yarıma sözü azərbaycan dilində

yarıma

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • yarıma • 96.4912%
  • Yarıma • 3.5088%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aaçim yarımadası
Aaçim — Çukot Muxtar Dairəsinin şimal sahillərində yerləşən və Şərqi Sibir dənizinin suları ilə əhatələnən yarımada. Qərbdən Nolde körfəzi, şərqdən isə Xıçak körfəzi ilə əhatələnir. Şimal qutaracağında eyni adlı burun yerləşir. Yarımadanın sahəsi 150 km², orta hündürlüyü 15-35 metrdir. Yarımada əsasən düzənlikdən ibarətdir. Burada hətta qumlu dyunlar mövcuddur. Termokarst göllərlə zəngindir. Aaçim adı (çuk. ачым) çukotcadan tərcümədə Buxarlı mənasını verir.
Abrau yarımadası
Abrau yarımadası — öz növbəsində cavan alçaq dağlıq olaraq ovalvari formaya malikdir və Qara dənizin daxilinə doğru uzanır. == Coğrafiyası == Yarımadanın təbii sərhədləri Anap buxtası, Qara dəniz və Semes buxtasıdır. Şərq hissədən sərhəd kimi Semes və Naskaqa çaylarının yatağını götürürlər. Yarımadanın sərhədindən Utriş çatı keçir. 5-7 min il öncə neydana gəlmişdir. Ərazisi aktiv zəlzələ zonasında yerləşir. Burada zəlzələnin güçü 8 bala çatır. Abrasiya sayəsində yarımada ırazisində iki yeni yarımada firmakaşır:Böyük Utriş və Kiçik Utriş. Yarımada ırazisində maksimal hündürlük 548,6 metrdir (Aryol). Digər zirvələr: Saxarnaya Qalava 540,0 m, Kobıla 531,6 m, Koldun 440 m, Şaxan 363,0 m.
Abşeron yarımadası
Abşeron yarımadası — Xəzər dənizinin qərb sahilində, Azərbaycan dövləti ərazisində yarımada. Yarımadada Bakı, Sumqayıt və Xırdalan şəhərləri ilə yanaşı, 32 qəsəbə yerləşir. Abşeron yarımadasının sahəsi 2110 km2, əhalisi təqribən 4,6 milyon nəfər təşkil edir. Hesab edilir ki, "Abşeron" sözü fars dilindəki "ab" və "şoran" sözlərindən yaranmış və tərcümədə "duzlu su" mənasını verir. Bu ad əvvəllər Xəzər dənizini bildirmək üçün də istifadə edilmişdir. == Abşeronun tarixi == Abşeronun coğrafi iqlim və geoloji amilləri sayəsində bütün Abşeron yarımadası və Bakı ərazisi 20 000 il bundan əvvəl məskunlaşmışdır. Yeni Suraxanı qəsəbəsinin yaxınlığında qədim insan məskənləri aşkar edilmişdir. Ümumiyyətlə bütün yarımadada qədim insan məskənləri tunc dövrünə və erkən dəmir dövrünə aid kurqanların sayı hesabı yoxdur. Burada həmçinin daşdan yonulmuş, üzərində sujetli rəsmlər çəkilmiş antropomorf fiqurlu qədim qəbristan kompleksləri aşkar edilmişdir — Dübəndi, Türkan, Xaşaxuna, Mərdəkan, Şüvəlan qəsəbələri. Pirallahı adasında, Zığ gölündə, Binəqədidə və Əmircanda qədim insan məskənləri aşkar edilmişdir (e.ə.III-I minilliklər).
Abşeron yarımadası ətrafı adalar
Abşeron yarımadasının ətrafında şm.-da Abşeron və c.-da Bakı arxipelaqlarına daxil olan çoxlu sayda adalar mövcuddur. Pirallahı, Çilov, Böyük Tava, Kiçik Tava və s. adalar Abşeron arxipelaqına, Böyük Zirə, Daş Zirə, Kiçik Zirə (və ya Qum (ada)), Zənbil, Səngi Muğan, Çigil, Gil, Qarasu, Xərə Zirə, Daşlı ada, Qumani,Kür daşı və s. adalar Bakı arxipelaqına aiddirlər. Böyük Zirə, Daş Zirə, Qum və ya Kiçik Zirə adaları bəzən Bakı Körfəzi (buxtası) adaları kimi göstərilir. Ən böyük ada Pirallahı (sahəsi təqr. 15 km2, uz. 12 km, eni 4 km-ə qədərdir.), ən ş.-də yerləşən ada Çilovdur.Abşeron və Bakı arxipelaqları akvatoriyalarında həmçinin çoxlu dayazlıqlar və ya saylar (sualtı adalar) (Abşeron, Balaxnın, Darvin, Neft Daşları,Kür və s.) vardır. Hər iki arxipelaqa daxil olan adaların mənşəyi qədimlərə gedib çıxır. Adların əksəriyyətində rast gəlinən "Zirə" sözü ərəbcə ada mənasını verən "cəzirə" sözündən götürülüb.
Adeleyd yarımadası
Adeleyd yarımadası (ing. Adelaide Peninsula) - Kanadanın şimal-qərbində yerləşən iri yarımada. Bəzən onu Аdelaidа adlandırırlar. Yarımada Nunavut vilayətinin materik hissəsində yerləşir. Ondan qərbdə Kuin-Mod körfəzi yerləşir. Yarımadanı Kinq-Vilyam adasından Simpson boğazı (eni 3,5 km) ayırır. Şərq sahillərini isə Çanti körfəzi yuyur. Cənub hisəsində Şerman körfəzi yerləşir (Sherman Basin). Onun böyük hissəsi su ilə əhatələnmişdir. Dar bərzəx vastəsi ilə materikə birləşir.
Afon (yarımada)
Ayon-Oros və ya Agion-Oros (yun. Άγιου Όρου – müqəddəs dağ) — Yunanıstanda yarımada. Xalkidiki yarımadasının şərq çıxıntısıdır. Meşələri, bağları və üzümlükləri var. Cənub qurtaracağı çoxlu monastırı olan Afon dağıdır.
Akadi yarımadası
Akadi yarımadası (fr. La Péninsule acadienne) — Nyu-Bransuik (Kanada) vilayətinin şimal-şərqində yerləşən yarımada. Şimaldan Şalyor körfəzi, şərqdən isə Müqəddəs Lavrenti körfəzi ilə əhatələnmişdir. Nə zamansa vilayətinin əhalisi balıq ovu ilə məşğul olurdular. Bu hətta sənaye əhəmiyyətinə qədər yüksəlmişdi. Lakin balıq ehtiyatları olduqca azlmışdır. Hazırda yarımada ərazisində turizm inkişaf etmişdir. Turistləri bura dəniz çimərlikləri və akad mədəniyyəti özünə cəlb edir. == Tarixi == Təqribi olaraq 3000 il öncə yarımadada Mikmakilər. 1604-ci ildə yarımada ərazisində ilk fransız koloniyası salınmışdır.
Akamas yarımadası
Akamas yarımadası — Kipr adasının qərbində olan yarımada. Zirvəsi Kiprin ən qərb nöqtəsini təşkil edir. Ən yaxın qəsəbə Polis Xrisoxus bələdiyyəsinin bir hissəsi olan Laçı şəhəridir. Yarımadanın sahəsi 230 km²-dir. Yarımada ehtimal ki, Teseyin oğlu Akamasın adını daşıyır. O, Troya müharibəsindən sonra orada qalmışdı. Akamas bir qoruqdur. Tapılan 530 bitki növündən 35-i endemikdir. Yarımadada Glaucopsyche paphosunun endemik kəpənək növlərinə də rast gəlmək olar. Sini çanaqlı tısbağalar yumurtalarını uzaq Lara çimərliyində qoyur.
Antarktik yarımadası
Antarktida yarımadası (1961-ci ilədək sovet və İngiltərə xəritələrində Qreyam Torpağı, Amerika xəritələrində Palmer yarımadası, Çili xəritələrində O’Xiqgins Torpağı, Argentina xəritələrində San Martin Torpağı adlanırdı) — Antarktida ərazisinin bir hissəsi. Uzunluğu materikin əsas kütləsindən şimala 1200 km. qərbdən-şərqə təqribən 200 km-dir. Mərkəzi hissəsi hündürlüyü 1500–2000 m olan buz platosudur. Yarımada ilə Juenvil adası arasında Antarktik boğazı yerləşir. Sahil zolağında qismən buzdan azad dağ massivləri var. 10-cu Sakit okean elmi konqresin (1961) məsləhəti ilə Antarktikanın tədqiqində iştirak edən ölkələrin əksəriyyəti bu ərazini Antarktika yarımadası adlandırmışdır. Ondan şimal-qərbdə Adeleyd adası yeləşir.
Apennin yarımadası
Apennin yarımadası (it. Penisola italiana — İtaliya yarımadası; eləcə də it. Penisola appenninica) — Avropanın böyük yarımadalarından biri. Qitənin cənubunda yerləşir və Aralıq dənizinin sahilindədir. Yarımadada İtaliyanın əsas hissəsi, San-Marino Respublikası və teokratik dövlət olan Vatikan yerləşir. Yarımadanın sahəsi 149 000 km²-dir. Uzunluğu təqribən 1100 km, eni 130-dan 300 km-ə qədərdir. Appenin yarımadasının şimal hissəsi Padan ovalığı ilə, qərbdən Tirren dənizi, şərqdən Adriatik dənizi, cənubdan isə İonik dənizi ilə əhatə olunub. Yarımadanı Elba adasından Pombino boğazı, Siciliya adasından isə Messin boğazı ayırır. Yarımadanın adı onun böyük hissəsi boyunca uzanan Appenin dağlarından götürülüb.
Aqraxan yarımadası
Aqraxan yarımadası (və ya, Üç-Kosa) — Alçaq yarımada olaraq Xəzər dənizinin Dağıstan sahillərində yerləşir. Terek çayının tarixi deltasında meydana gələn yarımada. İnzibati cəhətdən Mahaçqala şəhəri inzibati sovetliyinə daxiıdir. Yarımadanın sahəsi 212 km², uzunluğu 50 km, eni isə 8 km təşkil edir. Ən hündür nöqtəsi Xəzərdən 10 metr yüksəklikdə yerləşir. Qərbdən Aqraxan körfəzinin suları ilə yuyulur. Düynlər və şoranlıqlar ərazisinin böyük hissəsini əhatə edir. Əsasən yarımsəhra bitkiləri geniş yayılıb. Güçlü küləklər əsir. Yarımada boyunca vaxtı ilə mövcud olan Sulak Lopatin dəmir yolunun qalıqlarına rast gəlmək olar.
Araya yarımadası
Pariya yarımadası (isp. Paria) — Cənubi Amerikanın şimal-şərqində, Venesuela ərazisində yerləşən yarımada. Karib Andının davamını təşkil edir. Karib dənizi suları ilə əhatələnir. Karyako körfəzini isə şimal hissədən əhatələyir. Marqarita adasından Kubaqua boğazı ilə ayrılır. Yarımadada sıx kollar və akasiya ağacları yayılmışdır. Yarımada Sukre ştatı ərazisinə daxildir. İnzibati baxımından Ribero və Kruz Salmeron Akosta rayonlarınma ayrılır. Qərb qutaracağında Araya şəhəri yerləşir.
Asuero yarımadası
Asuero yarımadası (isp. Península de Azuero) — Mərkəzi Amerikada Panamanın cənubunda yerləşən yarımada. == Coğrafiya == Yarımada Panama bərzəxinin cənubunda yerləşir. Cənubdan və qərbdən Sakit okean, şərqdən Panama körfəzinin suları ilə əhatələnir. Maryato burnu yarımadanın cənub-qərbində yerləşir və Şimali Amerikanın ən ucqar cənub nöqtəsidir. Panamanın üç vilayətini yarımada ərazinində yerləşir: Errera, Los-Antos, Veraqus. Yarımada Kolumbiyalı siyasətçi və yazıçı Visente Asueronun (isp. Vicente Azuero) şərəfinə adlandırılmışdır.
Atsumi yarımadası
Аtsumi yap. 渥美半島 (Atsumi-hanto) — Yaponiyanın Aiçi prefekturası ərazisində yerləşir. Honşu adasının şərq hissəsində Sakit okeanının sahillərində qərar tutur. Əsas şəhərləri Tahara və Toehasi. == Mənbə == Japan:An Illustrated Encyclopedia.
Au yarımadası
Au yarımadası (alm. Halbinsel Au‎) — İsveçrənin Sürix kantonunda, Sürix gölündə yerləşən yarımada. == Tarixi == Yarımada Surix kantonunun ərazisinə 1150-ci ildə daxil edilmişdir. Ancaq burada ilk yaşayış 1316-cı ildə qurulmuşdur. 1651-ci ildə yarımada və ora daxil olan bütün mülkiyyət isveçrəli general və dövlət xadimi, Qans, Rudolf Verdmyuller tərəfindən satın alınmışdır. Onun ölümündən sonra bütün mülkiyyət Sürix kantonuna qaytarılmışdırFridrix Qotlib öz şerlərində buranı hər isveçrəlinin müqəddəs yeri olaraq göstərir. Hazırda Au Vedensvil kommunası ərazisinə daxildir. Yarımada ərazisinə ancaq xüsusi katerlərdə getmək olar. 2007-ci ilin 31 dekabr tarixli məlumatına görə yarımadada 615 nəfər yaşayır.
Avalon yarımadası
Avalon yarımadası — Nyufaundlend adasının cənub-şərq hissəsində yerləşən iri yarımadalarından biri. Sahilləri nisbətən parçalıdır və körfəzlərə əhatələnib. Ərazi Şimali Amerika materikinin avropalı kolonistlər tərəfindən ilk məskunlaşma bölgələrindən biridir. Yarımada ərazisində 250 min nəfər insan məskunlaşmışdır. Yarımadada vilayətin paytaxtı olan Sent-Cons şəhəri yerləşir.
Ayon-Oros (yarımada)
Ayon-Oros və ya Agion-Oros (yun. Άγιου Όρου – müqəddəs dağ) — Yunanıstanda yarımada. Xalkidiki yarımadasının şərq çıxıntısıdır. Meşələri, bağları və üzümlükləri var. Cənub qurtaracağı çoxlu monastırı olan Afon dağıdır.
Ayon-Oros yarımadası
Ayon-Oros və ya Agion-Oros (yun. Άγιου Όρου – müqəddəs dağ) — Yunanıstanda yarımada. Xalkidiki yarımadasının şərq çıxıntısıdır. Meşələri, bağları və üzümlükləri var. Cənub qurtaracağı çoxlu monastırı olan Afon dağıdır.
Ayverax yarımadası
Ayverax (irl. lang-ga, ing. Iveragh Peninsula) — İrlandiyanın cənub-şərqinin çoxsaylı yarımadalarından biri. Mərkəzi və şərqi dağlıqdlr. Burada hündürlük 500 netrə qədər çatır. Sahilləri sıldırımlıdır. Az bir qismi isə çimərliklərdir. Ən böyük çimərlik isə Rossbeyax Biçdir (Rossbeigh Beach). Yaxınlığında çoxlu sayda kiçik əraziyə sahib arxipelaqkar vadır. İqlimi mülayimdir ancaq güçlü küləklər müşahidə edilir.
Bakassi yarımadası
Bakassi yarımadası (fr. Bakassi) - Qərbi Afrikanın Atlantik okean akvatoriyasına daxil olan Qvineya körfəzi (Biafra) sahillərində yerləşir. Sahəsi 665 km² təşkil edir. 2008-ci ilin 14 avqust tarixindən yarımada Kamerunun Ndian departamentinin Cənub-qərb regionunda yerləşir. Ərazi Nigeriyaya məxsus olmuşdur. 22 noyabr 2007-ci ildə BMT təşkilatının Beynəlxaq Məhkəməsi yarımadanı Kameruna verilməsi haqqında qərar çıxarır. Buna baxmayaraq Nigeriya senatı bu qərarın konstutsiyaya zidd olduğu bildirərək çıxarılan qərara əməl etmir.
Balkan Yarımadası
Balkanlar və ya Balkan yarımadası (sloven. Balkanski polotok, xorv. Balkanski poluotok, bosn. Balkansko poluostrvo, serb. Балканско полуострво, rum. Peninsula Balcanică, yun. Βαλκανική χερσόνησος, türk. Balkan Yarımadası, lat. Paeninsula Balcanica) — Avropanın cənub şərq hissəsi. Balkanlara Albaniya, Bolqarıstan, Bosniya və Herseqovina, Yunanıstan, Makedoniya Respublikası, Rumıniya, Serbiya, Sloveniya, Türkiyə, Xorvatiya və Monteneqro daxildir.
Balkan yarımadası gölləri
Balkan yarımadası gölləri — Balkanlardakı göllər qismən tektonik və qismən də əhəng daşı aşınmasına bağlı olaraq yaranmışdır. Şimaldakı İşkodra gölü Balkanların ən böyük gölü olmaqla birlikdə Oxrid gölü də Balkanların ən dərin gölüdür. Prespa gölü isə Makedoniya Yunanıstan və Albaniya sərhədləri daxilindədir. Digər bir tərəfdən Balkanların şimal və şimal şərqində Kiçik Alp gölləri də mövcuddur. === Flora və faunası === Oxrid gölü dünyanın ən geniş bioloji müxtəlifliyə sahib göllərindən biri hesab olunur. Göldə vaxtilə böyük bir bataqlıq ərazisi var idi, lakin torpaqların şəhər və kənd təsərrüfatı torpaqlarına çevrilməsi səbəbindən çox hissəsi itirilib. Hazırda qalan bataqlıq Oxrid şəhəri yaxınlığındakı Studenchishte bataqlığıdır. Bataqlıq ərazi müxtəlif bitki və heyvan növləri üçün mühüm yaşayış yeridir. Göl mikroorqanizmlərdən tutmuş iri heyvanlara qədər dünyanın çox sayda endemik heyvan növlərinə ev sahibliyi edir. Beləki planariyalılar, süngərlər, molyuskalar, xərçəngkimilər və süngərlər arasında böyük endemizm müşahidə olunur.
Balkan yarımadasının iqlimi
Balkan yarımadası iqlimi— Balkan yarımadası tarixən dünyada insanın yaşaması üçün ideal iqlim şərtlərinə sahib olan coğrafi məkanlardan biri olmuşdur. Yarımadanın iqlim xüsusiyyətlərinə diqqət yetirəndə ; cənubdan şimala və dəniz sahilindən daxili hissələrə doğru dəyişdiyi görünməkdədir. Cənubda Aralıq dənizi iqlimi üstünlük təşkil edir. Burada qışlar mülayim və yağışlı keçərkən, yaylar isti və quraqdır. Afinada qar nadir hallarda görünür. Şimalda və daxili hissələrə doğru getdikcə iqlim sərtləşir. Dağlıq bölgələrdə sentyabr və oktyabr aylarında yağan qar iyun ayında hələdə yerdə qalır. Yunanıstanda çox vaxt yay fəsli isti, qış fəsli isə mülayim və sərin keçən Aralıq dənizi iqliminin təsiri altındadır. Sahildə və adalarda iqlim daha yumşaq olmasına baxmayaraq, dağlıq ərazilərdə və daxili hissələrdə iqlim daha sərt keçir. Yağışın miqdarı ümumilikdə aşağıdır.
Banks yarımadası
Banks yarımadası (ing. Banks Peninsula) - Yeni Zelandiyanın Cənub adasında yerləşən vulkanik mənşəlli yarımada. Yarımadanın sahəsi 1150 km² təşkil edir. Yarımada ətrafında çoxlu sayda havan, körfəz və buxta vardır. Cənub adasının ən böyük şəhəri olan Kraystçerç yarımadanın şimalında yerləşir. == Torpaq sahəsi == Araşdırmalar göstərir ki, təbii meşələr yarımadanın 98 % əhatə edirdi. Maopri və avropalıların təsərüffat fəaliyyəti sayəsində meşələrin sahəsi 2 % qədər azalmışdır. avropalılar özü ilə burta bir çox yeni ağac növləri gətirmişlər. Son zamanlar isə meşə örtüyünün bərpası işləri aparılır. Bu məqsədlə özəl Hinevai qoruğu təşkil edilmişdir.
Bayqabıl yarımadası
Bayqakıl yarımadası (qaz. Байғабыл түбегі) — Balxaş gölünün şimalında yerləşən yarımada. Cənub-şərqə 20 km məsafədə uzanır. Eni 1 - 8 km arasında dəyişir. Maksimal hündürlüyü 396 metrdir. Mərkəzi dağlıqdır. Ərazisində şoranlığa davamlığa bitkilər yayılmışdır. == Mənbə == Qazaxıstan Milli ensiklopediyası.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.76 dəfə / 1 mln.
2003 •••••••• 0.79
2004 ••••••• 0.67
2005 •••••••••••••••••••• 2.02
2007 ••••••••••••••••• 1.69
2009 ••••• 0.48
2010 ••••••••••• 1.09
2011 •••••••••••• 1.12
2012 •••••• 0.60
2013 •••••••••••••••••• 1.75
2014 ••••••• 0.69
2015 •••••••••••••••• 1.53
2017 •• 0.16
2018 ••• 0.30
2019 •••••••••• 0.97
2020 •• 0.13

yarıma sözünün leksik mənası və izahı

yarıma sözünün rus dilinə tərcüməsi

"yarıma" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yarıma nədir? #yarıma sözünün mənası #yarıma nə deməkdir? #yarıma sözünün izahı #yarıma sözünün yazılışı #yarıma necə yazılır? #yarıma sözünün düzgün yazılışı #yarıma leksik mənası #yarıma sözünün sinonimi #yarıma sözünün yaxın mənalı sözlər #yarıma sözünün əks mənası #yarıma sözünün etimologiyası #yarıma sözünün orfoqrafiyası #yarıma rusca #yarıma inglisça #yarıma fransızca #yarıma sözünün istifadəsi #sözlük