yarımsəhra sözü azərbaycan dilində

yarımsəhra

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • yarımsəhra • 87.0036%
  • Yarımsəhra • 12.9964%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Yarımsəhra
Yarımsəhra – arid iqlim şəraitində formalaşan landşaft tipi. Meşəsiz olub bitki və torpaq örtüyü kompleksi ilə fərqlənir. Y. mülayim və subtropik qurşaqlarda çöl landşaftı ilə səhra landşaftı, tropik qurşaqlarda isə səhra landşaftı ilə savanna landşaftı arasında keçid zonaları təşkil edir. Burada çöl, savanna və səhra landşaftlarının elementləri birləşir. (rus. полупустыня, ing. semi-desert, half-desert)Yarımsəhra, yarımsəhra zonaları — Yerin əsas landşaft tiplərindən biri. Mülayim va subtropik qurşaqlarda çöl ilə səhra, tropik qurşaqlarda isə səhra ilə savanna landşaftları arasında keçid təşkil edir. == İqlim xüsusiyyətləri == İqlimi mülayim və subtropik qurşaqlarda quru, kontinental, tropiklərdə qızmar və qurudur. Orta temperatur qışda mülayim qurşaqlarda —20°S-yə qədər, subtropiklərdə 0°S-dən yuxarı, tropiklərdə 12–20°S, yayda müvafiq olaraq 22–25°S, 20–25°S, 30°S-dir.
Yarımsəhra zonası
Yarımsəhra – arid iqlim şəraitində formalaşan landşaft tipi. Meşəsiz olub bitki və torpaq örtüyü kompleksi ilə fərqlənir. Y. mülayim və subtropik qurşaqlarda çöl landşaftı ilə səhra landşaftı, tropik qurşaqlarda isə səhra landşaftı ilə savanna landşaftı arasında keçid zonaları təşkil edir. Burada çöl, savanna və səhra landşaftlarının elementləri birləşir. (rus. полупустыня, ing. semi-desert, half-desert)Yarımsəhra, yarımsəhra zonaları — Yerin əsas landşaft tiplərindən biri. Mülayim va subtropik qurşaqlarda çöl ilə səhra, tropik qurşaqlarda isə səhra ilə savanna landşaftları arasında keçid təşkil edir. == İqlim xüsusiyyətləri == İqlimi mülayim və subtropik qurşaqlarda quru, kontinental, tropiklərdə qızmar və qurudur. Orta temperatur qışda mülayim qurşaqlarda —20°S-yə qədər, subtropiklərdə 0°S-dən yuxarı, tropiklərdə 12–20°S, yayda müvafiq olaraq 22–25°S, 20–25°S, 30°S-dir.
Yarımsəhra landşaft kompleksi
Yarımsəhra landşaft kompleksi- Yarımsəhralar Abşeron yarımadasının böyük bir hissəsinin (90%) əhatə edir. Bu da iqlimin quraq olması, relyefin alçaq olması və süxurların litoloji tərkibi ilə əlaqədardır. == Relyefi == Onun arealı Xəzər dənizi ilə 500-600 m. Mütləq hündürlüklər arasındaki ərazini əhatə edir. Yarımadanın qərb və mərkəz hissələrinin relyefi sinklinal dərə və çökəkliklərlə ayrılmış qabarıq antiklinal silsilələr, tirələr və yüksəkliklərlə xarakterizə olunur. Bu ərazilərdə Neogen və Dördüncü dövrün karbonatlı – terrigen çöküntüləri yayılmışdır. Burada həm də palçıq vulkanları çox inkişaf etmişdir. Yarımadanın şərq hissəsi əsasən düzənlik olub, orta-yuxarı-Dördüncü dövr və müasir çöküntülərlə örtülmüşdür. Nisbətən hündür relyef yarımadanın şimal-qərb hissəsində rast gəlinir (Qoyundağ – 333 m, Qaraheybət – 272 m), şərqə doğru isə relyef alçalır (Məqribi R.A., 1997). Yarımsəhra iqliminin məhsulu olan şoranlıqlar və duzlu göllər (Mirzaladi, Böyük Şor, Saray, Pirşağagöl və s.) yarımadanın landşaftları üçün xarakterik olub geniş yayılmışdır.
Yarımsəhra və səhra bitkiliyi
Yarımsəhra və səhra bitki senozları respublikanın düzən ərazilərində dəniz səviyyəsindən başlayaraq 200-500 m hündürlüyə qədər, əsasən Xəzər sahilində, cənubi-şərqi Şirvanda, Mil, Muğan, Şirvan və Qarabağ düzlərində, Ceyrançöldə, Qobustanda yayılmışdır. Naxçıvan MR ərazisində yarımsəhra bitkiləri 600-700 m-dən 1200-1300 m-dək rast gəlinir. == İqlimi == İqlimin yüksək rütubətlik dərəcəsi və qrunt sularınn səthə yaxın yerləşməsilə əlaqədar Lənkəran ovalığında və Xaçmaz-Yalama regionunda meşələrin yayılması müstəsnalıq təşkil edir. Yarımsəhra zonasında suvarma əkinçiliyi geniş yayıldığından təbii (ilkin) bitki örtüyünün sahəsi xeyli azalmışdır. Mövcud yarımsəhra örtüyü uzun müddətli mal-qara otarılması nəticəsində öz ilkin vəziyyətini itirmişdir. Belə sahələr əsasən suvarılmayan və şumlanmayan sahələrdə qalmışdır. Bunlar əsasən bu və ya digər dərəcədə pozulmuş efemerli qarağanlıqlardan və kəngizliklərdən ibarətdir. Onların tərkibinə kəvər (Capparis), xostək (Caragana), soğanaqlı qırtıc, yapon tonqalotu (Bromus yaponica) və taxıl otları qarışır. Təkrar şorlaşmaya məruz qalan və hazırda qış otlaqları kimi istifadə olunan sahələrdə torpağın duzluluq dərəcəsindən asılı olaraq qaraşoran (Halocnemum), qışotu (Petrosiminia) sarıbaş (Salsola ruthenica), xəzər şahsevdisi (Halostachus Caspica) yayılmışdır. Dənizkənarı qumluqlarda sirkən (Atriplex), otsarmaşığı (Convovulus), dikyarpaq (Agriophyllum), qum yovşanı, qum göyçiçəyi, dəvətikanı (Alhagi camelorum) və başqa otlar geniş yayılmışdır.
Yarımsəhra və quru çöllər iqlimi
Yarımsəhra və quru çöllər iqlimi — əsasən Mərkəzi çöl vilayəti (dəniz səviyyəsindən 400 m hündürlüyə qədər), Samurçaydan Qızılağac körfəzinə qədər dəniz sahili zona, Naxçıvan MR-nın Arazboyu düzənliklərində yayılmışdır. Həmçinin Lənkəran vilayətində Qızyurdu zirvəsindən şimalda qapalı dağ çökəkliklərində ( dəniz səviyyəsindən 1000 m-dən yuxarıda ) də rast gəlinir. Bu iqlim zəif rütubətlənmə (illik yağıntı miqdarının mümkün buxarlanmanın 15-50%-ni təşkil edir) və əsasən isti qışı ilə səciyyələnir. 10º-dən yuxarı orta sutkalıq temperatur cəmi 4000º-dən çox olub , Kür-Araz ovalığında 4400-4700º təşkil edir. Respublikanın ovalıq-çöl və sahil zonalarında yay xüsusilə qızmar olur. Bunu demək kifayətdir ki, yay mövsümünün ayrı-ayrı günlərində havanın temperaturu tez-tez 36-40º-yə çatır, bəzən isə daha yuxarı olub, isti-quru küləklərin yerli tipləri ilə ( ağ yel, qara yel) bağlı çox qızmar və quru hava hökm sürür. Belə hava aydın, sakit, günəşli günlərdə yerli hava kütlələrinin həddindən artıq qızması və yenidən formalaşmasının nəticəsidir. Bundan başqa belə quru və qızmar hava həm də bizim əraziyə (ümumiyyətlə - Cənubi Qafqaz ölkələrinin ərazisinə) cənubdan tropik havanın daxil olması, cənub siklonlarının qərbdən şərqə - Aralıq dənizi - Qara dəniz - Şimali Qafqaz istiqamətində keçməsi, həm də əlverişli sinoptik şəraitdə qızmar və quru Orta Asiya havasının şərqdən Xəzər dənizi üzərindən ərazimizə daxil olmasının nəticəsidir. Beləliklə, bəzən yay aylarında Azərbaycan özündə Xəzərin şərq sahilindəki səhraların isti və qızmar nəfəsini hiss edir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.28 dəfə / 1 mln.
2003 •••••••••••••••••• 0.79
2004 •••••••• 0.34
2007 •••••••••• 0.42
2009 ••••••••••• 0.48
2011 •••••••• 0.34
2012 •••••••• 0.34
2015 •••••••• 0.34
2016 •••• 0.17
2017 •••••••• 0.33
2018 •••••••••••••••••••• 0.90
2019 ••••••• 0.28
2020 ••••••••• 0.40

yarımsəhra sözünün leksik mənası və izahı

yarımsəhra sözünün rus dilinə tərcüməsi

  • 1 полупустыня

    Azərbaycanca-rusca lüğət / yarımsəhra
  • 2 геогр. I сущ. полупустыня (географическая зона, переходная между пустыней и степью) II прил. полупустынный. Yarımsəxra iqlimi полупустынный климат, yarımsəxra landşaftı полупустынный ландшафт, yarımsəxra torpaqlar почв. полупустынные почвы

    Azərbaycanca-rusca lüğət / yarımsəhra

yarımsəhra sözünün inglis dilinə tərcüməsi

yarımsəhra sözünün fransız dilinə tərcüməsi

yarımsəhra sözünün ləzgi dilinə tərcüməsi

Oxşar sözlər

#yarımsəhra nədir? #yarımsəhra sözünün mənası #yarımsəhra nə deməkdir? #yarımsəhra sözünün izahı #yarımsəhra sözünün yazılışı #yarımsəhra necə yazılır? #yarımsəhra sözünün düzgün yazılışı #yarımsəhra leksik mənası #yarımsəhra sözünün sinonimi #yarımsəhra sözünün yaxın mənalı sözlər #yarımsəhra sözünün əks mənası #yarımsəhra sözünün etimologiyası #yarımsəhra sözünün orfoqrafiyası #yarımsəhra rusca #yarımsəhra inglisça #yarımsəhra fransızca #yarımsəhra sözünün istifadəsi #sözlük