yastı sözü azərbaycan dilində

yastı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • yastı • 84.4340%
  • Yastı • 13.9151%
  • YASTI • 1.6509%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Yastı mühərrik
Yastı mühərrik olaraq da bilinən bokser mühərriki (boxer), yerə paralel olan porşenli daxili yanma mühərrikidir. Boksör mühərrikində silindrlər tək bir krank milinin hər iki tərəfinə 2 sıra qoyulur və beləliklə bütün porşenlərin hərəkətinin tək bir müstəvidə olmasını təmin edir. Üfüqi formada porşenləri qarşılıqlı olan bu daxili yanma mühərrikinin patent hüququ 1896-cı ildə Karl Benz tərəfindən alınmışdır. Boxer mühərriklərinin pistonları üfüqi və qarşılıqlı düzülmüşdür və krank mili ortada və müştərəkdir. Bununla birlikdə, əksər vaxt bu mühərrikləri başqa bir mühərrik tipində olan və yenə də porşenləri qarşılıqlı, ancaq bu dəfə əks olan əks pistonlu mühərriklərlə qarışdırırlar. Bununla birlikdə, bu iki mühərrik növünün ən açıq fərqi, boxer mühərrikində müştərək və ortada olan krank milinin digər növdə ayrı (əsasən) və kənarda olmasıdır. Alfa Romeo, Porsche, Subaru və Volkswagen kimi markaların bir müddət istifadə etdikləri və hələ də Porsche və Subaruda istifadə edilməyə davam edən bu mühərrik növü, dar yerdə minimum müqavimətlə maksimum güc əldə etmək üçün qısa piston çubuğunun istifadəsinə imkan verir. Lakin bu gün yüksək yanacaq sərfiyyatına görə bu mühərriklərə üstünlük verilmir. Bu yaxınlarda Subaru bir dizel boxer mühərriki inkişaf etdirməyi bacarmış və ilk olaraq Legacy modelində istifadə etmişdir.
Yastı qurdlar
Yastı qurdlar (lat. Platyhelminthes) — heyvanlar aləminə aid heyvan tipi. Yastı qurdlar ikitərəfli simmetriyaya malik heyvanlardır. Bədən bel-qarın istiqamətində yastilaşıb. Qan dövranı və tənəffüs sistemi yoxdur. Bu heyvanlarda ilk dəfə olaraq sadə quruluşlu ifrazat sistemi əmələ gəlmişdir. Sinir sistemi bir cüt sinir düyünü və onlardan bədən boyu uzanan sinir sütunlarından ibarətdir, hermafrodit heyvanlardır. Əksəriyyəti heyvanlarda və insanda parazitlik edir, lakin sərbəst yaşayan növləri də çoxdur. Yastı qurdlar tipi 25 000-dən artıq növü əhatə edir. Bədəni bel qarın istiqamətində yastılaşmışdır və entoderma,ektoderma,mezoderma adlanan hüceyrə qatlarından ibarətdir.
Yastı sahil
Yastı sahil – (rus. берег отлогий, ing. flat coast) dəniz cərəyanları sahildən gətirilən qırıntı məhsullarını apara bilmə­dikdə bu məhsullar çimərlikdə qey­ri-bərabər formada çökərək əmələ gətirdiyi maili səth və dənizə doğru miqrasiya edən yastı akku­mulyativ sahil.
Yastı abissal düzənlik
Abissal düzənlik — çökəkliyin dibində zəif maili, akkumulyativ, horizontal səthli, dərin dəniz düzənliyi. Onun yaranması suspenzion axınlar vasi­təsilə dib çöküntülərinin yerdəyiş­məsi prosesi ilə əlaqədardır. Abisal düzənlikləri okean dibinin sahəsinin təqribən 40%-ni əhatə edir və 2,500–5,500 metr dərinlikdə yerləşir. Onlar qitənin ətəyi ilə Orta-Okean silsiləsi arasında yerləşirlər.
Yastı qurdlar tipi
Yastı qurdlar (lat. Platyhelminthes) — heyvanlar aləminə aid heyvan tipi. Yastı qurdlar ikitərəfli simmetriyaya malik heyvanlardır. Bədən bel-qarın istiqamətində yastilaşıb. Qan dövranı və tənəffüs sistemi yoxdur. Bu heyvanlarda ilk dəfə olaraq sadə quruluşlu ifrazat sistemi əmələ gəlmişdir. Sinir sistemi bir cüt sinir düyünü və onlardan bədən boyu uzanan sinir sütunlarından ibarətdir, hermafrodit heyvanlardır. Əksəriyyəti heyvanlarda və insanda parazitlik edir, lakin sərbəst yaşayan növləri də çoxdur. Yastı qurdlar tipi 25 000-dən artıq növü əhatə edir. Bədəni bel qarın istiqamətində yastılaşmışdır və entoderma,ektoderma,mezoderma adlanan hüceyrə qatlarından ibarətdir.
Yastı zirvə buzlağı
Yastı zirvə buz­lağı – (rus. ледник плоских вер­шин, ing. table summit glacier, plateau glacier) kömbəvari formada buz­laq tipi, maili düzəlmə səthi üzə­rində yatır və ümumi meyilliyə doğru istiqamətlənmiş olur. Adətən dik buzlaq pilləsilə qurtarır. Mər­kəzi Tyan-Şan üçün səciyyəvidir.
Yastı qurdlar (Platyhelminthes) tipi
== Ümumi xarakteristika == 25.000-ə qədər növü olan bu tipə uzunsov, bilateral-simmetrik bədən formasına malik suda, torpaqda, insan, heyvan və bitki orqanizmlərində yaşayan orqanizmlər aiddir. Yastı qurdların uzunluğu onların növündən asılı olaraq 0.5 mm-dən 30 m-ə kimi dəyişir. Bəzi yastı qurdların bədən səthi kirpikciklərlə və ya qamçılarla örtülü olur. Digərlərində isə nüvələr və sitoplazma bədənin dərinliklərinə çökərək tequment adlanan epitelini yaradır. Örtük toxuması qoruyucu epiteli və onun altında yerləşən dəri əzələsi dəri-əzələ kisədən ibarətdir. Daxili orqanlar arasındakı hissələri parenxima toxuması doldurur. Bəzi yastı qurdlarda həzm sistemi ağız dəliyi, udlaq, qida borusu və bağırsaqdan ibarətdir. Bəzilərində isə, əsasən, lentşəkilli qurdlarda həzm sistemi ümumiyyətlə yoxdur. Yastı qurdların əksəriyyəti hermafroditdir. Yastı qurdlar ağız dəliyi olan ilk heyvanlar hesab olunur.
Yastı şibyəyeyən
Yastı şibyəyeyən (lat. Eilema deplana) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan nadir növ. == Xarici quruluşu == Kəpənəyi kiçikdir. Qanadları açılmış halda 16-18 mm-dir. Ön qanadları erkəklərdə çirkli sarı, dişilərdə qırmızı-boz kənarları sarı rəngdədir. Arxa qanadları erkəklərdə dişilərdən açıq rəngdə olub və hər ikisinin kənarlarında sarı haşiyə vardır. Başı sarımtıl, qarıncığı sarı-bozdur. Tırtılı yaşıl rəngdədir, üzəri bozumtul tüklərlə örtülmüşdür. Başı tünd sarıdır. Pupu parıltılı qırmızı qonur olub, qonur barama içərisində yerləşir.
Akasiya yalançıçanaqlı yastıcası
Akasiya yalançıçanaqlı yastıcası ( Parthenolecanium corni Bouche)
Bənövşəyi çanaqlı yastıca
Codtüklü yastıca
Diyircəkli Yastıq
Diyircəkli Yastıq (digər adı Diyirlənmə yastığı) — əsas elementi diyirlənmə cisimi (halqalar arasında qoyulan və bir-birindən separatorla ayrılaraq müəyyən məsafədə yerləşən kürəciklər və ya diyircəklər) olan düyünə deyilir. İş zamanı diyirlənmə cisimləri, əksər hallarda tərpənməz olan halqaların üzərindəki qaçış yolu üzrə diyirlənir. Aparan diyirlənmə cisimləri arasında yük bərabər paylanmayıb, yastıqda olan radial araboşluğundan və onun detallarının həndəsi dəqiqliyindən asılı olur. Diyirlənmə yastıqları maşınqayırmada geniş yayılmışdır. Onlar standartlaşdırılmışdır və kütləvi istehsalda hazırlanır. == Üstünlükləri == Bu yastıqların aşağıdakı üstünlükləri vardır: 1. Kütləvi istehsal nəticəsində ucuzdur; 2. Sürtünməyə az itkilər sərf edilir və işlədikdə az qızır; 3. Yüksək dərəcədə qarşılıqlı əvəzolunmaya malikdir ki, bu da maşınların quraşdırılmasını və təmirini asanlaşdırır; 4. Az yağlama tələb edir; 5.
Gavalı yastıcası
Gövdəsiz yastıbaş
Gövdəsiz yastıbaş (Elmi adı -Jurinella subacaulis) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3c; B1ab(i, iii, iv). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik gövdəsiz bitkidir. Yarpaqları kökətrafı rozetdədir, çox saylı, saplaqlı, üstdən çılpaq, altdan ağımtıl torvari-yunlu, lələkvari bölünmüşdür. Yarpaqların saplaqları qaidədə qına genişlənmişdir. Səbətləri 1-3 sayda, yarımşar formada, 2-3 sm enində oturaqdır. Sarğının xarici yarpaqcıqları lansetvari, sivriləşmiş, daxildəkilər –uzun düz, çılpaq, al-qırmızı rənglidir. Çiçəkləri al-qırmızıdır. Toxumcuqları 4-5 sm uzunluğunda qaramtıl, qırışlı, uçağan ağ, qısa lələkli qıllıdır. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə may-iyun, meyvəvermə iyun-iyul aylarına təsadüf edir.
Koliforniya çanaqlı yastıcası
Komstok yastıcası
Koşenil yastıcası
Koşenil yastıcası (lat. Dactylopius coccus) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin yarımsərtqanadlılar dəstəsinin yastıcalar fəsiləsinin yastıca cinsinə aid heyvan növü. Xalçaçılıq sənətində istifadə olunan rəngləri almaq üçün müxtəlif bitkilərlə yanaşı, orta əsrlərdən cürbəcür həşəratlardan istifadə olunmuşdur. Onların içərisində qırmızı rəng almaq üçün ən geniş yayılmışı koşenil yastıcasıdır. Azərbaycanda xalq arasında ona "qırmız böcəyi", "qurd qırmız", "palıd cücüsü" deyilirdi. Meksikada (Amerikada) bitən, xüsusilə kaktus bitkisilə çoxalan, boyaq maddəsi olan həşəratdır. İlin müəyyən vaxtlarında koşenildə boyağın daha çox olduğu vaxt onlar səbətə yığılır, dərhal buxarla öldürülür və "gümüşü" adlanan, üzəri boz təbəqə ilə örtülü, yaxşı növ hesab olunan koşenil alınır. Həmçinin dişi koşenillər qaynar suda da öldürülə bilər, lakin bu zaman gümüşüyə nisbətən daha aşağı növ hesab olunan "qara" koşenil alınır. Koşenilin boyaq maddəsini yun və ipəyi eynilə bitki boyaqları kimi, xüsusilə yüksək bədii türkmən xalçalarında olduğu kimi istifadə olunan çox parlaq, hərarətli rənglərə boyayırlar. Bu maddə ya sərbəst boyaq kimi, ya da boyaqotu ilə birgə işlədilərək parlaqlığı ilə qədim Şərq xalçaları üçün xarakterik olan özünəməxsus çalarlar verir (bunu heç bir digər boyaqlarla almaq olmaz).
Meşəlik yastıqotu
Meşəlik yastıqotu (lat. Draba nemorosa) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin yastıqotu cinsinə aid bitki növü. == Sinonimləri == Crucifera nemorosa E.H.L.Krause Draba × ambigua Schur Draba dictyota Greene Draba gracilis Graham Draba intermedia Andrz. ex DC. Draba lutea Gilib. ex DC. Draba lutea Gilib. Draba lutea var. brevipes DC. Draba lutea var. longipes DC. Draba macroloba Turcz. Draba muralis Thunb. [Illegitimate] Draba nemoralis Ehrh.
Mumlu yapon yalançı yastıcası
Mumlu yapon yalançı yastıcası (lat. : Ceroplastes japonicus Green.)-Mumlu yapon yalançı yastıcasının (Ceroplastes japonicus Green.) vətəni Şərqi Asiyadır (Yaponiya, Çin). == Yayılması == Mumlu yapon yalançı yastıcasının (Ceroplastes japonicus Green.) vətəni Şərqi Asiyadır (Yaponiya, Çin). Rusiyada, Abxaziyada qeydə alınmışdır. Zərərverici iqlim dəyişikliyinə qarşı olduqca dözümlüdür. Elə bu xüsusiyyətinə görə də asanlıqla yayılmasına və öz arealını yaratmasına imkan yaranır. Yastıca Abşeron yarımadasında da geniş yayılmışdır. Aparılan müşahidələrə əsasən (Novxanı, Binəqədi, Buzovna, Mərdəkan və Şüvəlan kəndləri) Abşeronun quru subtropik iqliminə çox yaxşı dözür. Bu da yastıcanın bitkilər üçün daha da qorxulu zərərverici olmasına gətirib çıxarır. == Qidalandığı bitkilər == Mumlu yapon yalançı yastıcası qorxulu karantin zərərvericidir.
Mühərrik yastıqları
Avtomobildə mühərik kuzaya yasdıqlar vasitəsi ilə birləşdirilir.Adətən mühərikdə sağ və sol yastıqları olur.Bunların əsas funksiyası mühəriyi saxlamaqdan əlavə sərinişinlərə və kuzanı müdafiə etməkdir.Mühərikdə sağ və sol yastıqların funksiyaları ayrıdır.Xüsusi oalraq vurğulayım ki,sağ yastıq daha tez sıradan çıxır.Bununda öz səbəbləri var.Avtomobil irəli gedəndə mühəriyə olan təzyiq sağ tərəfə düşdüyündən dolayı,mühərrik sağ tərəfə doğru təzyiqi artıq,amma arxaya verdikdə avtomobili mühərrik təzyiqi sol tərəfə düşür.mühərikdə yastıqların sıradan çıxdığı zaman onu dərhal dəyişmək lazımdır.Əks təqdirdə avtomobildə sirkələnmə hiss oluancaq neytralda vəya D-yə qoyduqda.Hərəkət edən zaman bu hiss olunmur,çünki mühərik sürətdə olur.Yastıqlar sıradan çıxdığı zaman siz onu dəyişməsəniz bu sizin kuzada fəsadlar gətirəcək.Daim sirkələnmə kuzanın svarka nöqtələrini tədricən atacaq.Təyin edilməsi çox rahatdır.İstənilən servisdə təyin etmək olar.Bundan əlavə qeyd edim ki,çalışın işlənmiş vəya geydirmə yastıqlar almayın.İşlənmiş mühərik yastıqları işlədilən mühəriyə uyğun olaraq vəziyətini alır.Onu alıb qoysanız belə narahatlıq olacaq.mühərrik yastıqın içində yağ və klapan olur.Bu mühəriyin yumuşağlığını təyin edir.Geydirmə vəya geydirmənin geydirməsində isə ancaq rezin olur.Mühərrik olan hissə çox qızdığından dolayı zamanla (tez bir zamanda) həmin yastığın rezini quruyur və çırılır.Nəticədə yararsız olur.Ona görədə original təzə yastıqlar alın.yastığın biri çırıldıqda tək onu yox məhz ikisinidə dəyişin.Mühərik yastığının sıradan çıxma halları ancaq mühərik nasaz işlədikdə baş verir.daim detonaziya verdikcə ,yastığa güc düşür və o öz hesablanmış normativdən əlavə ekstrem səviyədə işləyir və vurub klapanını dağıdır.Bu zaman yağ xaric olunulur və yastıq yatmış olur. Nəzərə alın ki,mühəriyin yastığının sıradan çıxması,həmçinində sürət qutusun sirkələnməsinə gətirib çxıardır və sürət qutusunda olan yastığıda və həmçinində arxa asqı sistemində olan balkan yastıqlarınıda zamanla sıradan çıxardır.Ön hissədən başlayan sirkələnmə ümumiyətlə avtomobilin asqı sistemini zədələyir.
Oleandr çanaqlı yastıca
Tut qalxanlı yastıcası
Tut çanaqlı yastıca
Təhlükəsizlik yastığı
Təhlükəsizlik yastığı (ing. airbag) — nəqliyyat vasitələrində passiv təhlükəsizlik sistemi (SRS, Supplemental Restraint System). Elastik örtüyə malikdir və içərisi hava və ya başqa qazlarla doldurulur. Təhlükəsizlik yastıqları avtomobil toqquşması zamanı zərbə riskinin minimum həddə olması üçün istifadə olunur. Təhlükəsizlik kəməri ilə birlikdə tətbiq olunmalıdır. == Tarixi == İlk dəfə keçən əsrin 40-cı illərində təhlükəsizlik yastıqlarına oxşar təchizat təyyarələrdə istifadə olunurdu və ilk patentlər 50-ci illərdə tərtib edilmişdi. Amerika ixtiraçısı Allen Brid avtomobillərdə təhlükəsizlik yastığının əsas komponenti olan, toqquşmanı təyin edən diyircəkli datçiki yaratdı. O öz ixtirasın 1967-ci ildə Kraysler şirkətinə təqdim etdi. == Üstünlüklər == Təhlükəsizlik yastığı başın zədələnməsini və təhlükəsizlik kəməri ilə birlikdə sərnişinin yuxarı ətraflarının avtomobil salonunun hər hansı hissəsi ilə toqquşaraq ağır zədə almasının qarşısını alır. Həmçinin bu yastıq zərbənin gücünü zəiflədərək ağır travmaların qarşısını alır.
Unlu tənək yastıcası

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.61 dəfə / 1 mln.
2003 ••••••• 0.39
2004 •••••••••••• 0.67
2006 •••••••• 0.45
2007 •••• 0.21
2009 ••• 0.16
2011 •••••••••••••••••• 1.03
2012 •••••••••••••••• 0.95
2013 ••••••••••••••• 0.88
2014 ••• 0.17
2015 •••••••••••• 0.68
2016 •••••••••••••••••• 1.04
2017 ••••••••• 0.49
2018 ••••••••••• 0.60
2019 •••••••••••••• 0.83
2020 •••••••••••••••••••• 1.19

yastı sözünün leksik mənası və izahı

  • 1 sif. 1. Səthi düz, üzərində girintiçıxıntı olmayan. Yastı tava daşı. Yastı təpə. Yastı yer. // Yatıq, batıq, basılmış kimi olan. Yastı döş. Yastı burun. – [Gülgəzin] qulaqlarındakı iri, yastı qızıl sırğalar ağacda yarpaq kimi titrəyirdi. İ.Hüseynov. 2. Çox qalın və ya hündür olmayan; alçaq. Yastı qutu. – Alçaq, yastı və torpaq evlərdən buranın kiçik bir kənd xarabası olduğu anlaşılırdı. Ə.Məmmədxanlı. Bu dağlar yastı dağlar; Qar üstün basdı, dağlar; Üç ay toylu, bayramlı; Doqquz ay yaslı dağlar. (Bayatı).

    Azərbaycan dilinin izahlı lüğəti / yastı
  • 2 Mürəkkəb sözlərin yastılıq mənasında olan birinci tərkib hissəsi; məs.: yastıburun, yastıdilli.

    Azərbaycan dilinin izahlı lüğəti / yastı

yastı sözünün etimologiyası

  • 1 Bu söz yatmaq feili ilə kökdaşdır, əsli yatsı kimi olub. Bəzi dialektlərdə yat və yas feilləri eyni mənada işlədilir. Yatmaq (uzanmaq) sözü də yastı ilə uyğun gəlir (yerə yatmaq elə “yastı vəziyyət almaq” deməkdir). Yastıq (əsli: yatsıq) sözü də bunlarla qohumdur. Anadolu türklərində bu söz yassı kimi işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / yastı

yastı sözünün sinonimləri (yaxın mənalı sözlər)

yastı sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 YASTI – DÜZ Bəziləri özünü suya atıb çimir, bəziləri də yastı daşları suyun üzündə sürüşdürürdülər (İ.Şıxlı); Sümük düzdü, amma aşağısının əti xoruz pipiyi kimi düşüb sol yana (C.Məmmədquluzadə).

    Azərbaycan dilinin antonimlər lüğəti / yastı

yastı sözünün rus dilinə tərcüməsi

  • 2 прил. 1. плоский: 1) не имеющий неровностей, возвышений и углублений, с ровной поверхностью. Yastı sahil плоский берег, yastı damlar плоские крыши, yastı güzgü физ. плоское зеркало 2) имеющий небольшую толщину. Yastı qutu плоская коробка, yastı yeşik плоский ящик, строит. yastı daş плоский камень, yastı kirəmit плоская черепица; yastı qurdlar зоол. плоские черви; yastı tranzistor плоский транзистор, yastı məftil плоская проволока, yastı yay плоская пружина 3) как бы придавленный, приплюснутый. Yastı döş плоская грудь, yastı burun плоский нос 2. приземистый, низкий. Yastı daxmalar приземистые избы 3. пологий (понижающийся постепенно). архит., строит. Yastı tağ пологая арка, yastı damüstü пологая кровля 4. отлогий. Yastı sahil отлогий берег; yastı təpə плато; yastı kəlbətin плоскогубцы

    Azərbaycanca-rusca lüğət / yastı

yastı sözünün inglis dilinə tərcüməsi

yastı sözünün fransız dilinə tərcüməsi

yastı sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. 1. кьулу, ччин дуьз, легъв-син авачир; элчуькь; yastı tava daşı кьулу чепрекьан; yastı yer кьулу чка; // алкӀай, илисай хьтин (мес. нер); yastı döş кьулу хур; 2. гзаф къалин ва я кьакьан тушир, аскӀан (мес. кьвати).

    Azərbaycanca-ləzgicə lüğəti / yastı

yastı sözünün türk dilinə tərcüməsi

"yastı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yastı nədir? #yastı sözünün mənası #yastı nə deməkdir? #yastı sözünün izahı #yastı sözünün yazılışı #yastı necə yazılır? #yastı sözünün düzgün yazılışı #yastı leksik mənası #yastı sözünün sinonimi #yastı sözünün yaxın mənalı sözlər #yastı sözünün əks mənası #yastı sözünün etimologiyası #yastı sözünün orfoqrafiyası #yastı rusca #yastı inglisça #yastı fransızca #yastı sözünün istifadəsi #sözlük