Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutu
Neft və Qaz İnstitutu — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan elmi müəssisə.
== Tarixi ==
1951-ci ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə Azərbaycan Elmlər Akademiyasının Neft Ekspedisiyası təsis edildi.
1960-cı ildə Neft Ekspedisiyasının bazasında Neft və Qaz Yataqlarının İşlənməsi İnstitutu yaradıldı.
1965-ci ildə Neft və Qaz Yataqlarının İşlənməsi İnstitutu Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutu adlandırıldı.
2003-cü ildə Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunun fəaliyyəti dayandırıldı və Geologiya İnstitutu ilə birləşdirildi.
2015-ci il 17 noyabr tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunun bazasında Neft və Qaz İnstitutu yaradıldı.
== Əsas fəaliyyət istiqamətlər ==
Böyük dərinliklərin karbohidrogen sistemlərinin tədqiqi;
Qeyri-ənənəvi karbohidrogenlərin (şist karbohidrogenlərin, qaz hidratların, yanar şistlərin) nəzəri və eksperimental tədqiqi;
Neft və qaz yataqlarının işlənməsi sahəsində fundamental tədqiqatların aparılması;
“Intellektual yataq” konsepsiyasının nəzəri əsasları;
Neft-qaz sahəsinin iqtisadiyyatı və proqnozlaşdırılması;
Sənayenin inkişafı ilə bağlı geoekoloji problemlər və onların iqlim dəyişməsinə təsiri.
== Əsas elmi nailiyyətlər ==
AMEA Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutu neft və qaz yataqlarının işlənməsinin nəzəriyyəsi və təcrübəsinə mühüm töhfə vermişdir.
İnstitutda bir sıra yeni elmi istiqamətlərin əsasları qoyulmuş və inkişaf etdirilmişdir:
Mürəkkəb karbohidrogen tərkibə malik (qazkondensat, kondensatneft) yataqların işlənməsinin elmi əsasları;
Neft geologiyasında riyazi modelləşdirmə üsulları;
Karbohidrogen yataqlarının geoloji modelləşdirilməsi və təbii neft və qaz rezervuarlarının xüsusiyyətlərinin proqnozlaşdırılması;
Neft-qaz ehtiyatlarının mənimsənilmə prosesinin optimallaşdırılması məqsədi ilə iqtisadi-riyazi modellərin işlənməsi;
Litosferin inkişafının qeyri-klassik nəzəri geomexaniki modelinin yaradılması;
Çoxkomponentli qeyri-klassik üçölçülü seysmik kəşfiyyatın nəzəri əsasları və s.
== Rəhbərlik ==
=== Baş direktor ===
Akademik Fəxrəddin Qədirov Əbülfət oğlu
=== Baş direktorun elmi məsləhətçisi ===
Professor Vaqif Kərimov Yunus oğlu
=== İcraçı direktor ===
Professor Vaqif Qurbanov Şıxı oğlu
=== Baş mühəndis ===
Ehtibar Əliyev İbrahim oğlu
=== Elmi katib ===
Şəlalə Hüseynova Məhərrəm qızı
== Struktur bölmələr ==
=== Elmi bölmələr ===
Neft-qaz geofizikası şöbəsi*Struktur bölmənin rəhbəri - g.-m.e.d.