yarımkürələr sözü azərbaycan dilində

yarımkürələr

Yazılış

  • yarımkürələr • 75.0000%
  • Yarımkürələr • 25.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Beyin yarımkürələrinin funksiyaları
== İlkin anlayış == İnsanlar arasında formalaşmış fikirə görə sağ və sol beyin yarımkürələrinin funksiyaları insanların müxtəlif fəaliyyətlərini təmin edir. İlk olararaq demek olar ki bu sahədə aparılan tədqəqatlar müxtəlif alimlər tərəfindən müxtəlif cür səsləndirilir. Bu tədqiqatlarda alimlərin gəldikləri nəticələr son zamanlar texnalogiyanın inkşafı ilə əlaqədar olaraq dahada genişlənib. Beyin hissələri üzərində aparılan araşdırmalar əvvəlki araşdırmaları ziddiyətli çıxmağa başlayır. Bu sahədə araşdırma aparmış alimlərdən Robert Ornsteyn, Jeff Anderson, Anna Abraham, Mark Beeman, Adam Bristol, Kalina Christoff, Andreas Fink, Jeremy Gray, Adam Green, Rex Jung, John Kounios, Hikaru Takeuchi, Oshin Vartanian, Darya Zabelina adlarını çəkmək həmçinin Utah Universitetinin nevroloqlarını bildirmək olar. Beyinin doğurdanmı sol yarımkürəsi dillər, Riyazıyyat, məntiq ,ağıl, grammatika, təhlil və yazı , sağ yarımkürə isə rəng qavrayışı, musiqi, təxəyyül, xətyal etmə, planlaşdırma, ritim hissi və yaradıcılıq kimi hissələrə bölünür. Bu alimlərin apardıqları araşdırmalarada ilk olaraq Robert Ornsteyn, araşdırmasına baxaq. == Funksiyaları == === Robert Ornsteyn tədqiqatları === Kaliforniya Universitetinin Professoru Robert Ornsteyn bu sahədə apardığı araşdırmada beyinin hər iki tərəfinin müxtəlif funksiyalara malik olub olmadığını praktiki olaraq gösdərdi. O araşdırmasında bildirdi ki beyinin sol tərəfi zədələnərsə bədənin sağ hissəsi, sağ hissə zədələnərsə bədənin sol hissəsi iflic olur. Robert Ornsteyn beyinin hər iki tərəfinin birlikdə işlədiyi bildirərək identik beyin fərziyyəsindən çıxış etdi.
Beyin yarımkürələri
Onurğalıların beyni iki böyük yarımkürəyə (lat. Hemisphaerium cerebri) bölünür: sol və sağ. Yarımkürələrin daxili təbəqəsi ağ maddə ilə, xarici təbəqəsi isə boz maddə ilə dəstəklənən beyin qabığıdır. İki yarımkürə komissuralar - sinir liflərinin eninə dəstələri ilə bir-birinə bağlanır. Bu komissuraların əsası korpus kallosumun qalın təbəqəsidir; öndən arxaya 8 sm uzanır və bir yarımkürədən digərinə uzanan 200-250 milyon sinir lifindən ibarətdir. Anterior və posterior komissuralar və tağ daxil olmaqla daha kiçik əlaqələr, lokallaşdırılmış funksiyaları koordinasiya etmək üçün iki yarımkürə arasında məlumat ötürür. Hər yarımkürədə qütblər adlanan öndə, arxada və yanlarda ən görkəmli bölgələr fərqlənir: frontal qütb (polus frontalis), oksipital qütb (polus occipitalis) və temporal qütb (polus temporalis). Ümumiyyətlə, yarımkürələr incə fərqlərlə bir-birinin güzgü şəkilləridir və sağ tərəf irəli çəkilir. Mikroskopik səviyyədə beyin qabığının sitoarxitekturası hüceyrə funksiyasını, neyromediatorların sayını və reseptor alt tiplərini aşkar edir. Müşahidə edilə bilən fərqlər fərddən fərdə dəyişir.

"yarımkürələr" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yarımkürələr nədir? #yarımkürələr sözünün mənası #yarımkürələr nə deməkdir? #yarımkürələr sözünün izahı #yarımkürələr sözünün yazılışı #yarımkürələr necə yazılır? #yarımkürələr sözünün düzgün yazılışı #yarımkürələr leksik mənası #yarımkürələr sözünün sinonimi #yarımkürələr sözünün yaxın mənalı sözlər #yarımkürələr sözünün əks mənası #yarımkürələr sözünün etimologiyası #yarımkürələr sözünün orfoqrafiyası #yarımkürələr rusca #yarımkürələr inglisça #yarımkürələr fransızca #yarımkürələr sözünün istifadəsi #sözlük