yastıq sözü azərbaycan dilində

yastıq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • yastıq • 91.9414%
  • Yastıq • 7.3260%
  • YASTIQ • 0.7326%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Yastıq
Yastıq və ya balış — içərisi quş və ya başqa heyvan tükləri ilə doldurulmuş torba şəkilli yataq dəstidir. Çox vaxt yastıqlardan divanaların üstündə dekorativ məqsədlə də istifadə edirlər. Boyun arxasında qoyulmuş diyircək də yastıq hesab olunur. El arasında ona balış da deyirlər.
Diyircəkli Yastıq
Diyircəkli Yastıq (digər adı Diyirlənmə yastığı) — əsas elementi diyirlənmə cisimi (halqalar arasında qoyulan və bir-birindən separatorla ayrılaraq müəyyən məsafədə yerləşən kürəciklər və ya diyircəklər) olan düyünə deyilir. İş zamanı diyirlənmə cisimləri, əksər hallarda tərpənməz olan halqaların üzərindəki qaçış yolu üzrə diyirlənir. Aparan diyirlənmə cisimləri arasında yük bərabər paylanmayıb, yastıqda olan radial araboşluğundan və onun detallarının həndəsi dəqiqliyindən asılı olur. Diyirlənmə yastıqları maşınqayırmada geniş yayılmışdır. Onlar standartlaşdırılmışdır və kütləvi istehsalda hazırlanır. == Üstünlükləri == Bu yastıqların aşağıdakı üstünlükləri vardır: 1. Kütləvi istehsal nəticəsində ucuzdur; 2. Sürtünməyə az itkilər sərf edilir və işlədikdə az qızır; 3. Yüksək dərəcədə qarşılıqlı əvəzolunmaya malikdir ki, bu da maşınların quraşdırılmasını və təmirini asanlaşdırır; 4. Az yağlama tələb edir; 5.
Yastıq (dəqiqləşdirmə)
Yastıq — içərisi quş və ya başqa heyvan tükləri ilə doldurulmuş torba şəkilli yataq dəsti. Yastıq — ox, val tipli fırlanan, xətti hərkət edən maşın hissələrininin fəzada vəziyyətini müəyyənləşdirmək üçün tətbiq edilən texniki qurğu. Yastıqotu — kələmçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Yastıq (texnika)
Yastıq - ox,val tipli fırlanan, xətti hərkət edən maşın hissələrininin fəzada vəziyyətini müəyyənləşdirmək üçün tətbiq edilən texniki qurğudur. Onun vəzifəsinə həm də fırlanan hissələrdə sürtünməni azaltmaq və birləşdirici yerlərdə yüklərin qəbul edilməsi və ötürülməsi daxildir. Yastıqların əsas növləri: Yırğalanma yastıqları Sürtünmə yastıqları Hidrostatik yastıqlar Qazlı dinamik yastıqlar Maqnit yastıqlarıMaşınqayırmada ən geniş tətbiq olanı yırğalanma və sürtünmə yastıqlarıdır. ==== Yırğalanma yastıqları ==== Yırğalanma yastığı iki üzükdən və kürələri bir-brindən müəyyən məsafədə saxlayan və onların hərkətini istiqamətləndirən separatordan (müəyyən yastıqlar bunsuz da hazırlana bilirlər) ibarədtr. Üzüklərin kürələr hərəkət edən hissələrinə kanovlar nəzərdə tutulur. Bəzi maşın hissələrində dəqiqliyi və sərtlyi artırmaq üçün qarışıq dayaqlardan istifadə edilir. Burada kanovlar bir başa valda və ya gövdənin üzərində açılır. Yırğalanma yastıqları əsasən xrom tərkibli poladlardan (tərkinbində 1% Karbon və 1,5% Xrom) hazırlanırlar. Separatorsuz yastıqlarda çoxlu sayda yırğalanma gövdəsi yerləşdirmək olur. Ancaq onların dövrlər sayı yüksək sürtünmə nəticəsində aşağı olur.
Yastıq (yataq dəsti)
Yastıq və ya balış — içərisi quş və ya başqa heyvan tükləri ilə doldurulmuş torba şəkilli yataq dəstidir. Çox vaxt yastıqlardan divanaların üstündə dekorativ məqsədlə də istifadə edirlər. Boyun arxasında qoyulmuş diyircək də yastıq hesab olunur. El arasında ona balış da deyirlər.
Meşəlik yastıqotu
Meşəlik yastıqotu (lat. Draba nemorosa) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin yastıqotu cinsinə aid bitki növü. == Sinonimləri == Crucifera nemorosa E.H.L.Krause Draba × ambigua Schur Draba dictyota Greene Draba gracilis Graham Draba intermedia Andrz. ex DC. Draba lutea Gilib. ex DC. Draba lutea Gilib. Draba lutea var. brevipes DC. Draba lutea var. longipes DC. Draba macroloba Turcz. Draba muralis Thunb. [Illegitimate] Draba nemoralis Ehrh.
Mühərrik yastıqları
Avtomobildə mühərik kuzaya yasdıqlar vasitəsi ilə birləşdirilir.Adətən mühərikdə sağ və sol yastıqları olur.Bunların əsas funksiyası mühəriyi saxlamaqdan əlavə sərinişinlərə və kuzanı müdafiə etməkdir.Mühərikdə sağ və sol yastıqların funksiyaları ayrıdır.Xüsusi oalraq vurğulayım ki,sağ yastıq daha tez sıradan çıxır.Bununda öz səbəbləri var.Avtomobil irəli gedəndə mühəriyə olan təzyiq sağ tərəfə düşdüyündən dolayı,mühərrik sağ tərəfə doğru təzyiqi artıq,amma arxaya verdikdə avtomobili mühərrik təzyiqi sol tərəfə düşür.mühərikdə yastıqların sıradan çıxdığı zaman onu dərhal dəyişmək lazımdır.Əks təqdirdə avtomobildə sirkələnmə hiss oluancaq neytralda vəya D-yə qoyduqda.Hərəkət edən zaman bu hiss olunmur,çünki mühərik sürətdə olur.Yastıqlar sıradan çıxdığı zaman siz onu dəyişməsəniz bu sizin kuzada fəsadlar gətirəcək.Daim sirkələnmə kuzanın svarka nöqtələrini tədricən atacaq.Təyin edilməsi çox rahatdır.İstənilən servisdə təyin etmək olar.Bundan əlavə qeyd edim ki,çalışın işlənmiş vəya geydirmə yastıqlar almayın.İşlənmiş mühərik yastıqları işlədilən mühəriyə uyğun olaraq vəziyətini alır.Onu alıb qoysanız belə narahatlıq olacaq.mühərrik yastıqın içində yağ və klapan olur.Bu mühəriyin yumuşağlığını təyin edir.Geydirmə vəya geydirmənin geydirməsində isə ancaq rezin olur.Mühərrik olan hissə çox qızdığından dolayı zamanla (tez bir zamanda) həmin yastığın rezini quruyur və çırılır.Nəticədə yararsız olur.Ona görədə original təzə yastıqlar alın.yastığın biri çırıldıqda tək onu yox məhz ikisinidə dəyişin.Mühərik yastığının sıradan çıxma halları ancaq mühərik nasaz işlədikdə baş verir.daim detonaziya verdikcə ,yastığa güc düşür və o öz hesablanmış normativdən əlavə ekstrem səviyədə işləyir və vurub klapanını dağıdır.Bu zaman yağ xaric olunulur və yastıq yatmış olur. Nəzərə alın ki,mühəriyin yastığının sıradan çıxması,həmçinində sürət qutusun sirkələnməsinə gətirib çxıardır və sürət qutusunda olan yastığıda və həmçinində arxa asqı sistemində olan balkan yastıqlarınıda zamanla sıradan çıxardır.Ön hissədən başlayan sirkələnmə ümumiyətlə avtomobilin asqı sistemini zədələyir.
Yastıqarınlar
Yastıqarınlar cinsi (lat.Blicca Heckel)- çəkiyəbənzərlər dəstəsinin bir nümayəndəsidir. Bədən formasına görə cavan çapaqları xatırladır, ancaq nisbətən iri və kipyapışan pulcuqları, daha gödək anal üzgəci ilə onlardan fərqlənir, onun 19-23 şaxəli şüası var. Bədəni hündür, udlaq dişləri iki cərgəlidir, sayı 2,5-5,2 və ya 3,5-5,3 və ya 3,5-5,2 olur. Dişlər yanlardan çox basıqdır, çeynəmə səthi azca çəpəki və aypara şəklindədir. Qarın tili çılpaqdır. Peysərin gerisində az və ya çox inkişaf etmiş pulcuqla örtülü olmayan şırım vardır. Qarın üzgəclərinin gerisində pulcuqla örtülü olmayan omurğa olur. Periton pərdəsi açıq rənglidir. Cinsdə olan 1 tipik Avropa növü Baltik, Qara, Azov və Xəzər dənizləri hövzələrində yayılmışdır. Cinsin adi yastıqarın adlı bir növü məlumdur.
Yastıqobu
Yastıqobu — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Yastıqotu
Yastıqotu (lat. Draba) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi.
Yastıqşəkilli-fır qovaq mənənəsi
Yastıqşəkilli-fır qovaq mənənəsi (lat. Pemphigus populinigrae Schrk., 1801)-Azərbaycanda əsasən dağətəyi və dağlıq yerlərdə rast gəlinir. == Xarici quruluşu == Əsasqoyan sürfə. Bədən kələkötür-girdə, tutqun yaşıl, baş, ayaq, bığcıq və xortum, habelə anus seqmenti tutqundur. Gözlər üçfasetli, tutqun qırmızıdır. Döş və qarın tutqun-yaşıl, bozumtul rəngli və ləkəli marqinal çıxıntılar qarın seqmentinin hər birisində kənar hissədə yerləşmişlər. Döş və qarın seqmentləri aydın surətdə bir-birindən ayrılmışlar. Bədən az və ya çox dərəcədə tüklü, xüsusilə bığcıqlar, onun IV buğumu bunlardan əlavə üzəri eninə istiqamətli cərgədə qısa və iti tükcüklərlə əhatə edilmişdir. Birinci buğumda 2 tükcük, ikincidə 2 tükcük, III isə 6 tükcük vardır. IV buğumda əsas rinariya yaxın 2 bazal rinari şprisin zirvəsində yerləşir.
Yastıqəlsəməlilər
Yastıqəlsəməlilər (lat. Elasmobranchii) — heyvanlar aləminin xordalılar tipinin qığırdaqlı balıqlar sinfinə aid heyvan yarımsinfi. Akulalar və skatlar daxil olan bu sinifaltının nümayəndələrində başın önündə rostrum adlanan çıxıntı, yanlarında 5-7 qəlsəmə yarığı var. Bu yarıqların üzərini örtən ümumi dəri qatlaq yoxdur, qəlsəmə yarpaqcıqları yastıdır. Pulcuqlar plakoiddir, kloaka var. Kəllə amfistil və ya hiostildir, fəqərə cisimləri inkişaf edib. Quyruq heteroserkaldır. Erkəklərdə qarın üzgəclərinin daxili hissəsində barmaqvari çıxıntı əmələ gəlir ki, bu kopulyasiya orqanıdır. Yastıqəlsəməlilər sinifaltına iki dəstəüstü daxildir: Akulalar-Selechomorpha və skatlar- Batomorpha.
Yastıqala (Mahnişan)
Yastıqala (fars. ياستي قلعه‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 170 nəfər yaşayır (35 ailə).
Yaz yastıqotu
Yaz yastıqotu (lat. Draba verna) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin yastıqotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 4-20 sm, gövdəsi nazik və çılpaq olan birillik ot bitkisidir. Yarpaqları uzunsov və ya uzunsovneştərvari olub, oturaqdırlar, qaidəsinə doğru tədricən daralmışdır, küttəhərdir, seyrək şaxəli tüklərlə örtülmüşdür. Ləçəklərinin uzunluğu 1,5–4 mm-dir, ağ rəngdədir. Qıncıqları ellipsvari və ya uzunsovellipsvaridir, uzunluğu 3–7 mm, eni 1,5–3 mm olub, uzun saplaq üzərindədir. Mart-aprel aylarında çiçəkləyir, aprel-may aylarında meyvə verir. == Azərbaycanda yayılması == Samur-Şabran oval., Qob., Kür-Araz oval., Kür düz., Nax. dağ., Lənk. dağ., Lənk.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.90 dəfə / 1 mln.
2006 •••• 0.45
2007 •• 0.21
2008 •••• 0.49
2009 •••••••••• 1.28
2010 •••••••••••• 1.54
2011 •••••••• 1.03
2012 •••••• 0.77
2013 •••••••••••••••••••• 2.63
2014 ••••••• 0.86
2015 •••••• 0.68
2016 ••••••• 0.87
2017 •• 0.16
2018 •••••• 0.75
2019 ••••• 0.56
2020 •••••••••• 1.19

yastıq sözünün leksik mənası və izahı

  • 1 is. 1. Yatanda baş altına qoyulan, içərisi quş tükü, pambıq və ya hava ilə doldurulan dördkünc kisəcik; balış. Pərqu yastıq. Üz yastığı. – [Kərbəlayı Fatma xanım:] …Ay qız, Zeynəb, tez ol, yastıqları gətir, bu tərəfdən qoy. C.Məmmədquluzadə. Vədə olunmuş fit səsi Gülsümün qulağına gəldi. Gülsüm cəld başını yastıqdan qalxızıb durdu ayağa… Ə.Haqverdiyev. Ev yiyəsinin arvadı yastıq qoydu. Ancaq Cavadın yatmağa vaxtı yox idi. Ə.Vəliyev. □ Ölüm yastığı – ölümü gözlənilən xəstənin yatağı, ölüm yatağı. Ölüm yastığında ümidə bir bax; Elə bil dünyanı tək qurtaracaq. S.Vurğun. 2. Minikdə, mebeldə, yəhərdə yumşaq oturacaq. 3. tex. Maşınların hərlənən və silkələnən hissələri üçün dayaqlıq. // Müxtəlif mexanizmlərdə: təkanın, zərbənin qüvvəsini azaltmaq üçün onların müxtəlif hissələri altına qoyulan hər cür elastik şey. Top yastığı. // Arabanın qolu ilə oxu arasına qoyulan ağac. Araba yastığı. // Qoşqu heyvanının boynunu sürtməmək üçün boyunduruğun iç tərəfinə bənd edilən yastığa oxşar şey. ◊ Başının altına yastıq qoymaq – yalandan söz vermək, vəd etmək, arxayın etmək. Ayın on birində Sultan da … qoşunun başının altına yastıq qoymaq qəsdi ilə guya ki qanuniəsasi elanını eləyib. C.Məmmədquluzadə. Yastığın yüngül olsun! – xəstəyə şəfa diləyi. [Adamlar:] Hacı, yastığın yüngül olsun!… Qantəmir.

    Azərbaycan dilinin izahlı lüğəti / yastıq

yastıq sözünün etimologiyası

  • 1 Bir mənası arabanın qabaq oxunun üstündə olan “yastı ağac” deməkdir. Onu ortadan deşir və boltla oxa birləşdirlər ki, arabanı sağa-sola döndərmək mümkün olsun. Yastığın sol və sağ uclarına dayanacaq bərkidilir ki, laydırı saxlasın. Həm də sürücünün üstündə oturması üçün yastıq rolunu oynayır. Qaqauz dilində yastıq yerinə,“bağırsaq” deyirlər. Araba dönəndə yastığın boltu səs salır (bağırır). Tapmaca da var: Dağdan enir dağ kimi, / Bəyirir oğlaq kimi... Yastıq sözü yastı kəlməsindəndir. Sözü əsli yastıq olub, yat və yas eyni kəl­məsinin dəyişmiş formasıdır. Yastılamaq elə “yatırtmaq” (yandırmaq, aşağı et­mək) deməkdir. Türk dillərində sözün bir mənası da “maşının mostu”nu əks et­dirir, yeni mənadır. Bir də istifadə etsək, pis olmaz. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / yastıq

yastıq sözünün sinonimləri (yaxın mənalı sözlər)

yastıq sözünün rus dilinə tərcüməsi

  • 1 1. подушка; 2. техн. подшипник;

    Azərbaycanca-rusca lüğət / yastıq
  • 2 I сущ. 1. подушка: 1) мешок, набитый пухом, перьями, используемый в качестве мягкой подкладки (под голову и т.п.). Tük yastıq пуховая подушка, ipək yastıq подушка в шёлковой наволочке, yastıq tikmək сшить подушку, yastığa dirsəklənmək облокотиться на подушку, yastığa söykənmək прислониться к подушке 2) подкладка, прокладка в разных сооружениях, устройствах 2. тех. подшипник. Yastıq içliyi вкладыш подшипника, diyircəkli (kürəli) yastıq шариковый подшипник 3. валик (туго набитая подушка цилиндрической формы) 4. подхомутник (войлочная прокладка под хомутом) II прил. 1. подушечный. Yastıqüzü подушечная наволочка 2. тех. подшипниковый. Yastıq dayaqları подшипниковые опоры ◊ başının altına yastıq qoymaq: 1. kimin умышленно усыплять бдительность чью; успокаивать кого; 2. быть, пребывать в блаженном неведении, в самоуспокоенности; bir yastığa baş qoymaq быть мужем и женой; yastığınız yüngül olsun! скорейшего выздоровления! (пожелание больному); yastığını hündür eləmək проявлять самоуспокоенность; yastığının dibini kəsmək kimin не отходить от постели (обычно больного); yastıq kimi (yumşaq) как подушка (мягкий)

    Azərbaycanca-rusca lüğət / yastıq

yastıq sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. pillow; başını yastığa qoymaq to lay* / to rest the head on a pillow; bir yastığa baş qoymaq to get* married; to have* sex (with) II. s. pillow (attr.); ~ davası pillow fight

    Azərbaycanca-ingiliscə lüğət / yastıq

yastıq sözünün fransız dilinə tərcüməsi

yastıq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. хъуьцуьган; // ölüm yastığı кьиникьин мукьвал алай азарлуди къатканвай мес; 2. улакьда, мебелда, пурарал ва мс. хъуьтуьл ацукьдай чка; 3. тех. подшипник; подушка (урус.); ** başının altına yastıq qoymaq кьилик хъуьцуьган кутун, тапарривай гаф гун, архайин авун; yastığın yüngül olsun! “Аллагьди шифа гурай” манада (азарлудаз фад сагъ хьун тӀалабдай ибара).

    Azərbaycanca-ləzgicə lüğəti / yastıq

"yastıq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yastıq nədir? #yastıq sözünün mənası #yastıq nə deməkdir? #yastıq sözünün izahı #yastıq sözünün yazılışı #yastıq necə yazılır? #yastıq sözünün düzgün yazılışı #yastıq leksik mənası #yastıq sözünün sinonimi #yastıq sözünün yaxın mənalı sözlər #yastıq sözünün əks mənası #yastıq sözünün etimologiyası #yastıq sözünün orfoqrafiyası #yastıq rusca #yastıq inglisça #yastıq fransızca #yastıq sözünün istifadəsi #sözlük