin keçirilməsində istifadə olunur. Əvvəllər "Fənərbağça" kimi bir sıra basketbol klubları oyunlarını bu sarayın idman salonunda oynayırdılar. == Xüsusiyyətləri == 1940-cı illərdə İstanbul valisi olan Lütfü Kırdar tərəfindən "Dünya Güləş Çempionluq oyunu"nda istifadə edilmək üçün tikdirilmişdir. O dövrdə idman və sərgi sarayı adlanmışdır. Çempionluq oyunlarından sonra da bir çox idman ilə əlaqədar tədbirlərə ev sahibliyi etmişdir. Beynəlxalq konqreslərdə istifadə edilə bilməsi üçün bina restovrasiya edimiş və indiki adıyla adlandırılmağa başlanmışdır. 1996-cı ilin iyun ayında Həbibət konqresinin keçirilməsi ilə xidmətə açıq elan edlmişdir. Əsas bina olaraq Lütfü Kırdar Mərkəzi 2.000 nəfərlik Anadolu Auditoriyası, Mərmərə Salonu, iki Topqapı Salonu, üç Dolmabaxça Salonu, Qalata Salonu, Xaliç Salonu, üç Sultan iclas otağı, üç Barbaros iclas otağı, dörd Levənt iclas otağı və VIP otaqlardan ibarətdir.
Lütfü Kırdar Konqres və Sərgi Sarayı (İstanbul)
Lütfü Kırdar Konqres və Sərgi Sarayı (türk. Lütfi Kırdar Kongre ve Sergi Sarayı) — İstanbulun Şişli ilçəsində yerləşən çoxməqsədli konqres mərkəzi. "Rumeli Sərgi Salonu ve Sərgi Merkezi" adlı əlavə binası ilə birlikdə bir çox önəmli sərgilər, konsertlər ilə sosial və mədəni tədbirlərin keçirilməsində istifadə olunur. Əvvəllər "Fənərbağça" kimi bir sıra basketbol klubları oyunlarını bu sarayın idman salonunda oynayırdılar. == Xüsusiyyətləri == 1940-cı illərdə İstanbul valisi olan Lütfü Kırdar tərəfindən "Dünya Güləş Çempionluq oyunu"nda istifadə edilmək üçün tikdirilmişdir. O dövrdə idman və sərgi sarayı adlanmışdır. Çempionluq oyunlarından sonra da bir çox idman ilə əlaqədar tədbirlərə ev sahibliyi etmişdir. Beynəlxalq konqreslərdə istifadə edilə bilməsi üçün bina restovrasiya edimiş və indiki adıyla adlandırılmağa başlanmışdır. 1996-cı ilin iyun ayında Həbibət konqresinin keçirilməsi ilə xidmətə açıq elan edlmişdir. Əsas bina olaraq Lütfü Kırdar Mərkəzi 2.000 nəfərlik Anadolu Auditoriyası, Mərmərə Salonu, iki Topqapı Salonu, üç Dolmabaxça Salonu, Qalata Salonu, Xaliç Salonu, üç Sultan iclas otağı, üç Barbaros iclas otağı, dörd Levənt iclas otağı və VIP otaqlardan ibarətdir.

Oxşar sözlər

#yarmarka-sərgi nədir? #yarmarka-sərgi sözünün mənası #yarmarka-sərgi nə deməkdir? #yarmarka-sərgi sözünün izahı #yarmarka-sərgi sözünün yazılışı #yarmarka-sərgi necə yazılır? #yarmarka-sərgi sözünün düzgün yazılışı #yarmarka-sərgi leksik mənası #yarmarka-sərgi sözünün sinonimi #yarmarka-sərgi sözünün yaxın mənalı sözlər #yarmarka-sərgi sözünün əks mənası #yarmarka-sərgi sözünün etimologiyası #yarmarka-sərgi sözünün orfoqrafiyası #yarmarka-sərgi rusca #yarmarka-sərgi inglisça #yarmarka-sərgi fransızca #yarmarka-sərgi sözünün istifadəsi #sözlük