Mühərrik yastıqları
Avtomobildə mühərik kuzaya yasdıqlar vasitəsi ilə birləşdirilir.Adətən mühərikdə sağ və sol yastıqları olur.Bunların əsas funksiyası mühəriyi saxlamaqdan əlavə sərinişinlərə və kuzanı müdafiə etməkdir.Mühərikdə sağ və sol yastıqların funksiyaları ayrıdır.Xüsusi oalraq vurğulayım ki,sağ yastıq daha tez sıradan çıxır.Bununda öz səbəbləri var.Avtomobil irəli gedəndə mühəriyə olan təzyiq sağ tərəfə düşdüyündən dolayı,mühərrik sağ tərəfə doğru təzyiqi artıq,amma arxaya verdikdə avtomobili mühərrik təzyiqi sol tərəfə düşür.mühərikdə yastıqların sıradan çıxdığı zaman onu dərhal dəyişmək lazımdır.Əks təqdirdə avtomobildə sirkələnmə hiss oluancaq neytralda vəya D-yə qoyduqda.Hərəkət edən zaman bu hiss olunmur,çünki mühərik sürətdə olur.Yastıqlar sıradan çıxdığı zaman siz onu dəyişməsəniz bu sizin kuzada fəsadlar gətirəcək.Daim sirkələnmə kuzanın svarka nöqtələrini tədricən atacaq.Təyin edilməsi çox rahatdır.İstənilən servisdə təyin etmək olar.Bundan əlavə qeyd edim ki,çalışın işlənmiş vəya geydirmə yastıqlar almayın.İşlənmiş mühərik yastıqları işlədilən mühəriyə uyğun olaraq vəziyyətini alır.Onu alıb qoysanız belə narahatlıq olacaq.mühərrik yastıqın içində yağ və klapan olur.Bu mühəriyin yumuşağlığını təyin edir.Geydirmə vəya geydirmənin geydirməsində isə ancaq rezin olur.Mühərrik olan hissə çox qızdığından dolayı zamanla (tez bir zamanda) həmin yastığın rezini quruyur və çırılır.Nəticədə yararsız olur.Ona görədə original təzə yastıqlar alın.yastığın biri çırıldıqda tək onu yox məhz ikisinidə dəyişin.Mühərik yastığının sıradan çıxma halları ancaq mühərik nasaz işlədikdə baş verir.daim detonaziya verdikcə ,yastığa güc düşür və o öz hesablanmış normativdən əlavə ekstrem səviyədə işləyir və vurub klapanını dağıdır.Bu zaman yağ xaric olunulur və yastıq yatmış olur.
Nəzərə alın ki,mühəriyin yastığının sıradan çıxması,həmçinində sürət qutusun sirkələnməsinə gətirib çxıardır və sürət qutusunda olan yastığıda və həmçinində arxa asqı sistemində olan balkan yastıqlarınıda zamanla sıradan çıxardır.Ön hissədən başlayan sirkələnmə ümumiyətlə avtomobilin asqı sistemini zədələyir.