yarımçıq sözü azərbaycan dilində

yarımçıq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • yarımçıq • 88.1603%
  • Yarımçıq • 11.6383%
  • YARIMÇIQ • 0.2014%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Yarımçıq xatirələr
Yarımçıq xatirələr — 2015-ci ildə çəkilmiş Azərbaycan filmi. Rejissoru Elxan Cəfərovdur. == Məzmun == Film 1941-ci ildə Brest qalasını faşistlərdən qəhrəmancasına müdafiə etmiş və 50 ildən sonra doğma Qarabağını erməni işğalçılarından müdafiə etməyə qalxmış Azər (Bəhruz Vaqifoğlu) adlı bir əsgərin taleyindən bəhs edir. Filmin qəhrəmanı iki müharibənin iştirakçısıdır. Filmdəki hadisələr Qarabağ müharibəsinə rus zabitinin gözü ilə baxışı əks etdirir. Qarabağda ermənilər tərəfdə döyüşən rus kapitanı Vanya veteran Azəri öldürür, sonra isə yaşlı azərbaycanlı snayperin xatirələr gündəliyini tapır. Babasının Böyük Vətən müharibəsində veteran Azər ilə birgə döyüşdüyünü öyrənən rus zabiti onun meyitini Azərbaycan tərəfinə vermək üçün öz həyatını təhlükəyə atır, eyni zamanda gündəliyi vərəqlədikcə ekranda 1941–45-ci ilin hadisələri canlanır. == Film haqqında == Filmin təqdimat mərasimi 9 may 2015-ci ildə Nizami Kino Mərkəzində keçirilmişdir. Film faşizm üzərində qələbənin 70 illiyinə həsr olunmuşdur. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Yarımçıq əlyazma (roman)
Yarımçıq əlyazma (ing. the incomplete manuscript)— Kamal Abdulla tərəfindən 2004 cü ildə nəşr edilmiş roman. == Haqqında == Kitab Londonda "Pikadili the Fifth View Waterstone Flagman" mağazasındada AAC-nin təşkilatçılığı ilə keçirilmiş tədbirdə təqdim olunub. Tədbirdə həm Azərbaycan, həm də kosmopolit Londondan 100-ə yaxın kitabsevər iştirak edib. Bu kitab Dədə Qorqud adlı bir ozan tərəfindən Oğuz elindəki xainlərin iç üzünün ifşa olunması ilə bağlı aparılan tədqiqatın hesabatı xarakterini daşıyır. Bu isə , öz növbəsində, XVI əsrdə mövcud olan Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətaiyə aid başqa bir hekayə ilə sıx əlaqədardır. Bu iki istiqaməti özündə birləşdirən "Yarımçıq əlyazma" romanı ingilis, fransız, italyan, türk, rus, polyak, ərəb, yapon, portuqal, alman və qazax dillərində nəşr olunub.
Yarımçıq xatirələr (film, 2015)
Yarımçıq xatirələr — 2015-ci ildə çəkilmiş Azərbaycan filmi. Rejissoru Elxan Cəfərovdur. == Məzmun == Film 1941-ci ildə Brest qalasını faşistlərdən qəhrəmancasına müdafiə etmiş və 50 ildən sonra doğma Qarabağını erməni işğalçılarından müdafiə etməyə qalxmış Azər (Bəhruz Vaqifoğlu) adlı bir əsgərin taleyindən bəhs edir. Filmin qəhrəmanı iki müharibənin iştirakçısıdır. Filmdəki hadisələr Qarabağ müharibəsinə rus zabitinin gözü ilə baxışı əks etdirir. Qarabağda ermənilər tərəfdə döyüşən rus kapitanı Vanya veteran Azəri öldürür, sonra isə yaşlı azərbaycanlı snayperin xatirələr gündəliyini tapır. Babasının Böyük Vətən müharibəsində veteran Azər ilə birgə döyüşdüyünü öyrənən rus zabiti onun meyitini Azərbaycan tərəfinə vermək üçün öz həyatını təhlükəyə atır, eyni zamanda gündəliyi vərəqlədikcə ekranda 1941–45-ci ilin hadisələri canlanır. == Film haqqında == Filmin təqdimat mərasimi 9 may 2015-ci ildə Nizami Kino Mərkəzində keçirilmişdir. Film faşizm üzərində qələbənin 70 illiyinə həsr olunmuşdur. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Yarımçıq qalmış mahnı (film, 1979)
== Məzmun == Kinolent özfəaliyyət vokal-instrumental ansamblı, onun Krım və Qara dəniz sahillərinə uğurlu qastrol səfərləri haqqında danışır. Ansamblın solisti Mikayıl Məmmədbəyli (Fərhad Yusifov) Moskvada Böyük Teatrda təcrübə keçmək üçün dəvətnamə alır, lakin yaradıcılıq əməkdaşlığına sadiq qalaraq bu dəvətdən istifadə etmir. == Film haqqında == Filmdə Müslüm Maqomayevin "Vesenniy kray", "Prisnivshayasya pesenka", "Yesli v mire yest lyubov", "Mı dlya pesni rojdenı", "Moya lyubov" mahnıları səslənir. Filmdəki bütün mahnıları Müslüm Maqomayev ifa edir. Burada eyni zamanda gənc və istedadlı müğənninin yaradıcılıq yolunun başlanğıcından söhbət gedir. Film yazıçı Maqsud İbrahimbəyovun "Baritonla Orkestr üçün Konsert" povesti əsasında ekranlaşdırılmışdır. Film aktrisa Nataliya Tağıyevanın kinoda ilk işidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Maqsud İbrahimbəyov Quruluşçu rejissor: Maqsud İbrahimbəyov Quruluşçu operatorlar: Valeri Kərimov, Vladimir Dmitriyevski Bəstəkar: Müslüm Maqomayev Quruluşçu rəssam: Elbəy Rzaquliyev Səs operatoru: Kamal Seyidov Rejissor: Rafiq Dadaşov Geyim üzrə rəssam: Mahmud Aslanov Qrim edən: L. Kuznetsova Montajçılar: Tamara Nərimanbəyova, Nelli Mahmudova Operatorlar: Rəşid Nağıyev, Vaqif Muradov Rejissor assistentləri: Yusif Əlizadə (Yusif Əliyev kimi), Yusif Şeyxov Operator assistentləri: R. Səfərəliyev, R. Umudov Rəssam assistenti: E. Muradova Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Redaktor: Nadejda İsmayılova Musiqi redaktoru: Rauf Əliyev (R. Əliyev kimi) Çalır: Mərkəzi Televiziyanın Ümumittifaq Radiosunun Estrada-Simfonik Orkestri Dirijor : A. Mixaylov Mahnı ifa edənlər: Müslüm Maqomayev, "Samotsvetı" Vokal Ansamblı, "Qaya" Vokal Kvarteti Musiqilərindən istifadə edilən bəstəkarlar: Domeniko Modunyo, T. Babayev, Polad Bülbüloğlu, B. Çezare Filmin direktoru: Aydın Dadaşov, Semyon Qaragedov === Rollarda === Müslüm Maqomayev — artist Fərhad Yusifov — Mikayıl Svetlana Toma — Məryəm Nataliya Tağıyeva (Nailə Bağırova kimi) — Xədicə Vladimir Tatosov — Tağıyev Rəfael Dadaşov-Adil Elçin Məmmədov — Seymur Yaşar Nuri (Yaşar Nuriyev kimi) — musiqiçi İdris Zeynalov — musiqiçi Mayak Kərimov — musiqiçi Aleksandr Nisanov — musiqiçi Anatoli Falkoviç — Nikolay Məlik Dadaşov — Filarmoniyanın direktoru Aleksandr Şarovski — ofisiant Muxtar Maniyev — Xədicənin qardaşı Hacımurad Yegizarov (Murad Yegizarov kimi) — kapitan Rafiq Əliyev (II) — kontor müdiri Yuri Mnatsakanov (Y. Mnatsakanov kimi) A. Kərimov Aleksandr Kşinovloqer Cahangir Aslanoğlu — küçədəki adam (titrlərdə yoxdur) Yusif Əlizadə-Zavod işçisi (titrlərdə yoxdur) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Rasim İsmayılov. Yarımçıq qalmış nağıl... (film, 2012)
Rasim İsmayılov. Yarımçıq qalmış nağıl... — rejissor Elvin Vəlimətovun 2012-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə görkəmli kinooperator, rejissor və ssenarist, Azərbaycanın əməkdar incəsənət xadimi Rasim İsmayılovun xatirəsinə həsr olunur. == Film haqqında == Filmdə "Səma ilə görüş", "Dağ meşəsindən keçərkən", "Yenilməz batalyon", "Sevil", "Yeddi oğul istərəm...", "Axırıncı aşırım", "Gün keçdi", "Nəsimi", "Dədə Qorqud", "Sevinc buxtası", "Babək", "Şir evdən getdi", "Asif, Vasif, Ağasif", "Sizi dünyalar qədər sevirdim" filmlərinin, eləcə də "Danışan işıqlar" cizgi filminin kadrlarından istifadə edilmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 16.23 dəfə / 1 mln.
2002 •••••••••••••• 17.13
2003 •••••••••••••• 17.32
2004 ••••••••••••• 16.51
2005 •••••••••••••••••••• 25.64
2006 ••••••••••••• 16.22
2007 ••••••••••• 12.90
2008 ••••••• 8.53
2009 •••••••••••••• 17.12
2010 ••••••••••••••• 19.15
2011 ••••••••••••• 16.21
2012 •••••••••••• 15.32
2013 •••••••••••••••••••• 25.53
2014 •••••••••••••••••••• 24.71
2015 •••••••••••• 14.97
2016 ••••••••• 10.59
2017 •••••••••••• 14.63
2018 ••••••••• 10.34
2019 •••••••••• 12.66
2020 •••••••••••••• 16.84

yarımçıq sözünün leksik mənası və izahı

  • 1 sif. 1. Sona, axıra çatdırılmamış; natamam, bitməmiş. Yarımçıq iş. // Zərf mənasında. Yarısında, ortasında, axıra çatdırmayaraq, natamam. Kitabı yarımçıq qoymaq (axıra qədər oxumamaq). Çayı yarımçıq qaldı (axıra qədər içmədi). İşini yarımçıq qoyub getmək. – Rzaqulu xan hansı təşəbbüsə başladısa, yarımçıq qaldı. M.S.Ordubadi. Mehriban bir saat idi ki, əlindəki işini yarımçıq buraxıb otağın içində gəzişir, gah şüşəbəndə çıxıb qapıya gedir, gah evə qayıdıb pəncərədən küçəyə baxırdı. S.Hüseyn. 2. Dolu olmayan, başı yarımçıq olan. Yarımçıq qab. – Koroğlu baxdı ki, arpa çuvalları yarımçıqdı. “Koroğlu”. Mahmud yarımçıq səbəti dalına atıb … geri qayıtdı. Ə.Əbülhəsən. 3. məc. Sənətini yaxşı bilməyən, bir şey haqqında lazımınca məlumatı, biliyi olmayan adam haqqında. Anlayana da can qurban, anlamayana da; Dad yarımçıq əlindən. (Ata. sözü). …Çox “yarımçıqlar” var ki, rusca danışanda bir o tərəfə-bu tərəfə baxır, görsün ki, hansı bir həmşəri və hambal buna təəccüblü baxıb öz könlündə deyəcək: “Ədə, nə zalımdır!” C.Məmmədquluzadə. [Rüstəm bəy:] Mən bəhailiyi qəbil edənlərə diqqət etdim. Bunların içində bir nəfər də olsun kamil adam yoxdur, hamısı yarımçıqlardır. Çəmənzəminli. 4. məc. Məsələni axıra qədər həll etməyən, ardıcıl olmayan. Yarımçıq tədbir. Yarımçıq islahat. Yarımçıq vədlər.

    Azərbaycan dilinin izahlı lüğəti / yarımçıq

yarımçıq sözünün etimologiyası

  • 1 Yarmaq feilindən yarı sözü, onun əsasında yarım kəlməsi əmələ gəlib. Yarımçıq, əslində, yar-ı-m-sı-q kimi olub. “Yarıya doğru meyilli” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / yarımçıq

yarımçıq sözünün sinonimləri (yaxın mənalı sözlər)

yarımçıq sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 YARIMÇIQ – BÜTÖV Sadə cümlələr cümlə üzvlərinin iştirakına görə bütöv və ya yarımçıq olur. YARIMÇIQ – DOLU Koroğlu baxdı ki, arpa çuvalları yarımçıqdı (“Koroğlu”); İri ocaqların üstündə dolu qazanlar buğlanır (M.Rzaquluzadə). YARIMÇIQ – TAM Söhbət yarımçıq qaldı. Hidayət hadisəni tamam danışdı (Mir Cəlal).

    Azərbaycan dilinin antonimlər lüğəti / yarımçıq

yarımçıq sözünün rus dilinə tərcüməsi

  • 1 1. недоконченный, недоделанный; 2. неполный, половинчатый; 3. недоносок;

    Azərbaycanca-rusca lüğət / yarımçıq
  • 2 I прил. 1. неоконченный, незаконченный, незавершённый. Yarımçıq iş неоконченная работа, yarımçıq əsər незавершённое произведение, yarımçıq istehsal экон. незаконченное производство 2. неполный: 1) занятый чём-л. не доверху. Yarımçıq çuvallar неполные мешки, yarımçıq vedrə неполное ведро 2) не доведённый до необходимой нормы. Yarımçıq cavab неполный ответ; yarımçıq iş günü неполный рабочий день; астр. yarımçıq tutulma неполное затмение, yarımçıq səfhə неполная фаза, yarımçıq sıxılma тех. неполное сжатие; лингв. yarımçıq cümlə неполное предложение, yarımçıq sifətlər неполные прилагательные 3. половинчатый. Yarımçıq qərar çıxartmaq вынести половинчатое решение, yarımçıq ölçü götürmək принять половинчатые меры 4. недо… Yaırmçıq tikilmiş недостроенный, yarımçıq yazılmış недописанный, yarımçıq yemək недоедать, yarımçıq yeyilmiş недоеденный, yarımçıq içilmiş недопитый, yuxudan yarımçıq durmaq недоспать, недосыпать; yarımçıq qalmaq остаться незавершённым, незаконченным, неоконченным; yarımçıq qoymaq оставить неоконченным, невыполненным, незавершённым, нерешённым, məsələni yarımçıq qoymaq оставить вопрос нерешённым; işi yarımçıq qoymaq оставить работу наполовину недоконченной; təhsili yarımçıq qoymaq оставить учёбу, недоучиться; binanı yarımçıq qoymaq недостроить здание; yarımçıq buraxmaq nəyi прервать, оставить недоконченным; məktəbi yarımçıq buraxmaq оставить школу; sözünü yarımçıq kəsmək kimin не дать высказаться к ому, прервать на полуслове кого; söhbəti yarımçıq kəsmək прервать беседу

    Azərbaycanca-rusca lüğət / yarımçıq

yarımçıq sözünün inglis dilinə tərcüməsi

yarımçıq sözünün fransız dilinə tərcüməsi

yarımçıq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. зуракӀ (1. бегьем тушир, куьтягь тавунвай (тахьанвай); yarımçıq iş зуракӀ кӀвалах; 2. ацӀун тавур, гел аламай (мес. шешел); 3. пер. вичин пеше хъсандиз чизвачир, лазим кьадар чирвилер (малумат) авачир касдин гьакъинда; 4. пер. месэла эхирда кьван гьял тийир, галай-галайвал тушир).

    Azərbaycanca-ləzgicə lüğəti / yarımçıq

"yarımçıq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yarımçıq nədir? #yarımçıq sözünün mənası #yarımçıq nə deməkdir? #yarımçıq sözünün izahı #yarımçıq sözünün yazılışı #yarımçıq necə yazılır? #yarımçıq sözünün düzgün yazılışı #yarımçıq leksik mənası #yarımçıq sözünün sinonimi #yarımçıq sözünün yaxın mənalı sözlər #yarımçıq sözünün əks mənası #yarımçıq sözünün etimologiyası #yarımçıq sözünün orfoqrafiyası #yarımçıq rusca #yarımçıq inglisça #yarımçıq fransızca #yarımçıq sözünün istifadəsi #sözlük