yavaş-yavaş sözü azərbaycan dilində

yavaş-yavaş

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • yavaş-yavaş • 91.6067%
  • Yavaş-yavaş • 8.3933%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mansur Yavaş
Mansur Yavaş (23 may 1955, Beypazarı, Ankara ili) — Türkiyə siyasətçisi, vəkil. Ankara Böyükşəhər Bələdiyyəsinin başçısı. 2019-cu ildə Ankara bələdiyyə seçkilərində Millət İttifaqı namizədi olaraq seçilmişdir. Siyasi fəaliyyətinə Milliyətçi Hərəkat Partiyasında başlayan Mənsur Yavaş, 1999-cu ildə bələdiyyə seçkilərində Beypazarı bələdiyyə başçısı seçilmiş, 2009-cu ildəki bələdiyyə seçkilərinə qədər bu vəzifəsini icra etmişdir. 2013-cü ildə partiyasından ayrılaraq Cümhuriyyət Xalq partiyasına üzv olmuşdur. 2014-cu ildə Ankara bələdiyyə seçkilərində sədr namizədi olaraq iştirak etmiş və 1 xal fərqi ilə dövrün bələdiyyə sədri Melih Gökçəkə məğlub olmuşdur. 2016-cı ildə Cümhuriyyət Xalq Partiyasından ayrılmış və 2018-ci ildə təkrar partiyaya qayıtmışdır. 2019-cu ildə Ankara bələdiyyə seçkilərinə Millət İttifaqı namizədi olaraq qatılmış və səslərin %50,9-unu yığaraq qalib gəlmişdir. O, COVİD-19 pandemiyası zamanı apardığı siyasət və balanslaşdırılmış büdcə xərclərinə görə ölkə daxilində böyük nüfuz qazanmışdır.Aparılan sorğulara görə, o, 2023-cü ildə keçiriləcək prezident seçkilərində indiki prezident Rəcəb Tayyib Ərdoğana qarşı rəqabət apara biləcək ən nüfuzlu namizədlərdən biri idi.Həmçinin, o, 14 sentyabr 2021-ci ildə "Dünya Bələdiyyə Sədri Paytaxt" mükafatına layiq görülmüşdür. == Həyatı == Mansur Yavaş, Əhməd Sadıq Yavaş və Havva Yavaşın övladı olaraq 1955-ci ildə Ankaranın Beypazarı ilçəsində dünyaya gəlmişdir.
Mənsur Yavaş
Mansur Yavaş (23 may 1955, Beypazarı, Ankara ili) — Türkiyə siyasətçisi, vəkil. Ankara Böyükşəhər Bələdiyyəsinin başçısı. 2019-cu ildə Ankara bələdiyyə seçkilərində Millət İttifaqı namizədi olaraq seçilmişdir. Siyasi fəaliyyətinə Milliyətçi Hərəkat Partiyasında başlayan Mənsur Yavaş, 1999-cu ildə bələdiyyə seçkilərində Beypazarı bələdiyyə başçısı seçilmiş, 2009-cu ildəki bələdiyyə seçkilərinə qədər bu vəzifəsini icra etmişdir. 2013-cü ildə partiyasından ayrılaraq Cümhuriyyət Xalq partiyasına üzv olmuşdur. 2014-cu ildə Ankara bələdiyyə seçkilərində sədr namizədi olaraq iştirak etmiş və 1 xal fərqi ilə dövrün bələdiyyə sədri Melih Gökçəkə məğlub olmuşdur. 2016-cı ildə Cümhuriyyət Xalq Partiyasından ayrılmış və 2018-ci ildə təkrar partiyaya qayıtmışdır. 2019-cu ildə Ankara bələdiyyə seçkilərinə Millət İttifaqı namizədi olaraq qatılmış və səslərin %50,9-unu yığaraq qalib gəlmişdir. O, COVİD-19 pandemiyası zamanı apardığı siyasət və balanslaşdırılmış büdcə xərclərinə görə ölkə daxilində böyük nüfuz qazanmışdır.Aparılan sorğulara görə, o, 2023-cü ildə keçiriləcək prezident seçkilərində indiki prezident Rəcəb Tayyib Ərdoğana qarşı rəqabət apara biləcək ən nüfuzlu namizədlərdən biri idi.Həmçinin, o, 14 sentyabr 2021-ci ildə "Dünya Bələdiyyə Sədri Paytaxt" mükafatına layiq görülmüşdür. == Həyatı == Mansur Yavaş, Əhməd Sadıq Yavaş və Havva Yavaşın övladı olaraq 1955-ci ildə Ankaranın Beypazarı ilçəsində dünyaya gəlmişdir.
Yavaş şəhər
Yavaş şəhər (it. Cittaslow) — 1999-cu ilin oktyabr ayında İtaliyada yaradılan beynəlxalq hərəkat. Yavaş hərəkətin bir hissəsidir. 2018-ci ilədək 236 üzv şəhər var. Hərəkatın məqsədi həyatın ritmini yavaşlatmaqla şəhərlərdə həyat keyfiyyətinin yaxşılaşdırılmasıdır. == Tarixi == 1999-cu ildə Bra şəhərində və digər üç italyan şəhəri həyatını "Sloufud" hərəkatının qurucusu Karlo Petrini prinsiplərinə uyğun olaraq dəyişməyə qərar verdi: zövq insanın iş mənfəətindən daha üstündür.Hərəkat İtaliyada ən böyük dəstəyi tapsa da, 2006-cı ilədək Almaniya, Norveç və Böyük Britaniyada hərəkata daxil olmuşdular. 2009-cu ilin ortalarına qədər on dörd ölkənin iştirak etdiyi və eyni ildən etibarən Şimali Amerikanın ilk qəsəbəsi Koviçan Bey (ing. Cowichan Bay), Kiçik Körfəzinin Kanada dənizkənarı kəndi olan "Yavaş şəhərlər" hərkatına daxil olmuşdu. == Məqsəd və vəzifələri == Yavaş şəhər təşkilatının hər bir üzvü şəhər həyatının yeni fəlsəfəsinin əsasını təşkil edən 55 hərəkət prinsipinə riayət etməlidir. Əsas prinsiplər: Şəhərdəki həyat keyfiyyətinin yaxşılaşdırılması; Orta və qloballaşma ilə qarşıdurma; Ətraf mühitin qorunması; Hər bir şəhərin mədəni müxtəlifliyini və yeganəliyini təbliğ etmək; Sağlam həyat tərzi üçün şərait yaratmaq.Bu məqsədlərə nail olmaq üçün nəqliyyat və səs-küyün azaldılması üçün tədbirlər görülür, yeni yaşıl və piyada zonaları yaradılır, yerli istehsalçılara dəstək verilir, məhsullarını istifadə edənlər, ekoloji cəhətdən səmərəli texnologiyalar tətbiq olunur, yaxşı qonşuluq və qonaqpərvərlik mühiti yaradılır.
Cəld və yavaş düşünmək
Cəld və yavaş düşünmək — iqtisadiyyat üzrə Nobel mükafatı laureatı, psixoloq Deniel Kaneman tərəfindən 2011-ci ildə dərc edilmiş elmi-populyar kitab. Kitabın əsas tezisi iki düşüncə tərzi arasında fərqləndirmədir: “Sistem 1” sürətli, instinktiv və emosionaldır; "Sistem 2" daha ləng, daha çox düşünən və daha məntiqlidir. == Məzmunu == Məqsədyönlü qərarları və qərarvermə prosesini araşdıran və psixologiyaya dair baxışlarımızın üfüqlərini genişləndirən əsəri ilə Deniel Kaneman özünə müasir dövrün ən tanınmış mütəfəkkirləri arasında yer qazanıb. Düşüncələri ilə iqtisadiyyat, tibb və siyasət də daxil olmaqla bir çox elm sahələrinə ciddi təsir göstərmiş alim bu kitabında illərlə davam etdirdiyi araşdırmalarının nəticələrini toplayıb. Kitab oxucunu sanki bir “düşüncə səyahəti”nə çıxarır və fikirlərimizi idarə edən iki sistemi izah edir: sürətli, intuitiv və emosional olan I sistem və daha yavaş, daha təmkinli və daha məntiqli olan II sistem. Daniel Kaneman sürətli düşünməyin fövqəladə faydalarını, eyni zamanda çatışmazlıqlarını və şüurlu (koqnitiv) tərəfkeşliyini də diqqətə çatdırır. Bundan başqa, intuitiv təəssüratlarımızın düşüncə və davranışlarımıza təsirlərini də izah edir. Yanılma (səhv etmə) qorxusunun, ya da əksinə, həddən artıq özünəinamın fəaliyyət strategiyalarına nə dərəcədə təsir göstərdiyini, gələcəkdə bizi nəyin xoşbəxt edəcəyini proqnozlaşdırmaqda niyə bu qədər çətinlik çəkdiyimizi, birja oyunlarından tutmuş növbəti tətilimizi harada keçirəcəyimizə qədər həyatın bütün sahələrində təəssübkeşliyimizin necə həlledici rola malik olduğunu görürük. Oxucu ilə sanki canlı söhbətə girən Kaneman intuisiyamıza nə vaxt güvənib-güvənməyəcəyimizi və yavaş düşünməyin nə zaman daha faydalı olacağını öyrədir. İş və şəxsi həyatımızda necə seçim edə, necə davrana və bizə problemlər yaradan yanlış qərarlardan qaçmağın fərqli metodlarından necə yararlana biləcəyimizi göstərir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.76 dəfə / 1 mln.
2011 •••• 0.69
2012 ••••••••••••••••• 3.53
2013 ••• 0.44
2014 ••••• 0.86
2015 •••••••••••••••••••• 4.25
2016 •••• 0.69

yavaş-yavaş sözünün leksik mənası və izahı

  • 1 zərf Asta-asta, zəif-zəif, sakit-sakit. Yavaş-yavaş yerimək. Yavaş-yavaş danış, tələsmə. – Batdı yavaş-yavaş Hacının səsi; Kəsildi axırda, bayquş nəfəsi. H.K.Sanılı. Yavaş-yavaş pilləkənləri endik. Mir Cəlal. // Azca-azca, ağır-ağır, tədriclə, aramla. Xəstə yavaş-yavaş özünə gəlir. Qarlar yavaş-yavaş əriyir. İşlə yavaş-yavaş tanış olur. – Axşam yavaş-yavaş araya gəldi. Gün qüruba yaxınlaşdı. N.Nərimanov. [Hacı Sultan] yavaşyavaş alver edib çörək pulusunu qazanırdı. S.Hüseyn. Əvvəlcə qayığa minməkdən qorxan Tofiq yavaş-yavaş öyrəşmişdi. M.Rzaquluzadə. Kabab yavaş-yavaş sulanır bu an; Ağ lavaş qoyulub yaşıl süfrəyə. H.Hüseynzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / yavaş-yavaş

yavaş-yavaş sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 YAVAŞ-YAVAŞ Onlar kəndə yaxınlaşır, yorğun atları yavaş-yavaş sürürdülər (M.Hüseyn); ADDIM-ADDIM Atı addım-addım sürərək nəzərim itlərdə idi (S.S.Axundov); AĞIR-AĞIR Atdı beli bir neçəsi; Çıxıb getdi ağır-ağır (M.Rahim); AHƏSTƏ-AHƏSTƏ Paşa çavuşu kənara çəkib ahəstə-ahəstə danışırdı (S.Rəhimov); ARAM-ARAM Yoldaş Cəlilov, – Fikrət aram-aram sözləri uzada-uzada dedi: – İcazənizlə qoyun sizə bir də xatırladım... (H.Abbaszadə); ARAMLA Qaraca qız aramla geyinməyə başladı (S.S.Axundov); ASTA-ASTA [Çopur Abdulla] asta-asta dikəldi, gözlərindən qan damırdı (H.Abbaszadə); EHMAL-EHMAL Maro ehmal-ehmal onlara yaxınlaşdı (S.Rəhimov); SAKİT-SAKİT Sakit-sakit bir qədər də büzüşüb elə yaxın yeriyirdilər... (Ə.Kərim); TƏLƏSMƏDƏN Tələsmədən yaxşı xətlə yazdığım ərizənin sətirlərini sanki höccələyə-höccələyə oxuyurdu (M.Hüseyn); BALA-BALA (dan.).

    Azərbaycan dilinin sinonimlər lüğəti / yavaş-yavaş

yavaş-yavaş sözünün rus dilinə tərcüməsi

  • 1 постепенно, мало-помалу, помаленьку, медленно, потихоньку, полегоньку

    Azərbaycanca-rusca lüğət / yavaş-yavaş
  • 2 нареч. 1. тихо, тихонько, потихоньку. Yavaş-yavaş çalmaq тихо играть на чём-л., qapını yavaş-yavaş döymək тихонько стучать в дверь 2. медленно, неторопливо, не торопясь, не спеша, неспешно, медленным темпом. Yavaş-yavaş getmək идти медленно, qatar yavaş-yavaş tərpəndi поезд медленно тронулся, yavaş-yavaş yanmaq медленно гореть, yavaş-yavaş irəliləmək медленно продвигаться, yavaş-yavaş geyinmək неторопливо одеваться, yavaş-yavaş gəzinmək медленно прохаживаться, təyyarə yavaş-yavaş enirdi самолёт медленно снижался 3. постепенно, понемногу, мало-помалу, понемножку, полегоньку, помаленьку. Dan yeri yavaş-yavaş ağarırdı постепенно светало, yavaş-yavaş işə alışmaq постепенно привыкать к работе, yavaş-yavaş sönmək постепенно гаснуть, yavaş-yavaş alışırdı постепенно привыкал, yavaş-yavaş meşəni qaranlıq bürüyürdü постепенно тьма окутывала лес, yavaş-yavaş yaxşılaşmaq (sağalmaq) постепенно выздоравливать, yavaş-yavaş qaydaya düşmək постепенно улаживаться, yavaş-yavaş hər şey öz yerini alacaq постепенно всё станет на свои места, yavaş-yavaş çoxalmaq (artmaq) постепенно увеличиваться, yavaş-yavaş təskinlik tapmaq (sakit olmaq) мало-помалу успокаиваться, fırtına yavaş-yavaş yatmağa başladı буря потихоньку стала утихать 4. осторожно. Yavaş-yavaş yaxınlaşmaq осторожно подбираться, yavaş-yavaş çıxmaq осторожно выходить, yavaş-yavaş yerimək осторожно ходить

    Azərbaycanca-rusca lüğət / yavaş-yavaş

yavaş-yavaş sözünün inglis dilinə tərcüməsi

  • 1 z. 1. slowly, little by little, bit by bit, gradually; unhurriedly; ~ öyrənmək to learn* step by step; 2. quietly; gently; qapını ~ döymək to knock at the door gently, to tap on the door

    Azərbaycanca-ingiliscə lüğət / yavaş-yavaş

yavaş-yavaş sözünün ləzgi dilinə tərcüməsi

  • 1 нареч. яваш-яваш; аста-аста, секин-секин (мес. рахун), залан-залан (мес. къекъуьн); // тӀимил-тӀимил, къвердавай.

    Azərbaycanca-ləzgicə lüğəti / yavaş-yavaş

yavaş-yavaş sözünün türk dilinə tərcüməsi

Oxşar sözlər

#yavaş-yavaş nədir? #yavaş-yavaş sözünün mənası #yavaş-yavaş nə deməkdir? #yavaş-yavaş sözünün izahı #yavaş-yavaş sözünün yazılışı #yavaş-yavaş necə yazılır? #yavaş-yavaş sözünün düzgün yazılışı #yavaş-yavaş leksik mənası #yavaş-yavaş sözünün sinonimi #yavaş-yavaş sözünün yaxın mənalı sözlər #yavaş-yavaş sözünün əks mənası #yavaş-yavaş sözünün etimologiyası #yavaş-yavaş sözünün orfoqrafiyası #yavaş-yavaş rusca #yavaş-yavaş inglisça #yavaş-yavaş fransızca #yavaş-yavaş sözünün istifadəsi #sözlük